آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Respublikasında yaşayan İranlı Mühacirlər Cəmiyyəti

5-ci konfrans 9 noyabr 2013-cü il (18 Aban 1392 ci il) Azərbaycan Respublikasının Bakı şəhərində yaşayan İranlı Mühacirlər Cəmiyyətinin mərkəzi komitəsində müvəffəqiyyətlə keçirildi.
Konfransı İranlı Mühacirlər Cəmiyyətinin sədri Əmirəli Lahrudi açdı. İcraiyyə heyyəti seçildikdən sonra konfrans öz işinə başladı. Başlanğıcda Lahrudi yoldaş keçən 4 ildə Cəmiyyətin gördüyü işlərdən xəbər çatdırdı. Konfrans keçən 4 il ərzində görülmüş işləri müsbət qiymətləndirdi.

Sonra cəmiyyət nümayəndələrinə öz plan və təkliflərinə nəzarəti daha çox fəalıqla məşğul olmaqları tapşırıldı. Təkliflər arasında cəmiyyət nümayəndələrinə respublikanın müxtəlif şəhərlərində və rayonlarında siyasi, mədəni, kitab nəşrləri, yeni mühacir qəzetinin buraxılması işlərinə daha çox fəaliyyət göstərmələri tapşırıldı. Bütün təkliflərdən sonra hazırki konfransda mühacirlər cəmiyyətin sədri lahrudi yoldaş seçildi. Eyni halda cəmiyyətin şura üzvləri də seçildi. Konfransda cəmiyyətin sədrinin göstərişilə qətnamə oxundu kafi qiymətləndirildi. Bunulada konfras öz işini başa çatdırdı.

18 Aban 1392

9 noyabr 2013

Hesabat məruzəsi

İranlı Mühacirlər Cəmiyyətinin 2 konfrans arasında (07 Noyabr 2009-cu il tarixdən 09 Noyabr 2013-cü il tarixədək) olan müddətdə görülmüş işlər barədə məlumat.

Hörmətli konfrans iştirakçıları keçən 4-cü konfransdan sonra Mühacirlər Cəmiyyəti İcraiyə Heyyəti işləmək üçün özünün iş planını və iş qrafikini tərtib edərək onun əsasında işləməyə başlamışdır. Belə ki, hər ayda icraiyə heyətinin nöbəti iclasları təşkil edilməklə hər 6 ayda bir dəfə şura iclasını təşkil etmişdir. Eləcədə lazım gəldikdə fövqaladə iclaslar çağırmaqla lazımi məsələlər müzakirə edilmişdir. Bunula yanaşı hər il Mühacirlər Cəmiyyəti 12 şəhrivər günü ilə, 21 Azərin ildönümü ilə əlaqədar və eləcədə milli bayramımız olan növruz bayramı ilə əlaqədar təşkil edilmiş, işğal olunmuş rayonların ildönümləri ilə əlaqədar anım yığıncaqları keçirilmişdir. Bu müddətdə mətbuat işi ilə əlaqədar geniş və ətraflı işlər görülmüşdür. Belə ki, bir neçə dəfə mərkəzi şuranın sədri ilə yerli jurnalistlərin görüşü təşkil edilmiş ondan yəni sədrdən müsahibələr götürülərək müxtəlif qəzetlərdə məqalələr dərc olunaraq oxunmaq üçün Cəmiyyət üzvlərinə çatdırılmışdır. Ümumiyyətlə Cəmiyyətin mətbuat sahəsi öz işlərini yüksək səviyyədə quraraq daxildə, xaricdə eləcədə vətənimiz İranda oxunmaq üçün fars dilində qəzetdə məqalələrdə dərc edilmişdir.

Qəzetlərdə yoldaşlarımız fəal iştirak edərək müxtəlif sahədə məqalələr dərc etdirmiş, şairlərimiz öz şeirlərilə qəzet səhfələrini bəzəmişlər. Belə yazarlarımızdan Bəhruz Şəkuri, Arif Səfa, Taryel Ümid, Xoşginabi, Şeybaninin qızı Fərhnaz xanımı göstərmək olar.

Hesabat dövründə mühacirlərlə əlaqə caxlanılaraq onların ehtiyaclarının ödənilməsi üçün lazımi məktublar yazılmışdır. Cəmiyyət üzvlərimiz öz yaşayışlarını yaxşılaşdırmaq üçün torpaq sahələri alaraq orada özləri üçün şərait yaratmağa çalışırlar. Bu işdə Cəmiyyətimiz də öz köməyini əsirgəməmişdir. Konfrans iştirakçıları Sovet İttifaqı dağıldıqdan sonra Cəmiyyət öz fəaliyyətini yenə də davam etdirməyə başlamışdır. Yəni 67-il ərzində burada yaşayarkən həyatımızda çoxlu dəyişikliklər baş vermişdir. Belə ki, yaşlılar ömrünü başa vurmuş yeni nəsl yəni gənclər burada doğulmuşlar. Yaşlı yoldaşlardan az miqdarda Qazax, Gəncə, Quba, Ağdam, Şirvan, Şamaxı, Xaçmaz, və digər rayonlarda qalmışdır.

Hörmətli konfrans iştirakçıları yeniyetmə gənclərimiz öz vətənlərinə gedib-gəlmək üçün, eləcədə daimi yaşamaq üçün çətinlik çəkirlər. Ona görə ki, İran dövləti onların iş və evlə təmin olunması üçün heç bir köməklik göstərməyi öhdəsinə götürmür. Bununla əlaqədar Cəmiyyət 1960-cı ildə İranın rəsmi dairələrinə müraciət etmişdir. Vətəndaşlarımız öz vətənlərinə gedib sərbəst yaşasınlar. Buna cavab olaraq İranın rəsmi dairələrindən cavab gəldi ki, mühacirlərin kütləvi şəkildə İrana qaytarılmasına imkan yoxdur. Onlar tək-tək müraciət edəndən sonra onların işinə baxılacaqdır. Belə olduqda bizim İrana kütləvi sürətdə qayıdıb yaşamağımız bir daha çətinləşdi. Odur ki, yoldaşlarımız burada özləri üçün şərait yaratmağa başlamağa çalışırlar.

Məlumunuz olsun ki, bu gün vətənimiz İranda 4 milyona yaxın işsiz var. Buna görədə İrana gedib orada işləmək və yaşamaq asan deyildir.. hörmətli konfrans iştirakçıları keçən dövürdə İranda hakimiyyət ciddi çətinliklərlə üzləşib, iqtisadi vəziyyət pisləşib. Azadlıq yoxdur. Milli azlıqlar rəsmi sürətdə tanınmırlar, hüquqları pozulur. Buna görədə son vaxtlar siyasi azlıqlar maneçilik törədənlərin əleyhinə ziyalılar, tələbələr, fəhlələr arasında narazılıq çoxalır. İran Cəmiyyəti bu çətinliyə qarşı mübarizə aparırlar. Bizlərdə həmin soydaşlarımızı dəstəkləyərək onların fikirlərinə şərik çıxırıq. Bütün bunlar yanaşı məlumunuz olsun ki, cəmiyyət üzvlərilə əlaqə saxlamaq məsələsi bizləri də düşündürmiyə bilməz. Doğrudur ötən konfrasdan bəri Zaqatala, Şamaxı rayonlarında firqə təşkilatları bərpa edilərək, onların fəaliyyət göstərməsi üçün rəhbərlikdən gənc nəslin daha işgüzar nümayəndələrinə köməklik olunması xahiş edilmişdir. Niyyətimiz budur ki, digər rayonlarımızda da təşkilatların bərpa olunması həyata keçirilsin. Bütün bu deyilənlərlə yanaşı əlsiz-ayaqsız yəni gücdən düşmüş qoca yoldaşları eləcə də xəstə yoldaşları vatlı- vaxtında yoxlaya bilməmişik. Bunu heç mübalığəsiz bilmək lazımdır ki, bunun üçün maddi vəsaitimiz yoxdur. Az miqdarda komitə binasının otaqlarından icarəyə verilmiş yer üçün aldığımız kirayə haqqı ilə təşkilati işlərimizi bir təhər görə bilmişik. Ümid edirk ki, yeni seçiləcək heyyət yəni tərkib bu nöqsanların aradan aparılması üçün var gücü ilə çalışacaqdır.

İran Mühacirlər Cəmiyyətinin İcraiyə Heyyəti.

Qətnamə

İranlı Mühacirlər Cəmiyyətinin V-ci konfransı cəmiyyətin sədri Əmirəli Lahrudi yoldaşın 2 konfrans arasında görülən işlər barədə məlumatını eşitdik. (və yerlərdən çıxış və təklifləri nəzərə alaraq)

Məlumat ətrafında müzakirələri və təklifləri nəzərə alaraq qərara alır:

İki konfrans arasında görülmüş işlər barədə Lahrudi yoldaşın vermiş olduğu məlumat kafi qiymətləndirilərək təsdiq edilsin.
Bu müddət içərisində cəmiyyətin və Azərbaycan Demokrat Firqəsinin internet saytı açılmışdır. nternet saytının 2009-2013-cü il tarixə qədər fəaliyyəti geniş və ətraflı olmuşdur. Yüzlərlə məqalə sayta yerləşdirilmişdir. Bununla Azərbaycan Demokrat Firqəsinin mühacirətdə gördüyü işlər dünya miqyasında öz əksini tapmışdır. İki konfrans arasında “Azərbaycan” qəzeti nəşr olmağa başladı, həmin qəzet internet vasitəsilə yayılır. Bundan başqa internet vasitəsilə radio ilə həftədə bir saat veriliş aparılmışdır.
Konfrans görülən işləri kafi qiymətləndirir, yeni seçilmiş şuraya və icra komitəsinə tapşırır:

1.Cəmiyyətin mətbuat bölməsinə:

Qəzet nəşrinə geniş yer verilsin
İnternet fəaliyyətinə dəvamiyyət artırılsın
İmkan olduqda kitab nəşrinə diqqət artırılsın
Mühacirlərlə əlaqə bölməsinə tapşırılsın:

Mühacir və onların yaşlı övladlarının siyahısını tərtib etməyə diqqət yetirilsin
Mühacirlər cəmiyyətin sıralarının artması barədə tədbir görülsün
Mühacirlərin fəallaşması üçün operativ təbirlər planı hazırlansın və ictimai işə yeni adamlar cəlb edilsin

  1. Yoldaşlarala əlaqəni bir daha artırmaq üçün rayonlarda kömitələrin bərpası məsələsinə diqqət artırılsın.

Facebook
Telegram
Twitter
Email