İran ərazisində qurulmuş dövlətlər dünyanın güc və mədəniyyət mərkəzlərindən olubdur. Bir neçə əsrdir ki, bura dünyanın aparıcı güclərinin diqqətindədir. Bir zamanlar İrandan qat-qat zəif olan dövlətlər bu gün iqtisadi-siyasi və teknoloji baxımından xeyli güclənmişdir. Amma qədim dövlətlərdən biri olmasına baxmayaraq İran çağdaşlaşa bilmir. Hərçənd məqsədimiz bu səbəblərə cavab tapmaq deyil Şahlıq üsul idarəetmə formasından teokratik rejimə keçmək ölkənin çağdaşlaşmasını daha da əngəllədi. Hazırki idarəetmə forması İranı orta əsrlər dövrünə sürüklədi. Əgər Məhəmməd Rza şah dövründə ölkə iqtisadiyyatına əsasən əcnəbi şirkətləri nəzarət edirdilərsə, indiki hakimiyyət dövründə isə rejimə məxsus şirkətlər və onların iqtisadi mənfəətlərini təmin edən sistem yaratdılar. Məsələn: ”cəhad- e -sazəndəgi”,”bonyade mostəzefan” və s. belə qurumlar vergidən azaddırlar. Bu təşkilatlar yoxsulların varlanması məqsədinə xidmət etməlidirlər. Amma hakimiyyətdəkilər bundan özləri varlandılar və nəticədə yoxsullar daha da yoxsullaşdi. İslam inqlabi əsasən, inqlabın başqa müsəlman ölkələrinə ixracı iqtisadiyyata böyük zərbə vurdu. Ölkə iqtisadiyyatını bərbad vəziyyətə salmaqla yanaşı, onun mədəniyətinə də böyük zərbə vurdular. ”Mədəni İnqlab” adı altında Ayətullah Xomeyninin sağlığnda ölkədəki ali elm ocağları (danşkədələr və daneşgahlar) iki il qapalı qaldı. Nəticədə۱۶۵۰۰ öyrənci və müəllim tədrisdən kənarlaşdırıldı. Bu da minlərlə beyinin ölkədən axmasına səbəb oldu. Hüquq sistemində orta əsrlərə məxsus qanunlar tətbiq edildi. Yeni qanunlar toplusu ortaya çıxardılar. Daşqalaq, şallaq, dar ağacından asmaq kimi cəzalar şah dövründən qalma cinayət qanunlarına əlavə edildi. Mənasız İran-İraq savaşı ölkə demoqrafiyasına da ciddi zərbələr vurdu. Belə ki, həmən savaş gənc canlı qüvvə ilə yanaşı çoxlu beyinləri də məhv etdi. Ölkə daxili vəziyyət onun xarici siyasətinə təsir göstərməkdədir. Vətəndaşların hüququnu tapdayan daxili siyasət, özünü xarici siyastdə də qabarıq şəkildə büruzə verir. Ölkə daxilində beynəlxalq hüquq normaları və İran Anayasası milli və İnsan haqlarını pozan bu hakimiyyət, dövlətlər arası münasibətlərdə də beynəlxalq hüquq prinsiplərinə hörmət etmir. Belə ki, heç bir beynəlxalq hüquqi aktlara hörmət etmədən İslami İnqilabi ixrac edir. İranın çağdaşlaşması üçün keçən əsrdə bir neçə dəfə şərait yaranmışdır. 1905-11-ci illərdə Səttar xanın başçılığı ilə məşrutə hərəkatı ölkənin modernləşməsinə ilk cəhd idi. Amma bu hərəkat irtica tərəfindən qanda boğuldu. Bu hərəkatdan bir müddət sonra mürtəce pəhləvi sülaləsi hakimiyətə gətirildi. İrandakı mübarizə nəsillərə növbəti olaraq bir-birinə ötürüldü. Şeyx Məhəmməd Xiyabani hərəkatında məşrutəçilər də iştrak edirdilər. Bu hərəkat İranın demokratikləşməsi və cümhuriyyət uğrunda mübarizə edən ilk cərəyan idi. Bu da irticanın iyrənc siyasətinin qurbanı oldu. İkinci dünya savaşı ərəfəsində və ondan sonra dəyişiklər dövrü başladı. Başqa ölkələrdə olduğu kimi İranda da millətlər öz milli-siyasi hüquqlarını əldə etmək üçün mübarizəyə qalxdılar.Bunun nəticəsi olaraq Azərbaycan milli hökumətinin hər tərəfli yardımı ilə Kürdüstanda da kürdlər ilk dəfə olaraq milli hökmətlərini qurdular. Mövcud olduğu bir il ərzində(۱۹۴۵-۴۶) Azərbaycan türklərinin (milli hökumətin) icra etdiyi demokratik və iqtisadi islahatlar bugünə qədər əl çatmazdir. Qeyd etdiklərimizin təsdiqi üçün bir neçə örnək göstərmək vacibdir. İran tarixində ilk dəfə olaraq qadınların hüququ kişilərlə bərabərləşdi. Qadınlar seçib-seçmək hüququ qazandılar. Amma bugünkü İran hakmiyyəti qadınları cəmiyyətin yararsız bir üzvünə çevirdi. Bu gün qadınların hüququ İran Anayasası ۱۵,۱۹,۴۸-ci maddələrində milli haqqların təmini ilə bağlı maddələrdə öz əksini tapsada, məhdud olması ilə yanaşı icra olunmur. Doktor Müsəddiqin bir illik hakimiyyəti də İrandakı şahlıq üsul idarəsini dəyişə bilmədi. Bu hərəkat İrana parlamentli dövlət quruluşu gətirdi. Ölkədə iqtisadi islahat başladı. Bunun nəticəsində İran nefti daha çox xalqının iqtisadiyyatının inkşafına xidmət etməli idi. Bu dört hərəkatın hamısının başçısı indiki yenilik tərəfdarı olan türklər idi. Amma bu demokratik, yenilikçi, çağdaşçı qüvvələrin hamısı mürtəce mərkəzi hakimiyyət tərəfindən qəddarcasına boğuldu. Bu hərəkatlar bir nəticə əldə etməsədə İranda demokratik düşüncənin əsasını qoydu. Ölkə vətəndaşları, ”Azadlıq”, ”Ədalət”, ”Milli haqqlar”və s… bu kimi demokratik istəkləri tələb edirdilər. Bəhmən inqlabı məhz bu təlabatdan doğdu. Bütün ümüdlər bu inqlaba bağlanmışdı. Təəssüflər olsun ki, inqilab baş vermə səbəbi ilə əlac edəbilməməklə yanaşı, əhaliyə verdiyi vədlərə əməl edə bilmədi. 1979-cu il inqilabında Azərbaycanlılar həmişə olduğu kimi ölkənin demokratikləşməsində aparıcı rol oynamışdı. Elə bu inqilab 1978-ci ilin fevralından başlamışdı. Sovetlər birliyi dağıldıqdan və “soyuq müharibə” sona çatdıqdan sonra dünya yönünə yeni mahiyyət verildi. Beynəlxalq münasibətlərtdə iki qütblü siyasət, iki cəbhəyə bölünməsi öz yerini tək cütlüklə əvəzlədi. ”Qlaballaşma” termini dünya siyasətinə daxil oldu. Buda dünya siyasətinə yeni mahiyyət verdi. Tək qütblü dünya siyasəti iqtisadi və hərbi maraqlarının təmin olunmasından ötəri demokrasi, İnsan hüquqları, söz, mətbuat və fikir azdliği kimi əsas prinsiplər önə çıxır. Yeni dünya düzəni mədəni cəmiyyətlərini, eləcədə hüquqi dövlətlərin formalaşmasına şərait yaratdı. Amma İranda bu prosesin əksi özünü qabarıq şəkildə göstərməkdədir. Buradakı rejim özünün doğub yetişdirdiyi islahatçıları qəbul edə bilmədi. Ölkədəki basqılar daha da gücləndi. Dünyada sülh, təlukəsizlik, kütləvi qırğın silahlarının məhv edilməsi siyasəti yürüdüldüyü halda, İran atom nüvə silahı əldə etməyə çalışır. Bu ölkə iqtisadiyyatını böhranlı vəziyyətə sürüməklə yanaşı, demokrasi, milli və insan haqqları uğrunda mübarizə aparanları, eləcə də bölgə və dünyanın təhlükəsizliyini hədələmədədir. Uzun tarixi müzakirələr açmadan bildirmək olar ki, İran dövlət quruluşu çağdaş dünyanın tələblərinə cavab vermir. Çünki mövcud teokratik hakimiyətin idarəetmə üsulu orta əsrlər siyasi idarəçiliyində tətbiq olunurdu. Bu qurum xalqın iradəsini ifadə etmir. Belə dövlət quruluşunda ayrı-ayrı fərdlərin İslam dini pərdəsi altında öz iradələrini ortaya qoyurlar. Dövlət hüquq nəzəriyyəsinə əsasən bu rejimin heç bir elmi əsası yoxdur. Yuxarıda qeyd etdiyimiz prinsiplərdən çıxış edərək demək olar ki, İslam cümhuriyyəti və eləcədə hər hansı dini dövlət quruluşu çağdaş dünyanın tələblərinə cavab vermir. Çünki dini prinsiplərə görə, şəriyət ”təklif” deməkdir. Burada bir başa əmr və itaət var. Amma cümhuriyyət isə ”xalqın səsi”, ”rəyi” deməkdir. Beləliklə, İsalam və ya dinlərin cümhuriyyəti ifadəsində bir tərəfin o biri tərəfi ilə ziddiyyəti var. Ölkənin gələcək dövlət quruluşu ilə bağlı müasir fikirlər (ideyalar) müzakirəyə çıxarılıb. İranda zülm altında yaşayan millətlərin milli-siyasi hüquqlarının təmini baxımından bu düşüncə və nəzəriyyələri toplayıb araşdıraraq müəyyən bir baxışın ərsəyə gətirilməsi zamanın tələblərindəndir. Ölkənin siyasi-milli, iqtisadi, ictimai və hüquqi problemlərinə əsasən beynəlxalq münasibətlərin mövqeyinə görə, millətlərin milli mənfələrinə uyğun dövlət quruluşu forması yaratmağa ehtiyac duyulur. Tarixən demokratik rejimli olmayan ölkələrdə, demokratik idarə etmə usulunun tətbiqi üçün keçid mərhələsi zəruri sayılır. Bu özünü ikinci dünya savaşından sonrakı dövründə təsdiqləyib. Ona görədə İran kimi çox millətli dövlətlər üçündə demokratik prinsiplərin oturuşması üçün keçid mərhələsi mütləqdir. Keçid dövrünün təməlini demokratik dəyərlərin tətbiqi üçün şərayitin yaradılması, ölkədəki millətlərin öz aralarında münasibətlərini tənzimləyən hüquqi normaları formalaşdırmasını təşkil edir. Odur ki, İranın indiki durumunu nəzərə alsaq, Avropadakı dövlət modellərinin burjua üçün örnək göstərilməsi və onun burada tətbiqinə cəhd edilməsi keçid dövrünün prinsiplərini icra etmədən mümkün deyildir. Ölkədəki millətlərin vəziyyəti nəzərə alınmaqla, keçid mərhələsi istəklərini uğrula başa çatması məsələnin həllinə uyğun beynəlxalq hüquq prinsiplərinin bir başa təminindən asılıdır. Demokratiyanin tətbiqi və inkşafi, mədəni cəmiyyətin yaranması, hüquq dövlətinin formalaşması beynəlxalq hüquqa əsasən bu dövlətin gələcəyini müəyənləşdirir. İranin mövcud mürəkkəb və çıxılmaz vəziyyəti ölkədəki millətlərin vəziyyətini, taleiyini, milli varlığını təhlükə altına qoyur. Gerçəklik bundan ibarətdir ki, tarixən ölkədəki xalqlar, o cümlədən Türklər, Kürdlər, Ərəblər, Bəluçlar və başqaları zaman-zaman milli varlıqlarının qorunması uğrunda mübarizə aparmış, bugün də milli haqqlarının təmin olunmasında israrlıdırlar. İstər keçmişdə, istərsə də indiki dövlət quruluşunda belə bir əhəmiyyətli problem öz həllini tapmayıbdır. Bu isə ölkədə dövlətçilik böhranın yaranmasının əsas problemlərindəndir. Demokratik dəyərlərlə milli böhranın təmini və həll olunması qarşılıqlıdır. Başqa sözlə birinin yoxluğu, o birinin də həllini mümkünsüz edir. Qısaca təhllildən göründüyü kimi hədəf aydındır. Ancaq bu məqsədə nail olamaq üçün bəlli maneələr aradan götürülməlidir. Daha doğrusu ölkədə milli haqqları da təmin edə biləcək demokratik rejimin yaranması üçün mövcud teokratik hakimiyyət və dövlət qurumu mütərəqqi hakimiyyət və demokratik rejimlə əvəzlənməlidir. Əslində ölkə əhalisi inqilablardan və qan tökülməsi ilə müşayət olunan hakimiyyət dəyişikliklərindən yorulubdur. O bütün dəyişikləri dinc və mədəni formada həll olunmasının tərəfdarıdır. Elə müasir dünyanın özüdə bunun tərəfdarı kimi çıxış edir. Yuxarıda qeyd olunduğu kimi ölkədəki millətlər öz milli haqqları uğrunda mübarizə aparmış və aparmaqdadırlar. Amma bu mübarizəni bir sıra qüvvələr öz məcrasından çıxarırlar. Acı tarixi təcrübə və mövcud şərait, haqqı tapdanan və milli varlığı danılan millətləri öz milli mənsübiyyətləri altında birgə mübarizə aparmağın zəruriyyətini diktə edir. Belə ki, İranda hakimiyyət və rejim dəyişikləri ərəfəsində həmişə xalqlar öz milli haqqlarının təmin olunması tələbi ilə ayağa qalxıblar. Amma bu tələblər təmin olunmadıqdan ölkəni indiki kimi böhranlı vəziyyətlərin yaranması amilllərdən biri olmuşdur. Əgər gələcək dövlət quruluşu və hakimiyyəti bu problemi həll etməsə o mürtəce olmaqla yanaşı, həm də gələcəkdə ölkədə yeni və əvvəlkindən daha dərin, mahiyyətcə dəyişilməyən böhranla üzləşəcək. Ölkədə demokratik quruluş tərəfdarı olanlar ilk növbədə nəzərə almalıdırlar ki, onlar illər boyu haqqı tapdalanan millətlərin hüquqlarının təminini nəzərə almalıdrlar. Odur ki, heç bir kökü və əsası olmayan, millətlərin əridilməsi yolu ilə qondarma vahid millətin mübarizəsi nəticəsiz olur. Elə bu, yuxarıda qeyd etdiyimiz böhranın əsasını qoyur. Odur ki, sovetlər birliyi dağıldıqdan sonra “sovet xalqı” ifadəsi də onunla birlikdə tarixə qovuşdu. Amma bu ölkənin keçmiş vətəndaşı olmuş millətlər, habelə etnik azlıqlar indidə mədəniyyətlərini öz millətləri adı altında yaşatmaqdadırlar. Əvvəllki illərlə müqayisədə hakimiyyət içi münasibətlar daha da gərginləşmədədir. İqtidar mənsubları bunu ört-basdır etməyi çalışsalarda aralarındakı ziddiyyəti gizlədə bilmirlər. Bu gərginlik ilk növbədə özünü İslami milli məclisə və prezident seçgiləri qabağı özünü açıq-aşkar göstərir. Hakimiyyət içi və onu kənardan dəstəkləyən qüvvələr nisbəti quruplaşmalar bu zaman hiss olunacağ qədər nəzərə çarpır. Bu ziddiyyətlərin və bölünmələrin kökündə hakimiyyət marağı ilə yanaşı, həm də mövcud rejimin ömrünün uzatmağı durur. Bütün tərəflər itirdikləri sosial inamı (etibarı) yenidən qazanmağa çalışırlar. Təbii ki, bu zamanlar bir sıra vədlər verirlər… İslam cümhuriyyəti elan olunduqdan sonra 1979-ci il inqilabının baş tutması da əsas rolları oynamış siyasi və milli-siyasi təşkilatların fəaliyyətləri yasaqlandı və۱۹۸۱-ci ildən isə onlara qarşı iki qat mübarizə başlandı. Bu anti demokratik “təmizləmə əməlliyatı” (paksazi) nəticəsində ölkədəki demokrasi, ədalət, cümhuriyyət və azadlıq uğrunda mübarizə aparmış minllərlə insan edam olundu, üç (۳) millyondan çox düşünən beyin (vətəndaş) vətəni tərk etməyə məcbur oldu. Bu qədər edam, sürgün, mühacirət, həbslər və siyasi fəaliyyət qadağalara baxmayaraq, ölkədə müxalif düşüncəni ləğv edə bilmədilər. Hakimiyyətin ilk illlərində İslam cümhuriyyəti partiya yaratdılar. Sonralar bunuda buraxıb, heç bir nizamnamə və məramnaməsi olmayan hizbullah qurumunu (Allahın taşkilatı) daha da gücləndirdilər. Onların dediklərinə görə İslam dövlətində bir partiya olar, o da Allahın Hizbullah vasitəsi ilə rejim ölkədə öz istəklərinə uyğun ”qayda-qanun” yaratmağa başladı… Amma bütün bunlara baxmayaraq, yenə də siyasi və milli-siyasi təşkilatlar yarandı…Çağdaş şərayitdə İranda dövlətçilik problemi və məsələyə dair irəli sürülmüş təkliflər və çixiş yollarıİctimai-siyasi proseslərin yaratdığı dəyişikliklər yerli şəraitin durumuna əsasən İranın yeni dövlət modelinin vacibliyini gündəliyə gətirir. Bununla əlaqədar belə bir çox millətli ölkədə hər millətin milli-siyasi hüququnun təmin olunması, nəzərdə tutulan dövlətin forma və quruluşundan asılıdır. Ona görə də müxtəlif siyasi qurumlar və fərdlər bu məsələyə dair çeşidli proqramlar, fikirlər ortaya qoyurlar. Bununla bağlı son yüz illik İranın dövlətçilik tarixinə ötəri nəzər salaq. Məşrutə hərəkatında hakimiyyətin dəyişdirilməsi və dövlət idarəçiliyində dəyişilmələrin edilməsi ilə bağlı aydın proqram (plan) demək olar ki, yox idi. Sonrakı tarixi proseslərdə meydana çıxmış milli-siyasi cərəyanlar bu naqislikdən kənarda qalmamışlar. Şeyx Məhəmməd Xiyabani hərəkatı ilk milli-siyasi cərəyan kimi Azərbaycan türklərinin milli haqqlarının daha çox verilməsini tələb edirdi. Bu hərəkat ölkədə milli haqqların təmini baxımından mərkəzi hökumətlə tək başına mübarizə apardığından, fars olmayan millətləri bu ideyaya əhatə etmədəyindən məğlubiyyətə uğradı. Ölkənin şimalını bürümüş cəngəl hərəkatı, Xorasanda da eyni formada Tehranla mübarizə apardıqlarına görə təklənərək milli-siyasi mübarizəni uduzdular. Sonraki mərhələdə Azərbaycan milli hökuməti və Kürdüstan milli hökuməti tarixi təcrübədən düzgün yararlanmadıqlarından uğursuzluğa uğradılar. Beləliklə, ölkədə fars olamayan başqa millətlərə birlikdə mübarizəyə qalxmadıqlarından hər biri ayrı-ayrılqda məğlubiyytə düçar oldular. Nəhayət 1979-cu ildə fevral inaqlabı zamanı siyasi təşkilatların əsas hədəfi hakimiyyət və rejim dəyişikliyidi. Bu zaman əsas iki problem nəzərə alınmalı idi. Bunlar hansılardır: 1- Dövlət quruluşu; 2- Milli problemlərin həlli. Rejimin dəyişdirilməsi uğrunda mübarizə aparan təşkilatların programlarında bu məsələlər ya heç əks olunmurdu, ya da naqis verilmişdir. Həmən qurumların yeganə hədəfi unitar (vahid) dövlət quruluşu saxlanmaqla, rejimin dəyişdirilməsi idi. Hakimiyyət dəyişikliyi məzmun baxımından demokratik dəyərlərin bərqərar olmasında heç bir yeinilik yaratmadı.Mövcud problemlə əlaqədar yaranmış cərəyanlar.Öncədən qeyd etmək lazımdır ki, yaranmış cərəyanlar qabaqkı siyasi xəttlərin buraxdığı səhvləri bu və ya başqa şəkildə təkrar etmədədirlər. Problemin həllinə yanaşmaqda yaranmış cərəyənlar əsasən iki hissəyə bölünürlər: 1- Paniranistlər ; 2- Milli cərəyanlar. Paniranistlər ; bunlar əsasən bir neçə qola bölünürlər: – Şahçılar ( səltənətçilər), bu qol özu bir neçə hissəyə ayrılır. – milli-məzhəbilər(modern dinçilər). Bura milli cəbhənin qolları; İran cümhuriyyət sevərlər; – yaşıllar partiyası və s… – Solçular; o cümlədən: Tudə partiyası, bir neçə qola parçalanmış fədailər təşkilatı, Rahe kargər (fəhlə yolu) və s… – Demokratik cümhuriyyət partiyası və layiq respublikaçılar partiyası (bu qurumlar əsasən keçmiş solçu cərəyanlardan ayrılmışdırlar). Yuxarıda adları çəkilmiş cərəyanlar və təşkilatlar üçün ümumi və orta istəklər aşağıdakılardı : -Əsası olmayan, başqa millətlərin assimiliyasiya edilməsi siyasəti nəticəsində yaradılmış “۸۰ yaşlı İran milləti” üçün demokratik rejim qurmaq; -İranın çox millətli ölkə olması amilini nəzərə almamaq; -Panfarsist siyasətinin yürüdülməsini davam etdirmək. Paniranistlər arasında İranın gələcək dövlət formasına baxışda da fərqili yanaşmalar var. Onların bir qurupu Unitar (vahid və ya bəsit) dövləti, o biriləri isə Federal formalı cümhuriyyətin qurulmasını istəyirlər. Paniranist fedralçılar arasında da elə qurumlar vardır ki, İranı çox millətli ölkə kimi qəbul edərək öz müqəddəratını təyin etmə prinsipini tanıyırlar. Amma onlar həmin prinsipin mahiyyətinə aydınlıq gətirmirlər. Federal dövlət quruluşunu siyasi-idarəetmə sistemi (mövcud əyalət və ya ostanlara görə) əsasında təssəvvür edirlər. Hakimiyyət bölgülərini, əyalət və onların tabeçiliklərində olan şəhərlər arasında müəyənləşdirirlər. Belələri milli yönlu təşkilatları tanımırlar, yalnız İranın bütövlüyünün qorunmasında bu tip təşkilarlar aparıcı olacaqdır. Onlar milli dilləri fars dilinin kölgəsində qoyurlar. Həmin təşkilatlar fars dilini “ümum milli dil və ya ünsiyyət dilli”saıyrlar. Elə bundan və burdan başlayaraq hakimiyyətə gəlmədən hüquq pozuntusuna yol verirlər. 2-Milli cərəyanlar:Milli cərəyanların və təşkilatların dövlətçilik məsələsinə dair yanaşmaları. Paniranistlərin problemin həllinə baxışı haqda qısaca məlumat verildi. O biri cərəyan milli təşkilatlar və düşüncələrə aiddir. Öncədən deməliyik ki, İranda bu millətlər mövcuddur: Türk, Fars, Kürd, Bəluç, Ərəb, Türkəmən və s… Pəhləvilər hakimiyyətə gətirildikdən sonra ölkənin siyasi-idarəetmə quruluşu dəyişdirildi. Bundan sonra fars olmayan millətlər milli sitəmə məruz qalaraq, öz milli haqlarından məhrum edilərək indiyə qədər milli hüquqlarını əldə edə bilməmişlər. Ötəridə olsa milli sitəmə məruz qalmış fars olmayan millətlərin siyasi təşkilatlarının məsələyə baxışına dair programlarından bir sıra örnəkləri nəzərdəkeçirək. Bu təşkilatlar arasında fikir baxımından oxşar cəhətlər mövcuddur. Məsələn : – Mərkəzi şovinist hökumətə qarşı birgə mübarizə; – İranın indiki dövlət quruluşuna alternariv olaraq federalizmin irəliyə surulməsi; – Milli hökumətlərin yaranması; – Müqəddəratını təyinetmə prinsipini əsas şüar kimi qəbul etmə; – Ərazi və bir-birinin ərazisində yaşayan o biri etnoslarn milli haqqlarının təmini; – Mərkəzi hakimiyytin idarəetmə quruluşunun təqsimatında; (buna nümunə olaraq, Azərbaycan torpaqlarının hesabına müxtəlif əyalətlərin yaradılması ilə Azərbaycan ərazisi parçalanmışdır. Bugün Azərbaycana aid torpaqlarin müəyyən hissəsi Azərbaycan adini daşımır.Bu da öz nübəsində mərkəzi və yerli idarəetmə sistemində problemlər yaradır.) Milli təşkilatlarında programlarında gələcək dövlət quruluşu və formasına baxışda da tam aydın təssəvvür yoxdur. Hamısı milli müqəddəratını programlarında təsbit etsədə, belə mühüm prinsipin mahiyyətini açıqlamırlar. Milli haqqlar uğrunda mübarizə aparan təşkilatların heçdə hamısı milli-demokratik, sağ təmayönllü deyillər. Onların arasında sol yönlü sosialist, sosial-demokrat idiyologiyalı təşkilatlarda mövcuddur. Milli təşkilatlar federativ dövlət quruluşuna fikirləri baxımında da tam aydın olmamaqla yanaşı, elmə söykənmir. (Məsələn: yerli durumu, sosial-iqtisadi vəziyyəti və s… bu kimi problemləri nəzərə almadan başqa dövlətlərin quruluş formalarını bir başa tətbiqini örnək gətirmək, və ya federal dövlətin anlayışı və səciyyəvi xusisiyyətlərinin bir-biri ilə tam aydınlaşdırılmaması). Dövlət və hüquq nəzəriyyəsinə görə federativ dövlət quruluşu anlayışı belə göstərilir: – Əgər bir neçə müstəqil və hakim ölkə özlərinin siyasi-ictimai, iqtisadi və hərbi mənfəətlərini qorumaq məqsədi ilə siyasi birlik yaradarlarsa, ona federativ dövlət quruluşu deyilir; – Əvvəllər müstəqil olmuş quruluşların həmin ittifaqdakı könüllü birliynə federativ quruluş deyilir; Qeyd etmək lazımdır ki, ittifaqdan könüllü çıxmaqda mümkündür. Amma yuxarıda göstərildyi kimi, milli təşkilatlar bu və analoji məsələləri nəzərə almayıblar. Demək olar ki, paniranist təşkilatlarda belə federativ dövlət quruluşu anlayışı ilə, səciyyəvi xüsusiyyətlərini qarışdırırlar. Elmə əsaslanıb məsələyə aydınlıq gətirmək üçün dövlət hüquq nəzəriyyəsinə müraciət edək. Nəzəriyyəyə əsasən federativ dövlət quruluşunun özəllikləri (əsas xüsusiyyətləri) belədir: – Federativ ərazisi onun ayrı-aryı subyektlərdən (ostan, əyalət, kanton, cümhuri və s…) ərazilərindən ibarətdir; – Belə dövlətin ali qanun verici, icra edici, məhkəmə hakimiyyətləri mərkəzi dövlətə məxsusdur, federal və yerli orqanlar arasında səlahiyyətlər bölgüsünü Anayasa müəyyənləşdirir; – Federasiya subyektlərinin özünün, qanunverici, icra edici, məhkəmə organları ilə yanaşı anayasaları da olur; – Federal dövlətlərdə xarici siyasət, hərbi və təhlükəzilik sistemi mərkəzi hakimiyyətin əlində cəmləşir; – Federal dövlətlərdə, subyektlərin dövlət müstəqilliyi əhəmiyyətli dərəcədə məhdudlaşdırılır; – Federal dövlətlər mərkəzlə subyektlər arasında könüllü müqavilələrə əsasən yaranırlar; Bütün qeyd etdiklərimizə rəğmən İranda demokratik idarəetmə sistemi ənənəsi olmayıbdır. Buna görə də məsələyə elmi-pratik yanaşmaq daha da vacib və məqsədə uyğun olardı. Millətlər arasında yaranan və ya yaradıla biləcək problemləri və federativ dövlət quruluşunun yuxarıda sadaladiğmız anlayış və özəlliklərini (səciyyəvi xüsusiyyətlərini) nəzərə alsaq, görünür ki, İran kimi çox millətli ölkədə millətlər hüququn təmini və demokratiyaya bir başa (bilavasitə) keçmək üçün imkan və şərait yoxdur. Odur ki, milli hakimiyətlərin və uzun müddətli mərkəzləşdirilməmiş dövlət quruluşunun təmini üçün müəyyən hazırlıq mərhələsi və başqa sözlə keçid mərhələsi lazımdır. Keçid mərhələsi və dövlət quruluşu.Çox millətli ölkələrdə demokratiyaya keçid dövründə İnsan hüquqlarının qorunması ilə yanaşı, millətlər hüquqlarının təmin edilməsi üçün hansı dövlət forması və eləcədə dövlət quruluşu forması məqbul sayıla bilər? Məsələyə aydınlıq gətimək üçün dövlət hüquq nəzəriyyəsinə əsaslanmaq lazimdir. Dövlətçiliyə elmi yanaşmaqla mövcud yollarını da elmə söykənərək axtarmalıyıq. Bu zaman aşağıdakı suallar cavablandırılmalıdır: 1- Çox millətli ölkələrdə istibdaddan demokratik quruluşa keçmək və eləcə də ölkədəki millətlər hüquqnun təmini üçün uzun müddətli mərkəzləşdirilməmiş dövlət quruluşu lazımdır yoxsa qısa müddətli? 2- Çox millətli ölkələrdə müqəddəratını təyin etmək prinsipinə əsaslanaraq millətlər hüququnu təmini ilə yanaşı həmin dövlətlərdə ərazi və mədəni problemlərin həlli üçün keçid mərhələsinə ehtiyac varmı? ۳- Keçid mərhələsinin dövlət quruluşu necə olmalıdır? Odur ki : – Keçid dövru üçün qısa müddətli dövlət quruluşu formasının əsaslarını həyata keçirilmədən; – Çox millətli ölkələrdə demokratiyaya keçmədən; – Millətlər hüququnun təmin etmədən üzün müddətli mərkəzləşdirilməmiş dövlət quruluşunun həyata keçirilməsi mümkünsüzdür. Keçid mərhələsi çox millətli ölkələrdə asılı millətlərin milli azadlıq mübarizəsi ərəfəsində istibdadan demokratiyaya qovuşmaq və eləcə də uzun müddətli mərkəzləşdirilməmiş dövlət quruluşu bərqərar olması üçün müəyyən bir mərhələdir. Qısa formada olsada İranın mövcud dövlət idarəetmə sistemi, və eləcə də opozosiyonun müxtəlif formalarda irəliyə sürdüyü gələcək dövlət idarəçılik forması və quruluşu formasına ötəri bir baxış onu göstərir ki: İranda demokratiyanin qələbə çalmamasının və eləcə də İran çox millətli ölkə olaraq millətlər hüququnun təmin olmamasının əsas səbəblərindən başlıcası buradakı dövlət idarəetmə sisteminin elmi əsaslara söykənməməsidir. Elə bu səbəbdən də məsələyə elmi formada aydınılq gətərilməsi zəruriyyəti meydana çıxır. Beləliklə: Dövlət forması; özlüyündə qarşılıqılı əlaqədə olan üç ünsürü cəmləşdirir:
Dövlət idarəçilik forması
Dövlət quruluşu forması
Dövlət rejimi forması
Dövlət idarəçilik forması
Dövlətin ali hakimiyyət organlarının quruluşunu, onların təşkilini və onların arasındakı səlahiyyətbölgüsü qaydasını müəyyənləşdirir. Dövlət idarəçilik forması idarəetmə işində aşağıdakıvəzifələri daşıyır:
Dövlətin ali orqanlarının yaranmasını və onların quruluşunu müəyyən edir
Dövlət hakimiyyəti ilə vətəndaşlar arasındakı qarşılıqlı münasibətləri tənzimləyir
Dövlətin ali vədigər orqanları arasında qarşılıqlı münasibətləri tənzimləyir
Dövlət quruluşu forması. Dövlətçilikməsələsində hər zaman dövlət forması ilə yanaşı, dövlət quruluşu forması da elmi şəkildə izahedilir
Dövlət quruluşu forması-dövlətin tərkib hissələri ilə dövlət hakimiyyətinin yerli orqanlarıarasında qarşılıqlı münasibətlərin xüsusiyyətlərini aşkar edən milli inzibat-ərazi quruluşudur. İdarəçilik formasından fərqili olaraq, dövlətin formlaşması burada hakimiyyət ,müstəqillik vəyerlərdə bölgü baxımından təhlil edilir
Dövlət quruluşu prinsipləri aşağıdakılardan ibarətdir:
Dövlətin daxili quruluşunun hansı hissələrdən ibarət olduğunu, bu hissələr hüquqi öhdəliklərininvə qarşılıqlı münasibətlərini müəyyənləşdirir
Mərkəzlə yerli olqanlar arasında münasibətləritəyin edir
Həmən dövlətdəki hər millətin mənafeyinə uyğun dövlət formasını müəyyənləşdirir
Dövlət forması ilə dövlət quruluşu formasının izah edilməsindən məqsəd odur ki, çox millətliölkələrdə istibdaddan demokratiyaya keçid mərhələsinin qısa müddətli mərkəzləşdirilməmişdövlət forması olaraq, dövlət quruluşu formasının vəzifələrinin uzun müddətli mərkəzləşdirilməmışvə ya mərkəzləşdirilmış dövlət formalarini biri-birindən fərqiləndirməkdir. Məsələni pratikbaximindan aydinlaşdirmaq üçün bir neçə örnək gətirmək daha önəmli olardi. Son on (10) ildəbir sira çox millətli Asiya və Afrika ölkələrində keçid mərhəsini (federal dövlətə hazırlıqmərhələsi) dövr vurmaqla istibdaddan bir başa üzün müdətli mərkəzləşdirilməmiş (federal) dövlət quruluşu formasini həayata keçirmək cəhdi uğursuzluqla nəticələmişdir.qeyd olunduğukimi həmən dövlətlərdə demokratiyanin təmini üçün keçid mərhələsi nəzərə alinmamışdır. Bunlara nümünə olaraq Sudan,İraq və Əfğanistan ölkələrində dövlət dəyişıklərinə(forma vəquruluş baximindan)baxmayaraq demokratiya bu ölkələrdə qisir qali.Məsələni daha dəqiqaydinlaşdirmaq üçün yuxarida adlari çəkilən dövlətlərin oxşar cəhətlərini nəzərdən keçirməkönəmli olardi.Bu oxşar cəhətlər aşağidakilardi:
Üçüncü dünya ölkələrinə mənsubdurlar;
Çox millətli ölkələrdirlər;
Müsəlman ölkələdirlər;
Dövlət idarə etmə sistemi baximindan demokratik ənənələri olmayan ölkərdirlər və s…
Əfaqnistanda,İraqda və Sudanda diktatorluq və mərkəzi şovinist hakimiyyətləridəyişdirilmişdir.Adi çəkilən ölkələrdə federativ dövlət quruluşunun əsasinda yeni Anayasaqəbul edilmişdir.Amma keçid mərhəsini keçirmədiklərinə görə,hakimiyyət bölgüsü buölkələrdə müvcüd millətlərin sayi əsasinda qurulmadiğina gurə və s…bu ölkələrdemokratkləşə bilmirlər və bütün milli problemlər böhranli durumlariniqorumaqdadirlar.İraqda Turkəmən və Kürd problemi öz həllni tapa bilmir.Elə bu özu-özluyundə yeni qurulmuş federal dövlətlərdə millətlər hüququnun pozulmasindan xəbərverir.Eləcədə adi çəkilən ölkələrdə dini problemlər(sünni və şiyə) dəvam edir. Sudandada analoji problemlər davam edir.21 illik vətəndaş müharibəsindən sonra (bu müharibədə ۲millyon İnsan həlak və ۴ millyon İnsan öz yurd yuvalarinda didərgin düşmüşlər) 09/01/2005-də müharibə aparan tərəflər arasinda sülh müqaviləsi bağlanmışdır.Ölkədə federativ dövlət quruluşu əsasinda yeni Anayasa qəbul edilmişdir.Amma bunlara baxmayaraq ölkənin Darfur əyalətinin milli-siyasi istəkləri, adi çəkilən müqavilədə heç müzakirə müvzüsü ölmamışdır. Ona görədə həmən əyalətin azadliq ordusu xudmuxtarlıq uqrunda silahli mübarizəni davam etdirir.Qeyd etmək lazimdir ki, Darfur əyaləti azadliq ordusunun silahli döyüşlərinin nəticəsində ۷۰ min İnsan həlak olmuş və ۱ millyonda artiq İnsan didərgin düşmuşdür. Həmən müharibə kəndli qara dərililərin və ərəblərin arasinda gedir.Onlar hakimiyyət bölgüsündə milli haqlarini nəzərə alınmasından narazıdırlar. Yuxadirda adlari çəkılən ölkələrdə federativ dövlət quruluşu əasasinda yeni Ana yasanin qəbul edilməsinə baxmayaraq milli təhlükəsizlik öz həllini tapa bilmir.Göstərilən məqamlar ona dəlalət edir ki,çox millətlli ölkələrdə unitar (mərkəzləşdirilmiş və ya vahid) bilavastə uzun müddətli mərkəzləşdirilməmiş (federal) dövlət quruluşuna keçmək və ya icrasinda müəyyən hazıelıq (keçid) mərhələsinə ehtiyac döyulur. Nəticə etibari ilə İranda da çox millətli ölkə olaraq,müqəddəratini təyin etmə prinsipinin icrasında və eləcədə demokratiyanin qələbə çalmasında kecid mərhələsi ladüddür.
Keçid mərhələsinin vəzifələri aşağidakilardan ibarətfir:
İnsan hüquqlari ilə yanaşı,millətlər hüququnun təmini;
Ərazi və mədəni problemllərin həlli;
Milli sitəmə məruz qalmış millətlərin hüquqi münasibatlarini tənzimləyən normalarin yaradilmasi;
İstehsal münasibatlarinin qeri mütənasibliyini aradan qaldirmaq;
İstehsal quvvələri ilə ictimai münasibatlarin tənzimlənməsi;
Milli hökumətlərin yaradilmasi;
Müqəddəratini təyin etmə prinsipinin yaradilmasi;
Uzun müddətli mərkəzləşdırılməmış dövlət quruluşunu formasinin ilkin mərhələsinin yaradilmasi.
Müqəddratini təyin etmə prinsipi əsasinda ölkədəki millətlər hüquqqunun təmin edilməsi uqrunda mübarizədə hər millətin öz milləti adi altinda siyasi-mədəni fəaliyyət göstərməsi vacib şətdir. Demokratik olmayan ölkələrdə heç bir millət öz milli istəklərini gerçəkləşdırə bilmir. Bundan ötəri həmən millətlər mərkəzi hakimyyət tərəfindən yürüdülən şovnist siyasətə qarşı birgə mübarizə aparmalıdırlar. Çünki tarixi təcrubə göstərir ki, milli sitəmə məruz qalan hər hansi bir millət tək başına mərkəzi hökümətə qarşı mübarizədə məğlub olur.Bunun təkrar olmaması üçün belə millətlər birlikdə milli-siyasi platformalarini yaratmalidirlar. Keçid mərhələsində dövlət forması yalniz cumhuriyyət olmali və qisa müddətli quruluş formasi demokratik dəyərlərə əsaslanaraq hər bir millətin sayina uyğun olaraq milli müəsslər məclisini formalaşdirmalıdır.Həmən məclis isə öz növbəsində qisa müddətli mərkəzləşdırılməmış dövlət quruluşu formasinin yarnması ünün hüquqi əsasləri hazılamalıdır.Eyni halda keçid dövrünun imum milli məclisi federal dövlət başçısını seçır və nazirlər kabinetini formalaşdirir. Yuxadida sadalanan əsaslar və prinsiplərə görə İranda şox millətləi ölkə olaraq burada yaşayan millətlərin milli-siyasi və demokratk-dövlət hüquqlarinin təminində keçid mərhəlsinə ehiyaci vardir. Bütün bu elmi analizlərdən və izahlardan məqsəd ondan ibarətdir ki, belə şox millətli dövlətlərdədə o cumlədən İrandada mədəni cəmiyyət yaradılsın və hüquq dövləti hökm sürsün.Belə cumhuriyyətin dövlət quruluşunu mahiyyət və məzmun baxımından nəzərdən keçirmək çox önəmlı olardı: Əsas azadliqlar və hüquqlar: milliyəti,dili ,dini və siyasi baxişlarindan, milli-ictimayi münasibatlarindan asili omayaraq, demokratik qanun aliliyini rəhbər tutaraq təmin olunmalidirlar. Dövlətin müasir anlamina görə,dövlət vətəndaşlarin qarşılıqlı münasibatlarda hüquq normaları əsasinda fəaliyyət göstərməlidir.hüquq dövlətində hüququn üstsnlüyü ozaman rol oynayir ki,hüquq vətəndaşlarin azadlığının ülçüsü kimi çıxış etsin.Belə şəayitdərir ki,cəmiyyətdə ədalət köm sürə bilər. Demokratik və hüquq qanunlarin əsasonda yarnmış qanunlarin icrası cəmiyyətdə ədalətin təzəsumudur. Yanliz qanunverici orqanin inkişafi hüquq dövlətinin qurulmasi üçün yetərli deyildir. Həmən orqanlarda qanunlar qəbul edilib, başqa orqan tərəfindən onların düzgün həyata keçırılməməsı hüquq dövlətinin əleyhinədir. Dövlətçilyin hüquqi əsasları, hüquqnun hökmranlığı,istehsal quvvələrinin hüquq bərabərlyi,cəmiyyətin inkşafinin və rfahinin yuksədırılməsını iqtisadi tərəfdən həyata keçırır. Hüquq dövlətinin ictimaı əsasları azad vətəndaşlarin ictimayi tərəqqisini üzündə cəmləşdirir.İnsan və onun maraqlari hər zaman diqqət mərkəzindədir. İctimaı ədalət,Humanizm və ən önəmlisi İnsan ləyaqətinin qorunması hüquq dövlətinin əxlaq dəyərlərini təşkil edir və fərd üzərində hər cür zülm və zorakiliği istisna edir. Avtoritorizm hüquq dövlətinin yaranmasına əngəl törədir. Eyini halda cəmiyyətin tərqqisini ləngıdir.Hüquq dövlətində heç bir hərəkət anayasaya zidd olmamalıdır. Ana yasanin aliliyi hüquq dövlətinin ayrilmaz həssəsi və əlamətidir. Qanun hər şeydən öncə anayasanin aliliyini,məhkəmə hüquq sisteminin, qanun verici orqanin cəmiyyətdə ədalət və hüquq sabitliyini yaratmalidir. Şəxsiyyətin toxununlmamazlığı, təhsil, ictimayi təminat, məhkəmə hüququ fərdi hüquqlarin təmin olunmasi deməkdir. Dövlət orqanlari hüquqa tabe olmalı,vəzifələrini pozduqda məsuliyyətə cəlb olunmalıdırlar. Hüquqi dövlətin təşkili və fəaliyyətinin əsas prinsipi hakimiyyət bölgüsündən ibarətdir. Ali qanunverici, icra edici və məhkəmə orqanlarinin qanuna tabe olması əsas şərtdir. Belə dövlət quruluşu məzmun və mahiyyət etibari ilə vahid dövlət hakimiyyətinin və totalitar idarəçılıyın qarşısını alır. Nəzərdə tutulan cumhuriyyətdə ölkənin daxili və xarici siyasətinin əsas yönlərini ali qanun verici orqan müəyyənləşdirir. Nəticə etibari ilə icra edici və məhkəmə hakimiyyətlərinin fəaliyyətlərini tənzimləyir. Beləliklə sözu gedən cumhuriyyətin dövlət mükanizmində qanun verici orqanin üstünlüyü təmin olunur. İcra edici hakimiyyət orqanlari vasutəsi ilə qanunverici hakimiyyət tərəfindən qəbul olnunmuş hüquq normalarinin realizəsi təmin olunur.İcra orqanlari və dövlətin vəzifəli şəxsləri qanunda nəzərdə tutulmayan hüquq və vəzifələrdən yararlana bilməzlər. Məhkəmə orqanlari cumhuriyyəti hər hansi bir hüquq pozuntusndan qoruyur. Ədalət məhkəməsi hüquq dövlətində yanliz məhkəmə oraqanlari vasitəsi ilə həyata keçirilir. Bu orqan yanliz hüququ və qanunu rəhbər tutur. O qanun verici və icra edici orqanlarin suyektiv təsirlərindən asili deyil. Ədalət məhləməsinin müsətəqililiyi və qanuna tabe olması,vətəndaşlarin hüquq və azadliqlarinin qorunması cumhuriyyət dövlətçiliyinin qarantidir.Ana yasa hüquqi nəzarət vəzifəsini Ana yasa məhkəməsi yerinə yetiməlidir. Bu məhkəmə qanunvericiliyin hüquqi yaradicilğ işində anayasanin aliliyini təmin edir. Yuxarida qeyid olunan məqamlar nəzərdə tutulan cumhuriyyətin səciyyəvi xüsüsiyyətlərini özündə əks etdirir.