آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Xocalı soyqırımı

Xocalı soyqırımı bəşəriyyətin faciəsidir. 22 il öncə yəni 26 fevral 1992-ci ildə Xankəndindəki 366-cı rus hərbi alayı, Ermənistan Respublikası silahlı qüvvələrinin tabeliyində olan silahlı quruplar, özünü “Artsax xalq” ordusu adlandıran Dağlıq Qarabağ millətçi erməni birləşmələri Azərbaycan Respublikasının Dağlıq Qarabağdakı Xocalı şəhərinə qəflətən hücum edib köməksiz, silahsız dinc mülkü əhalini tanklardan, avtomat silahlarından atəş açaraq amansızcasına məhv edirlər. Güllə boranından canlarını xilas etmək üçün meşəyə, dağa qaçan qoca, qadın və uşaqları təqib edərək qəddarlıqla, vəhşicəsinə qətlə yetiriblər. qətlə yetirdikləri canverən insanları xüsusi vəhçiliklə başlarının dərisini soymuş, müxtəlif bədən üzvlərini kəsmiş, gözlərini çıxartmış, hamilə qadınların qarınlarını yarmış, meyitlərin bəzilərini yandırmışlar.

Xocalı soyqırımı zamanı 602 nəfər şəhid olub. Onlardan 36 nəfəri bir yaşından onbir yaşına qədər uşaqlardır.

20 nəfəri onüç yaşından onsəkkiz yaşına qədər gənclərdir

224 nəfər bir valideynini itirmiş uşaqlardır.

25 nəfər hər iki valideynini itirmiş uşaqlardır.

7 ailə təmamilə məhv olub.

135 nəfər qoca, qadın və kişilərdir.

155 nəfər itkin düşənlər və taleyi məlum olmayanlardır.

Xocalı faciəsini törədənlər. Başda Robert Koçaryan, Arkadi Kukasyan, Seyran Ohanyan 366-cı alayın 2-ci batalyonunun komandiri, Ermənistan vətəndaşı rus silahlı qüvvələrinin Zaqafqaziya Hərbi dairəsinin 366-cı alayın zabit və əskərləri başda polkovnik Zaviqarov 366-cı alayın komandiri Rusiya vətəndaşı, hazırda Ermənistan vətəndaşı. Polkovnik Baymukov arxa cəbhə üzrə komandir müavini Rusiya vətəndaşı. Polkovnik Moiseyev 336-cı alayın 1-ci batalyonun komandiri Rusiya vətəndaşı. Mayor E. A. Navokix, 366- cı alayın 3-cü batalyonunun komandiri Rusiya vətəndaşı. Baş leytnat Xrinxna 366- cı alayın kəşfiyat bölməsinin rəisi Rusiya vətəndaşı. Xocalı faciəsini həyata keçirməklə Sovet Dövlətinin satqın rəhbəri Mixail Qorbaçov və Ermənistan rəhbərinin əsas məqsədi xalqımızın tutduğu müstəqillik yolundan çəkindirmək, əzmini qırmaq, gözünü qorxutmaqdan ibarət idi.

1990-cı ilin 20 Yanvar faciəsindən sonra xalqımıza qarşı Xocalıda törədilən ikinci böyük qırğın xalqımızın mübarizə əzmini qıra bilmədi.

Lakin bu faciənin ağrısını qəlbində daşıyan Azərbaycan xalqı və rəhbərliyi müstəqilliyini qorumaq, iqtisadi, texniki elmi, mədəni və sairələrinin inkişafı, diplomatik siyasi münasibətləri nəticəsində beynəlxalq aləmdə yüksək nüfuz qazanmışdır.

Bu gün ADF-nin geniş toplantısında Xocalı faciəsinin 22-ci ildönümünü qeyd edərkən Xocalı şəhidlərinin əziz xatirəsini bir daha dərin hüzünlı yad edərək doğmalarına və dünya azərbaycanlılarına başsağlığı verərək Allahdan rəhmət diləyir və inanırıq ki, haqq-ədalət öz yerini tapacaq, Xocalı şəhidlərinin qatilləri beynəlxalq məhkəmədə öz layiqli cəzalarını alacaqlar.

Humanist, insanpərvər insanlar! ADF-nin toplantısının iştirakçıları sizə müraciət edərək diqqətinizə çardırırıq ki, Xocalıda törədilən vəhşiliklərdən xəbərdar olasınız. Bu cinayətləri torədənləri ittiham edəsiniz, onları beynəlxalq hüquqa əsasən beynəlxalq məhkəmə qarşısında cavab vermələrinə nail olmaqdan ötrü səylərimizi birləşdirib bizə həmrəy olasınız. Belə bir həmrəylik yaranmasa bir gün erməni millətçilərinin növbəti hədəfi sizin dövlətiniz və xalqımız ola bilər.

Məmməd Haqarar

Facebook
Telegram
Twitter
Email