آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Arif Səfa

O, tay da canımdır,
Bu tayda canım.
Əbədi yaşasın Azərbaycanım

(Nasir Həmdulla oğlu)

Şair Arif Səfanın əziz xatirəsinə həssr olunur.

S.Ə. Şirvaninin davamçısı Arif Səfanın (Arif Qulu oğlu Hüseynovun) əziz xatərəsi onu tanıyanların qəlbində daima əbədi yaşayacaqdır. Allah rəhmət eləsin.

Nasir Həmdulla oğlu

Əziz oxucu!

Gəlin qısaca olaraq Arif Səfanın (Arif Qulu oğlu Hüseynovun) həyat və yaradıcılığına, onun yaşadığı ömür səhifələrinə və tərcümeyi halına nəzər salaq.

Arif Səfa kimdir?

Arif Qulu oğlu Hüseynov (Arif Səfa) 16 sentyabr 1929-cu ildə Türkmənistan Respublikasının, Aşqabad şəhərində anadan olub. Arif hələ uşaq olarkən 9 (doqquz) yaşa qədər ailəsi ilə birlikdə Aşqabad şəhərində yaşamışdırlar.

1938-ci ilin isti yay günlərinin birində axşamçağı, Arif evinin eyvanında dayanaraq qızıl güllərə və yaşıllıqlara bürünmüş həyətə tamaşa edərkən, atası Qulu kişi rəngi ağarmış şəkildə küçə qapısında görünür. Ağ yaylığı ilə üzünün və boynunun tərini silə-silə eyvana qalxaraq evə daxil olur və kiçik Arifin anası, Səaadət xanıma yaxınlaşaraq, bildirir ki, Səadət evimiz yıxılıb, dünən gecə neçə nəfər İranlıları tutub, həbs edərək deyəsən İrana göndəriblər. Yəqin ki, məni də ya bu gün, ya da sabah gəlib apararlar.

Səadət xanım qəzəblənərək, həyat yoldaşı Quluya deyir ki, ay kişi axı mən sənə dəfələrlə dedim ki, İran pasporunu dəyiş, sənsə dəyişmədin, sözə qulaq asmadın, daha gecdir, Allah axırını xeyr eləsin. Gör bir nələr gəldi başımıza. Həmin gecə səhərə yaxın, eyvanda ayaq səsləri eşidilir.

Bu zaman 2 (iki) nəfər qapıya doğru irəliləyərək özlərini “Enkevede” idarəsindən gəldiklərini bildirirlər və Arifin atasına yaxışlaşaraq “Məhəmməd Hüseyn Şəfa Bəyləri sizsinizmi? “Qulu kişi, qorxa-qorxa bəli mənəm deyir. Sizdən xahiş edirik ki, geyinəsiniz vaxtımız azdır və bizimlə getməlisiniz.

Arifin dediyinə görə atası Qulu kişi ürəyi kövrək, deyib-gülən, zarafatcıl bir adam olub və Aşqabad şəhərində papaqçılıqla məşğul olub. Qulu kişi, geyinərək həyat yoldaşı Səadət xanımla, oğlu Arif, qızı Zəhra, kiçik oğlu Siyavuşun üzündən öpərək vidalaşır və gedərkən həyat yoldaşına deyir. Səadət, səni and verirəm Arifin canına, əgər məni İrana göndərsələr, sən də uşaqları götür köç İrana. (Siyavuş uşaq ikən raxit xəstəliyindən İranda vəfat edib). Mən azadlığa çıxanda sizi orada taparam. Sonra Qulu kişi (Məhəmməd Hüseyn Şəfa Bəyləri) oğlu Arifə yaxınlaşaraq ona deyir ki, oğlum Arif artıq sənin 9 (doqquz) yaşın var, artıq böyük oğlansan mən dönüb gələnə qədər, evdən-eşikdən, anandan, bacın və qardaşından muğayat olarsan.

Qulu kişi xudafizləşərək evdən çıxır, lakin hara gedəcəyindən isə xəbərsiz idi. Sonradan məlum olur ki, Qulu kişi İrana yox, Sibirə sürgün olub və 8 (səkkiz) il orada sürgün həyatı yaşamışdır. Qulu kişi, (Məhəmməd Hüseyn Şəfa Bəyləri) Cənubi Azərbaycanın, Təbriz şəhərinin Hökməvar məntəqəsində doğulub boya-başa çatıb, sonradan Aşqabad şəhərinə köçərək, S.Ə. Şirvaninin nəvəsi Səadət xanımla tanış olur, ailə quraraq orada məskunlaşır. Kim nə bilirdi ki, balaca Arifi, bacısı Zəhranı, qardaşı Syavuşu qabaqda nələr gözləyir.

Fələyin üzü qara olsun.

Necə deyərlər sən saydığını say, gör fələk nə sayır. Kim nə bilirdi ki, hələ onları qabaqda hansı müsibətlər gözləyir. Onu da qeyd etmək lazımdır ki, Səadət xanım, tanınmış, maarifçi şair, ictimai mahiyyət daşıyan, satirik şerləri, qəzəlləri, zəngin ədəbi yaradıcılığa malik olan, görkəmli Azərbaycan şairi Seyid Əzim Şirvaninin qız nəvəsidir. Səadət xanım valideynləri Şamaxı zəlzələsindən bir neçə il sonra, Aşqabad şəhərinə, Türkmənistana köçərək orada məskunlaşırlar. Səadət xanımda həmin şəhərdə Aşqabadda anadan olub. Sonradan Arif gilin ailəsinin Aşqabad şəhərində (Türkmənistanda) yaşamaqları mümkün olmadığına görə, beləliklə də Arif gilin ailəsində ağrılı-acılı günlər başlayır. Anası Səadət xanım 3 (üç) uşağını götürərək İrana köç edir. Bir neçə ay əvvələrdə Məşhəd şəhərində, Tehranda, sonradan isə qalan illəri 9 (doqquz) ili Təbriz şəhərində yaşayırlar.

Arif hələ uşaq ikən 14 yaşında olanda, fars və rus dillərində sərbəst danışır və hər iki dildə bədii əsərlər oxumağı xoşlayardı. Hələ uşaq ikən Aşqabad şəhərində təhsil aldığı məktəbdə, onda ədəbiyyata, şeirə, musiqiyə çox maraq göstərirdi. Iranda təhsil aldığı dövrlərdə onda şairliyə, musiqiyə marağı daha da püxtələşirdi.

1945-ci ilin 21 Azər (12 dekabr) ayında İranda, Cənubi Azərbaycanda Milli Höküməti yaranır, Seyid Cəfər Pişəvəri Azərbaycan Demokrat Firqəsinin rəhbəri seçilir. Dumanlı Təbrizdə günəş doğur, insanların əhval-ruhiyəsi dəyişir, xalq azadlığını əldə etdiyinə görə buna sevinirdi. 21 Azər inqilabı (12 dekabr) 1945-ci il azadlığ ili kimi tarixə həkk olunur.

Arifin anası Səadət xanım oğlunda olan istedadı şerə, qəzələ, bədii ədəbiyyata, musiqiyə həvəsi görərək Arifi götürüb o vaxtlarda 1945-ci ildə Milli Hökümətin, Mədəniyyət və Maarif Naziri olmuş, şair Məhəmməd Biryanın yanına gətirir və Arifdə olan bacarığı, istedadı ona söyləyir. Səadət xanım, Məhəmməd Biryaya özünü şair nəvəsi kimi təqdim etdikdə, M. Birya ondan soruşur. Deyin görək siz hansı şairin nəvəsisiniz. Səadət xanım deyir ki, mən görkəmli Azərbaycan şairi S.Ə. Şirvaninin qız nəvəsiyəm. Bu da mənim oğlumdur. Oğlumu sizin yanınıza gətirməıkdə məqsədim odur ki, Arifdə bədii ədəbiyyata, şerə, qəzələ, musiqiyə olan həvəsini duyuram. Mən bir ana kimi bilirəm ki, oğlum gələcəkdə ya şair ya da musiqiçi olacaq.

Məhəmməd Birya deyir ki, əvvəla mən çox şad oldum ki, böyük ustad şairimizin nəvəsi Səadət xanımla tanış oldum. Əlbəttə ki, mən Arifi teatra isə götürərəm və gələcəkdə onun şair və ya musiqiçi olmasında da teatrın çox böyük rolu olacaq.

Arif elə həmin gündən Təbrizdə “Xurşid” teatrında isə başlayır, aktyorlara qaynayıb qarışır, teatr tamaşalarında iştirak edir, əsas işi isə teatrda nəzarətçi vəzifəsində işləməsi olur.

Arifin atası Qulu kişi, 1945-ci ilin may ayında Sibirdən sürgündən qayıdır, ailəsini axtarmaqdan ötrü Təbriz şəhərinə gəlir, soraqlaşaraq “Küçə baq” məhəlləsində, zirzəmidə yaşadıqları evi taparaq, ailəsinə qovuşur. Sonradan Səadət xanım “Dik başı” deyilən məhəllədə geniş otağı, işıqlı ev kirayələyir, həyat yoldaşı Qulu üçün yaxınlıqda dükan alır, dükanda işləmək üçün tikiş maşını alıb gətirir. Beləliklə Qulu kişi yenidən öz papaqçılıq sənətinə qayıdaraq papaq tikməklə məşğul olur.

Arif teatrda işlədiyi dövr ərzində bir çox görkəmli şəxsiyyətlərlə tanış olmuşdur. Onlardan biri, Azərbaycandan gəlmiş rejissor İsmayıl Əfəndiyev, azərbaycanlı məşhur bəstəkarı Cahangir Cahangirovla da tanış olmuşdur.

Bir gün Arifin atası Qulu kişi, anası Səadət xanım, “Xurşid” teatrında tamaşadan sonra, görkəmli Azərbaycan bəstəkarı C.Cahangirovla görüşürlər. o biləndə ki, Səadət xanım, S.Ə. Şirvaninin nəvəsidir, təəcüblə soruşmuşdu.

Mən başa düşə bilmirəm sən hara, ay bacım, İran hara? Səadət xanım həyat yoldaşı Qulu ilə Aşqabad şəhərində evlənmələri barədə danışdıqdan sonra C.Cahangirov demişdi.

  • Hə indi başa düşdüm, 1938-ci il getsin, bir də gəlməsin. Həyat yoldaşınızın iranlı olmağını bəhanə gətirərək, sizə də bu zülmü veriblər və siz də İranda acı talelər yaşamışsınız.

Arifin o vaxtlar əl çatmaz saydığı şairlik istedadı, poeziya və ədəbiyyata bağlılığı, musiqiyə olan həvəsi və ulu babası S.Ə. Şirvani zirvəsinə ucalmasına yol açırdı.

Arif ilk dəfə əruz vəznində yazdığı təbii şeri 1946-cı il olmuşdur.

Arif ara-sıra məclislərdə, görüşlərdə, teatrda öz nazik “zil” səsi ilə xalq mahnıları oxuyardı. Əslən, Azərbaycanın Şuşa şəhərindən olan “Qrabağlı” kimi tanınan, İranın Təbriz şəhərində yaşayan, Məhəmməd, Arifi evlərinə çağırtdırıb, onu öz doğma oğlu kimi sevən Xanımbacı (bir müddət Arif onlarla birlikdə yaşayıb övladları olmadığına görə) Arifin üzündən öpər, saçlarını tumarlayar, Arif də həzin “zil” səsi ilə oxuyar, evdə olan qonaqları, yaxınlarını öz nazik zil səsi ilə valeh edərdi.

Onun ən çox sevdiyi xalq mahnılarının içində, “Pəncərədən daş gəlir ay bəri bax, bəri bax” və ya “Oturumun Şövqi düşüb yenə Təbrizə” “Şofer yavaş sür, yarım gələcək bizə” xalq mahnılarını sevə-sevə oxuyardı.

Oturumun şövqü düşüb Təbrizə,
Şöfer, yavaş sür, yarım gələcək bizə,
Oturdan düşdü xanım, bir qızıl dişdi,
Onu sevəli, vallah, yerin behişdi.

(otur) o zaman Təbrizdə maşına deyirdilər.

21 Azər (12 dekabr) inqilabından bir neçə gün sonra Arifin qardaşı Hüseyn dünyaya gəlir. 1945-ci ildə 9 (doqquz) il Təbrizdə yaşadıqdan sonra, Qulu kişi (Arifin atası) qonşularla xüdafizləşərək, ev əşyalarını maşına yükləyib, gecə ikən Tehrana yola düşürlər. çünki Təbrizdə (cənubi Azərbaycanda) gedən inqilab düvrü 1946-cı ildə başa çatır. Küçələrdə tüfəng, güllə səsləri, görəsi təlaş hər yanı bürümüşdü. Azərbaycan Demokrat Firqəsi dağılıb, S.C. Pişəvəri isə qaçmışdı. Təbriz şəhərində artıq yaşamaq mümkün deyildi.

Cəng Arifin xəyyalları başqa yerdə idi. 21 Azər (12 dekabr) inqilabının fərəhli günləri bir anlığa gözlərinin önündən keçir, sinəsindən qopub gələn qoşmanı kağız-qələm çıxarıb yazmağa başlayır.

Bir xöş gün görmədim səndə Təbrizim,
Ürəkdən gülmədim səndə Təbrizim,
Səndən üz döndərdim mən də Təbrizim,
Gözləri həmişə nəmli Təbrizim.

Beləliklə bir neçə ay Tehran şəhərində yaşadıqdan sonra, Arifin ailəsi belə qərara gəlirlər ki, İranda mühacirət həyatı yaşamaqdansa, geriyə Sovetlər ölkəsinə dönsünlər. Bir neçə gündən sonra ailə daimi yaşamaqdan ötrü, uzun keşməkeşli, başıbəlalı yol keçdikdən sonra, əvvəl Məşhəd şəhərinə (ordan Aşqabada yaxındır.) və bir neçə gün orada qaldıqdan sonra, tanış olduqları bələdçi vasitəsi ilə dağları-dərələri gecə ikən gizli yollarla keçərək, nəhayət səhərə yaxın sərhədə çatırlar. Qulu kişi və onun ailəsi sərhədi keçərək 2 (iki) rus sərhədçisinə yaxınlaşaraq onlara bildirir ki, biz bu torpaqdanıq, bura bizim doğma vətənimizdir. Beləcə rus sərhədçiləri Səadət xanımı, qızı Zəhranı atlara mindirərək Arif, atası Qulu kişi sərhədçilərlə birlikdə qərargaha gəlirlər. Onlar nə biləydilər ki, bunların başına bundan sonra nələr gələcəkdir. Rus sərhədçiləri, qərargah rəisi Arif gilin ailəsini dindirdikdən sonra qanunu pozduqlarına görə (dövlət sərhədini) 2 (iki) il həbs cəzası alırlar və onları “İranzon” adlanan yerdə saxlayırlar. (İranlıların saxlanc yeri) deməkdir. Arif, atası Qulu kişi ilə bir yerdə kişi kaloniyasında qalırdı. Anası, Səadət xanım və qızı Zəhra da qadın kaloniyasında. Kiçik qardaşı Hüseyn isə azyaşlı olduğuna görə onu Aşqabad şəhərində ki, uşaq evlərinin birinə göndərmişdilər.

Arif, öz davranışları ilə koloniya rəhbərliyinin etimadını qazanaraq, 1946-cı ildə cavanlar təşkilatının üzvü olduğuna görə bir də 21 Azər haqqında mübariz, inqilabi şerlər yazdığına görə onu vaxtından tez həbsdən azad edirlər.

Arif sonradan Düşənbə şəhərinə gələrək “Qırmızı Aypara Cəmiyyəti”-nin köməkliyi ilə “Traktordetal” zavodunda işə düzəlir və bir müddət yataxanada yaşayır. Bir gün zavoddan işdən çıxıb yataxanaya gələndə, bir də görür ki, anası Səadət xanım, atası Qulu kişi, bacısı Zəhra, durub Arifi gözləyirlər. Arif öz doğmalarını görcək gözləri yaşarır, ağlayaraq öz doğmalarını bağrına basır. Sonra atası Qulu kişi, zavoda yaxın bir yerdə ev kirayələyir və evə lazım olan bütün əşyaları, qab-qacaq, yorğan-döşək və sair alıb gətirirlər. Tezliklə Qulu kişi də öz məqsədinə nail olur və ona ailəsini dolandırmaqdan ötrü kiçik bir dükan verirlər. Ailənin get-gedə, gün-gündən güzaranı yaxşılaşır. Səadət xanım, həyat yoldaşı Qulu kişini, kiçik oğlu Hüseyni, Aşqabad şəhərindən gətirməkdən ötrü, Aşqabada göndərir, uşaq evindən oğlunu taparaq geri dönür. Onlar yeni sovet pasportu alaraq özlərinə Hüseynov soy adını götürürlər.

Beləliklə Arif 1959-cu ildə Tacikstanda, Düşənbə şəhərində Pedaqoji Dil və ədəbiyyat inistituna qəbul olur, az müddət orada oxuduqdan sonra, 1959-cu ildə Bakı şəhərinə köçür və təhsilini davam etdirməkdən ötrü, Bakı Dövlət universitetinin şərqşünaslıq fakultəsində ali təhsil alaraq, 1960-cı ildən Pedaqoji fəaliyyətə başlayır. Bakı şəhəri 62 saylı orta məktəbdə müəllimlik fəaliyyətinə başlayır. 1963-cü ildə Bakı Dövlət universitetinin şəraqşünaslıq fakultəsini bitirir. Həmin ildən “S.C. Pişəvəri” adına Respublika humanitar fənlər” üzrə fars təmayüllü gimnaziyada fars dili müəllimi vəzifəsində işləyir.

Arif Qulu oğlu Hüseynov hələ BDU-da təhsil aldığı dövr ərzində “Arif Səfa” təxəllüsü kimi tanınır, onun yazdığı şerləri, qəzəllər xalq arasında özünə məxsus yerlərdən birini tutur.

Seyid Əzim Şirvaninin nəslinin davamçısı olan Arif Səfa, ulu babası S.Ə. Şirvaniyə aid onun həyatı haqqında pyes yazır və onu ümumilikdə S.Ə. Şirvani yaradıcılığına həsr edir.

Arif Səfanın əsərləri 1960-cı illərdən çap olunmağa başlayır. O, 3 (üç) kitab müəllifidir və bu günə qədər Arif Səfanın 3 (üç) kitabı işıq üzü görüb.

1-ci kitabı “Səhv edirəm bəlkədə” – 2006-ci ildə
2-ci kitabı “Qəzəllər və gözəllər” – 2007-ci ildə
3-cü kitabı “S.Ə. Şirvaninin nəvəsi (yəni Arif Səfanın anası) Səadət xaımın “Ağlı-qaralı günləri” kitabı 2009-cu ildə nəşr olmuşdur.

Omür vəfa etsəydi yaxın zamanlarda 4 (dördüncü) kitabı da işıq üzü görəcəkdi. Onun yazıb yaratdığı əsərləri şeir, qəzəlləri indi də oxucular arasında böyük maraqla oxunur və sevilir.

Arif Səfa 2005-ci ildən, Azərbaycan Yazıçılar Birliyini, üzvüdür. Arif Səfanın həyat və yaradıcılığına nəzər saldıqda görürük ki, onda vətənə olan bağlılıq, niskillik hiss olunur. Arif Səfa elə bir şəxsiyyət idi ki, (indi onun haqqında keçmiş zamanda danışırıq) o ətrafənda olan istər şair olsun, yazıçı, istərsə də kollektiv arasında ictimayyətdə, hər birləri ilə səmimi rəftar edər, heç kimin ona qarşı laqeyd münasibət bəsləməsinə yol verməzdi.

Mən Arif Səfanı hələ S.C. Pişəvəri adına fars təmayüllü gimnaziyada işlədiyi vaxtlardan şifahi tanımağıma görə baxmayaraq, sonradan onunla, Arif Səfa ilə 2010-cu ildə yaxından tanış olmuş, sonradan bizim bu tanışlığımız səmimi dostluğa çevrilir. Mən həmişə Arif Səfa ilə birlikdə olanda o, mənə yenicə yazdığı şerlərini oxuyardı. Aramızda olan yaş fərqinə baxmayaraq, (25 yaş kişik idim Arif Səfadan) onun səmimi dost, etibarlı insan, ağsaqqal kimi nəsihətlərini eşidər, həmişə hörmət və ehtiramla yanaşardım. Arif Səfa, 1959-cu ildə ailə həyatı qurub. Onun həyat yoldaşı Mina xanım Tağıyeva Aşqabad şəhərində anadan olmuş, orada Aşqabad Pedaqoji inistitutunda təhsil almış, inistitutu bitirdikdən sonra ixtisasca bioloq olan Mina xanım Bakı şəhərində əmək fəaliyyətinə başlamış, bir çox vəzifələrdə çalışmış 2001-ci ildə Bakı şəhərində vəfat edib.

Arif Səfanın bir qız övladı var hazırda Bakı şəhərində yaşayır, Hüseynova Fəridə Arif qızı, Azərbaycan Dövlət Pedaqoji inistitutunda təhsil almış, 30 il pedaqoji fəaliyyətlə məşğul olub, hazırda başqa bir sahədə öz işini davam etdirir.

Qızı, Fəridə xanımın həyat yoldaşı Hüseynov Ramiz Hüseynağa oğlu sərhədçi idman kompleksində məşqçi vəzifəsində işləyir.

Nəvəsi: Hüseynova Leyla Ramiz qızı, Bakı maliyə kredit kollecində təhsil almış, oranı bitirdikdən sonra bir neçə il maliyə sektorunda işləmiş, hal-hazırda müvəqqəti olaraq işləmir.

Nəvəsi: Hüseynov Mehman Ramiz oğlu, Azərbaycan Dövlət idman akademiyasını bitirmiş, hal-hazırda özəl şirkətlərin birində işləyir.

Atası: (Məhəmməd Hüseyn Şəfa Bəyləri) Qulu Hüseynov, 1969-cu ildə Düşənbə şəhərində avtomobil qəzası nəticəsində faciəli şəkildə həlak olub.

Anası: Hüseynova Səadət xanım (S.Ə. Şirvaninin qız nəvəsi) 1988-ci ildə Düşənbə şəhərində qəflətən vəfat edib.

Bacısı: Hüseynova Zəhra Qulu qızı, əvvəllərdə bir müddət Almaniya Federativ Respublikasında (AFR-də) yaşamış, övladlarını AFR-də qoyub, Düşənbə şəhərində ki, evlərini sataraq həyat yoldaşı ilə birlikdə İrana, Məşhəd şəhərinə, 7 il Məşhəd şəhərində yaşadıqdan sonra, 13.05.2003-cü ildə Məşhəd şəhəirndə qəflətən vəfat edib.

Qardaşı: Hüseynov Hüseyn Qulu oğlu, hazırda 69 yaşı var, ailəlidir, ailəsi ilə birlikdə Düşənbə şəhərində yaşayır.

Arif Səfanın 20 illik mühacirət həyatı yaşaması, ağır həyat tərzi sürməsi, Aşqabad şəhərində anadan olmasına baxmayaraq, onun Azərbaycana bağlılığı Bakı şəhərini sevməsi, AR-də ömrünün sonuna kimi Bakı şəhərində yaşamış, 02.03.2014-cü ildə qəflətən vəfat etmişdir.

Yaxşı yadımdadır, şair Arif Səfa belə bir misra oxuyardı.
Sevirəm o taylı, bu taylı Azərbaycanı,
Sevirəm mən bütöv Azərbaycanı

(Arif Səfa.)

Facebook
Telegram
Twitter
Email