İnsan dünyaya azad gəlir onun azad yaşamaq hüquqi var. Vətənim İran Cənubi Azərbaycanda bütün varlıqları azad nəfəs almalı azad yaşamaq özünün istiqlaliyəti uğrunda azad mübarizəsini davam etdirməlidir. Dünyanın heç bir ölkəsində Cənubi Azərbaycanda baş verdiyi qədər inqilabi mübarizələr baş verməmişdir. Məşrutə hərəkatı Səttar xan Sərdari Milli inqilabı, Şeyx Məhəmməd Xiyabani qiyamı. 20 il ərəb işğalçılarına qarşı qılınc vuran Babək Xurəmidi, Heydər Əmioğlu mübarizəsi, Kişik xan Cəngəlilər hərəkatı, Məhəmməd Tağı xan üsyanı və ən nəhayət 1945-46cı il Seyid Cəfər Riqəvəri inqilabı bəşər cəmiyyətinin diqqət mərkəzində olmuşdur. 1945ci ilin 12 şəhrivər günü (3 sentyabr 1945) qeyd olunması bu mübarizədə S.C. Pişəvərinin yekdilliklə firqənin sədri seçilməsi günün ən vacib və zəruri məsələlərindən biri idi. Çox qısa bir vaxtda Azərbaycan kəndlisi, şəhərlərin əli qabarlı fəhlələri kütləvi surətdə firqə sıralarına daxil olmağa başladılar. Öz azadlıqlarının firqədə görən Azərbaycanlılar dönmədən heş bir şeydən çəkinmədən öz mübarizliklərini bir daha əyani şəkildə həyata keçirməyə müvəffəq oldular. Firqə üzvü olan şəxslər tezliklə öz ümid və azadlıqlarını fədai qüvvələrində gördülər və tezliklə təxirə salınmadan əli silah tutan bütün vətənin azadlığı eşqi ilə alışıb yanan çox gənc yaşlı oğul və qızlarımız silaha sarıldılar. Bunlar nə ölüm, nə işgəncə nə başqa xoşa gəlməz hadisələr qorxuzmazdı. Fədailərin silaha sarılması Pişəvəri inqilabına zəfər gətirdi. İran Azərbaycanı azad bir varlığa çevrildi. Xalqın azadlıq mübarizəsi günəşə, aya çevrildi. Atasını, anasını, bacı və qardaşlarının azadlığı yolunda dönməz mübarizə çevrildilər. Qısa bir vaxt ərzində Azərbaycanda olan bəy və xanların xalisə torpaqları düzgün qanun əsasında kəndlilərə paylandı. Xalq başda olmaqla Pişəvəri uzaq görənliyi fədai dəstələrinə böyüklüklə bel bağlılıq yarandı. Fədai dəstələri qışın soyuq və şaxtalı günlərində səngəri boş qoymadılar. Düşmənə layiqli cavablar verir, onları göz açmağa belə aman vermirdilər. Gənc oğlanlarla yanaşı gənc qızlarımızda əldə silah fədai sıralarına qoşularaq səngərdə vuruşa girdilər. Bunlardan İrəc İbrahimi, Vəfalı Şahsevən qızı, səriyyə, Telli bəyim, Həsəni Gülzadə və s. Öz mübarizlikləri ilə xalqın gözündə erkək Aslana çevrildilər. Azərbaycan xalqı indi də bu vətən qızları ilə fəxr edir. Həmişə onları qəlbən ruhən yad edirdilər. 1946-cı ilin 21 Azər hərəkatı (dekabr ayının 12) Cənubi Azərbaycanda elə bir sıçrayışa malik olan ki, onu sözlə ifadə etmək nə qədər xoşdur əvəz olunmazdır. 21 Azər hərəkatı qısa vaxt ərzində Azərbaycanın bütün kəndlərində, qəsəbə və şəhərlərində ilk dəfə olaraq ana dilində məktəblər yarandı. Maarif, Mədəniyyət sahələrində yeniliklər yarandı. Şəhərlər abadlaşmağa başladı. Təbriz şəhərində ilk dəfə olaraq flarmoniya yaradıldı. Xalq azad günə çıxdı. Bütün bu yeniliyi görən İran şahı və onun müstəşarları qorxu içərisində idilər. Fədailərimizin əzimkarlığını və döyüş qabiliyyətini görən qan içənlər ölkədən qaçır və ya öz qüvvələrini səfərbərliyə aldılar. Xəyanət nəticəsində 21 Azər hərəkatı bir ildən sonra 21 Azər hərəkatının ildönümü ərəfəsində satqınçılıq nəticəsində mühacirətə məruz qaldılar. Şah ordusu xaincəsinə basqın edərək Azərbaycanda qan su yerinə axdı. Fədailər son nəfəslərinə qədər mərdliklə vuruşa-vuruşa təslim olmadılar. Mühacirətə gələ-gələ vuruşdular. Çox gənc yaşlarında olan fədailər mühacirətdə də silahı yerə qoymadılar. Bu iş 1947-ci ilə kimi davam etdi. Gözləri vətən həsrəti ilə alışıb yanan fədailər Sovet Azərbaycanında əmək cəbhəsində hünərlə çalışaraq bir daha öz qəhrəmanlığını göstərdilər. Müxtəlif dövlət mükafatlarına layiq görüldüləır. Elm və ali təhsil almağa səy etdilər. Fədailər bir fədai kimi ixtiyar çağlarında belə vətən həsrəti ilə dünyasını dəyişdilər. Onların övladları vətənə sədaqətli bir övlad kimi firqəyə qəbul olundular. Mühacirətdə olmaqlarına baxmayaraq ata babalarının inqilabi mübarizəsinin mərdliklə böyük şücaətlə davam etdirdilər. Səsimə səs verin vətənimin qəhrəman mübariz fədai oğulları. Vətən sizdən nicat gözləyir. Mən əminəm ki, bir gün gələcək fədai oğullarını səsi mənim səsimə səs verəcək. Xalqımızın azadlığı naminə vətən həsrəti ilə döyünən ürəklər azadlıq məşəlini vətənin qaranlıq şüşələrində nur saçacaqdır. Səsimə səs verin fədai oğulları. Eşq olsun ruhu şad fədailərimizin mərd oğullarına. Vətən hər bir insan üçün anadır, duz çörəkdir. Vətən torpağı bərəkət mənbəyi ruzu ölkənin qüdrəti böyük sərvətlərə malik olan ölkə heç bir vaxt basılmaz. Vətənin torpağında axan buz bulaqlar şəfa mənbəyidir. Ana nəvazişidir. Vətən laylası ana üçün şərəfdir. Unudulmaz böyük varlıqdır. Vətən ana sevgisidir. Ana torpaq sənə gözəllik verən bir zümrədir. Ananın qədrini bilməyən insan vətənin də qədrini bilməz. Belə övladlar nankor olar. Vətən eşqidir, məhəbbətdir, sevgidir, gözəllikdir, əyilməyən bir varlıqdır. Bu varlığı qoruyub saxlamaq həm gözəllik, həm də ki, şərəfdir. Vətənin daşıda, torpağı da gülüdə, çiçəyi də, çəmənidə bizim üçün fədai övladları üçün zərdir, gövhərdir desəm yorulmaram. Ana torpaq bizi öz qoynunda bəsləyib. Duzunu çörəyini bizdən əsirgəməyib. Vətən sənin daşına, axar çayına, başı qarlı savalanına, qocaman Təbrizdə qəhrəman fədai oğullarına illərlə Qəsri Qacar zindanında öz xoşbəxtliyini itirən Səfər xan kimi Firidun İbrahimi, Ənuşirəvan İbrahimi kimi oğullarına qurban olum. Onlar bizim qanımız, qol qanadımız, döyünən ürəyimizdir. Bu qəhrəmanlar öz canlarını bizim xoşbəxtliyimiz naminə qurban verdilər. Bu vətən torpağının qəhrəman oğulları Azərbaycanın başının tacı idilər. Qoy bütün vətən övladları bu qəhrəmanların qəhrəmanlığından özlərinə qəhrəmanlıq payı götürsünlər. Yoxsa bu qəhrəmanların ruhu bizi bağışlamaz.
Valeh Quluzadə