İranın hakim dairələri ölkədə tam əminamanlıq olduğunu, bütün zümrələrin anlaşma şəraitində yaşadıqlarını dəfələrlə bəyan etsələr də müxtəlif guşələrdən gələn xəbərlər heç də bunun belə olmadığını göstərməkdədir. Mötəbər mənbələr bildirirlər ki, Cənubi Xorasan əyalətinin Kuhistan şəhərindəki şəkər zavodunun işçiləri əmək hüquqlarının pozulmasına, aylarlarla məvaciblərini ala bilmədiklərinə görə etiraz aksiyası keçiriblər. Aksiyada 280 nəfər işçi iştirak edib. Bu insanların 8 aydır ki, maaşlarının verilməsi yubadılır. Belə desək, sahibkarlardan əli üzülən insanların ümidi mübarizə yoluna qalıb. Onların isə hələlik yalan vədlərlə başlarını qatırlar. Hər dəfə etirazların bildirən işçiləri çörək əvəzinə yalan vədlərlə yola salırlar.
Məlumata görə, zavod 2014-cü ilin oktyabrında bağlanıb. Səbəb xammalın qıtlığı göstərilir. 53 yaşlı bu müəssisə fəaliyyətini dayandırsa da bu sivil yolla yekunlaşdırılmayıb. 8 ay müddətində ödənməyən əmək