Faşo sözü İtalyan sözü olub. Mənası yaşıl ot deməkdir. O vaxtlar İtalyan əyanları və zədaganları seyrə çıxarkən yaxşı atlar minər, əllərində bizim səməniyə bənzər yaşıl ot götürər və şadyanalıqla gəzintilərini xoş əhval-ruhiyə ilə keçirər və şadyanalıq edərdilər. Əslən alman millətindən olan Adlof Hitler həbsdə olarkən “nə etməli” kitabını yazır. Həbsdən azad olan kimi Hitler ətrafına alman faşistlərindən toplamalı olur. O, qısa bir vaxt ərzində çox güclü ordu yaratmağa nail olur. Eyni zamanda həddən artıq güclü silahla və hər cür qırıcı silahlara yiyələnir. Bütün yeraltı-yerüstü silah növlərinə mina, tank, top müxtəlif növlü avtomat, qırıcı və bombardımançı təyarələrə nail olur. Hitler çalışır qısa vaxt ərzində bütün avropanı, yaxın və orta şərqin bütün ərazilərini ələ keçirsin. Alman dövlətinin başçısı istədiyi arzusuna nail oldu. Çox qısa bir vaxtda bütün avropanı dizə çökdürdü. Başda SSSR olmaqla Hitlerin bu arzu olunmaz müharibəsi ildırım sürətilə dünyanın hər yerinə yayılmışdı. Hitler əvvəlcə Polşanı sonra isə Çexoslavakiyanı, Ruminiyanı, Bolqarıstanı, Macarıstanı, Yuqoslaviyanı və digər avropa ölkələrini ələ keçirdi. Sovet dövləti ilə bağlanmış sülh müqaviləsinə məhəl qoymayan Alman dövlətinin başçısı Adlof Hitler Fransanı təmamilə əzdi İngiltərə dövlətini çıxılmaz vəziyyətdə saxladı yahudilərə qarşı kəsgin və digər ölüm kabusu yaratdı. Yaponiya, Türkiyə və İtaliya dövlətləri ilə müttəfiq olan Alman dövləti SSSr-yə qarşı müharibə elan etmədən 1941-ci ilin iyun ayının 21-də gecə vaxtı Sovet hökümətinə Sovet xalqına qarşı ədalətsiz bir müharibəyə başladı. Almanlar tərəfindən belə dəhşətli müharibə gözləməyən Sovet dövlətinin başçısı İ.V. Stalin 22 iyun 1941-ci ildə sovet xalqına almanlar tərəfindən vətənimizə basqın olunması haqqında sovet xalqına onun qəhrəman oğul və qızları vətənin azadlığı uğrunda “ za rodina, za Stalina” təşbehi ilə müharibə meydanına atıldılar. Hitler Almaniyası ilk növbədə Ukraynanı, Belarisiyanı, Moldovanı və Rusiyanın digər şəhər və qəsəbələrini, kəndlərini ələ keçirdilər, viran qoydular. Müharibənin ilk günlərindən silaha sarılan sovet xalqı ölümdən qorxmadan müharibəyə atıldılar. Qış aylarında, şiddətli şaxta, qar insanları qılınc kimi kəsirdi. Bütün bunlara sinə gərən sovet dövləti və onun başçısı İ.V.Stalin olmaqla yanaşı bütün əli silah tutan oğul və qızları vətənin azadlığı yolunda dönməz oldular. Müharibənin ilk günlərindən başlayaraq Azərbaycan xalqı həm müharibə meydanında, həm də ki, arxa cəbhədə bütün xalqıları ilə işləyərək ölkəni neftlə, ərzaqla, isti geyimlərlə təmin olunmasında əvəzsiz xidmətləri oldu. Bu ədalətsiz müharibədə İran Azərbaycanı da kənarda qalmadı. Azəri qardaşlarımızın əllərindən gələni etdilər. Təbriz, Ərdəbil, Astara, Miyana, Əhər, Zəncan, Urimiyə və yüzlərlə şəhərlər onun ətraf əyalətlərində yaşayan Cənubi Azərbaycan xalqı da öz köməklərini həm canlı qüvvə və həm də ki, iqtisadi cəhətdən son nəfəslərinə qədər öz köməklərini belə əsirgəmədilər.
Sovet xalqı onun başında duran rəhbərlər ordu genralları, marşalları heç bir çətinlikdən qorxmadan xüsusi partizan dəstələri yaratmağa nail oldular. Bu iş həm mühribə meydanlarında və həm də ki, düşmənin cəbhə xəttində və onun arxasında çox güclü partizan qüvvələri yaratmağa müvəffəq oldular. Bu qüvvələr müharibənin son günlərinə qədər şərəflə davam etdirdilər. Sovet dövlət başçılarının xüsusəndə hər meydanında şücaətli hərəkət və qəti fikri və sözləri ilə dünyaya səs salan Stalin dühası ilə əzilən Ukrayna, Belarusiya, Moldova 900 gün mühasirədə qalan Leninqrad şəhəri qəhrəmanlıq şəhərinə çevrildi. Alınmaz bir qalaya çevrilən Sovet İttifaqı onun əyilməz xalqı həm cəbhə xəttində və həm də ki, arxa cəbhədə öz sözlərini dedilər. 416-cı taranroq diviziyası müharibədə qəhrəmanlıq göstərərək ad çıxardan Azərbaycan oğulları Berlinə birinci daxil olan və döyüş bayrağını restarkın üzərinə sancanlardan biri olmuşdur. Böyük vətən müharibəsi illərində 6 yüz min Azərbaycan vətəndaşı cəbhəyə yollanmış onlardan 2 yüz mindən artıq qəhrəmanlıqla vətən uğrunda həlak olmuş yüzlərlə Sovet İttifaqı qəhrəmanları və müxtəlif orden və medallarla təltif olmuşlar. 20 milyondan artıq insan müharibənin qurbanı olmuşdur. Çox şükürlər olsun uca Tanrıya ki, Azərbaycanın o taylı, bu taylı oğul və qızları düşmənə qarşı heç bir əyintilərə yol vermədən əsil Azərbaycanlıqlarını bir daha dünyaya bəyan etdilər. Mehdi Hüseynzadə, Qafur Məmməd, Şirin Şükürov və yüzlərlə vətən övladları bu yüksək adlara layiq olmuşlar. Sovet xalqı qısa bir vaxtda əl-ələ verərək müharibənin vurduğu yaraları sağaltmağa müvəffəq oldular. Eşq olsun belə qəhrəman xalqa. Sovet dövlətləri 1945-ci ildə tarixi qələbə qazandı. 5 illik dəhşətli müharibə də qələbə qazanmış sovet xalqının hünərinə min alqış olsun. V.R. Quluzadə 05.04.2015