آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Tariyel Umid

Dünyada heç bir qüvvə insanların qəlbində alovlanan vətənə sevgi atəşini söndürə bilməz.

Filologiya elmlər doktoru Sabir Nəbioğlu

Mən Tariyel Ümid (Pərdəşünas) Cəfər oğlu 1945-ci ildə Cənubi Azərbaycanın Əhər şəhərinin Dürmüşganlı kəndində kəndli ailəsində anadan olmuşam.

1946-cı ildə ailəliklə Ağdam şəhərinə köçmüşük. Orta məktəbi və K/T mexanikləşdirmə texnikumunu Ağdam şəhərində bitirmişəm.

1964-cü ildə Bakı şəhərinə təhsilimi davam etdirmək üçün gəlmişəm.

1972-ci ildə Azərbaycan Politexnik İnstitunun nəqliyyat fakultəsini,

1989-cu ildə Jurnalist sənətkarlığı İnstitununu bitirmişəm.

1968-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin,

1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm.

14-yaşından şeir yazıram.

“Ağ günümün qanadları” (1986-cı il Yazıçı nəşriyatı)

“Bu da bir taledi” (2012-ci il Şirvannəşr)

“Mənim gülüstanım” (2012-ci Şirvannəşr)

Kitablarım çap olunub.

36 il Azərbaycan dəmir yolunda işləmişəm və yaradıcılıqla da məşğul olmuşam.

1964-cü ildən bu günə qədər şeirlərim Azərbaycanın qəzet və jurnallarında vaxtaşırı çap olunub. Eləcə də bir çox almanaxlarda. “Çinar pöhrələri” 1,2. “Şəhriyar”, “Parçalanmış millətin harayı”, “Azərbaycan ədəbiyyatı antalogiyası”, “El məhhəbbəti”, “Odlu misralar”, “Ədəbi Şirvan” və sairə.

Azərbaycan Demokrat Firqəsinin orqanı olan (Ərəb əlifbası ilə) çıxan “Azərbaycan” ruznaməsində, “Mühacir” qəzetində şeirlərim müntəzəm çap olunub.

2010-cu ildən ADF-nin Mərkəzi Komitəsinin komisiyyasının üzvüyəm. Mənim haqqımda 1973-cü ildə “Ədəbiyyat və İncəsənət” qəzetində xalq Balaş Azəroğlu “Uğur olsun” yazıb. “Ulduz” jurnalında xalq şairi Söhrab Tahir “Uğur olsun” yazıb. Özümə ustad bu iki şairi hesab edirəm.

Azərbaycanın bütün yazıçılarını, şairlərini sevirəm və oxuyuram.

Vətnimə, xalqıma

Vermişəm ürəyimi.

Halalıqla qazandım

Ruzimi, çörəyimi.

İpək yorqan-döşəkdə

Yatıb xumarlanmadım.

Gözəllər qucağında

Alışmadım, yanmadım.

Şeirimi polad kimi

Əritdim sobalarda.

Məsləkim əskər kimi

Bərkidi misralarda

16.05.2015 Bakı Höküməli

Facebook
Telegram
Twitter
Email