آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Bir gün azad yaşamaq 1000 ilin əzabından yaxşıdır

Söhbət açacağım bu insan Cənubi Azərbaycanın dilbər guşələrindən biri olan İran Astarasından Astara şəhərində dünyaya göz açmış, uşaqlıq dövründən başlayaraq yetginlik yaşına çatana qədər qəlbində vətən sevgisi, ana laylası, azadlıq təşnəsi xalqının xüsusəndə doğma vətə olan Azərbaycan baxış həmişə onun qəlbində özünə məxsus yeri olmuşdur. O, həmişə arzu etmişdir ki, onun vətənində də başqa millətlərin vətən və xalq azadlığı bərqərar tapsın. Bu insan 1922-ci ildə Astara şəhərində fəhlə ailəsində anadan olmuş Heydərzadə Əliheydər Cəbrayıl oğludur. O, təhsilini Astaranın Nizamiyə məktəbində başa vurmuş, yaxşı təhsil almışdır. Çox gözəl yazı xətti var idi. Onun həyatda bir arzusu var idi azad yaşamaq insanların qayğısına qalmaq, onların dərdinə şərik olmaq. Azərbaycanda maddi maraq doğuran məsələlərə həqiqi vətəni Azərbaycanı azad görmək onun hər bir məntəqəsində zülmə, ədalətsizliyə qarşı barışmaz mübariz olmalı, zalımlara, dar düşüncəli müftəxorlara qarşı dönməz olmalı. Heydərzadə Əliheydər İranın Astara şəhərindən hərbi xidmətə çağrılır. O, hərbi xidməti zamanı da ürəyindən keçənləri inandığı insanlara çatdırır, onların fikrini bilmək istəyir. Ancaq iş elə gətirir ki, onun yoldaşlarından biri satqın çıxır və Heydərzadə Əliheydərin hansı əqidədə olduğunu hərbi xidmətin polkovnikinə xəbər verir. Onu sorğu – suala tuturlar o, isə heç bir vaxt belə bir söz dediyini söyləməmişdir. Uzun çək-çövürdən sonra ona yüz şallaq vurulması əmr olunur. Onu o qədər döyürlər ki, artıq o özünü bilmir. Bir müddətdən sonra özünə gələn Heydərzadə soruşur ki, mənə nə olub. Dözülməz zərbələrə məruz qalan Əliheydər bir neçə gün huşsuz qalır və daima nəzarət altında saxlanılır. O, hərbi xidmətini başa vuraraq doğma şəhəri olan Astaraya gəlir. Bu vaxt ikinci dünya müharibəsi başlayır. Hitler Almaniyası bütün dünyanı öz nəzarəti altına alır. 1941-ci ildə Hitler Rusiyaya qarşı müharibəyə başlayır. Qısa vaxt ərzində Alman faşızmi Ukrayna, Belarus, Moldova, Leninqrad, Kurski, Stalinqrad və digər məntəqələri ildırım sürətilə ələ keçirir. Bütün dünya təlaş içərisində qalır. Hitler çalışır ki, İranı da özünün əsarəti altına alsın. Lakin Sovet qoşunlarının İrana xüsusəndə Azərbaycana daxil olmasıSovet qoşunlarının İran Azərbaycanına daxil olması İran Azərbaycanında mütərəqqi insanların diqqət mərkəzində durur. Azərbaycanın hər bir şəhər və kəndlərində azad fikirli insanları özünə cəlb edir. Azad baxışlı, azad fikirli şəxslər gizli şəraitdə işə başlayırlar. Bu işlərin həyata keçirilməsində Heydərzadə Əliheydər yoldaşın xüsusi əməyi olmuşdur. O, əvvəlcə öz yaşıdları arasında söhbətlər apapır. Tez bir zamanda o, istədiyinə nail olur. Əvvəlcə belə qərara gəlirlər ki, Sovet nümayədndələri Astara şəhərində yerləşir. Ora müraciət etmək çox vacibdir. Tez bir zamanda Heydərzadənin zəhməti nəticəsində yüzlərlə insan Sovet dövlətinə kömək etmək məqsədi ilə Sovet dövlətinin hər hansı bir arxa cəbhəsində işləməyə könüllü olaraq işləmək fikrində olduqlarını ərizə ilə müraciət etdilər. Bu fikir İran dövləti tərəfindən də razılıqla qəbul olundu. Tez bir zamanda bu məsələ öz həllini tapdı. Heydərzadə yola düşməzdən əvvəl yoldaşlara tapşırdı ki, nə imkanınız varsa xan düyüsü götürün. Bu məsələ də həll olunur. Kimin gücü nəyə çatırsa onuda edirlər. Yola düşməyə bir neçə saat qalmış məlum oldu ki, gəmi ilə Türkmənstan Respublikasına “Krasnovodski” şəhərinə yola salınacaqsınız. Siz arxa cəbhədə işləyəcəksiniz. Yola düşənlərin götürdükləri ərzaq məhsulları qeydiyata götürüldü. Gəmi yola salındı. Yolda belə qərara gəlirlər ki, toplanan ərzaq Sovet ordusuna hədiyə kimi verilsin. Belədə oldu 3-tona yaxın xan düyüsü təmənnasız olaraq Sovet hökümətinin Krasnavodski şəhərində olan yoldaşlara təhvil verildi. Müharibənin qızğın bir vaxtında bu işin nə qədər vacib bir hədiyə olmasını qələmdə yazmağa acizdir. Arxa cəbhədə 3-növbəti iş rejimi dururdu. Heydərzadə bütün işlərin şərəflə işləməsinə çalışırdı və bu iş ləyaqətlə yerinə yetirildi. Gün o, gün oldu ki Sovet dövləti böyük vətən müharibəsində qalib oldu. Arxa cəbhədə işləyən İranlı yoldaşlar vətə qayıtdılar. Artıq hər bir yerdə Sovet qoşunları zəfər nəğmələri oxuyurdular.

İş elə gətirdi ki, Heydərzadə Əliheydər öz doğma vətəni olan Azərbaycana Astara şəhərinə alnıaçıq üzü ağ gəldi. Heydərzadə Əliheydər tezliklə ADF üzvülüyünə qəbul olundu. Elə həmin anda onu Astara şəhər komitəsində işə cəlb olundu. Nə qədər etdisə də fədai sırasına getməyə razılıq vermədi. Çenki şəhər komitəsinin işlərinin qeydiyata slamaq yalnız sizə həvalə olunur. O, Astara şəhər komitəsində özünə məxsus iş aparır. 1945-ci ilin 21 Azər günün qələbəsi Heydərzadənin gözünə işıq gətirdi. Onun sevincinin həddi hüdudu yox idi.

Arzusunda olduğu gün artıq qələbə müşdəsi verirdi. Heydərzadə Əliheydər yoldaş yenədə cəbhə xəttinə getmək üçün Astara şəhər komitəsinə müraciət etdi. Bir daha ona bildirdilər ki, sənin inqilabi əzmkarlığımızı xəbərimiz verdır. Siz vətən üçün yanan insan o0lmusunuz. Vətənpərvərliyinə söz ola bilməz. Düz və əqidəli yoldaşsınız. Astara şəhər komitəsinə verdiyimiz tövhələr danılmazdır. Həmişə vətən üçün alışıb yanan bir insan olmusunuz. Astara şəhər komitəsi sizə qəlbən ruhən çox inanır. Sizin əməyiniz və firqə üçün gördüyünüz işlər yad olunacaqdır. Az bir vaxtdan sonra Heydərzadə Əliheydər 21 Azər medalı ilə təltif olunur. Sovet qoşunlarının Azərbaycanı tərk etdikdən sonra şahın Amerika müstəşarlarının qoşunları zirehli tankları, topları və qırıcı təyarələri tərəfindən Azərbaycana şidətli hücum olundu. Dost xəyanəti nəticəsində vətənimiz yenidən öz azadlığını itirdi. Qan tökülmədən firqə geri çəkildi. Amma düşmən tərəf Azərbaycanın bütün şəhər və kəndlərində qan su yerinə axıdılmışdır. Bu cəhalətdir. Bunu necə unutmaq olar.

21 Azər hərəkatında yatırılması bizim hamımız üçün yanar bir ürəkdir. 1946-cı ilin dekabr ayının 12-də 21 Azər hərəkatı məğlub olması heçdə bizim zəifliyimiz yox, aldanmağımız oldu. 1946-cı ilin 21 Azər günündə qan-qardaşlarımızın yanına mühacirətə gəldik. Bizi mehribanlıqla qarşıladılar. Heydərzadə Əliheydər də ürəyi yaralı halda mühacirətə gəlməli oldu. Ona yaşamaq üçün Əlibayramlı şəhərində icazə verildi. Onun həyat yoldaşı vətən ayrılığına dözə bilməyərək ürəyi dayandı. Bu çox qısa oldu. Vətənə bu qədər bağlı insan görməmişdim. Heydərzadə 1947-ci ildən ta ömrünün sonuna qədər ADF Əlibayramlı şəhər komitəsində bütün işlərin öhdəsindən vüqarla əbədi vidalaşmalı oldu. Ruhu şad olsun. Unudulmaz bir insan idi. Vətən onun üçün hər şey idi. O saf təbiətli doğru bir insan idi. əsl vətən oğlu idi mən onunla 35 il bir yerdə firqənin işində qüsursuz işləmişəm.

Heydərzadə Əliheydər saf düşüncəli insan idi. Bir anda olsun o, firqənin işindən kənarda qalmamışdır. 1954-1966-cı il plenumlarında çıxışı çox müsbət forma almışdır. O, vətən üçün yaranmış bir insan idi. Onun qanında Savalan dağı saflığı var idi.

Quluzadə V.R.

18 may 2015-ci il

Facebook
Telegram
Twitter
Email