Dürstkarı İbrahim Xəlil Ağa Rza oğlunun fəaliyyəti haqqında xatirə
Dürstkarı İbrahim Xəlil Ağa rza oğlu 1916-cı il may ayının 1-də (İran təqvimi ilə 1295-ci il Ordubehişt ayının 11-də) İranın Ərdəbil şəhərində sənətkar ailəsində həyata gəlmişdi. Atası Ağa Rza kişi Ərdəbilinin hörmətli məşhur dərzilərindən biri idi. Oğlu İbrahim Xəlinin dərziliyə olan marağını görən atası ona dərzilik sənətini öyrətməyə başlayır. Bir neçə ildən sonra İbrahim Xəlil dərzi olur. İbrahim Xəlil, Rza şah məmurlarının xalqa etdikləri zülmünü dəfələrlə görərək şah üsul idarəsinə qarşı onda nifrət yaranır.
1941-ci ildə (1320-ci ildə) Sovet qoşunları İrana daxil olduqdan sonra, İiranda nisbətən demokratlaşma başlayır. Bundan istifadə edən zəhmətkeşlərin qabaqcılları İran Azərbaycanında 1942-ci ildə (1321-ci ildə) Azərbaycan Zəhmətkeşlər Həmkarları İttifaqını yaratmağa nail oldular. Bu təşkilat yarandığı gündən zəhmətkeşlərin sosial şəraitlərini yaxşılaşdırılması tələblərinin təmin edilməsini irəli sürürdülər və çətinliklə də olsa nail olurdular. Bu təşkilat yaranan az bir zamanda İbrahim Xəlil bu təşkilata üzv olaraq fəallıq göstərməyə başladı. Təşkilatın yığıncaqlarında, mitinqlərində fəal iştirak edirdi.
S.C.Pişəvərinin 3 sentyabr 1945-ci ildə (12 şəhrivər 1324-cü ildə) İran Azərbaycanında yaşayan azərbaycanlılarına müraciətindən sonra, İran Azərbaycanındakı bütün təşkilatlar birləşərək Azərbaycan Demokrat Firqəsini yaratdılar. İbrahim Xəlil bir çox azərbaycanlılar kimi ADF-yə üzv olaraq bu təşkilatda fəallıq göstərirdi.
Azərbaycan Milli Höküməti yaranandan sonra İbrahim Xəlilin fəalılığını nəzərə alan firqə başçılatı ona Ərdəbil vilayətində kəndlərdə kəndlilərə torpaq paylamaq, kəndli balalarını ana dilində (Azərbaycan dilində) təhsil almağa cəlb etmək, kəndlilərdən vergi toplamaq, kənd təsərüfatı məhsulları, taxıl, bal, yağ, pendir, çərəz, yun və sairə işlərini tapşırdılar. O, bu işlərin öhdəsindən bacarıqla gəlirdi. Azərbaycan Milli Höküməti düşməçilik edənlərin həbs edilməsində yaxından iştirak edirdi.
Haqqarar