آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Demokrat Firqəsinin 21 Azər Hərəkatının 70-ci ildönümü münasibətinə Bəyanatı

Əziz həmvətənlər!

70 il əvvəl Azərbaycan xalqı ADF-nın və Seyd Cəfər Pişəvərinın rəhbərlihi ilə İran tarixində birinci olaraq Azərbaycan ərazisındə Milli Muxtar Hökümət qurdu və 21 Azər Hərəkatının bünövrəsini yaratdı.

Vətənimiz İranın müasir tarixində, mərkəzi hökümətin diktatorluq əleyhinə qalxan azadlıq uqrunda mübarizə aparan İran xalqları arasında Azərbaycan xalqı daim birinci sıralarda olmuşdur. Səttarxanın istibdad əleyhinə mübarizəsi Məşrutə hərəkatını yenidən doğurdu. Məşrutə hərəkatının davamı kimi əyalət və vilayət əncümənlərin təşkil tapması üçün Şeyx Məhəmməd Xiyabani qıyam etdi. İkinci dünya müharibəsinin son aylarında, Azərbaycan xalqı mütləq yoxsulluq vəziyətində, ölkəmizdə yaşıyan başqa xalqlar kimi milli hüquqlardan məhrum olunmuş, mərkəzi hökümətin və yerli xanların istibdad və zülmü altında yaşayırdı. Seyid Cəfər Pişəvəri və onun məsləkdaşları daxili və xarici siyasi qüvvələrin balansını, mərkəzi hökumətin və onun qərbli himayadarların zəifliyinı nəzərə alıb, 12 Şəhrivər(03.10.1945) Bəyannaməsini nəşr etməklə Azərbaycan Demokrat Firqəsinin təsis olunması və Məşrutə qanununda təkid olunan əyalət və vilayət əncümənlərin təşkil tapmasını əsas götürərək İran çərçivəsində Azərbaycanın Azadlıqı və Azərbaycanda Milli Muxtar Hökümətin yaranması uğrunda mubarizəsini elan etdilər.

Azərbaycan əhalısı fəhlələr, kasıb kəndlilər, cavanlar, qadınlar, ticarətlə məşğul olanlar, hətta bəzi milli və zəkalı vətənpərvər ruhanilər və maliklərin hədsız alqışları çox sürətlə Azərbaycan Milli Muxtar Hökümətinin təşkilinə zəmin yaratdı. Yerli xalq komitələrin nəzarəti ilə kəndlər qəsəbələr və şəhərlərdə əncümənlərin təşkili üçün seçkilər aparıldı.

Nəhayət ki Azərbaycan numayəndələrinin Milli Məclisi 1324-cü (1945) il Azər ayının 21-də seçilmiş numayəndələrin iştirakı ilə rəsmən fəaliyyətə başladı. Mirzə Əli Şəbistəri məclisin sədri seçildi. Milli Məclis birinci Azərbaycan Milli Hökümətini təyın etdi. Qəttiyətli şəxsiyyət, təcrubəli mubariz, Səttarxan və Heydərəmoqlu sulaləsindən olan Seyd Cəfər Pişəvərini Azərbaycan Milli Hökümətin Baş Vəziri seçdi.

21 Azər Hərəkatı və Azərbaycan Milli Muxtar Höküməti fəaliyyət göstərdiyi bir ildə Azərbaycan əhalisi üçün xeyli işlər gördü, və çoxlu islahatlar apardı. Elə islahatlar ki, 70 il keçməsinə baxmayaraq hədə də onların ən vacibləri İran xalqlarının mübarizə programların da öz yerini saxlamaqdadır. Milli Hökümət çox sürətlə ictimai ədalət istiğamətində, xususilə kəndlilərin, fəhlələrin və digər zəhmətkeşlərin, qadınların və cavanların mənafeləri ilə səsləşən iqtisadi, ictimaii və mədəni islahatlar həyata keçirdi.

Azərbaycanin Ana dili Fars dili ilə yanaşı rəsmi dovlət dili elan olundu, məktəblərdə tədris aparması başlandı. Savadlaşma kilasları, Təbriz Universiteti, müəllimlər hazırlayan ali məktəb, azərbaycan dilində radio yaradıldı. Dovlət nəzdində olan torpağlar və xalq hakimiyəti ilə düşmənçilik edən mürtəce feodalların əkin torpağları torpağsız kəndlilər arasında bölüşdürüldi. Başqa maliklər və əkinçilər arasındakı munasibətlər ədalətlə tənzimləndi. Bir milyon əkinçi torpaq sahibi oldu. Mütərəqqi Əmək Qanunu qəbul edildi , 8 saatlıq iş vaxtına keçildi, fəhlə və işçi həmkarlar ittifağları sərbəst fəaliyətə başladı . Dövlət vergilər budcəsi hesabına şəhərlədə və kəndlərdə abadlıq işləri apardı, yollar çəkildi. Qadınlar seçmək və seçilmək hüqüqüna malik oldular, analar hökümət qayğısından bəhrələndilər.

21 Azər milli hərəkatı və Azərbaycan Milli Muxtar Höküməti özünü ümum İran xalqlar hərəkatının ayrılmaz bir hissəsi sayırdı. İstəyirdi ki, tarixən Məşrutə İnqilabının qabaxçısı sayılan Azərbaycanı öz cəsarətli mübarizəsi ilə Azadlıq, Demokratiya, İctimaii Ədalət yolunda bütöv İran əhalisinin mübarəzisinə arxayın bir dayağa çevirsin. Elə bu səbəbdən 21 Azər demokratik hərəkatı həm Azərbaycan zəhmətkeş xalqının geniş kutlə və ictimai siniflərinin hımayəsını özü ilə daşıyırdı, həm də vətənimiz İran xalqlarına mənsub olan butöv və milli və mütərəqqi quvvələr, eyni zamanda xarici mütərəqqi qüvvələr və xalqlar tərəfindən də himayə edilib dəstəklənirdi. İran Tudə Partiyası, Cəngəl Partiyası, İran Sosialist Partiyası, Kürdüstan Demokrat Partiyası, İran Partiyası və başqa umummilli şəxsiyətlər, hətta görkəmli Doktor Müsəddiq kimi 21 Azər hərəkatını təsdiq edib, dəstək verib, kömək göstərirdilər. “Batman dan bir ovuc” atalar məsəli kimi “ İran Partiya”-sinin organi olan “Cəbhə” qəzeti 1325(1946)-ci ildə 258 nömrənin baş məqaləsində belə yazmışdı : “…Azərbaycan Nehzəti(hərəkatı) azadlığ istəyən, mütərəqqi və islahatçidır. Azərbaycanda (feodalların) torpağlarını bölüşurlər. Bütün qördükləri işlər kənlilərin yaşamaq səviyyəsini tərəqqi vermək cəhətindədir. Azərbaycanda bir il müdətində 500 məktəb tikirlər. Neçə xəstəxana inşa ediblər. Danişgah(universitet) təşkil ediblər. Uşaq baxçaları və pulsuz mərizlər üçün müalicə mərkəzləri bərpa edirlər. Əhalinın bilik səviyyəsini yüksətmək üçün çox çalışırlar. Bütün qüvvələri ilə yolları təmir edib küçələrə asfalt tökürlər. Əmin-amanlığı bərpa edib, rüşvətxorluğa qarşı çox qətiyətlə mübarizə aparırlar. Azərbaycan Nehzətin Rəhbərləri qədim azadlıq uğrunda mubarizə aparanlardandılar və onlarin aksəriyəti ziyali və alımdılər…”.

Azərbaycanda azadlığ və demokratiya, ictimaii ədalət naminə gedən dərin islahatlar İranın başqa xalqlarına nümünə olmuşdı və bu da İranın irticaii mərkəzi hökumətinı, İngilis və Amerika İmperialistlərini dəhşətli şəkildə qorxutmuşdu. Mərkəzi hökümət onların geniş yardımı ilə bir tərəfdən Azərbaycan Muxtar Höküməti əleyhinə şiddətlı soyuğ müharibəyə başlayıb, həqiqəti olmayan, Sovet ordusunun işğalında qalan ərazi kimi və beləliklə İran ərazi bütövlüyünə təhlükə olduqu kimi, Azərbaycan işini əslində ölkədaxili məsələ olsa da Amerika və İngilisin köməyı ilə yeni təsis olunmuş Birləşmiş Millətlər Təşkilatına apardı. Başqa tərəfdən isə irticaçı və qaçan feodalların silahli dəstələrinə Milli Hökümətin ərazisinə basqınlar üçün kömək edirdi. Bu dəstələr dinc əhalini öldürməklə, qarət etməklə, sabitliyi pozmaqla, məntəgələrdə qorxu mühiti yaratmağa çalışırdılar.

Nəhayət ki çirkin əməllərini davam etdirən mərkəzi hökumət dövlətin idarə edilməsini Qəvamülsəltənəyə tapşırdı və Milli Hökümətlə müzakirələr başlandı. Mərkəzi Hökümət yalannan özünü razı göstərdi, yeni seçkilərin bərpası üçün əmin-amanlığı təmin etmək bəhanəsi ilə şah qoşununu Azərbaycana göndərdi. O, əhd-peymanı sındırdı, xarici ərbablarının və yerli irticaçı feodalların köməyi ilə Azərbaycanı qana qərq etdi.

Beləliklə minlərlə Azərbaycan övladı şəhid oldu, yaralandı, çoxları qaçqın düşdü, qüvvələr balansının olmaması üzündən Milli Hökümət öz fəaliyyətini davam etdirə bilmədi. mərkəzi dövlətin istibdadı, irticaçı feodalların hökmranlığı yenə Azərbaycana hakim oldu.

Hörmetlı həmvətənlər!

21 Azər Milli Demokratik hərəkatının başlanmasından 70 il keçir. Azərbaycan Milli Muxtar Hökümətini və onunla doğma olan Kürdistan Muxtar Cümhuriyətini qanlı şəkildə dağıtdığdan bir neçə ild sonra, Amerika və İngilis imperiyalistlərin birbaşa köməklikləri ilə, Doktor Müsəddiqin qanunı dövləti əleyhinə də 28 Mordad dövlət çevrilişi həyata keçirildi. Beləliklə xariciləre asıllıqı olan Şah rejiminin tam diktatorluğu İran xalqlarına təhmil olundu.

Nəhayət ki İran xalqlari əyağa qalxıb və öz ehtişamlı 22 Bəhmən inqilabı ilə asılı olan Şah diktatorluğuna son qoydu. İran İslam Cümhuriyəti İranda yarandı. Azərbaycan əhalisi də bu umum xalqlar inqilabın önündə gedən xalqlardan idi. Azərbaycan xalqı da başqa İran xalqları kimi belə təsəvvür edirdilər ki, inqilabın dini rəhbərin vəd verdiyi kimi, Demokratik hüquqlarından və o cümlədən öz milli hüqüqlarından bəhrənələcəklər. Lakin Şahçılıqa son qoyub Cümhüriyətin bərpasina baxmayaraq mərkəzi hökümətin İran xalqları əleyhinə milli zülmkarlığı azalmadı.

Şahçılıq quruluşunu çevriləndən sonra bir neçə il müddətində mərkəzi hökümətin rəhbərliyində tədricən irticaçı qüvvələrin hökmranlığı tamami ilə möhkəmləndi və Bəhmən İnqilabını məğlubiyətə sürüyəndən sonra, İslam Cümhuriyət rejimini elə diktator rejimininə çevrildi ki, hətta müxtəlif dini ayrıseçkilik və zülmlər azsaylı qeyri şiə müsəlmanlara qarşı da milli zulmkarlıqa əlavə olundu.

İndi bizim sünni müsəlman vətəndaşlarımızın çox yerlərdə, o cümlədən Tehranda icazələri yoxdur ki, hətta “Vəhdət Həftəsi”-nde Camaat Namazı bərpa etsinlər…! Bundan əlavə, son illərdə başqa xalqların dili, mədəniyəti və ənənəsi kütləvi informasiya vasitəsi ilə karikatura şəklində və ya “Fitilə” kimi verlişlərdə təhqirə və aşalanmağa məruz qalır. Bütün bunlar hökümət daxilindəki irticaçi qüvvələr tərəfindən təşkil olunur.

Mərkəzi Hökümətə hakim olan ticarət, maliyyə və silahlı quruplaşmaların iğtisadi tədbirlərindən əmələ gələn iğtisadi böhranlar Fəqih rejiminin atomla əlaqəli yekəxanalığı nəticsində xarici iğtisadi həsrlərlə daha da dərinləşib, və beləlik lə ölkə əhalisinin əksər hissələrinin həyatı dahada çətinləşib. Belə iğtisadi çətinliklər xususilə başqa xalqların yaşadığı yerlərdə, Sistanda, Bəlucestanda, Xuzestanda, Kürdistanda, Azərbaycanda və uzaq məntəqələrdə, İran xalqlarının çox saylı quruplarının yaşayışını ikiqat qara günə salıb məhv edir. Belə ki, Sistanli işsiz cavanlar hətta günəmüzd 1000 tümənə(30 qəpik) də iş tapmırlar..!

Təbiətin və ətraf mühitə hökümətin səhlənkarlığı nəticəsində, faciəli şəkildə Urmiyə və Hamun göllərinin və Zayəderud çayının quruması, meşələrin və otlaqların məhv olması mərkəzi hökümətə bağlı olan dəstələrin torpaqları mənimsəmək, məntəqələrdə olan mənfəətlərini artırmaq niyyətindən əmələ gəlib. Bu amillərdə öz növbəsində vətən xalqlarımızın zəhmətkeş insanların əlavə olaraq kasıblığını və didərgin düşmələrini artırır.

Belə bir şəraitdə ki ölkəmizin xalqları çoxlu zülmlərə, təhqirlərə və dini- milli ayrı-seçkiliyə məruz qalırlar, və ən çətin iğtisadi şəraitdə yaşıyırlar İran xalqlarının əsil milli partyalar, təşkilatlar və hər hansı etiraz göstərən şəxs cinayətçı mərkəzi hökümətin təqiblərinə məruz qalıb tapdalanır. Beləliklə, imperializmin yaratdığı “İŞİD” kimi beynəlxalq terrorçu təşkilatlara zəmin yaranır ki, ölkəmizin xalqları və digər milli dini azsaylı icmaların məhrum və gələcəyə ümidini itirmiş cavanlar arasında digər xalqlara və dinlərə mənsub olanlara garşı nifrət hissi yaratsınlar, vatanimizi firqələr və şövinizm müharibə meydanına çevirsinlər.

İranın mərkəzi hökümətı zahirdə Fələstin, Suriya, İraq, Yəmən xalqlarının hüqüqlarını müdafiə edir, əməldə öz mənafeyi və diktator hökümətinin davamı üçün ölkəmizin xalqları arasında çox təhlükəli hadisələrə zəmin yaradır, və əgər bu hallar davam etsə, ola bilər İranı da elə həmin ölkələrin çox təəssüf doğuran vəziyətinə düçar etsın.

21 Azər hərəkatı və Azərbaycan xalqının milli hüqüqlarının bərpası, azadlıq, demokratıya və ictimai ədalətdən bəhrələnmək uğrunda mübarizəsi, mərkəzi hökümətin əleyhinə olan İran xalqlarının umumi mübarizəsinin ayrılmaz bir hissəsidir. Azərbaycan Demokrat Firqəsı bu hədəflərə nail olmaq üçün İranda Federal Cümhüriyətin yaranmasını istəyir və bu yolda mübarizə aparan bütün İran xalqlarının ümumi və məntəqələrə mənsub siyasi, mütərəqqı və demokratik partiyalar və təşkilatların əməkdaşlığını və birgə əməllərinı dəstəkləyır.

Azərbaycan Demokrat Firqəsının Mərkəzi Komitəsı

1394-ci ilin Azər ayı.

2015-ci ilin Dekabr ayı.

Facebook
Telegram
Twitter
Email