آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

S.C Pişəvəri həqiqətə layiq bir insan idi

Külli kainat yaradan xaliq bəşər cəmiyyətini yaradarkən hərənin özünə məxsus aqilliyini, kamilliyini onun özünə məxsus iradısini peyğmbərlik dərəcəsinə yüksəltməyə nail olmuş, əxlaqi qabilliyətini yer üzərində dünyanın hər bir məntəqəsində kimliyindən asılı olmayaraq onların özünə məxsus idarə qüdrətini öz üzərinə götürməyə səfərbər etmişdir. Belə bir şəxs bütün insani kefiyyətləri özündə birləşdirən müdrik şəxsiyyətə malik olan mələklərdən biri də yer üzündə XIX əsrin axırlarında Güney Azərbaycanı Xalxal mahalının Zeynə kəndində Seyid Peyğmbər ailəsində 1893-cü ildə anadan olmuş S.C.Pişəvəri idi. Canlı həyat və insanların dünyaya gəlib tarixin qızıl səhifəsinə öz dəsti xətti ilə özünə məxsus yeri olan müzəffər yaradıcılığı ilə kişik yaşlarından hamını heyran qoymuşdur. Kiçik yaşlarında bu qədər fitri istedada malik olan S.C Pişəvəri bütün varlığı ilə xalqa vətəninə bağlı olan bir mələk simalı bir təsbeh idi. Onun ata və anası ağır dolanışıqdan çarə tapmaq üçün Şimali Azərbaycanın neft mədənlərində dünyanı heyran qoyan Bakı şəhərinə köçürlər. Bu haqqda dəfələrlə bu barədə yaızılmışdır. S.C.Pişəvəri orta təhsilini Bakının Bülbülə kəndində almışdır. Bu mələk simalı insan həyata məzlum və mütərəqqi insanlara o, qədər mənalı baxışları var idi ki, o heç bir kəsdən qorxusuz Bakı şəhərinin ayrı-ayrı neft sənayesi sahələrindən müxytəlif millətlərdən ağır işlərdə çalışan ayrı-ayrı şəxslərə açıq – aydın görüşür onların vəziyyətləri ilə yaxından maraqlanır, özünün kəskin fikirlərini açıq qorxmadan qəlbindən keçən alovlanıb yanan sözlərini göstərməyə nail olur.

Dünyaya çox böyük mütəfəkirlər gəlib. Onların bir qismi yandırıcı, dağıdıcı insanların qılıncdan keçirməsindən zövq alan, məzlum bəşəri duyğuları qarşısında özünü öyməklə sərkərdələr qarşçısında özünü məğlubedilməz kimi şəxsiyyətə sığmayan alovlu nitqi ilə hamını viraniliyə səsləyər. Ölkələri viran qoyur, məzlum xalqların qanını su yerinə axıtmağa səy edirlər. Bəşər cəmiyyətində belə hallar həmişə məzlum bəşəriyyətini payına daha çox sirayət edir. S.C.Pişəvəri gənc yaşlarında bu məsələlərə daha çox fikir verirdi. O, özünün saf düşüncələri ilə həmişə qəlbində götür-qoy edir, ağırlı-acılı günləri təhlil edərdi. Pişəvəri tək üzü üçün firavan yaşamaq arzusunda olmamış, həmişə vətənini və xalqını düşünər, yüz ölçüb bir biçərdi. Bu şəxsiyyət gənc yaşlarından vətəninə, xalqına Güney Azərbaycanın torpağına, zəngin yeraltı-yerüstü sərvətlərini Azərbaycanın gələcəyi naminə götür-qoy edərdi. Pişəvəri doğrudan da İlahi tərəfindən Azərbaycan xalqı üçün aparıcı qüvvə kimi mələk şəklində dünyaya göz açmışdır. Onu da qeyd etməliyəm ki, Azərbaycan İran inqilablar məkanıdır desəm yanılmaram. 1896-cı ildə Tehran şəhərində Zeynəb xanımın başçılığı ilə İngiltərəyə qarşı aparılmış təmbəkilər hərəkatı Tehran əhalisini dərindən silkələməyə başlamışdı. Bu vaxtı 1905-ci illərdə Səttarxanın, Bağır xanın, xüsusi qəhrəmanlığı nəticəsində Tehrandan tutulmuş Azərbaycanın bütün əyalətərində məşrutə hərəkatı iri adımlarala şərəflə şəhamətlə irəliləməyə başladı və Səttar xan Sərdari Millinin inqilabi mübarizəsi elə özündə ADF yaranması tarixi demək idi. Və yaxud 1918-1920-ci illər Şeyx Məhəmməd Xiyabani inqilabın yaratdığı ADF kimi şərəfli addımlarla meydana gəlmişdir. Bütün bunların hamısını özünün cavan yaşlarında ağıllı düşümcələri, böyük ağlı, fitri istedadı ilə təhlil edərək yüz dəfə ölçüb, bir dəfə biçərək nəhayət 1945-ci ilin 12 şəhrivər günündə (3 sentyabr 1945) ADF yaratmağa da nail oldu. Bu yaradılış bütün İranı ayağa qaldırdı.

S. C.Pişəvəri dərin düşüncəyə, çox yüksək biliyə, hər şeyi qabaqcadan o. Işin mahiyyətini. Gələcək nəyə qadir olacağını öz qəlbində təhlil edərək heç bir mənfi hallara yol vermədən tutduğu işə cani dildən yanaşar, Azərbaycan xalqının ağrılı-acılı günlərini gözlərinin qabağına gətirərək tək özünü yox həmişə əzab və işgəncələrə düçar olan Azərbaycan xalqlarını düçünər, bütün varlığını yalnız və yalnız öz xalqına qurban verməyə belə belə hazır olmuşdur. Həyat Pişəvəri üçün nə demək olduğunu öz işində göstərməyə canla-başla açıq – aydın göztərirdi. Azərbaycan xüsusəndə bu torpağın vətənsevərlərin hər birinin həyatında özünəmxsus yeri olduğu kimi Pişəvərinin də qəlbində öz xalqına, öz bacı və qardaşlarına yüksək təhjsil, elm, mədəniyyət hamımız üçün ana laylası qədər əziz olan Azərbayacan dilində təhsil sistemlərinin yaradılması onun üçün böyük arzulardan biri idi. S.C.Pişəvəri harada plmasından asılı olmayaraq onun bir fikri bir arzusu olmuşdur. Qoy Azərbaycan xalqı qeyri xalqlar kimi yüksək mədəniyyətə, ağıllı düşüncəyə yad ellilərə qarşı dünməz olmaları haqqında açıq fikirli olmaları barədə dəfələrlə özünün müsbət fikirlərini yaılı şəkildə mətbuat səhifələrində dönə-dönə yazmışdır. Pişəvəri harada yaşayırsa yaşasın onun qəlbi həmişə vətəni Azərbaycan üçün gül-çiçəyə qərq olmuş bir gülüstana bənzəyirdi. Tər-təravətli bağ güllərindən zövq alan çeyda bülbülllər öz qəlbini qızıl güllərin arasında bitən qara tikan kollarında yabanı halda bitən tikanlara çırparaq özünü fəda etdiyi kimi S.C.Pişəvəri də özünün ütün varlığını, xoşbəxt gələcəyini qaynayıb coşan inqilabi mübarizəsinin bu günün, sabahını, gələcəyini bütün varlığı ilə 1930-cu ildən 1947-ci ilə qədər özünün pak qəlbini Azərbaycan torpağında nakəslər tərəfindən qəlbin sancılmış sipərlər nəticəsində əbədi olaraq güllü-çiçəki Azərbaycan torpağında əbədi olaraq gözlərini yummuşdur.

S.C. Pişəvəri haqqında xatirə və ya qeyri xatirə yazmaq fikrinə düşən hər bir kəs gərək naqisliyə yol verməsinlər ikinci İran dövləti elə-belə dövlət deyildir. Onun özünə məxsus siyasəti, dövlət qurluşu, vardır. bu dövlətin güclü kəşfiyyat və əks kəşfiyyatı vardlr. İran dövləti ilə açıq-aydın oynamaq olmaz. Onu da deyim ki, İran dövləti heç vaxtı yol verməz ki, S.C.Pişəvəri hər hansı bir elmi məqaləsi və ya dövlət siyasəti haqqında İran dövlətinə onun siyasətinə qarşı məqalə və yaxud başqa xoşagəlməz məqalələrlə özünü büruzə versin. Doğrudur S.C.Pişəvəri həqiqət və ya qeyri qəzetlərdə yazı ilə çıxış eetsinlər. İran dövləti heç bir vaxt özünəı düşmən saydığı bir şəxsin roman halına salınmmış “Nadirə” romanı S.C.Pişəvərinin adına çıxarmışlar. Pişəvəri heş bir vaxt belə bir xoşagəlməz romanın yazılmasına yol verməzdi. Ona görə ki, bir ağır düşüncəli, müdrik qələm sahibi özünün vətəni haqqında onun əxlaq cəhətdən belə bir xoşa gəlməz kitabın yazılmasına yol verməz.. Əvvəla onu deməliyəm ki, hansı bir fikirlə “Nadirə” kitabında fahişəliyə kəskin yol verən dar düşümcəli qələm sahibi bi işə əl atmış olsun. S.C.Pişəvəri öz şəxsiyyətini heç bir vaxt belə bayağı kitab yaza bilməzdi. Bu insan pak olduğu kimi onun yazmış olduğu bütün yazılarında pak olmuşdur. “Nadirə” kitabınnı S.C. Pişəvərinin adına yazılması heç cürə əmələ gələn deyildir. Bu şəxsin bütün yazılarının öz gözəlliyi vardır. o, dünyaya mələk sifətində gəldi və dünyadan faciəli surətdə mələk kimi köçüb getdi.

Mən qətiyyətlə bildirəm ki, saf düşüncəli bir adam özünün ailəsi və uşaqları yanında “Nadirə” kitabının oxunmasına yol verməməlidir.

V.R.Quluzadə

14 fevral 2016-cı il

Facebook
Telegram
Twitter
Email