آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Fevralın 26-da İranlı Mühacirlər Cəmiyyətində Xocalı soyqırımı ilə əlaqədar mərasim keçirilib Həmin gün Bakıdakı “Ana fəryadı” abidəsi ziyarət olunub

Fevralın 26-da İranlı Mühacirlər Cəmiyyətində Xocalı soyqırımı ilə əlaqədar mərasim keçirilib. Tədbirdə Qarabağ müharibəsinin iştirakçıları və şahidləri, həmçinin qətlama məruz qalan ailələrin üzvləri iştirak ediblər. Mərasimi İMC-nin sədri Rəhim Hüseynzadə açaraq bildirib ki, tarixin qanlı səhifələrindən olan Xocalı soyqırımından 24 il ötür. Bu faciə keçmiş Sovetlər İttifaqının şovinist rəhbərliyinin SSRİ-ni dağıtmağa hesablanmış mənfur planlarının tərkib hissəsinə daxil olan cinayətlərdən biri idi. Çünki xalqlar arasında ədavət toxumu səpmədən, milli anlaşmanı aradan qaldırmadan bu proses illər boyu uzana bilərdi. Senari müəlliflərinin Sumqayıtda və Bakıda törətdikləri qırğınlar bunun başlanğıcı olmuşdu.
R. Hüseynzadə faciənin bilavasitə M.Qarbaçov rejimindən qaynaqlandığını vurğulayaraq qeyd edib ki, əgər belə olmasaydı Moskvanın əlində öz silahlı qüvvələrini ram etmək heç də çətin proses deyildi.

Cəmiyyət üzvlərindən Valeh. Quluzadə,Əziz.Zari, Nasir. Məmmədov, Həsən Babai, Murtuza Müqəddəm və başqaları çıxışlarında həmin fikrə dəstək olaraq bildiriblər ki, Xocalı soyqırımı XX – əsrdə həqiqətən insanlığa qarşı törədilən ən dəhşətli cinayətlərdən biridir. Digər bəşəri cinayətləri beynəlxalq tribunallar vasitəsilə hüquqi müstəvidə dəyərləndirən beynəlxalq təşkilatlar Xocalı dəhşətlərinə də adekvat yanaşmalıdırlar. Bunun baş verməməsi ikili standartların bariz nümunəsidir. Biz iranlı mühacirlər də Azərbaycan xalqının haqlı tələbinin yerinə yetirilməsi üçün bütün səylərimizi əsirgəməməli, faşist xislətlilərin əməllərinə daim etiraz səsimizi ucaltmalıyıq.

Çıxışlarda həmçinin dünyada Xocalı faciəsini bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirən ölkələrin sayının ketdikcə artması Azərbaycan dövlətinin, Azərbaycan xalqının iradəsinin, mübarizə əzminin nəticələri kimi qiymətləndirilib. O da qeyd olunub ki, həmin gecə İmanilər ailələrinin üzvləri təcavüzkarlara qarşı igidliklə döyüşərək yüzlərlə insanın həyatını öz şəhidlikləri hesabına xilas ediblər.

Cəmiyyətin nəzdində ki, yazarlar birliyinin sədri Tariyel Ümid isə Xocalı faciəsi qurbanlarının xatirəsinə yazdığı şeiri səsləndirib.

Həmin gün mərasim iştirakçıları Bakıda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan “Ana fəryadı” abidəsini ziyarət ediblər.

Facebook
Telegram
Twitter
Email