Azərbaycan Demokrat Firqəsi mərkəzi komitəsinin bəyanatı
Azərbaycanın xalq şairi, Azərbaycan Demokrat Firqəsinin üzvü Söhrab Tahir 2016 il may ayının 4-də Bakı şəhərində dünyasını dəyişdi. Azərbaycan Demokrat Firqəsinin kömitəsi bu görkəmli şair və siyasi xadimin xatirəsini əziz tutaraq, bütün firqə üzvlərinə, xüsusilə mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.
Söhrab Tahir 1926 il avqust ayının 6-da Astara şəhərində zəhmətkeş və inqlabçı bir ailədə dünyaya göz açdı. O, hələ uşaq olarkən atası Əbulfəzl Tahir siyasi fəaliyyətinə görə Kirmanşah şəhərinə sürgün edildi. 1941-ci il Rza şah höküməti dövrildikdən sona o, ailəsi ilə birlikdə Təbrizə köçdü.
1946-ci ilin april ayında(1324-cü ilin sou) O, bir qrup firqə gəncləri ilə birlikdə təhsil almaq üçün Sovet Azərbaycanının paytəxti Bakı şəhərinə ezam olundu. O, afiserlik kursunu bitirməsinə baxmayaraq 21 Azər hərəkatının nəticəsində yaranmış Milli hökumət məğlub olduğu üçün vətənə qayıda bilmədi.
Söhrab Tahir 1952-ci ildə Bakının pedakoji institutuna daxil oldu və 1957-ci ildə ədəbiyyat fakültəsini müvəffəqiyyətlə bitirdi.
O, təhsilini başa vurduqdan sona Azərbaycan Demokrat Firqəsinin orqanı “Azərbaycan” qəzetində ədəbi bölmənin məsulu vəzifəsində çalışdı. 1984-cü ildən Azərbaycan jurnalının baş redaktoru və həmin təşkilatın yazıçılar cəmiyyətinin idarə heyətinin üzvü vəzifəsində fəalliyyət göstərdi. Eyni zamanda o, həmin təşkiatın mərkəzi komitəsinin üzvü və Bakı şəhər komitəsinin təşklat məsulu təyin edildi. 2006-ci ildə Söhrab Tahir Azərbaycan ədəbiyyati sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası dövləti tərəfindən Xalq Şairi medalı ilə təltif olundu.
O, bir neçə roman, şeir kitabı və onlarca ədəbi məlalələrin müəllifidir. 2016 il may ayının 5-də mərhumun cənazəsi yazıçılar, şairlər, firqə nümayəndələri və habelə çoxlu Söhrab sevərlərin müşaiyəti ilə Azərbaycan Respublikasının 2-ci Fəxri Xiyabanında torpağa tapşırıldı. Adı və xatirəsi əbədiyaşar olsun.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi komitəsi
05.05.2016