Gələcək alın tərli ilə yaşayan insanlar üçündür. Gələcək əliqabarlı insanlar üçündür. Bilməlisiniz ki, həmin qabarlı əllər bütün həbsxanaları dağıdıb, cəllaları və zülmkarları məhkəmə masası arxasında oturdacaqlar.Gün gələcək əsarətdə yaşayan İran xalqları, zəhmətkeşləri başqalarının hesabına yaşayan vəhşi müstəmləkəciləri ki, onların əsarətində yaşayan xalqları öz insanı, milli hüquqlarından məhrum edib, onların həyat və milli-mədəni haqlarını tapdalayarayaraq, təkcə təbii sərvətləri deyil, həm də əliqabarlı insanların zəhmətlə əldə etdikləri gəlirləri hərraca qoyub, öz sərvət kisələrinin doldururlar, törətdikləri cinayət və qarətlərə etiraf etməyə və cavab verməyə məcbur edəcəklər.”
Firidun İbrahimi
Firidun İbrahimi 1299-cu aban ayının 9- da anadan olmuşdur. O, Ailənin ilk övladı olaraq gənclik dövründən atası Mübariz Qəni İbrahiminin yolunu seçərək, qısa və dəyərli ömrünün sonuna qədər bir an yorulmadan polad iradə ilə bu yolda addımlayıbdır. Atası Lorestan vilayətinə sürgün edilir. Firidun yalnız ana himayəsinə sığınaraq, tərbiyə alır və onun yardımı ilə məktəbə gedir. O, 9-cu sinifədək “Dariyuş” və “Həkim Nizami” məktəblərində təhisilini davam etdirir. Hər il sinifdə birinciliyə yiyələnməklə məktəbdə müəllim və məsulları tərəfindən mükfatlarndırılır. O, 9-cu sinifdən sonra Ənzəli şəhərinə dayısının yanına gedir. Dayısı Balıqçılıq vərətəsinin işçisi olub. O, 10-cu sinifi o şəhərdə bitirir. O, elə uşaqlıqdan oxuyub-yazmağı öyrəndikdən sonra daxilində sönməz bir oxuyub-öyrənmək həvəsi yaranır. Xüsusilə siyasi və kommunist ədəbiyyata daha da artıq meyl edir. Anası tərəfindən gizlədilən qadağan olmuş kitab və nəşriyyələrin hamısını mütaliyə edir. Azərbaycan və fars dilərinə tərcümə olunmuş bütün marksism ədəbiyyatını oxuyur. Sonralar fransız dilinin öyrəndikdə belə ədəbiyyatı oxumağa daha da çox imdak tapır. Eyni zamanda qələm ələ alaraq yazıçılıq fəaliyyətilə də məşğul olmağa başlayır.
10-cu sinifi bitirdikdən sonra bir müddət Astarada anası ilə yaşayır. Sonra sürgün həyatı yaşıyan atasını görmək üçün Nəhavənd şəhərinə gedir. Atası onu təhsilini davam etdirməyə təşviq edir. Bu üzdən o, orta məktəbi bitirmək üçün Təbriz şəhərinə, yəni yaxın zamanda onun gələcək həyat və taleyində əsası rol oynayacaq yerə gedir.
Firidun İbrahimi 11 və 12-ci sinifləri Təbrizin “Firdovsi” orta məktəbində bitirir. Sonra “Darül-fünun” ali məktəbinə qəbul imtahanı üçün Tehrana gedir. Qəbul imtahanında birinci yerləri tutaraq hüquq fakültəsində təhsilini davam etdirir.
Mtütəfiqlərin(Amerika, Sovet və İngiltərə) qoşunları İrana daxil olarkən Firidun İbrahimi hüquq tələbəsi olaraq, öz dövrünün çoşqun ziyalı, inqlabsı və gənc tələbələridən biri idi. Belə ki, 1322-ci il 22 bəhmən tarixində “Darül-fünun”un həyətinmdə irtica əleyhinə etiraz edən tələbələr qarşısında Firidun İbrahimi alovlu çıxışı ilə irticaçı universitet rəhbərlərinin yaramaz fəaliyyətlərini ifşa edir. O, tələbələr şurasının təsir edici üzvlərindən biri idi.
Dostları və sinifdaşları Firidunun pak, eyni halda sadə, təvazükar və anlayışlı bir insan olduğu qənaətindədirlər. Onun şəxsiyyətində sadiq və dürüst olmaq bariz nümunələr sayılır. O, möhkən iradəyə və güclu hafizəyə sahibdir. O, bir tələbə olaraq bütün gücü ilə elm öyrənməyə can atır. Eyni halda şövq və zövq ilə bütün öyrəndiklərini təmənnasız öz dostlarının, sinif daşlarının ixtiyarında qoyur. Ona görə də Darül-finun müəllimləri və tələbələri arasında hörmətlə qarşılanır.
Firidun hələ gəncikən atasının getdiyi inqilabi yolundan dərs alaraq İran Xalq partiyası (Hizbi-Tudei-İran) sıralarına qoşulur. O, bütün gücünü və qələmini partiyanın müqəddəs məqsədinə həsr edir. O, hələ tələbə olarkən təcrübəli və mahir bir jurnalist kimi partiyanın müxtəlif orqanlarında, habelə başqa mütərəqqi nəşriyyələrdə məqalələr yazır. 1320-ci (1941) ildən, yəni Rza şah hakimiyyəti dövrüldüyündən sonra başqa adlarla bir müddət “İttilaat Həftəgi”( Həftəlik Məlumat) nəşriyyəsində hekayə və novvelləri yazır. Amma bu nəşriyyədə fəaliyyət onu qane etmir. O, Məsudi kimi ilan yeyib əjdəha olmuş siyasətbazlarla suyu bir arxa getmir. Bu üzdən onlarla qəlaqəni kəsərək yalnız mütərəqqi və faşizmə qarşı mətbuatla, o cümlədən Tahranda “Rəhbər”, “Mərdom”, “Zəfər”, “İranema”, Təbrizdə isə “Xavər No”, “Azərbaycan” və bir neçə başqa demokratik nəşriyyələrlə əməkdaşlıq edir: O, məqalələrində, hekayələrində və söhbətlərində Belə deyir:
“O dövrdə camaat İran yazıçıları və müəlliflərinin hekayələrini oxumağa elə də maraq göstərmirdilər. Bu üzdən “İttilaat Həftəgi” nəşriyyəsinin redaksiya heyəti başqa adla hekayə yazmağa məni məcbur edirdilər. Baxmayaraq ki, bu hekayələr bütünlüklə İran mühitini və orada yaşayan xalqın xarakterlərini tərənnüm edirdi. Lakin məcbur idim hekayələrdəki şəxsiyyətlərin adlarını avropa adları dəyişəm.
1322-ci ildə İranın tanınmış İnqilabçı və ictimai-siyasi şəxsiyyəti Seyyid Cəfər Pişəvəri “Ajir” qəzetinin nəşrinə başlayır. “Ajir” qəziti gənc Firidunun fəaliyyəti üçün ən əlverişli şəraiti yaradır. O, bu qəzet vasitəsilə irticaya qarşı bütün fikir və düşüncələrini azadlıqsevər vətəndaşlarının ixtiyarında qoyur. O, Seyyid Cəfər Pişəvəri ilə sıx əməkdaşlıq edir. Ən qısa müddətdə bu qəzetin redaksiya heyətinə qəbul olunur.
Firidun İbrahimi 1323-cü ilin bəhmən ayında müvəffəqiyyətlə Darül-fünunun hüquq fakültəsini bitirir. O, artəq tanınmış bir hüquqşünas, jurnalis və diplomat olmuşdur. Tehran mətbuatında dərc edilən məqalə və yazılarını dost-düşmən oxuyur və onun İran və dünya siyasəti barədə o günkü düşüncələri ilə tanış olaraq, maraqlanırdılar. Eyni zamanda o, fars və azərbaycan dillərindən başqa ərəb və fransız dillərini də sərbəst öyrənir. Bu da ona imkan verir ki, dünyanın müxtəlif yeni siyasi-ictimai mətbuat və ədəbiyyatına əl tapsın.
Bu dövürdə onu cəlb etməyə hər tərəfdən səy olunur. Dövlət adamları ona avropa ölkələrində səfir olmağı təklif edirlər. Lakin o qəbul etməyir. Xarici İşlər Nazirliyi ona nazirlikdə yüksək vəzifə tutmağa təşviq edirlir. Onların da təklifi ilə razılaşmir.
“İttilaat” qəzetinin sahibi Abbas Məsudi ona bu idarədə yüksək vəzifə təklif edir. Hətta bir jurnalist kimi Avropaya getməsinə təklif edir. Lakin onu düşündürən başqa mövzudur. Onu düşündürən Azərbaycan və qəhrəman Təbrizdir. Onu adi iş və yaşayəş maraqlandırmır. O, yaxında Təbrizdə yaranacaq misilsiz hadisəni iti baxışla duyur və his edir. O, iti baxışı ilə Təbrizdə gedən hadisəni diqqətlə izləyir.
1324-cü ilin yazında Firidun İbrahimi Təbriz şəhərinə yola düşür. O, Təbrizdə İran Xalq partiyasının əyalət komitəsilə yaxından əməkdaşlıq etməklə yanaşı, oradakı mütərəqqi və demokratık mətbuatda da fəaliyyət göstərir. Xüsusilə “Xavər No” qəzitində alovlu və kəskin məqalələr çap etdirir. Bu yazılarda o günkü İran və dünya siyasətini elmi şəkildə tam dəqiqliyi ilə təhlil edilir. Bu məqalələr siyasi-ictimai məsələlərlə maraqlanan bir çox azərbaycanlının diqqətini özünə çəlb edir.
Demək olar ki, Firidun İbrahimi ilk iranlıdır ki, elmi metodla qədim tarixi sənətlərə müraciət edərək Azərbaycan və orada yaşayan əhalinin soy kökünü və tarixini araşdırır. Firidundan qalan mənəvi miras, “ Azərbaycanın Qədim Tarixindən” adlı kitabda bu mövzunun doğru-düzgün olduğunu göstərir. Bu kitabda o, Milladdan öncə Cnubi və Şimali Azərbaycanın tarixindən və “Midiyalılar” ın bu torpaqda yaşadıqlarından bəhs edərək, bu günkü azərbaycanlıların onların övladları olduqlarını yazır. Ondan bir neçə xatirə dəftəri və pərakəndə yaddaşlar yadigar qalmışdir. Bu yazılar göstərir ki, o, Rəşt, Həmədan, Qəzvin, Xürrəmabad, Brucerd, Nəhavənd və Azərbaycanın bir çox şəhərlərini yazından görmüş, o məntəqələrdə yaşayan kəndlili və zəhmətkeşlərin ağır şəraitini diqqətlə izləyib, öyrənmişdir. Ənzəli şəhərinin balıqçılıq vərətəsinin işçilərinin ağır şəraitini müşahidə etmişdir. Zəhmətkeş və aşağı təbəqənin acınacaqlı taleyini, qeyri insani yaşayışını görən Firidun İbrahimi çox əzab çəkirdi. Bu ədalətsizliyi və bərabərsizliyi aradan aparmaq üçün öz mübarizəsində daha da əzmli və iradəli olurdu. Xatirə dəftərlərinin birində bu mövzuya həsr olan hissədə belə yazır:
“Bu şəhərdə hər gün yeni bir dəhşətli hadisə ilə üzləşirəm. Hamısından çox yaxından izlədiyim qonşu uşaqların bədbəxt taleyi, mənə əzab verir. Günahsız və məsum uşaqlar bütün günü ac, uryan dolaşaraq bir tikə çörək üçün işləyirlər, can çəkişdikləri kədərli vəziyyətləri ürəyimi ağrıdır, vicdanımı üsyana çağırır.
Öz dövrunun radikal və tanınmış şəxsiyyəti olan Seyyid Cəfər Pişəvəri ki, Firidun İbrahimi ilə “Ajir” qəzetində yaxından əməkdaşlıq edirdi, ondördüncü Milli şura Məclisi seçkilərində Təbriz şəhərindən nümayəndə seçilir, lakin 1324-cü ilin tir ayında əksəriyyətini Amerika və ingiltərə tərəfdarları təşkil edən məslis nümayəndələri tərəfindən etibarnaməsi rədd olunur. Pişəvəri Tehrandakı yaxın yoldaşlarına xəbər verir ki, yeni bir siyasi təşkilatin yaranmasının vaxtı çatmışdır.
Pişəvəri Tehrandan getməyin zamanını dəqiq müəyyənləşdirmişdı. Bəlkə də bir az gecikmişdi. Siyasi- ictimai cəhətdən Təbrizin vəziyyət fövqüladə gərginləşmişdi. Beləki, Azərbaycan əyalətinin şəhərlərində mərkəzdənqaçma və dövlətə qarşı meylər artmaqda idi. Bunun səbəbi isə mərkəzi hakimiyyətin bu əyalətin problemlərinin həllinə laqeydl yanaşması idi.
Bu məntəqənin müxtəlif kənd və qəsəbələrində, o cümlədən Urmiyyə, Marağa və Sarab kənlərində silahlı üsyanlar şiddətlə baş verməkdə idi. Mürtəce feodal və xanlara qarşı kənlilərin mübarizəsi atrmaqda idi. Bir neçə milli-siyasi təşkilat və Azərbaycan dilində nəşriyyələr Təbrizdə fəaliyyət göstərirdi. Saved qoşununun Azərbaycanda olması mərkəzi qoşunların xalqa divan tutmasının qarşısını alırdı. Bu züdən də mütərəqqi və demokratik qüvvələrə hökümət məmurlarıının basqılarının qarşısı müəyyən qədər azalmışdı.
“Azərbaycan Cəmiyyəti”nin banilərindən və Azərbaycan Demokrat Firqəsinin aktivlərindən olan İsmail Şəms ömrünün son günlərini Bakı atrafı bağların birində yaşayırdı. O, pişəvərinin Təbrizə gəlişini başqa cür şərh edir. O, bu süal qarşısında: “ Pişəvərini kimsə dəvət etdi və ya öz qərarı ilə Təbrizə gəldi?” Cavab verir:
“Biz bir qrup Təbrizin azadlıqsevər ziyalıları Azərbaycanın vəziyyətinin gərgin və dözülməzliyini gördükdə belə qərara gəldik ki, Aqayi Pişəvərini Tehrandan Təbrizə dəvət edək. Ehsaslı və mükəmməl bir məktub yazaraq, mən, Çavuşı və Mirrəhim Vilai ilə birlikdə Terana gedib və məkubu Pişəvəriyə təqdim etdik. Biz məktubu “Ajir”in redaksiyasinda ona çatdırdıq. Məkubu oxuyarkən gözlərindəki sevinci və simasınında yaranan ciddiliyi hələ də unutmamışam. Pişəvəri hər birimizə bir istəkan çay gətirib və sonra öz əməkdaşlarını toplayaraq deyir: “ Əgər getməsəm anam Seyyid Səkinənin südü mənə haram olsun.” O, qəzet işlərini əməkdaşlarına tapşır və deyir: “ Sabahdan mən burada olmayacağam.”
Biz o gün günortadan sonra Təbrizə qayıdırıq. Sabahı gün günortadan sonra Seyyid Cəfər Pişəvəri də səssiz Təbrizə daxil olur.”
Azərbaycan Milli Hökumətin daxili işlər naziri Salamulla Cavid də öz xatirələrində yazır: “ Pişəvəri Təbrizə gedərkən onu müşaiyət edirdirdim.”
Pişəvəri Qəhrəman Təbriz şəhərinə gələdikdən sonra təcili olaraq Şəbüstəri, Cavid, Cəfər Kavian kimi əski silahdaşlarını və yoldaşarını, habelə Firidun kimi gənc ziyalıları öz dövrəsinə toplayaraq Azərbaycan Demokrat Firqəsini yaradır. İran Xalq partiyasının əyalət şöbəsi Azərbaycanda özünü ləğv edib firqəyə qoşulmadan əvvəl Tehran mühitindən kənarda partiyaya bağlı olan nüfuzlu həmkarlar ittifaqı da Məhəmməd Biriyanın rəhbərliyi ilə Firqəni yaratmaqda iştirak edərək ona qoşulur.
1324-cü il şəhrivər ayının 12-də Azərbaycan Demokrat Firqəsi rəsmi olaraq mövcudiyyətini elan edir. Firqənin təşkilindən bir gün sonra bu dəfə “Azərbaycan” qəzeti Azərbaycan Demokrat Firqəsinin rəsi orqanı kimi nəşrə başlayır.
Firidun İbrahimi qəzetin yazıçı heyətinin bir üzvu və əməkdaşı sayılır. Camaat arasında onun yazılıarının çoxlu tərəfdaşları vardır. Qəzet çap olan kimi əl bə əl dolaşır. Onun silsilə məqalələri qəzetdə ardıcıl çap olunurdu. Dunya və İranın siyası-ictimai məsələləri sadə, başa düşülən və elmi şəkildə oxucu kütləsinin ixtiyarında qoyulurdu. ADF-nın mərkəzi komitəsi xalq qurultayın təşkilinin qərarını verir. Xalq Azərbaycanın şəhər və kəndlərində müxtəlif nümayişlər təşkil edərək öz nömayəndələrini seçır və Təbrizə göndərir.Qurultay 1324-cü il aban ayının 30-da səhər saat 10-da 744 nəfərdən ibarət Şiri-xorşid teatrının salonunda işə başlayır. Bu qurultay məclisi-müəssisan (müəssislər məclisi) adlanır. Bu qurultayda Azərbaycanın müxtariyyəti və milli məclis seçkiləri barədə qərar qəbul edilir. Firidun İbrahimi bu qərarların sürətlə yerinə yetirilməsində aktiv şəkildə iştirak edir. Müəssislər məclisi Pişəvəri başda olmaqla 39 nəfərdən ibarət idarə heyəti seçir. Bu heyətin vəzifəsi çıxarılan qərarların yerinə yetirilməsindən ibarət idi. Firidun İbrahimi bu heyətin aktiv üzvlərindən biri kimi bütün gücü ilə bu qərarların dəqiq icrasına çalışırdı.
1324-cü azərin 21-də Azərbaycan xalqının inqilabı hərəkatı qələbə çalır. Təbriz hərbi qarnizonu təslim olur və Azərbaycan tarixində yeni fəxredici bir dövr başlanır. Azərbaycanın milli müxtariyyət dövləti yaradılır və Pişəvəri baş nazir təyin olunur. Firidun İbahimi isə baş prokror vəzifəsinə seçilir. Bu təyinat çox layiqli bir təyinit idi. Bu vəzifəyə düzgün və ədalətli bir insan təyin oldu.
Azərbaycan xalqı ayağa qalxıb öz müqəddəratını əldə etməsi dünya ictimaiyyətinə onu göstərdi ki, bu xalq heçdə başqa millətlərdnə geri qalmayıb. Bu xalq başqa inkişafda olan xalqlar kimi bütün ictimai problemlərini layiqində həll etməyə qadırdı. Lakin Tehran irticaçıları mərkəzdə min bir fitnəkarlıqla mətbuatlarında Təbrizdə qurulan milli hökumətə qarşı töhmət və iftira dolu yalanlar uyduraraq, yazırlar. Bu dəfə Firidun İbrahimi öz kəskin və iti qələmi ilə bir yazıçı yaxud siyasətçi deyil, bəlkə həqiqi bir tarixçi kimi ayağa qalxır və Tehran şovonistlərin əsassiz iftira və yalanlarına tarixi faktlarla cavab verir. O, kiçik həcmili, lakin dərin mənalı “Azərbaycanın Qədim Tarixi” adlı kitabı1325-ci ildə Təbrizdə Sovet mədəniyyət evi vasitəsi ilə çap etdirir. Bu kitab bir neçə dildə, o cümlədən fars dilinə tərcümə olunaraq, çap edilərkən Tehran mühitində istər müxaliflər, istərsə tərəfdarlar arasında böyük hay-küyə səbəb olur. Eyni zamanda o, “Azərbaycan Danışır” ünvanlı 22 məqalə ki, “Azərbaycanın Qədim tarixi” adlı kitabın möhtəvasını təşkil edir, “Azərbaycan” qəzetində dərc etdirir. O, bu məqalələrdə Azərbaycanın əski tarixindən və orada yaşayan əhalidən söz açır. Bu məqalələr milli duyğu və vətən eşqilə doludur. O, yazır: “ Qədim Assorı daşyazmalarında mixi xəttlə yazılar aydın şəkildə göstərir ki, müasir Azərbaycan ərazisində yaşayan tayfaların arasında “azərbaycanlıların ulu babaları “midiyalılar” ən güclü tayfalardan olublar.”
“Azərbaycan” qəzetinin ikinci dövrünün 43-cü nömrəsində “Azərbaycan Danışır” ünvanlı məqalədə yazır: “ Bu yaddaşları yazmaqdan məqsədimiz birinci növbədə Temrandakı mətbuatın boşböğazlıqlarına cavab vermək və onları yerində oturtmaqdır. İkincisi isə millətimin parlaq tarixindən, mədəniyyətindən və millətin azadlıq hüqurqundan müdafiə etməkdir. Ulu babalarımızın keçmiş tarixini yazmaqla onların kim olduqlarını və hansı iftixarata sahib olduqlarını göstərməkdir. Onlar necə öz varlıqlarını qoruyub və hansı fəxredici tarixi yaratdıqlarını isbat etməkdir. Onların həqiqi varlıqlarını dünya ictimaiyyətinə göstərmək istəyirəm. Göstərmək istəyirəm ki, bu millət bəşəriyyətin sivilizassiya tarixində uzun əsrlər boyu əsərətdə yaşamasına baxmayaraq, özünü necə qoruyub saxlamışdır. Bu gündə bu millət öz hüquqlarının bərpası üçün ayağa qalxıb, qiyam etmiş və haqqını almışdır. Millətimiz öz hüququnu bərpa etməsinə baxmayaraq, mürtəce Tehran hakimiyyəti müxtəlif fitnəkarlıqla xalqın qanuni haqqını aradan aparmağa çalışır.Onlar Tehran qoşunlarını, silahlı feodal-xanları və əlaltılarını Azərbaycan Milli Hökumətinə qarşı üsyana dəvət edirdilər. Xəmsə vilayətində, Zəncan şəhərinin ətrafındakı Zülfüqarı xanları, Əhər, Qaradağ mahalın Abdulla xan adlı silahlı dəstə asayışını pozmaqla məşğul idilər. Ən önəmlisi isə Urmiyyə qarnizonunun komandiri palkovnik Zəngənə və idarə rəisi mayor Qasım Baharvənd, dördüncü vilayətin jandarm komandiri Əli Nurbəxş təslim olmaq istəmirlər. Onlar Azərbaycan xalqının haqlı qiyamının qarşısında müqavimət göstərirlər. Onların əmri ilə Əsgərlər və jandarmlar tankla Urmiyyə ətrafı kəndlərə hücum edir, silasız əhalini öldürürlər. Evləri və qəsəbələri qarət edib yandırırlar. Onlar 500-dən artıq günahsız qadın, uşaq və kişiləri qətlə yetirir, evlərini isə dağıdırlar. Urmiyyənin milli və azadlıqsevər qüvvələri başqa şəhərlərin fədailəri Urmiyyə xalqına yartım etməyə səsləyirlər. Sonda cinayətkar Zəngənə və onun əlaltıları silahlı fədailərin qarşısında təslim olmağa məcbur olurlar. Bir müddətdən sonra palkovnik Zəngənə və onunla birlikdə tutulanlar mühakimə olmaq üçün Təbrizə gətirilir. Azərbaycan müxtar dövlətinin baş prokroru Firidun İbrahiminin ağır və hay-küylü mühakimə yürütməsi gözlənilir. O, yüzlərlə günahsız qadın, uşaq və kişilərin qətlində səbəbkar olan canilərə ağır istintaq materialı hazırlamış və bu cinayətkarları ağır cəzalara məhkum etmək istəyir.
Firidun İbrahiminin səyi nəticəsində ədliyyə idarəsi və prokrorluq napak ünsürlərdən təmizlənir. Hətta inadkar milli hökumət düşmənləri də buna etiraf edirlər. Milli hökümət vaxtı İrnan tarixində Azərbaycanda yaranan təhlükəsizlik və asayiş ölkənin heç bir yerində görünməmişdir. Xalqın asayişini pozan Xuliqanlar, quldurlardan hər gün şikayətlər olunurdu. Məhkəmə tərəfindən onlar ən ağır alırdılar, Misal üçün quldur qarnı yırtıq Kazım mühakimə edilərək ölüm cəzasına məhkum oldu. Firidun müntəzəm surətdə həbsxanalara baş çəkir, mehribanlıqla məhbusların problemlərini eşidir. 21 Azər qiyamından əvvəl məhbusların əksəriyyətinin yüngül cəzasını bağışlayır və onları azad edir. Firidun İbrahimi məhkəmələrin vəzifələri haqda “Azərbaycan” qəzetində bir çox dəyərli məqalələr yazaraq dərc edir. Həmçinin vergi sistemi haqda da olan pozutular onu dərindən incidir. Bu üzdən bu məsələ haqda da mqalələr yazır. O, Azərbaycan Milli Hökumətinin ağır maddı durumundan da xəbəri vardır. Tehran oğruları Azərbaycan banklarında olan bütün budcəni kisələrə dolduraraq Tehrana göndərirlər. O, Azərbaycan qəzetinin 86-cı nömrəsində belə yazır: “ Biz hər sahədə mütərəqqi millətlərdən geri qalmışıq. Ölkəmizdə mədəniyyət yoxur, səhiyyə bərbad haldadır. Pul yoxdur. İş yoxdur. Çətinliklər təsəvvürə sığışmayan həddədır. Bu çətinlikləri və problemləri aradan qaldırmaq üçün milli dövlətimizə yardım etməliyik. Vergini vaxtında ödəməklə maliyyə baxımdan dövlətimizi gücləndirmiş oluruq. Beləliklə də bu ağır şəraitdə xalqımızın ehtiyaclarını təmin etmiş oluruq. Biz ölkəmizi abadlaşdırmaqda və inkişaf etdirməkdə böyük addımlar atmalıyıq.”
Təbiidir ki, Firidun İbrahiminin əsas işi Milli hökumətdə yeni hüquq sistemi nizamlaması olmalı idi. Baxmayaraq ki, Hüquq fakültəsini bitirməsi bir neçə ildən artıq deyildi, amma o, bir təcrübəli hüquqşünas kimi bu sahəni bütün öyrənmişdi. O, xalqın asayişi üçün bütün hüquqi sənədləri hazırlayaraq lazımə orqanlara göndırir. Bu sənədləri Azərbaycan dilində sadə və hamının anladıqı dildə nizamlayır. Onun bu işi Azərbaycan xalqının marağına səbəb olur.
Milli hökumətin konstitusiyasını hazırlamaq üçün Pişəvərinin rəhbərliyi ilə 13 nəfərdən ibarət bir heyət təşkil olunur. Bu qanunun yazılmasında əsas rolu baş prokror Firidun İbrahimi və hüquqşünas İsmail Şəms oynayır. Onlar tərəfindən Qanun tam dəqiqliklə hazırlanaraq Pişəvəriyə təqdim olunur. Amma mərkəzi hökumətin hay-güyü və beynəlxalq şəraitin münasib olmaması səbəb olur bu qanun baş nazırın masasının sirtməsində töz basqaraq xalqın ixtiyarına verilməsin.
Bu dövrdə ən mühüm hadisələrdən biri də Firidun İbrahiminin Avropaya, xüsusilə Parisə səfər etməsidir. İkinci dünya müharibəsi bitdikdən sonra fateh dövlətlər “Paris Sülh konfransı! Adlı bir yığıncaq təşkil etdilər. Bu konfrans dünyanın gələcəyinə və Avropa qitəsində sülhün bərpa olmasına həsr olunmuşdur. Müharibə qalibləri yenidən dünyanı bölüşdürməyi düşünürdülər. Müstəmləkə və yarım müstəmləkə ölkələri bu şəraitdən yararlanaraq ayağa qalxıb, öz azadlıqlarını tələb edirdilər. Konfran bu qədər kor düyünləri açmalı və bütün suallara cavab tapıb həll etməli idi. Firidun İbrahimi Azərbaycan mətbuatının nümayənəsi kimi Parisə gedir. O, Parisin məşhur “Lükzanbürq” sarayında keçirilən sülh Konfransında iştirak edir və bütün müzakirələri diqqətlər izləyir. Firidun bu konfransın nəticəsi olaraq “Azərbaycan” qəzetində 26 məqalə nəşr etdirir. O, bu yazılarda Amerika, İngiltərə dövlətlərinin və onlardan təbəiyyət edən Fransa dövlətinin fitnəkar siyasətlərini ifşa edir. Onların apardıqları müstəmləkəçilik siyasətini və hətta başqa azad dövlətləri öz nüfuzları dayirəsinə salmaq siyasətlərini kəskin tənqid edir. Firidun İbrahimi Sovet nümayəndələrinin sülh naminə yürütdükləri siyasəti, kiçik dövlətlərin mənfətlərindən necə müdafiə etdiklərini, habelə dünya və məntəqədə gedən gərginliyin qarşısını almalarını təqdir edir. O, “Güclü Sülh Və barışıq Müdafiəçiləri” ünvanlı sərlövhəli məqaləsində yazır:” Sovet sosyalisti mahiyyətinə görə Paris sülh konfransında barışıq, dostluq və əsaslı bir sülhün yaranması siyasətini yürüdürdü. Konfrans başlanarkən Sovet dövlətinin sülh siyasətinə qarşı kəskin təxribat aparılırdı.Bu təxrinatın məqsədi Sovet dövlətinin apardığı sülh siyasətini dəyərdən samaq idi. Bu təxribat dünyanın gələcəyini təhlükə altına sala bilərdi. Dünyanın irticaçı mətbuatları bu konfransda müzakirə olan məsələləri təhrif edərək onları öz istədikləri formada dərc edirlər. Yalnız Sovet mətbuatında konfransın müzakirələri bütün dəqiqliyilə görmək olar.”
Firidun İbrahimi Parisə olarkən Fransa müstəmləkəsi olan ölkələrin azadlıq hərəkatı rəhbərləri və nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparır. Eyni zamanda Paristə Fransa dövləti ilə müzakirə aparam Mərakeş azadlıq hərəkatının nümayəndələri ilə görüşüb və müzakirə aparır. Bu danışıq barəsində belə yazır: “Sentyabrın 9-da “Lutsiya” hotelində bir demokrat yazıçının yardımı ilə Mərakeş Azadlıq partiyasının nömayəndə heyəti ilə tanış oldum. Bir saatdan artıq onlarla fikir mübadiləsi apardıq. Onlar Azərbaycan Demokrat Firqəsi və xalqımızın müxtariyyət hərəkatı haqda kifayət qədər məlumatları var idi. Lakin onlar eşidəndə ki, ərəb birliyinin köməyi olmadan bir müsəlman ölkəsi özü təkbaşına öz azadlığını əldə etmiş, heyrətdən ağızları açıq qalırdı. Onlarla müzakirədə belə məlum oldu ki, Mərakeş İstiqlal Partiyası nömayəndələri zərrəcə ərəb birliyi başçılarının mahiyyətlərindən məlumatları yoxdur. Onlar bilmirdilər ki, Ərəb birliyi başçıları yalnız imperiya dövlətlərinin istəklərini icara edirlər. Bu üzdən də belə ölkələrin əhalisi Ərəb birliyinın yardımı olmadan müsəlman xalqlarının azadlığa çıxmasının imkansız olduğunu düşünürdülər. Mən Ərəb birliyi rəhbərlərinin mahiyyətini, məqsəd və hədəflərini onlara açıqlayaraq izah etdim ki, həqiqi azadlığa çatmaq və öz müqəddəratını təyin etmək üçün yalnız xalq öz güçünə arxalanmalıdır. Yalnız xalqın birliyilə bu müqəddəs hədəfə nail olmaq olar.”
Maraqlıdır ki, Firidun İbrahimiyə nömayəndə sifətilə konfransda iştirak etmək üçün Azərbaycan Milli Hökuməti tərəfindən Azərbaycan dilində pasport verilir və o da bu pasportla Tehran Ayraportundan Parisə uçur. Ayraport məmurları Pasportu görən kimi təəccüb edirlər. Onla deyirlər: “Bu mümkün deyil, məgər Azərbaycan dilində pasport vermək olarmı? Məmurlar qarşısını alırlar. Lakin Firidun İbrahimin müqaviməti və israri onları qane edir. Sonda çixiş izni almağa müvəffəq olur.
İran nömayəndə heyəti ilə birlikdə Parisə yola düşür. O, sonralar yazır: “ Mərkəzi hökumətin məmurları pasportumu körəkən ilan kimi qıvılmağa başladılar. Onlar inana bilmirdilər ki, eıə bir gün gələcək ki, Azərbaycan dilində pasport da veriləcək.
Firidun İbrahimi təkcə təcrübəli və görkəmli bir hüquqşünqs deyil, bəlkə bir bacarıqlı diplomat kimi Paris sülh konfransında iştirak edərək ona tapşırılan vəzifəsini layiqincə yerinə yerir.
1325-ci il fərvərdinin 6-da AMH-nin baş nazir və ADF-nin rəhbəri Seyyid Cəfər Pişəvərinin çıxışı ilə Azərbaycan radosunun işə başlaması, önəmli tarixi bir hadisə hesab edilir. “Azərbaycan Danışır” səsi Təbriz Radiosandan eşidən hər bir azərbaycanlını dərindən sevindirir. Firidun İbrahimi də həddən artıq sevinir. O qədər həyəcanlıdır ki, ana dilində bu səsi eşidən an gözləri sevinc yaşila dolur.O, bu münasibətlə yazır: “ Bu gündən Azərbaycan xalqı İranın hər bir yerindən Azərbaycan səsinə və Təbriz radio verilişlərinə qulaq asır və ana dilində onu tərənnüm edib sevinəcək. İndi Azərbaycan övladları dünyanın harasında olmasından asılı olmayaraq, anadilində səsini eşidib öz varlığından qürur duyacaq. Qoy Azərbaycanın şən və güclü səsi dünya üzərində dalğalansın! Qoy azad olmuş xaqın səsi dünyada eşidilsin! Artıq Azərbaycan qara günü və keçmiş acı xatirəni arxada qoyaraq danışır.!
O, dünya dilləri arasında daha çox fransız dilinə maraq göstərir. Bu dildə çox rəvan və səlis danışır. Bu üzdən radionun firansız dilindəki xüsusilə verilişini o, hazırlayır. Hətta Təbrizə gələn Fransa həmkarlar ittifaqinin sədri onun qonağıdır. O, bütün rəsmi idarə işlərini buraxaraq yüksək rütbəli qonağı qaşılayır və özü şəxsən onunla müsahibə aparır. Bu müsahibə “Azərbaycan” qəz etində nəşr olunur.
1325-ci ilinüfüqü el də parlaq görünmür. Baxmayaraq ki, Azərbaycanxalqı qollarını çırmaılayıb yeni quruculaqla məşğul idi və gecə-gündüz öz vətəninin abadlaşdırması yolunda böyük addımalar atırdı, amma dünyada, habelə İranda vəziyyət elə də münasib deyildi. Soyuq müharibənin qara buludları dünyanın və İranın siyası fəzasını günü-gündə qaraltmaqdaydı. Soyuq müharibə hər şeydən öncə yeni qurulmuş AMH-i hədəfə almışdı. Qızıl oldu İranı, yəni Azərbaycanı tərk etmək məcburiyyətindəydi. Teranda isə Mürtəce Sədrül-əşraf dövləti yerini Qəvamüssltənəyə dövlətinə verir. Hiləgər qoca siyasətçi Qəvamüssəltənə bu dəfə demokrat siması altında meydana atılmışdı. Yeni yaratmış partiyanınsının adını da Demokrat partiyası qoydu. O, bir tərəfdən İran Xalq partiyasına yaxınlaşır. Hətta öz dövlətində bu partiyanın nömayəndələrinə yer ayırır. Digər tərəfdən də Moskvaya gedir və müharibədən qalib çıxmış siyasi çəkisi ağır olan İstalinlə görüşüb müzakirə edir. Deyədən, İstalini də öz fikirləri ilə razılaşdırır.
1325-ci il Ordibeheşt ayının əvvəllərində mərkəzi hökumətlə müzakirə etmək üçün Pişəvərinin rəhbərliyi ilə nömayəndə heyəti Tehrana gedir. Bu heyətin görkəmli nömayəndəsi kimi Firidun İbrihimi də Pişəvəri ilə birlikdə Tehrana səfər edir. Tehran rəsmləri ilə AMH-nin nömayəndə heyətinin müzakirəsi 15 gün çəkir. Amma heç bir nəticə əldə edilmir. Tehran hazırladığı 8 maddədən ibarət müqaviləni təsdiq etdirmək üçün israr edir. Bu 8 maddədə Azərbaycan müxtariyyətindən heç bir əsər-əlamət yoxdur. Hətta konstitussiyadakı əyalət və vilayət əncümənləri də orada yazılmayır. 8 maddənin müqavilində AMH-nin nömayəndə heyəti tərəfindən hazırlanmış 33 maddədən ibarət bir müqaviləni müzakirəyə çıxarmağı təklif edir, Azərbaycanda və İranın başqa əyalətlərində müxtariyyətinin tanınmasını istıyir. Firidun İbrahimi bu 33 maddənin hazırlamasında və müzakirənin gedişində aktiv iştirak edir. Təəssüflə 15 gündən sonra tərəflər arasında müzakirələr və mübahisələr dondurulur, AMH-nin nömayəndə heyəti nəticəsiz və əli boş geri qayıdır. Tədricən Qəvamın demokrat siması dəyişir və əsl mahiyyəti aşkar olur. Artıq hamıya aydın olur ki, Qəvam yalançı bir demokratdır. Onun gizlində başqa planı vardır. Nəinki, Azərbaycan probleminin həllinə düşünür, bəlkə o, bu gün sabah etməklə, dünya şəraitinin dəyişməsini gözləməklə vaxt qazanır. O, Azərbaycan məsələsini sülh yolu ilə həll etmək deyil, hərb yolu ilə AMH-ni məğlub etmək fikrindədir. Pişəvəri və milli hökumətin bəzi rəhbərləri kimi Firidun İbrahimi də Qəvam dövlətinə inanmır. O, dəfələrlə təkid edir ki, Azərbaycan məsələsinin həllində bu əski siyasətbaz heç vaxt güzəştə getməyəcək. O, Tehrandan qayıtdıqdan sonra “Təhlükə yaradan qüvvələr” adlı məqaləsində yazır: “ Hələ də qara buludlar İranın siyasi səmasını bürüməkdədir. Bu qara buludlar ölkəmizin siyasi üfüqünün parlaqlığına kölgə salır. Təəssüflə Seyyid Zaya qulluqçularının və Qoşun komandiri Ərfənin xain əlləri alçaq planlar cızmaqdadır. Hələ də qoşun və jandarlar arasında alçaq ünsürlər qorxulu oyunlardan əl çəkməyiblər. Neft şirkətinin dəllalları və casusları İran əhalisinin taleyini həll etmək üçün London və Vaşingtona göz tikiblər. Fitnəkarlığa, sülhə qarşı siyasət yürüdərək, beynalxalq siyasi mühiti çirkləndirməyə davam edirlər. Bu təhlükəli qüvvələr yaxında xain əməllərinin nəticə verməsinə inanaraq ümid bağlayırlar. Hələ də bu xain əllər İran xalqların taleyi ilə oynamaqdadır.”
Bir müddətdən sonra yenə də Qəvam yumuşalma meyli göstərir, yenə də danə.əqlara başlamaq istəyir. O, siyasi məsələlər üzrə müavi Müzəffər Firizu Bir heyətin başında Təbrizə göndərir. Pişəvərinin rəhbərliyi və Firidunun iştiraki ilə müzakirələr başlanır. Bu dəfə hər iki tərəf çoxlu güzəştlərə gedirlər. Bu üzdən müzakirələr tez bir müddətdə nəticə verir. Tərəflər arasında bir müavilə imzalanır. Bu müqavilənin imzalanması ölkənin qabaqcıl və azadlıqsevər qüvvələrini sevindirir. Onlar bütün əyvalətlərdə əyalət və vilayət əncümənlərin bərpasını tələb edirlər. Lakin Qəvamın planı başqadır. O, bir tərəfdən müqaviləni təsdiqləyir. Digər tərəfdən isə mərkəzdəki mürtəce qüvvələrə azadlıqsevər və demokratik cəmiyyətlərə qarşı şərəfsiz təxribat kompanıyası aparmağa imkan yaradır. Artıq Qəvamın hiləkar siması ifşa olunur. Onun məqsədi Azərbaycan məsələsini sülh yolu ilə həll etmək deyil. O, özünə başqa yol seçıb. Hərb yolu, yəni Azərbaycan xalqının mübariz övladlarını hərbi güclə vəhşicəsinə qətliam etməkdir. Azadlığa çıxan bir xalqı məhv etmək istəyir. Gərginliyin qarşısını almaq, müqaviləni icra etmək üçün Qəvanın nömayəndə heyətinin israrı ilə Azərbaycan Milli Hökuməti hüsni-niyyət göstərərək silahlı fədai qüvvələrini Zəncan şəhərindən çıxarır. Lakin həmin ilin nöyabır ayının axırlarında Amerka ordu genralı Şüvartskovun rəhbərliyi altında top, tankla silahlanmış Tehran qoşunu jandarm qüvvələri ilə birlikdə Zəncan şəhərinə daxil olaraq əhalini qətlə yetirir, şəhəri isə qarət edir. Yüzlərlə günahsız uşaq, qadın və kişilər vəhşicəsinə öldürülür. Onlarla günahsız uşaqlar odda yandırılır, diri-diri quyulara atılır. Zəncanın imam cüməsi olan gözəl insan şeyx Məhəmməd Al-İshaqı evin damından yerə ataraq vəhşicəsinə qətlə yetirirlər. Minlərlə kəndli öldürülərək evləri qarət edilir. Beləki ordu milli şura məclisi seçkisi qabağı təhlükəsizliyi qorumaq üçün Azərbaycana daxil olur. Sanki, bu məsum insanlar azad seçkiyə qarşı maneə törədəcəklər. Bəli onlar öldürülüb və evləri qarət olmalıdır. Artıq Qəvam kartı açıq oynayır. İmzalanan müqavilə artıq bir kağız parçası qədər dəyəri yoxdur. Şah ordusu ağır və müasir silahla Zəncanda toplanaraq Azərbaycanın ürəyi olan Təbrizə hücuma hazırlaşır. Milli hökumətin qarşısında iki yol var ya son nəfəsinədək müqavimət göstərib öz varlığını qorumaq və ya alçaldıcı təslimə boyun əyib xalqın bütün əldə etdiyi nailiyyəti hərraca qoyub məhv etmək yolunu seçmək. ADF rəhbərləri arasında vəziyyət heç də ürəkaçan deyil. Onlar arasında fikir ayrılığı yaranıb. Onlardan bir qrupu silahı yerə qoymaq və seçkiyə nəzarət etmək üçün mərkəzi qoşuna Təbrizə girməyə icazə verməyi düşünür. Onlar izah edirlər ki, bu şəraitdə əyalət və vilayət əncümənləri təşkil etmək kifayətdir. Bu özü elə milli müxtariyyət deməkdir. Eyni zamanda qardaş qırğınının qarşısı da almaq lazımdır. Digər qrup isə onların əksini düşünür. Onlar deyirlər: “ Zəncan hadisələri göstərdi ki, bunlar həqiqətdən uzaq və boş özlərdən ibarətdir. Ordu seçkilərə nəzarət deyil, bizi qırmağa və devirməyə gəlir. Son nəfəsə qədər müqavimət göstərib vətənimizi qoruyub və əldə etdiyimiz azadlığı hifz etməliyik.
Firidun İbrahimi də ikinci qrupun ən radikal üzvlərindən biri idi. O, deyirdi Qəvamın vədləri hamısı yalandır və onlar bir qara kəpiyə dəyməz. O, Azərbaycan qəzetində nəşr etdirdiyi “Hamı Vətəni Qorumalıdır” adlı məqaləsində yazır:
“Düşmən çalışır ki, gözəl yurdumuzu dağıdıb, sülhsevır xalq, azad Azərbaycanı əsir və azad olmuş şırın dilimizi aradan aparmaq istəyir. Mərkəzi hökumətin alçaq və davranışı və vəhşi siması bizim qəhrəman xalqımızı məcbur edir ki, əlinə silah alıb öz vətənini, milli azadlığını qoruya. Azərbaycanın sülhsüvər xalqı Qəvamın xain siyasətini- ölkəni daxili savaşa sürükləyib qardaş qanı axıtmasını, nifrətlə yad edəcək. Bəli sülhsevər millətimiz öz milli hüququnun müdafiəsində düşmənə qarşısı amansız olacaq.
Azərbaycan qaynayır. Yurdumuzun hər yeri- uzaq, yaxın kənd və şəhərlərdə fədai dəstələri, qızılbaş xalq qoşunları, firqə üzvləri, demokrat gənclər, qadınlar, kişilər, hətta yaşlılar ayağa qalxıb silaha sərinib ana vətənində 21 Azər qiyamı vasitəsilə əldə etdikləri azadlıqı qorumaq istəyirlər. Hər zümrədən, hər yaşdqan, qoca, gənc, qadın və işi “Babək” dəstəsinə qoşulmaq istəyir. Azadlığı qorumaq üçün bu dəstə yenicə könüllülərdən yaranmışdı. Firidun İbrahimi “Babək” dəstəsini yaradanlardan biri idi. Həmçinin o əsgkər və fədailər arasında siyasi rəhbər olaraq işləyir, mübarizə edirdi. O, alovlu məqalələr yazmaqla camaat arasında düşmənə nifrət hissini və azadlıq, istiqlaliyyət duyğusunu, mübarizə cəsarətini artırırdı. O, “Hamı öz vətənini qorumalıdır” sərlövhəli məqaləsində yazır: “ Xalqımı bir il ərzində əldə etdiyi nailiyyətlərini əsla itirmək istəmir. Xalqımız bu nailliyyətləri dişi və dırnaqları ilə qoruyacaq. Azərbaycan xalqı şərəf və iftixarlarla yaşamaq istəyir. Azadlığı sevir və əziz tutur. Hər bir qüvvə bizim azadlığımızı pozmaq istəsə xalqımızın polad iradəsi qarşısında dürüş gətirə bilməyəcək.”
1325-ci il azər ayının 17-dən şah qoşunlarının hərbi təyyarələri Təbriz səmasımnda görünərək müxtəlif məzmunlu bəyanatlar yaymağa başlayır. Bu bəyanatlarda tələb olunurdu ki, Azərbaycan xalqı tezliklə silahları yerə qoymalı və müqavimətdən əl götürməlidir. Kimsə mərkəzi qoşunların qarşısında müqavimət edərsə bilməlidir ki, ağır şəkildə cəzalandırılacaq. Uzun illər Rza şah zindanlarında həbsədə olmuş Məmi Dehqan Firidun İbrahimiyə həsr olunmuş təntənəli yığıncaqda yazdığı məqalədə deyilir: “ Mən 1946-ci il dekabrın 10-da milli ordunun qarnizonunun həyətində Firidun İbrahimi ilə söhbət edirdim. Düşmən təyyarələri başımızın üzərində uçaraq şəhərdə bəyanat yayırdılar. Firidun İbrahimi təyyarələri seyr edərkən üzünü mənə tərəf çevirib dedi: “ Tehran hökuməti xainliklə bizə hücum edir. Biz ruhiyyəmizi itirməməliyik. Üzərimizə ağır məsuliyyət düşür. Silahlı qüvvələrimizi toplamalı və hər an yarana biləcək qarşıqlığın qarşısını almalıyıq. Xalqın mübarizə ruhunu yüksəltməliyik. Bizim xalqımız mübariz xalqdır. Şübhəsiz onlar başladıqı mübarizəni qələbə ilə sona çatdıracaqlar. Firidun İbrahimi ADF-nin rəhbərliyi ilə Azərbaycan xalqının qələbəsinə inanırdı.”
Firidun İbrahimi xalqın və kütlənin qüdrətindən tam əmin idi. O, inanırdı ki, xalqa söykənməklə düşmən kim və hansı gücə malik olursa olsun ona qələbə çalmaq olar. Bu üzdən deyir, Tehran mürtəcelərin basqısı qarşısında baş əyməməliyik. O və Pişəvəri habelə ADF-nin bir çox rəhbərləri belə düşünürdülər. Pişəvəri “Azərbaycan” qəzetində çap etdirdiyi “Ölmək Var Dönmək Yoxdur” məqaləsində yazır: “ Şah qoşunları Amerika generalı Şüvartskovun rəhbərliyi ilə Zəncan şəhərindən Azərbaycanın başqa şəhərlərinə hücum üçün hərəkət etməyə başlamışlar. Onlar asanlıqla kiçik müqaviməti sındıraraq Qaflankuh və Qızılüzən çayından keçərək Təbrizə yaxınlaşırlar.
Demək olar ki, azərin 20-də Azərbaycan Milli Hökuməti varlığına son verilmişdi. Təslim tərəfdarları, o cümlədən Maarif naziri Məhəmməd Biriya, daxili işlər naziri, indiki əyalət valisi doktor Salamulla Cavid və milli məclisin sədri Əli Şəbüstəri hakimiyyəti ələ keçirərək həmin gün əyalət əncüməninin fövqüladə iclarını çağırarlar. İclasda atəşkəs elan olunmaqla yanaşı, bütün fədai və qızılbaş qoşunundan silahı yerə qoymasını istəyərək, qərar çıxarırlar.
Tehran dövləti bu qərardan sui-istifadə edərək öncədən Təbrizdə hazırlanmış bütün təxribat qruplarına göstəriş verir ki, şəhərdə təxribat törətsinlər. Bütün Azərbaycandan qaçan xanin quldur dəstələr silah ələ alaraq xalqı günahsız övlatlarını qətliam etməyə başlayırlar. Qəvamın xain əməli bütün quldurlara daha da cəsarət verir. Onlar vəhşicəsinə şəhərlərdə dəhşət törədirlər. Bu silahlı xainlər ordul ilə birlikdə hərəkət edir, hansı qəsəbə və şəhərə girdikdə demokratları öldürmək, ev-eşiklərini talayıb qarət etmək vəzifəsini üzərlərinə götürürlər.
Bu gərgin və qarışıq şəraitdə Firidun İbrahimi bir neçə nəfər vəfalı yoldaşları ilə mərkəzi komitənin mühafizə dəstəsinə yardım edərək onlarla birlikdə 34 saatdan artıq binanı qoruyaraq qara, təxribatçı xain qüvvələrin qarşısını alırlar.
Pişəvərinin yaxın silahdaşlarından olan Həsən Nəzəri Deyir: “ Mərkəzi komitənin binasına getdim. Firidun İbrahimin bir neçə yoldaşları ilə birlikdə gördüm. Soruşdum burada neyləyirsiniz?” Cavabımda Firidun dedi: “ Firqənin binasını qoruyuruq.” Dedim: “ Məni gözlə gəlirəm. Yarım saatdan sonra qayıtdıqda artıq Firidun orada yox idi. Onu dostu Əsgər Baqqalın atası aparır, sonra mərkəzi hökumətin məmurlarına təslim edir. Beləliklə Firidun İbrahimi Sağlam məmurlara təhvil verilir, bir müddət xiyaban və küçələrdə onu dolandırıb və sonra qoşun Təbrizə daxil olarkən ordu rəhbərliyinə təslim edirlər. Milli-azadlıq düşmənləri Azərbaycan xalqının mübariz və fədakar oğlu Firidun İbrahimini həbs edirlər. Lakin o, sarsılmaz bir mübariz olaraq həbsxanada da öz mübarizəsinə davam etdirir. Həbsdə olan firqə üzvləri ilə söhbət edir. Onlara yardım edir. Onlarda müqavimət ruhunu yüksəldir. Onlara xitabən deyir, bu alçaq və xain düşmənlərdən mərhəmət gözləmək olmaz. Ruhiyyələrini itirmiş məhbusları ruhlandıraraq onlara cəsarətli olmağı tövsiyə edir. O, məhbuslarla söbət edərkən deyir: “Onlar qəddarcasına yoldaşlarımızı qətlə yetirirlər. Hələ də öz vəhşiliklərinə davam edəcəklər. Məni də öldürəcəklər. Lakin mən ölümdən qorxmuram. Çünki, mən müqəddəs bir yolda ölümə gedirəm. Azadlıq yolunun mübarizləri öz qanları ilə bəşəriyyətin gələcək səadətinin təməldaşını qoyurlar. Bu üzdən də ölüm məni qorxutmur. Bizi öldürməklə, insanların ürəyində kök salmış azadlıq eşğını aradan apara bilməyəcəklər.”
Firidun həbsdə necə düşünürdü elə də oldu. İranın qanicən irticası ADF-nin üzvülərini edam etməyə başladı. Onlar hətta xalqın milli mübarizəsində iştirakı olmayanları da qətləyeridilər. Onlar Azərbaycanda orta əsrin qaranlıq dəhşətini yaratdılar, Azərbaycanın bütün yerlərində xalqın mübariz övladlarına və azadlıq aşiqlərinə müxtəlif işkəncələr verərək qeyri-insani əməllərlə qətlə yetirdilər. O mübarizlərin evlərini yandırıb qarət etdilər.
21 Azər günü Ələmi adlı firqə üzvünü Mərənd şəhərində futbol tupu tək havaya ataraq güllələyib və sonra üzərinə neft töküb yandırdılar. Alovlanan cənazıni məşəl kimi küçələrdə gəzdirdilər. Həmin gün Ərdəbildə ürək yaxan hadisə baş verir. Küçələr qanlı cənazə ilə doludur. Küçələrdən keçmək olmur. Ərdəbilin icra hakimi Azərəbadqanı üç dəfə dar ağacından asır və hər dəfə yarımcan vəziətdə yerə qoyurlar. Onlar törətdikləri cinayət ağıla sığmır. Ölkə tarixində bu cinayətlərə az rast gəlinir. İyrminci əsrin cinayətkarları Teymur və Çingizin orta əsrdəki qoşunlarının üzünü ağartdı. Azərəbadqan dar ağacının dibində deyir: “ Mən haqq yolunda öldürülürəm. Azadlıq son qələbə sayılır. Yaşasın Azad İran!”
Rabitə naziri və Marağa şəhərinin fədai başçısı general Kəbiri Təbrizdə tutulur. Onu Daşlayaraq küçələrdə dolandırırlar. Sonra Marağa şəhərinə aparıb asırlar. General Kəbiri də ipi boğazına salarkən cəlladlara üz tutub deyir: “ Məni də asın! Lakin buna əmin olun ki, mən xalqımın azadlıq və xoşbəxtliyi üçün vuruşmuşam. Mən olam-olmayım fərqi yoxdur. İnanıram ki, mənim yolumu digərvətəndaşlarım davam etdirəcək. Bilin və agah olun ki, azadlığın qələbəsi uzun sürməyəcək, Azərbaycan xalqı törətdiyiniz bu qanlı cinayətlərin intiqamını sizlərdən alacaq.”
Milli ordunun 26 zabiti edam olunur. Onlar şərəflərlə vətənin himnini oxuyar, yaşasın iftixatlı Azərbaycan deyərək, edam edilirlər.
Əski inqilabçı Urmiyyə fədai başçısı Məhəmmədəmin Azad Vətən tutulur. Qəvamın quldur məmurları işkəncə verdikdən sonra ondan tələb edirlər ki, uzun illər sədaqətlə etdiyi müqəddəs mübarizə yolundan dönüb onlarla əməkdaşlıq etsin. Bu azalıqsevər insanın onlara dişsındırıcı cavabı belə olur: “ Çinar ağacı sınar , amma əyilməz.” Onu dar ağacında asırlar. Yalnız dar ipi boğazını sıxaraq onun başını əyir.
Cinayətlər həddən artıqdır. ADF üzvlərinə heç bir güzəşt yoxdur. Onlar harada tutulurlar, yerindəcə tikə-tikə olur və sümükləri ərəbələrə yığılır tamaşa üçün küçələrdə dolandırılır. Firqə üzvü Əli Qəhrəmanını başı kəsilərək neyzəyə keçirilir və Afrıqanın əski yerliləri kimi onun dövrəsinə toplaşaraq rəqs edirlər. Onlar orta əsrin vəhşiləri kimi tutulanları- qadın, kişi, qoca, cavan, firqə üzvü olması kifayət edər ki, ən ağır içkəncəyə məruz qalıb vəhşicəsinə öldürülsün.
Şahsəvənın qəhrəman qızı Səriyə beş gün mühasirədə qalır və müqavimət edir. Sonra hiləkarlıqla ona yalançı təminat vədi verməklə öz səngərindən çıxarılaraq namərdcəsinə öldürülür. O, edam ayağında deyir: “ Bu sizin üçün qələbə deyildir. Öz vədlərinə arxa çevirən adamları tarix lənət və nifrətlə yad edəcək. Cinaytkarlar bu alçaq əməllərindən heç bir xeyr aparmayacaqlar. Azərbaycan övladları mənim qısasımı alacaqlar. Qan ilə suvarılan Azadlıq ağacı daha çox məhsul verəcək.”
General Əzimi, palkovnik Mürtəzəvi, Cavidan, Şeyxi, Agəhi, Codət, Qasimi və yüzlərlə başqa şərəfli və mübariz insanlar alnı açıq ölümü qəbul edərək düşmənə baş əymirlər. Azadlı düşmənlərinin törətdikləri cinayətlər saysiz- hesabsızdır. Bu cinayətləri yazmaq üçün tonlarla kağız lazımdır. Bu üzdən bundan artıq bu məqalədə cinayət əməllərini yazmaq mümkün deyil.
Şahın məmurları və Tehran irticaçıları altı aydan sonra Firidun İbrahimini Tehrana aparırlar. O, yekanə firqə üzvüdür ki, mühakimə etmək üçün mərkəzə aparılır və hərbi məkəməyə sövq edilir. Aylarca tək kameralı həbsdə ağır və qeyri-insani işkəncə altında qalması Firidun İbrahimini sarsıtmir. O, dözür və müqavimət edir. ADF-ni, onun məram, məqsədlərini və milli hökumətin bir illik xalqa qazandığı nailiyyəti müdafiə edir. Ordu rəhbərlərindən birisinin sualı “ Siz hansı əsaslara görə insanlara ölum hökmu çıxarırsınız?” qarşısında Firidun İbrahimi qətiyyətlə belə cavab verir: “ Birinci mən Təbriz əhalisini boğaza yıqan quldur, oğuru və cinayətkara ölum hökmü çıxrırdım. İkinci isə milli hökumətin qanunlarına söykənərək hökm oxuyurdum.” Hərbi müstəntiq soruşur: “ Hansı qanun, hansı hökumət? İranda təkcə bir hökumət var.” Firidunun cavabı çox qətiyyətlidir: “ Azərbaycan Hökuməti! Mənim milli hökumətimin qanunu! O hökumət ki, var və yaşayacaq.”
Həbsdə İmperiyalizmə qarşı Firidun İbrahiminin kin və nifrəti başqa yerlərdən daha artıqdır. Amerkalı jurnalıstı İran jurnalıstı ilə birlikdə İbrahimidən müsahibə almaq üçün ordu həbsxanasına gəlir. Müxbirlər onu qaranlıq, soyuq həbsə alınmış gözəl və gülərüzlü bir gənc olaraq görürlər. Jurnalistlər ondan soruşlar: “ Siz baş prokror olduqda nə işlə məşğul olurdunuz?” Firidun cavab verir: “ Biz günahsız həbsdə yatan insanların işinə baxıb və onları azad etdik. Xalqı oğru və satqın hakimlərdən xilas etdik.”
Jurnalist soruşur: “ Bəs o xalq hanı? Niyə onlar səni öldürmək istəyirlər?”
Firidun deyir: “ Məni xalq deyil, Tehran irticası xarici ağaları olan imperiyalistlərin tapşırığı ilə öldürmək istəyirlər. Xalq zəhmətkeş fəhlələrdən, kəndlilərdən, idarə işçiləri və ziyalılardan ibarətdir ki, hal-hazırda həm qolları, həmdə dilləri bağlıdır. Lakin əmin olun ki, xalq kütləri bütün əsarət zəncirlərini qıracaqlar.” Firidunun bu kəskin və cəsarətli cavabı düşmənləri çox əsəbiləşdirir.
Aylarla istintaq və ağır işkəncəyə dözən Azərbaycan xalrının qəhrəman oğlu Firidun İbrahimini hərbi tribunalın ixtiyarına verirlər. O, vaxtı itirmədən məhkəməni mübarizə meydanına çevirir. O, Azərbaycan xalqının və İran zəhmətkeşlərinin hüququnun müdafiəsinə alxır. Müstəmləkəçi imperiyalistləri, onların qulluqçularını ifşa edir. O, məkəmədə son müdafiəsində belə deyir:
“Gələcək alın tərli ilə yaşayan insanlar üçündür. Gələcək əliqabarlı insanlar üçündür. Bilməlisiniz ki, həmin qabarlı əllər bütün həbsxanaları dağıdıb, cəllaları və zülmkarları məhkəmə masası arxasında oturdacaqlar.Gün gələcək əsarətdə yaşayan İran xalqları, zəhmətkeşləri başqalarının hesabına yaşayan vəhşi müstəmləkəciləri ki, onların əsarətində yaşayan xalqları öz insanı, milli hüquqlarından məhrum edib, onların həyat və milli-mədəni haqlarını tapdalayarayaraq, təkcə təbii sərvətləri deyil, həm də əliqabarlı insanların zəhmətlə əldə etdikləri gəlirləri hərraca qoyub, öz sərvət kisələrinin doldururlar, törətdikləri cinayət və qarətlərə etiraf etməyə və cavab verməyə məcbur edəcəklər.”
Məhkəmədən bir neçə gün sonra orada çıxarılan hökmü ona verirlər. O, bu edam qəraını qəbul etməyib deyir: “ Mənim taleyimi on nəfər xain və düşmən qulluqçusu təyin ediblər. Bu hökmü qəbul etmirəm. Məni xalq məhkəməsində mühakimə edin. Belə olan yerdə çıxarılan hər hansı hökmü qəbul edərəm.”
Bir il dünya siyasətində çəkiş-bərkişdən, Azərbaycan xalqının sarsılmaz müqavimətidən, mərkəzi hökumətlə müzakirəsidən sonra xalqın 21 Azər hərəkatı məğlub oldu. Beləliklə yüzlərlə azadlıq yolunun şəhidlərinin qanı ilə suvarılmış yenicə cücərmiş Azərbaycan Milli Hökumətinin ağacı kökündən çıxarılaraq məhv edildi. Minlərlə vətənsevərlər öldürüldü. On minlərlə azadlıq aşiqləri həbs ya sürgün edildilər. Minlərlə Azərbaycanın fədakar övlatları ölkəni tərk etməyə məcbur oldular. Onlar Sovet dövlətinə mühacirət etdilər. Azadlıq ölkəsi olan Azərbaycan bir xarabazarlığa çevrilib, hər tərəfdən nifrin olunmuş bayquş səsı səmalara ucaldı.
İran şahı bu qələbədən məst olub Azərbaycana qəlməyə qərar verdi. O, elə bir yurda qədəm qoyurdu sanki, heç zaman İran məmləkətinin tərkibində olmayıbdır. Sanki, qalib şah qoşunları müharibə ilə bu biganə yurda qələbə çalmışlar.
Şahı qarşılamaq üçün geniş tədarük görülüb. Yalnız bir mərasım çatışmır və o da şahın ayaqları altında qurbanlar kəsilməlidir. Hansı qurban Firidun İbrahimidən daha qiymətli və dəyərli ola bilər? Bu şahın ayqları altında kəsiləsi ən dəyərli qurbanlıqdır.
1326-cı il ordibeheşt ayının sonları yetişir. Firidun İbrahimini təyyarə ilə Təbrizə gətirirlər. İki gün edamdan əvvəl o, qara rəngli kostumununun həbsxanaya gətirilməsini tələb edir. Bu həmin Paris sülh konfransında iştirak etmək üçün geyilmiş kostum idi. Edamdan bir gün qabaq axşamçağı ona xəbər verilir ki, sabah ölümə hazır olmaılıdır. Gecə səhərə qədər ölüm intizarını çəkən İbrahimi həbsxanada yoldaşları ilə oturub bir mübariz insan xalqın qarşısında hansı məsuliyyəti daşımalıdır mövzusunda söhbət edir. Onları ruhlandırır. Sakitcə üzünü qırxır. İpək ağ köynəyini və qara kostumunu geyərək yaxasına qırmızı qalstok taxır. Beləliklə ölmək üçün dar ağacına aparılmasını gözləyir, Məhbuslar heyrətdən ağızları açıq onu seyre dirlər. Onlar Firiduna xitabən deyirlər: “ Bu nə üçündür? Sanki toya hazırlaşırsan?”
Firidun İbrahimi gülümsəyərək deyir: “ Bir ömür biz saf və təmiz ürəklə yaşamışıq. İndi niyə dar ağacına kədərli və çirkin gedək?”
1326-ci il xordad ayının ikisində səhər saat 4-də Səttar xan xiyabanının sonunda yerləşən Gülüstan bağında dar ağacının altında durur. Möhkəm iradə ilə gülümsəyərək cəlladlara deyir: “ gecikmədən ipi böğazıma geçirin.”
Beləliklə millətlərin azadlığı yolunun həqiqi mübarizi, Azərbaycanın fədakar və qəhrəman övladı, ADF-nin mərkəzi komitəsininüzvü, Milli məclisin nömayəndəsi, AMH-nin baş prokroru, ictimai-siyasi xadim və istedadlı jurnalis Firidun İbrahimi 28 yaçında inqilani bir dastan yaradaraq, həyatla vidalaşdı.
Tehran mürtəceləri xarici ağalarının göstərişi ilə Azərbaycanın cəsarətli və rəşid övladını Təbrizdə dar ağacından astılar. Lakin Təbriz öz layiqli övladı ilə hörmətlə vidalaşdı. Səhər yoldan keçənlər ölümə məhkum olan insanı belə iradə və əzmlə dar ağacına yaxınlaşdığını gördükdə heyrətlə ona baş əyirdilər.
Firidunun qəhrəmanca şəhit olması barədə Tehranın demokratik qəzetləri öz səhifələrini bəzədilər.
“Mərdom” qəzeti yazırdı: “ Zəkalı Azərbaycan övladı Firidun İbrahimi başqa şəhidlər arasında ulduz tək parlayır. O, altı ay işkəncədən sonra da yenə qürurla baş əyməyərək, sarsılmadı.”
21 Azər hərəkatının qələbəsinin beş illiyi münasibətilə İran Xalq partiyasının gənclər təşkilatının orqanı “Rəzm” qəzeti yazırdı: “ Cəlladlar minlərlə demokratları öldürmək və Azərbaycan xalqının mübariz və qəhrəman övladı Firidun İbrahimini dardan asmaqla öz alçaq cinayət planlarını icra etdilər.
Firidun İbrahimi pak, səmimi, xoş əxlaq və xalqını sevən bir insan idi. Xalq da onu çox sevirdi. O, yeniyetmə çağlarında siyasət yoluna qədəm qoyur. Zəhmətkeş və yoxsul zümrələrin kədər və əzabları ilə hər tərəfli tanış olur. Bu üzdən də fədakarlıqla sərmayə-iş mübarizəsində aktiv iştirak edir. Beləliklə mütərəqi və insani ideyanın təbliğatçısı və mübarizi olur. Onun qısa ömrünü ADF tarixindən ayırmaq olmaz.
F.İbrahiminin qəhrəmanca şəhid olması onu əbədi yaşatdı. Onun haqqında indiyə qədər yüzlərlə məqalə kitab, şeir və poema yazılmışdır. Azərbaycanın görkəmli yazıçısı Mirzə İbrahimov “ Gələcək gün” adlı romanı onun həyat və mübarizəsinə həsr etmişdir.
Fəthi Xoşkənabi “Axirinci Bayraqdar” adlı əsərinin “Şərəfli yol” bölümünü F.İbrahimiyə həsr edibdir.
Azərbaycan tanınmış Şairləri- Balaş Azəroğlu, Əli Tudə, Söhrab Tahir, Mədinə Gülgün, Həkimə Billuri və onlarla başqa şair, yazıçılar bu qəhrəman mübarizə şeir, hekayə həsr etmişlər.
İranən görkəmli siyasi şəxsiyyəti və şairi Məhəmmədtağı (Məlikşüərayi-Bahar) F.İbrahiminin yazılarını oxuduqdan sonra Təəccüblə deyir: “ Bu gənc iyri yeddi deyil, qırx yaşı olsaydı İran onun qarşısında tab gətirə bilməyib çarəsiz qalacaqdı.”
F.İbrahimi ömrünün son çağında sekretarı olduğu bir xanımla yaşayırdı. Bu müştərək yaşayışın səmərəsi bir öğlan uşağıdır. Hazırda bu övlad özü geniş bir ailəyə çevrilibdir.
Atmış ildən çoxdur ki, Təbrizin “Ağalı”( Beheşi-imamiyyə) qəbristanda Azərbaycan xalqının dilavər və qəhrəman oğlu əbədiyyət yuxusuna gedibdir. Hərdən yaşlı, və gənc, qız, oğlan, qadın və kişilər bu qəbristana gələrək bir dəstə gül ilə qəhrəman şəhidi yad edirlər. Onlar bu qəhrəmanın məhkəmədəki son müdafiəsini xatırlayırlar:
“Gələcək alın tərli ilə yaşayan insanlar üçündür. Gələcək əliqabarlı insanlar üçündür. Bilməlisiniz ki, həmin qabarlı əllər bütün həbsxanaları dağıdıb, cəllaları və zülmkarları məhkəmə masası arxasında oturdacaqlar.Gün gələcək əsarətdə yaşayan İran xalqları, zəhmətkeşləri başqalarının hesabına yaşayan vəhşi müstəmləkəciləri ki, onların əsarətində yaşayan xalqları öz insanı, milli hüquqlarından məhrum edib, onların həyat və milli-mədəni haqlarını tapdalayarayaraq, təkcə təbii sərvətləri deyil, həm də əliqabarlı insanların zəhmətlə əldə etdikləri gəlirləri hərraca qoyub, öz sərvət kisələrinin doldururlar, törətdikləri cinayət və qarətlərə etiraf etməyə və cavab verməyə məcbur edəcəklər.”
Mənbələr:
Firidun İbrahiminin xatirə dəftəri- 36 s
“Azərbaycan” qəzeti, ikinci dövr, nömrə 43. Təbriz. 10 aban 1324
“Azərbaycan” qəzeti, nömrə 57(346).20 aban 1325
“Azərbaycan” qəzeti, nömrə 59(34 8).22 aban 1325
“Azərbaycan” qəzeti, nömrə 184. 8 ordibeheşt 1325
“Azərbaycan” qəzeti, nömrə 207.3 xordad 1325
“Azərbaycan” qəzeti, nömrə 74(263). 9 mordad 1325
“Azərbaycan” qəzeti, nömrə 162. 12 fərvərdin 1325
“Azərbaycan” qəzeti, nömrə 1016.20 yanvar 1958
F.Xoşkənabi. “Axirinci məçəldar”. Azər nəşr. 62 s. 1954