آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

İranlı Mühacirlər Cəmiyyəti Qadınlar Təşkilatının yığıncağı keçirilib

İyunun 21-də İranlı Mühacirlər Cəmiyyəti Qadınlar Təşkilıatının yığıncağı keçirilib. Yığıncağı təşkilatın sədri Mominat Puhən açaraq bu ilin əvvvəllərində yenidən bərpa olunan qurumun gördüyü işlər barədə qısa məlumat verib. O bu müddətdə onlarca mühacir ailəsinə mənsub qadının yenidən təşkilata üzv olduğunu, İMC-nin keçirdiyi bütün diqqətə layiq tədbirlərdə yaxından iştirak etdiklərini bildirib. Sədr fəaliyyət dairəsinin genişləndirilməsi üçün üzvlərin daha təşəbbüskar olmasının vacibliyinə diqqəti çəkib.

Təşkilatın sədr müavini, Azərbaycanın xalq şairi Söhrab Tahirin qızı, yazıçı Nəsibə Tahiri çıxışında göstərib ki, 70 il əvvəl yaradılan cəmiyyətin sıralarında qadınlarımız fəallıqları ilə daim fərqləniblər. Onların sırasında bütün Azərbaycan mühitinin yaxşı tanıdığı şairlər, yazıçılar, alimlər, ictimai xadimlər və digər sahələrdə şərəfli zəhmətləri ilə seçilən insanlar az olmayıb. N. Tahiri təklif edib ki, bu insanların unudulmaması, daha yaxından tanıdılması üçün təşkilat müxtəlif səpkili tədbirlər keçirməlidir.

Müğənni Tahirə Muradova, həkim, şairə Validə Zöhrabova, müəllim Azadə İbrahimi və başqaları isə qurumun Azərbaycanın digər qadınlar təşkilatları ilə əlaqələrinin sıxlaşdırılması üçün müvafiq görüşlərinin keçirilməsinin zərurətindən danışıblar.

Facebook
Telegram
Twitter
Email