Çulğalanir, çulğalanir,
Vətəndaşlar,vətəndaşlar
Lığa batan vətəndaşlar,
Özün satan vətəndaşlar.
Bağlanıblar hamılığdan,
Görünməyən bir zəncirə.
Göz tikiblər bütün ellər,
Bir ocağa bir təndirə.
Istəyirlər istiliyi,
Kimsə quran bir ocaqda.
Odun yiğmaq istəmirlər,
Ocaq qurmaq,istəmirlər.
Istəmirlər azadlığıi,
Azad ola kimsələrdən.
Bir pay kimi yetişməsin ,
Qurtuluşa azadliğa.
Həyat qoymaq ,istəmirlər,
Yaşıyırlar qorxa- qorxa.
Dord bir yanı açıq olan,
Bu qalada,bu dustağda.
Zəncirlərdə əsir kimi,
Əsim-əsim,asməg ilə.
Sıxılırlar,boğulurlar,
Sıxıntıda, boğuntuda.
Sinsiyırlar, inciyirlər,
Bu darısqal,darlıqlarda.
Azadliğa, can qoyaraq,
Zorla almaq,istəmirlər.
Bel əyilir, özgə yükün,
Yerə qoymaq, istəmirlər.
Dar qəfəsdə ömür keçir,
Çırpınaraq, zəncirləri,
Dartıb qırmaq, istəmirlər.
Cığır-cığır yanır ürək,
Susuzluqdan,susuzdular.
Sudan sarı dırnaqları,
Qan görərək,
Yeri oymaq istəmirlər.
Vətəndaşlar vətəndaşlar,
Çulğalanan vətəndaşlar.
Çullar altda yatıb qalan,
Çulğalanan vətəndaşlar.
Vətəndaşlar vətəndaşlar,
Çox yaşıyan vətəndaşlar.
Yaşayırlar uzun ömür,
Bu torpaqda sürünürlər.
Vurnuxurlar yer qurdu tək,
Torpaqlarda , bürünürlər.
Yaşayırlar , yaşayırlar,
Həm də uzun ,yaşayırlar.
Siz görübsüz yer qurdunu!
Hey sürünür öz başına,
Vaxta geçir,gün də geçir,
Fəsil başa çatır ancaq.
Tikə tikə olunsa da,
Olüm olmur heç də ona,
Hey sürünür öz başına.
Hey sürünür yerdən-yerə,
Ömür başa çata deyir.
Amma niyə bir yerdədir?
Gerisi yox qabağı yox!
Alçağı yox ucası yox.
Sevinc olur yaşamına,
Hey yaşayır o qurdağda.
Bu torpaqda o torpaqda,
Vətəndaşlar vətəndaşlar.
Cox yaşayan vətəndaşlar
Yaşıyarkən yer üzündə
Olü kimin Üstünüzə
Daş qalanan vətəndaşlar.
Həmadanli Javad
Baki 04,06,2005