Soltanəli Mirzəzadə
Ölkədə yaradılmış İslam iqtisadi quruluşunun əsas tərkib hissələrindən hesab edilən kooperativ məsələsilə əlaqədar İslam Kooperasiya Nazirliyinin təsis edilməsi haqqında qanun layihəsi hazırlanmış və bu layihə məclis tərəfindən təsdiq edilmişdir. Nazirliyin əsas vəzifəsi “İslam kooperasiya prinsiplərini hazırlayıb həyata keçirmək, onu lazımi istiqamətə yönəldib genişləndirmək və bütün ölkədə kooperativ hərəkatını əlaqələndirməkdən ibarət idi. İslam Kooperasiya Nazirliyinin yaradılması İran qanununun 43, 44 və 45-ci maddələrindən irəli gəlir. Burada İran İslam Respublikasının əsas iqtisadi quruluşunun üç növ mülkiyyət formasından: Dövlət bölməsi, kooperativ (təavun) və xüsusi bölmədən ibarət olduğu qeyd olunur və onların hər birinin əhatə etdiyi sahələr aydınlaşdırılır. Lakin qabaqcıl sol dövlət və kooperativ bölmələri şamil edilir. Xüsusi bölmə bir növ yardımçı xarakter daşıyır və həmin iki bölmənin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, xüsusi bölməyə iqtisadiyyatın o sahələri daxil edilmişdir ki, onlar mülkiyyətin birinci iki bölməsinə daxil deyildir. Yəni xüsusi bölmə – əkinçiliyin, maldarlığın sənayenin, ticarətin və xidmərlərin o sahəsinə şamil olur ki, iqtisadiyyatın dövlət və kooperativ bölmələrinin fəaliyyətini təkmilləşdirsin.
Koopertiv bölməsi şəhər və kəndlərdə İslam qaydası əsasında təkmil edilmiş istehsal və satış müəssisələrini və bölüşdürülmüş şirkətlərini əhatə edir. Belə ki, islam qaydası əsasında təşkil edilmiş kooperativ şirkətləri kənd və şəhər yerlərində istehsal və ticarət sahəsində ümumi əhali xeyrinə fəaliyyət sahələri nəzərdə tutulur. Bu şirkətlərin fəaliyyəti əsasında guya islam normalarına zidd olan vasitəçilik, sələmçilik kimi hallar aradan gedəcək, onların vasitəsilə bazarda qiymətlərin beş növ sabit saxlanmasına müsbət təsir ediləcəkdir. Bunların islam normaları ilə idarə olunması üçün şəriət qaydalarında ticarət-ticarətçiliyə, istehsal- istehsalatşılığa bəslənilən dini münasibət əsas götürülməli və bu baxımdan idarə olunmalıdır.
Eləcə də iqtisadi kimi hesab edilən bu şirkətlərin islam dininə dərin etiqadı olan adamlar tərəfindən idarə edilməsi nəzərdə tutulur.
Kooperativ bölməsinin ölkədə göstəriləcək rolu nəzərə alınaraq onun genişləndirilməsi və inkişafı barədə islam hökuməti tərəfindən bir sıra tədbirlər görülmüşdür. Məsələn, ölkədə istehlak, satış, mənzil-tikinti, şəhər kredit kooperativləri və o cümlədən əl sənəti, xırda sənaye və digər kooperativlər yaradıldı.
Lakin kooperativ sistemi özü hələ ölkədə geniş miqyas ala bilmir. Çünki kooperativlərin fəaliyyəti əksər hallarda formal xarakter daşıyır, dövlətin etdiyi yardım çox vaxt heç onlara çatmış və buna görə də kooperativ hərəkatının fəal təşkilatları işdən soyumuş, kütlələr isə bu təşkilatlara daha inanır.
Digər tərəfdən xan-bəylərin və mülkədarların yerlərdə müqaməti və onların kooperativ müəssisələrinə qarşı fəaliyyətinin yüksək hökumət dairələrində himayə edilməsi kooperativlərin fəaliyyətini heçə endirmişdir.
Mülkədar dairələrinin fikrincə, bu təşkilatların fəaliyyətini iştirak etmək üçün heç də müstəqim olaraq onların üzvü olmağa ehtiyac yoxdur, sadəcə onların fəaliyyətinə pul köçürmək ya da səhmlərini almaq yolu ilə kooperativlərdə iştirak etmək olar. Göründüyü kimi, mülkədarların məqsədi koopertivlərin fəaliyyətinə nüfuz edib, onların mahiyyətini öz mənafelərinə uyğun surətdə dəyişdirmək və özlərindən asılı vəziyyətə salmaqdır. Hadisələrin gedişatı göstərir ki, onlar getdikcə buna nail olurlar. Belə ki, inqilabdan sonrakı ilk aylarda şəhərlərdə məscidlərə verilən maddi vəsaitin hesabına yaradılan islam istehlak kooperativlərində şəhərin yoxsul təbəqələri dövlət qiymətləri ilə gündəlik tələbat malları alırdılar.
Lakin çox keçmədən bu koopertivlərin də fəaliyyəti dayandırıldı. Deyilənlər belə bir fikir söyləməyə əsas verir ki, ilk baxışda geniş xalq kütlələrinin mənafeyinə uyğun iqtisadi səmərə verə biləcək kooperativ sistemi ruhanilərin zorla təhmil etdiyi islami qaydalar üzündən və ümumiyyətlə varlı təbəqələrin iradəsinin ifadəsi olmadığına görə onun fəaliyyəti getdikcə heçə endirilir.
Qaynaqlar:
“Keyhan” qəzeti, 10.10.1981-ci il
“Keyhan” qəzeti, 28.11.1979-cu il
əndişaha dər ra-ye bəxri məsael-e enqolab-e İran Tehran 1983-cü il, səh. 73, 74.