آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Şair Mirzə Mehdi Şukuhi

XIX əsrin ikinci yarısında yaşayıb yaratmış şairlərimizdən biri Mirzə Mehdi Şukuhidir. Cənubi Azərbaycanda Təbriz və Marağa şəhərində ömür sürmüş şair, ərəb və fars dilində təhsil alsa da yaradıcılığında əsasən öz ana dilində Azərbaycan dilində şeirlər, qəzəllər, məsnəvi, həcv və s. yazmışdır. Onun əsərləri “Süsəd – bənd adlı divanında çap olunmuşdur. Mirzə Mehdi Şukuhi çox əvvəllər “Naşi” təxəllüsü ilə məşur olmuşdur. Sonralar Şukuhi təxəllüsünü seçmişdi. Şair ərəb, fars dillərini gözəl bilsə də ana dilində yazdığı şeirlərində bu sözlərdən az istifadə etmişdir.

Müsal üçün bu beytə diqqət edək;

Gələn birdir, gedən birdir, qalan bir,

Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.

Bir əvvəl var, bir axır var deyirlər,

Bu bir sözdür, nə əvvəl var, nə axır.

Mirzə Mehdi Şukuhinin Azərbaycan şairlərinin sırasında özünə məxsus yeri var. C.Ə, Nabati Q.Əndəlib.

M, B. Xalxalı Z. Marağayi kimi Şukuhi də xalq başa düşəcəyi dildə yazıb-yasratmışdır. Ona görə də bu günə kimi sevilə-sevilə oxunur və unudulmur Azərbaycan ədəbi dilinin inkişafında Mirzə Mehdi Şukuhinin xidməti danılmazdı. Böyük ustad şairin ruhu şad olsun! Mirzə Mehdi Şukuhinin iki şeirini qəzetimizin oxucularına təqdim edirik.

Keçər

Birdə yolun düşsə yar otağına,

Mənim işim hamı kəsdən saz keçər.

İşə düşər deyib, danışıb-gülmək,

Aralığıdan yüz min ərki naz keçər.

Gül-gülə sövkənib, laləyə lalə,

Qumrular, bülbülllər çəkərlər nalə.

Saqi, bu mövsümdə gətir piyalə,

Bir az keçməz, payız gələr, yaz keçər.

Saqi dolandırsın cami-gülrəngi,

Düzülsün məclisə lalə, mərdəngi.

Oxusun xanəndə oyansın cəngi,

Xayalımdan satar keçər, saz keçər.

Yəhərləyin kəhər atı dübarə

Tüfəngimi verin gəlməsin zarə.

Mən istərəm bir də çıxım şikarə,

Çox deyirlər bu “kövsəndən qaz keçər”.

Az mənim bağrımı qan ilə doldur,

Dərdin bu canımda hamıdan boldur.

Deyirlər: “könüldən-könülə yoldur”.

Şukuhi könlündən niyə az keçər.

Bir belə

Əbəs-əbəs çəkmə zəhmət, sevgilim,

Vermə zinət xəttü-xalə bir belə,

O, gündən kim, sənə aşıq olmuşam,

Yetməmişəm gül camalə bir belə.

Mən sağacan, bu sevdadan doymaram,

Gül üzünə, tamaşadan doymaram.

Mən bu meydən, bu minadan doymaram,

Nə tutacaq bu piyalə bir belə.

Baş qoymuşdum astananın daşına,

Rəhm etmədin gfözlərimin yaşına.

Məni səndən ayıranın başına,

Görüm Tanri bir daş salə bir belə.

Şər ilə mən səni qoymaram, zalim,

İstəsən molladan hökmünü alım.

Sən mənim mülkümsən, sən mənim malım,

Var əlimdə bir qəbalə bir belə.

Məclisi-işrətin xəlvət olanda.

Rəqiblər dağılıb fürsət olanda,

Vəslin Şüküyə qismət olanda,

Ona rəhm et laməhalə bir belə

Facebook
Telegram
Twitter
Email