آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Tariyel Ümid İranlı Mühacirlər Cəmiyyəti ədəbi birliyin sədri

Firqə eşqim!

Biletinin sətirləri

Ümid olan arzu olan.

Sırasında nəsil-nəsil

Oğlu olan, qızı olan.

Firqəm salam!

Hizbim salam!

Sən yenə də səngərlərdə

Yaşa doldun.

Mən səninlə doğulmuşdum,

Bu gün sənlə yaşıd oldum.

Doğma firqəm,

Əziz hizbim.

Məni dinlə;

mənim sözüm, söhbətim var

Bu gününlə.

Bu gününə gəlib çata

Bilməzlərin,

Azadlığın uğurunda.

Ölüb getmiş ölməzlərin,

Səttar xanın tüfəngini,

Firudunun sön sözünün

Ahəngini,

Bu gününə gətirmişəm.

Uğurunda, Xiyabani ömrü

Soldu.

Pişəvəri səndən ötrü

Həlak oldu.

Bu azadlıq yollarında.

Qırıldılar neçələri.

Ölüm tutdu, qan bürüdü

Küçələri.

Əqidədən dönməyənlər

Yenə oldu.

Firqəm yenə sıraların

Artdı, doldu.

Bu tufanlar, bu ölümlər,

Sındırmadı eşqimizi.

Bir xalq kimi zaman özü

Yetişdirdi yenə bizi.

Mən demirəm bir dəfəlik

Azadlığı itirmişik.

Doğma Firqəm!

Əziz Hizbim!

Biz Ruzbehi bu gününə

Gətirmişik!

Mühacirətdə

Taleyim, çətinə dara düşəndə,

Sən oldun qardaşım əlimdən tutan.

Böyük azadlığı tapmışam səndə,

Mənə dayaq oldu xalqım hər zaman.

Sinəni Arazın üstünə açdın,

Başımın üstünə güllə yağanda.

Sönmüşdüm, od verdin yandım, alışdım,

Qol, bpyun olmuşuq toyda, nişanda.

Cənub, Şimal deyib bütövləşmişik,

Birimiz Günəşik-birmiz Ayıq.

Qardaş işığına biz öyrəşmişdik,

Hələ ki, nə qədər qaranlıqdayıq.

Bakı – Təbriz olub, doğmamışdı

Şəhərdə doğmadı, doğmadı kənddə.

Qardaş – qardaş ilə qucaqlaşıbdı,

Biz Vətən tapmışıq Mühacirətdə!

Facebook
Telegram
Twitter
Email