Nisə Ələkbər qızı Qasımova (Şeybani) 91 yaşında Bakı şəhərində dünyasını dəyişib. O, 1941-1945-ci illərin Böyük Vətən Müharibəsinin arxa cəbhə veteranı kimi şərəfli yol keçmişdi. Ən əsası fədai başçısı, alim, unudulmaz insan və məsləkdaşımız Əhməd bəy Şeybaninin son anadək ən çətin günlərində etibarlı cinahdaşı idi.
İranlı Mühacirlər Cəmiyyəti səmimi insan, qayğıkeş ana N. Qasımovanın (Şeybani) dünyasını dəyişməsini təkcə ailə üzvləri Fərəhnaz və əməkdaşımız Rəşid Şeybanilərə deyil, onu bütün tanıyanlar üçün ağır itki sayır, dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin! Ruhu şad olsun!
İranlı Mühacirlər Cəmiyyətinin rəhbərliyi və üzvləri