آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

1397-ci novruz bayramı münasibətilə

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin təbriki

Əziz vətəndaşlar!

Novruz şənliyi yaz fəslinin başlanğıcı olaraq İranda yaşayan xalqların birlik, həmrəylik və habelə müştərək mədəniyyət tarixinin rəmzi sayılır. Azərbaycan Demokrat Firqəsinin Mərkızi Komitəsi bu milli bayram münasibətilə hamınızı təbrik edir.

İranda yaşayan xalqlar min illər öncədən birlik və həmrəylik simvolu olaraq novruz mərasimini xüsusi qeyd etməklə bu bayramı əziz tuturlar.

Ata-babalarımızın inanclarına əsasən novruz təbiətin oyanışı, həyatın yeniləşməsi, iş və fəaliyyətin başlanğıcı, doğuş və çiçəklənmək deməkdir. Novruz donmuş və sönük fəslin sonu, yenilənmə və çiçəklənmə dövrün başlanğıcının müjdəsini verən gün deməkdir. Novruz pislik və çirkinliyə qarşı mübarizə günüdür.

Bu inama əsasən bütün tarix boyu novruz mərasimi güclü birlik və həmrəylik yaradan bir qüvvədir. Bu inam və davranışlara əsasən bu gün insanlar arasında sülh, məhəbbət yaradan və ümidverici gün sayılır. Novruz sevinc və şənliyə qarşı olan şeytanlarla kəskin mübarizə aparmağı insanlara vəd edir. Novruz dodaqlarda gülüşün çiçəklənənməsi və vətəndaşların xoşbəxt olması günüdür.

Bu müqəddəs və milli novruz bayramı tariximizin təlatümlü əniş-yoxuşunda xalqlarımız tərəfindən qorunub saxlanıldı. Novruzla düşmənçilik edən qüvvələrin güclü olmasına baxmayaraq, ölkə əhalisi bu əski milli bayramı yaşatmaqda kəskin müqavimət göstərdilər. milli və tarixi kimliyimizin simvolu olan bu novruz bayramının yaşaması həmin mübarizələrin nəticəsidir.

Bu gün novruz ümid və yeniliyin köhnəliyə qələbəsi sayılaraq, yeni bir yaşayışın başlanğıcından xəbər verir. Bir vətəndaş kimi hamımız bu əski milli-mədəni bayramı dövrün qara və şeytansifət qüvvələrindən qoruyub saxlamalıyıq.

Gələcək şən günlər arzusu ilə, novruz bayramınız mübarək olsun!

Azərbaycan Demokrat Firqəsi mərkəzi Komitəsi.

Novruz 1397

Facebook
Telegram
Twitter
Email