آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Xoşbəxt olsunlar!

Aprelin 26-da Bakının “Neon” şadlıq sarayında İranlı Mühacirlər Cəmiyyətinin təmsilçiləri də iki gəncin – Malik Nadir oğlu Hinərvərinin və Samirə Samir qızının toy məclisində iştirak etdilər. Hər iki gənc ali təhsilli həkimdir və ailə həyatı quraraq Almaniyada yaşamağı, ixtisasları üzrə çalışmağı qarşıya məqsəd qoyub. Tam əminik ki, onlar yad ölkədə də uğurları ilə bizləri sevindirəcəklər. Bunu təzə ailə quranlardan valideynləri Nadir və Samir kişi, Şəhla və Naibə xanımlarla yanaşı bütün dost-tanışları da gözləməkdə haqlıdırlar.

Qeyd edək ki, Malik “21 Azər” Hərəkatının fəal iştirakçılarından olmuş babasının adını daşıyır. Valideynləri Nadir və Şəhla xanım Zaqatalada yüzlərlə insana şəfa verən həkim kimi dərin hörmətə malikdirlər. Nadir Hünərvəri isə eyni zamanda İMC-nin Zaqatala rayon təşkilatının sədri vəzifəsinin öhdəsindən ləyaqətlə gəlməkdədir.

İranlı Mühacirlər Cəmiyyəti hər iki gəncə, onların valideynlərinə yeni-yeni uğurlar arzulayır, xoş duyğularını yetirir.

Xoşbəxt olsunlar!

“İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyi

Facebook
Telegram
Twitter
Email