آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Validə Ərdəbili

Siyasi xadim, tarixçi alim, İran Mühacir Cəmiyyətinin sədrlərindən olmuş, Seyid Cəfər Pişəvəri hərəkatının sadiq fədaillərindən biri, atam Lütvəli Ərdəbili Fələkiyə ithaf edirəm.

Ay ata

Həsrət qaldın Sığırlının yelinə,

Köhlən atın minəmmədin belinə.

Pənah etdin Azərbaycan elinə,

Qərib eldə mühacirət yaşadın.

Qara qəlbdə minbir dilək tutanlar,

Yolun azıb cızığından çıxanlar,

Məsləkinə düşmən gözlə baxanlar,

Ata, səndən paklığı öyrənərdi.

Sinən dolu bir möcüzə olmusan,

İnciyəndə bulud kimi dolmusan.

Boynubükük bənövşə tək solmusan,

Ata, səni ovutmağa gəlmişəm.

Qurban olum o şahənə boyuna,

Bələdəm mən sənin Babək soyuna,

İşıq saçdın fədailər yoluna,

Xidmətlərin danılmazdı, ay ata.

Laçın könlün əlçatmaz bir qayadır,

Səni doğan fədai bir anadır,

Ağrı-acın ürəkləri qanadır.

Gözəl atam görüşünə gəlmişik.

Ata, səndin ilahidən sirdaşım,

Çətin gündə mən olardım qardaşın,

Gəldi-gedər dünyamızda yurddaşıq,

Bu dünyanı tərk edənim, görüşünə gəlmişik.

Fəxr edəsi gözəl ömür yaşadın.

Dünya malı bir heş idi gözündə

Ovuc torpaq, beç arşın ağ apardın.

Özün boyda xəzinəydin özün də.

Səsin qulağımda, sözün dilimdə,

O soyuq əllərin əllərimdədir,

Xəstə olanda sən, o gözlərindən,

Mən nələr oxudum, hafizəmdədir.

Hizbe-Tudə işığında yatmısan,

Cənnətliksən, gül-çiçəyə batmısan,,

Öz ömrünə qərib ömrü qatmısan,

Bir vətənə, Sığırlıya köç eylə.

Ata, qəlbin həm kövrəkdi, həm mətin,

Heç bir iş səninçün olmazdı çətin,

Nəcib idin, yaxşı-yaman bilərdin,

Həyat səni ağladanda gülərdin.

Rahat uyu, Allah rəhmət eləsin, qoy ruhuna hamı şadlıq diləsin.

26.042009.

Facebook
Telegram
Twitter
Email