آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

TƏBRİK EDİRİK

Saman bəylə Gülnar xanım ailə həyatı qurdu

Hörmətli Saman Cavad oğlu Əqili və Gülnar Ziya qızı Muradova

Iranli Mühacirlər Cəmiyyətinin üzvləri də iyunun 28-də Bakının yaraşıqlı “Neapol” şadlıq sarayında sizin toy mərasiminizdə iştirak etdilər. Sizlərə və valideynləriniz usta Cavada, Pəri xanıma, Ziya müəllimə, Təranə xanıma övladlarının yeni ailə həyatına qədəm qoymaları münasibətilə təbriklərini, xoş duyğularını çatdırdılar.

Cəmiyyətin sədri, əməkdar jurnalist Rəhim Hüseynzadənin, təşkilatın ağbirçəyi, həkim-alim Adilə Çernikbuləndin, həmçinin Məhəmməd Nizamoğlunun, Zaqataladan təşrif gətirən qurum rəhbəri Nadir Hünərvərinin ürək sözlərində bu şənliyə qatılan onlarca mühacirin xoş duyğuları səsləndi.

Biz əminik ki, iyunun 28-də Azərbaycanda daha bir xoşbəxt ailənin təməli qoyulub. Gənclərimizə ailə, valideynlərinə, dost-tanışlarına isə yeni-yeni müjdələrin şahidi olmalarını arzulayırıq.

Bir daha deyirik: Xoşbəxt olsunlar!

Facebook
Telegram
Twitter
Email