آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Firidun Ibrahimi hərbi məhkəmədə:

Firidun Ibrahimi Qondarma hərbi məhkəmədə:

Gələcək zəhmətkeşlərindir!

Təbriz həbsxanasında altı ay işkəncə edildikdən sonra Firidun İbrahoimi Tehranın Qəsri-Qacar zindanına aparıldı. Məhbusları işkəncə etməkdə Qəsri-Qacar həbsxanası rəisinin böyük məharəti var idi. Bu zindanda bir məhbus təslim, tovbə və etiraf etmədən, oradan alnıaçıq, sağlam xilas ola bilməzdi.

Lakin nə qaranlıq kameralar, nə aylarla gecə-gündüz davam edən vəhşicəsinə işkəncələrin heç biri Firidunun iradəsini sarsıda bilmədi. O, möhkəm iradə ilə öz ideyallarından və bir il davam edən Azərbaycan Milli Hökümətindən müdafiə etdi.

Məhkəminin bir iclasında ondan soruşuldu:

Niyə və nə üşün ölüm hökmü çıxarırdın?
Firidun qətiyyətlə çavab verdi?

Əvvəla mən Təbriz əhalisinin cananına susayan quldurlar və oğrular üçün ölüm hökmü çıxarırdım. Milli hökumətin qanunları ıəsasında onları məhkum edirdim.
Hansı qanun? Hansı hökumət? İranda yalnız bir hökumət vardır.
Firidunun cavabı isə aydın və qəti idi:

Azərbaycan Hökuməti! Bizim milli hökumətin qanunu! O hökumət, yaşayır və yaşayacaqdar!


Səhər tezdən jurnalıstlər məhkəmə sakonuna daxil olaraq onlara ayrılmış yerlərdə yerləşdilər. Onların əksəriyyəti həyəcan içində idilər. Çünki Firidun təkcə bir gənc siyasətçi deyil, həm də bir inqılabçı, qan içində böğulmuş milli hərəkatdan yaranan hökumətin altı-yeddi ay əvvəl baş prokroru olmuşdur. Münsiflər heyəti öz yerlərində yerləşdilər.

. Tamaşaçıla firqə dövründə quldurların, oğruların düşməni olmuş və xalqın haqqını onlardan alan Firidun İbrahimini görüb, dinləmək üçün nəfəslərini sinələrində həbs etmişdilər. Bu prokror həm tudəçı və həm də qirqəçi idi. Bu onun üçün hərbi məhkəmə heyəti tərəfindən böyük və bağışlanmaz cəza sayılırdı. Həm bu iki cəza və həm də mir Xassın “qətələ” fitvası nəticəsində xanların silahlı quldurlarının əli ilə bir çox Azərbaycan əhalisi qətli-am oldu. Azərbaycan Demokrat Firqəsinin prokroru Firidun İbrahimi bu qətli-amdan yaxa qurtaran nadir şəxslərdən biri olaraq bu məhkəmədə mühakimə olunurdu. O prokror bir çox silahdaşları kimi öz taleyini xalqının taleyindən ayırmaq istəmirdi.

Hamı gözləyırkən məhkəmə sədri münsiflər heyətinin yanında dayanmış zabitə işərə etdi. Zabit tələsik yola düşüb salondakı qabını aç.bayıra çıxdı. Geriyə döndükdə onunla yanaşı başqa iki hərbici Firidunu əli qandallı və zindan geyimində salona gətirdi.

Jurnalıstlərin fotoaparatları işə düşdü. Baxışlar uca boylu, itibaxışlı və əli qandallı Firiduna tərəf zillənmişdi. Onu müttəhimlər kürsusunə tərəf aparırdılar. Firidun təbəssüm və qürurla jurnalistərın qarşısından keçərkən sanki o, prokror və münsiflər heyəti isə müttəhim idilər!

Palkovnik Zəngənə Firidunu qorxulu gözlərlə müşahidə edəcəyini düşünürək vəhşicəsinə gözünü ona dikmişdi. Lakin onun təsəvvürünün əksinə olaraq Firidun möhkəm iradə ilə salunu addımlayırdı. Bu vəziyyəti görən Zəngənə Təbriz məhkəməsində Firidunun qarşısında nə qədər zəif iradəli və aciz olduğuna bir daha əmin oldu. Zəngənə ümid edirdi ki, Firiduna ölüm hökmü çıxarılan an dodaqlarındakı təbəssüm məhv olub, simasını qəm-kədər büryəcək və onun simasında zəiflik və təslimçiliyi görəcək. Zəngənə bir çox iradəli şəxslər barədə ölüm hökmü çıxarılarkən onlarda qorxu və acizlik hissinin şahidi olmuşdu. Necəki Firidunun çıxartdığı ölüm hökmü onun özündə belə təsiri buraxmışdı. Zəngənə də Firidun kimi hökm çıxarılmadan öncə onun məzmunundan agah idi. Bu üzdən də ümid edirdi ki, Çıxarılan ölüm hökmü Firidunda da qorxu və acizlik hissini buraxacaqdır… Amma Firidunun nifrət dolu alovlu baxışı sankı Zəngənəni yandırıb-yaxırdı.

Nəhayət, sakitlik hökm sürərkən məhkəmə başlandı. Ordu müstəntiqi ona tapşırılan ağır ittihamları oxudu:

Sən Azərbaycan Domkrat Firqəsinin prokroru olaraq ölüm hökmü çıxarıb və adam öldürübsən. Bu barədə özünü müdafiə edə bilərsən?
Firidun soyuqqanlıqla başını tərpədərək ittihamları qəbul etmiş kimi dedi:

Mən ancaq xalq düşmənləri üçün belə hölmü çıxarmışam. Bəli Azərbaycnnın müxtəlif ailələrinin şikayətləri əsasında əhalinin asayışını pozan quldurlar, canilər və soyğunçular üçün belə hökm oxumuşam. O cümlədən bu cinayətkar dəstələrinin başçısı olan qarnı yırtıq Kazımı mühakimə edib dar ağaçından asdırmışam. Məhbusların problemlərini araştırıb, 21 Azər hərəkatından öncə həbsə düşənlərin əksəriyyəti xanların və böyük mülkədarların şikayətləri əsasında həbs olduqları üçün buraxdım. Sonra sözünə davam etdi:
Azərbaycanın igid xalqının istəyi ilə bu cinayətkarları mühakimə etmişəm. Xalqın rahat və asayişdə yaşaması üçün bu parazitləri məhv etməklə onun istəyini yerinə yetirmişəm.
Hərbi hakim bu sözlər qarşısında tərki-silah olmuş şəxs kimi münsiflər heyətinə baxdı. Münsiflər heyətinin sədri üzünü Firiduna tutaraq soruşduu:

Gördüyün əməllərdən pəşiman deyilsən?
Firidun başını dik tutaraq münsiflər heyətinin gözünun içinə baxaıb dedi:

Nə inki pəşiman deyiləm, bəlkə etdiyyim əməllərimə də fəxr edirəm.
Sanki bir anlığa salonda nəfəslər kəşilib və yenidən canlandı. Sanki bir anlıqa hamı yuxu görmüş kimi oldular. Eşitdiklərinə inana bilmirdilər. Güman edirdilər ki, belə cavabı eşitməyiblər. Məgər əli qandallı bir şəx hakim və münsiflər heyətinin göznə dik baxaraq belə cəsarətlə nitq söyləyə bilər? Amma onlar Firidunun cavabını eşitmişdilər. Firidun münsiflər heyətinin qarşısında qürrurla və möhkəm iradə ilə dayanıb onların reaksiyasını gözləyirdi.

Hakim üzünü Firiduna tutaraq soruşdu:

Yenə də bir söz demək istəyirsən?
Firidun üzünü Zəngənədən döndərib münsiflər heyətinə xitabən dedi:

Gələcək alın tərli ilə yaşayan insanlar üçündür. Gələcək əliqabarlı insanlar üçündür. Bilməlisiniz ki, həmin qabarlı əllər bütün həbsxanaları dağıdıb, cəlladarı və zülmkarları məhkəmə masası arxasında oturdacaqlar. Gün gələcək əsarətdə yaşayan İran xalqları, zəhmətkeşləri başqalarının hesabına yaşayan vəhşi müstəmləkəciləri ki, onların əsarətində yaşayan xalqları öz insanı, milli hüquqlarından məhrum edib, onların həyat və milli-mədəni haqlarını tapdalayarayaraq, təkcə təbii sərvətləri deyil, həm də əliqabarlı insanların zəhmətlə əldə etdikləri gəlirləri hərraca qoyub, öz sərvət kisələrinin doldururlar, törətdikləri cinayət və qarətlərə etiraf etməyə və cavab verməyə məcbur edəcəklər.
Münsiflər heyəti məhkəmə iştirakçıların qarşısında ölümün bir neçə addımlığında olan ondan belə cəsarətli və təhdid dolu çıxışı gözləmirdilər. Amma onlar tamaşaçıların hüzurunda görürdülər ki, müttəhim çıxartdığı edam hökmündən pəşimanlıq hissi yox, bəlkə fəxarət hissini duyurdular. Bu üzdən tapşırıq əsasında öncədən hökmün bəlli olmasına baxmayaraq yenə də zahiri hifz etmək üçün başlarını bir-birlərinə yaxınlaşdırıb məsləhətləşdilər. Qısa pəçıldaşmalardan sonra başlarını qaldırıb və münsiflər heyətinin sədri uca səslə belə elan etdi:

Müttəhim Azərbaycan Demokrat Firqəsi dövründə prokror olaraq çıxartdığı ölüm hökmünə etiraf etdiyi üçün münsiflər heyəti səs birliyi ilə onu edam cəzasına məhkum edir.
Firidun dərhal məkəmənin hökmünü rəd edərək qorxmadan uca səslə dedi:

Mənim taleyimi 10 nəfər xalqın canına susamış düşmən həll edir. Mən bu hökmü qəbul etmirəm. Məni xalq məhkəməsinə göndərin, qoyun xalq mühakimə etsin. Nə olur-olsun xalqın çıxardığı hökmü canla-başla qəbul etməyə hazıram.
Eyni halda Firidunun dodaqlarındakı təbəssüm bütün məhkəmə iştirakçılarını təəccüblndirdməklə yanaşı, Zəngənəni dəliləndirdi. Firidun iki mühafizçinin arasında salonu tərkə edərkən təbəssümlə tamaşaçıları seyr etdiya zaman birdən gözü salonnun xüsusi yerində oturmuş Zəngənəyə düşdü. Firidun onu aciz və carəsiz vəziyyətdə gördükdə ucadan güldü. Onun bu gülüşü Zəngənə üçün gözlənilməz oldu.

Palkovnik Zəngənə üzü və gözləri qızarmış halda Firidunu yenidən təhdid edib dedi:

Gülüşünü dar ağacında görəcəyəm!


Firidunun ölümü təkcə Tehranda, Təbrizdə deyil, bəlkə sərhəddin o tayında da geniş reaksiyaya səbəb olmuşdu. Bu haqda İran Xalq Partiyasının(Tudə) qəzetlərində çoxlu yazılar yazılırdı. Bu yazılarda Firidunun cəsarətlə müdafiəsi, xalq və firqə hərəkanının nailiyyətləri alqışlanırdı.

İran ordusu təkcə bir cəsarətli və qorxmaz gənclə qarşı-qarşıya deyil, bəlkə xalqın dərdlərini çarə etmək üçün axtarışda olan bir iti zehnlı insanla üz-üzə idi. O zehnli gənc yorulmadan bütün bu dərdlərin göstəricisi və naşiri idi. Bu iti zehn sahibi tarixin bir mərhələsində soyğunçular tərəfindən qarət olmuş xalqın prokroru vəzifəsində çalışımışdı. Xanlar, feodallar, saray adamları və kapitalist ölkələri o şəxsə nifrət edir və kölgəsini güllələmək istəyirdilər. Amma əksinə olaraq Azərbaycanın zəhmətkeş xalqının əksəriyyəti onun varlığına fəxr edir və qürurla onun haqlı olduğunu görüb müdafiəsini izləyirdi….

Facebook
Telegram
Twitter
Email