Mərkəzi Amerika ölkələrindən olan bir qrup miqrant Meksikanın Verakrus ştatından ABŞ sərhədi istiqamətində gedən yolda atəşə tutulub.
Nəticədə bir qadın ölüb, daha üç nəfər, eləcə də, üç yaşlı uşaq yaralanıb.
Ehtimala görə, silahlı hücumun arxasında yerli polislər dura bilər, lakin bu məlumat rəsmi olaraq öz təsdiqini tapmayıb.
Hazırda Meksika ərazisi ilə ABŞ istiqamətində Mərkəzi Amerikadan olan bir neçə miqrant karvanı hərəkət edir.(report.az)
pia.az