آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Geniş və Fövqəladə Plenumu haqqinda Firqə Katibliyinin Bəyanati

ADF Mərkəzi Komitəsinin Geniş və Fövqəladə Plenumu 05 Oktyabr 2019 tarixində keçirildi.

Əvvəlcə, Plenum iştirakçıları bir dəqiqə sukut elan etməklə ADF Mərkəzi Komitəsinin keçmiş Sədri rəhmətlik yoldaş Valeh Quluzadə və həmçinin milli huquqlar, azadlıq və sosial ədalət uğrunda həyatlarını qurban verən mübarizlərin xatirəsini əziz tutdular.

Sonra, Təşkilat şöbəsinin Katıbı Mərkəzi Komitə üzvlərindən iclasda iştirak edənlərin say hesabatini oxudu. İclasın kvorumu təsdiq olundu. Plenum rəsmiləşdi və öz işini başladı.

Geniş Plenum, öz vaxtının birinci hissəsində, İranda gedən siyasi hadisələrin haqqında Siyasi Bürosunun hesabatını dinlədı. Ölkədə və bölgədəki siyasi vəziyyət haqqında hərtərəfli mübahisələr oldu və baxışlar keçirildi. Mərkəzi Komitəsinin üzvləri Firqə təşkilatını qarşıda mümkün olan müxtəlif hadisələrə hazır olmasını vurquladılar. Eyni zamanda, Plenum iştirakçıları 12 Şəhrivər Bəyannaməsi prinsiplərindən və ADF-nin təsisçisi olan Seyd Cəfər Pişevərinin tarixi və inqilabi siyasətindən hər hansı bir uzaqlaşma Azərbaycan xalqın və ölkəmizdəki başqa xalqlarının maraqlarına xəyanət kimi hesab edirlər.

Plenumun ikinci hissəsi təşkilati məsələlərə həsr olunmuşdur.
Fövqəladə və Geniş Plenumun gündəliyi rəhmətlik yoldaş Valeh Quluzadənin 14 İyul 2019 tarixindəki çağırışında Rəhim Hüseynzadənin özbaşina və bağışlana bilməz əməlləri haqqında qərar çixartmağ idi. Amma yoldaş Valeh Quluzadənin vəfati, Mərkəzi Komitəsi Sədrin seçilməsi məsələsi həmin Plenumun ilk təşkilatı gündəliyi oldu.
Siyasi Büronun yekdil təklifi ilə yoldaş Adilə Çernikbolənd bu əhəmmiyətli vəzifəyə yeganə namizəd kimi təqdim olundu.
Yoldaş Adilə xanım, bütün cəhətlərə görə, 21 Azər hərəkatından qalan inqilabçi yadıgar, Firqənin bütün həyat illərində onun sadiq və möhkəm döyüşçüsü, Plenumun bütün iştirakçiları tərəfindən yekdil səslə ADF Mərkəzi Komitəsinin sədri vəzifəsinə seçildi.

Həmçinin ADF Mərkəzi Komitəsinin İcraçı Katibi də yekdil səslə seçildi.

Sonra, Plenum iştirakçıları Rəhim Hüseynzadənin nizamnaməyə zid olan və nifaq salan hərəkatlari haqqinda Təşkilat şöbəsi katibinin ətraflı məruzəsini dinlədilər. Həmin məruzənin bəzi hissələri aşağıda göstərilir :

  • 06 İyul 2019 tarixində, Rəhim Hüsenzadə bütün Firqə təşkilati prinsiplərini ayaq altina qoyub, çevriliş məqsədi ilə və Firqə rəhbərliyini mənimsəmək üçün, 15 nəfəri bir yerə yığıb və bilə bilə yalandan bu yiğincağa “Mərkəzi Komitəsi Plenumu” adı verib. Hal bu ki prinsiplə Rəhim Hüseynzadə heç Plenum çaqirmaqa səlahiyəti olmayıb və yoxdur.
  • Həmin yiğincağdan sonra, Rəhim Hüseynzadə nəşr edən bəyanatlarda, Firqə Nizamnaməsini kobudcasina pozaraq, ADF Mərkəzi Komitə Sədrini vəzifəsindən kənarlaşmiş, Siyasi Büro və Mərkəzi Komitə və bütün Firqənin icra organlarini ləğv olunmuş elan edib. O ancaq özünü Firqənin yeganə organi və yeganə rəhbəri adlandırır.
  • Rəhim Hüseynzadə həmin yığıncağın gedişatında yalandan elan edib ki üç dörd nəfər Mərkəzi Komitənin üzvləri üzürlü səbəbdən gələ bilməyiblər, amma yığıncağda olanları özlərinə vəkil ediblər. Hal bu ki onların ikisi bir ildən artıqdır ki insult nəticəcində danışa bilmirlər, öz fikirlərini də söyləyə bilmirlər, heç kəs də onlarin yanına getməyıb.
  • Bu yığıncağda ancaq 5 nəfər Mərkəzi Komitənin üzvləri olublar. Qalanları ya Firqənin sadə üzvləri olub, ya da ki heç Firqəyə üzv olmayıblar.
    Geniş Plenumun iştirakcıları məruzəni hər tərəfli muzakirə edəndən sonra, belə nəticəyə gəldilər ki Rəhim Hüseynzadənin əməlləri bilə bilə Firqədə nifaq salmaq və bu nifaqı genişləndirmək, habelə ADF-nin təşkilati və tarixi simasını məhv etmək məqsədi ilə həyata keçirilir.

Fövqəladə Plenum Rəhim Hüseynzadənin əməllərini ancaq 21 Azər nehzətin düşmənlərinin xeyrinə görür. Eyni vaxtda, bu əməllər zəhmətkeş Azərbaycanlılar və İranda yaşıyan başqa zəhmətkeş xalqlarınin maraqları ilə ziddiyət təşkil edir.
Geniş və Fövqəladə Plenumun iştirakçıları yekdil səslə Rəhim Hüseynzadəni ADF Siyasi Bürosu və Mərkəzi Komitəsi tərkibindən çıxarırlar. Eyni halda, bütün sənədlər ki Rəhim Hüseynzadənin sui-istifadəsi ilə qol çəkilib və mohür vurulub etibarsız elan olunur.

Sonda, Geniş Plenum Siyası Büro və Mərkəzi Komitənin tərkiblərini təkmilləşdirməsi üçün Siyasi Büronun təkliflərini hər yoldaş haqqında tək tək baxandan sonra, yekdil səslə təsdiq etdi.

Azərbaycan Demokrat Firqəsi Katibliyi
05 Oktyabr 2019

Facebook
Telegram
Twitter
Email