آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Anamın xatirəsinə

Tariyel Ümid

Anamın xatirəsinə

Düşdü göz yaşlarım, daş parçalandı

Düşdü göz yaşlarım, daş parçalandı,

Tük basmış saqqalım, üzüm ağladı.

Yumruq boyda ürək, parça-parçadı,

Tabut arxasınca izim ağladı.

Bir ana şam kimi yandı qurtardı,

Dünyaya sevgisin yığdı apardı.

Mən ki, ölməmişəm, ölən anamdı,

Diri ikən məni qızım ağladı.

Dözdü qürbətə də, köçkünlüyə də.

İnandı həmişə yerə, göyə də.

Böyütdü məni də bu tərbiyədə,

Mən ana deyəndə sözüm ağladı.

Ümid yetim qaldın xoşbəxtlik bitdi,

Əlində tutduğun mirvarin itdi.

Öpdüm gözlərindən, ayrıldı getdi,

Tük basmış saqqalım, gözüm ağladı.

Gəncə şəhəri, 11 mart 2019-cu il

Facebook
Telegram
Twitter
Email