آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

“Konqres” adlı tamaşa haqqında Azərbaycan Demokrat Firqəsi Mərkəzi

Komitəsinin Bəyanatı

Hörmətli Həmvətənlər !

Azərbaycanlı Bacılar və Qardaşlar !

Azərbaycan Demokrat Firqəsinin Üzvləri və Tərəfdarları !

9 Noyabr 2019-cu tarixində, ADF Mərkəzi Komitəsindən qovulan Rəhim Hüseynzadə öz nifağ salıcı hərəkətlərini davam etdirərək, təkrar olaraq bir neçə nəfər öz dost və tanişlarını bir yerə yığıb, və bu tamaşanı “Konqres” adlandırıb. O əbəs yerə həyasızcasına çalışır ki, bu tamaşanı 1945-ci il Seyd Cəfər Pişevərinin rəhbərliyi ilə Təbrizdə kecirilən Azərbaycan Demokrat Firqəsinin 1-ci Qurultayı ilə eyni səviyyədə göstərsin.

Rəhim Hüseynzadə və yoldaşlarınin istehza edici hərəkətləri bəzi filosofların çox mənali sözlərini xatırladir : “Tarix iki dəfə təkrarlanır. Birincisi faciə, ikincisi komediyadır. Bu tarixin qəhrəmanları da iki növdür, bir dəfə mif və o biri dəfə təlxək şəklində.”

Rəhim Hüseynzadə bu tamaşda iddia edib ki, onun “Konqresi” 1945-ci ildə S.C.Pişevərinin rəhbərliyi ilə Qərara alınan ADF-nin Nizamnamə və Məramnaməsinə uyğun təşkil olunubdur. Halbuki aşağidaki səbəblərə görə bu iddia tamamilə yalandır:

1 –Rəhim Hüseynzadə bir ay bundan əvvəl ADF-nin Nizamnaməsini kobudcasına pozduğuna görə, təşkilatda daxili çevriliş etmək və Firqə rəhbərliyini ələ keçirmək cəhdinə görə, ADF Mərkəzi Komitəsindən qovulub. O heç bir halda Firqə rəhbərliyinin nümayəndəsi deyil və belə təşəbbus üçün heç bir səlahiyyəti yoxdur.

2 –Bu yığıncağın iştirakçıları İrandaki və ya İrandan kənarda olan heç bir Firqə təşkilatlarında seçilməmişlər. Onları yalnız Rəhim Hüseynzadə və onunla əməkdaşlıq edənlər , çox xahışlərlə, bəzən hətta ailəvi tərkibdə, yalnız tamaşanı baxmağa dəvət etmişdilər. Gülməlidir ki, bütün xahişlərə və yalvarmaqlara baxmayaraq, Rəhim Hüseynzadə və onun şərikləri hətta bacarmadılar ki, nəzərdə tutulmuş şəxslərin yarısını da bu tamaşani baxmağa cəlb etsinlər. Hətta iştirakçıların bəzilərı son 20 ildə ekstremist fikirlər səsləndirmiş və Firqə ilə rəqabət aparan dəstələrdən və Firqəyə natəmiz böhtan atanlardandırlar.

3 –ADF-nin programa və siyasətini riayət etməsi ilə əlaqədar olaraq , Rəhim Hüseynzadənin iddiaları tamamilə aldadıcıdır. Bu tamaşada ən nüfuzlu iştirakçıların əksəriyətinin siyasi düşüncəsi elə həmin şəxslərə bənzəyirdi ki, bir neçə həftə bundan əvvəl Təbrizin futbol meydançasında özgə ölkənın bayrağını qaldıraraq, ölkəmizin digər xalqlarına qarşı şuarlar səsləndirirdilər, Türk-Fars və Türk-Kürd xalqlar arası müharibəni arzu edirdilər.

ADF-nin üzvlıri və tərəfdarları !

ADF Mərkəzi Komitəsi yoldaş Adilə xanım Çernikbuləndin rəhbərliyi ilə Rəhim Hüseynzadə və onun bir neçə əməkdaşlarının nifaq salan əməlləri, saxta işləri və “Konqres” adda tamaşanı qətiyyətlə pisləyir.

Habelə elan olunur ki “Konqres” tamaşası tərəfindən çixan “qərarlar”, həm də Rəhim Hüseynzadə tərəfindən imzalanmış və möhür vurulmuş bütün sənədlır, üzviyyət vəsiqələri hamısı saxta və etibarsızdır. Bu cür sənədlər heç bir halda S.C.Pişəvəri qurduğu Azərbaycan Demokrat Firqəsi ilə əlaqəsi yoxdur.

Belə bir nifaq və xəyanətlər ancaq İranda yaşayan Azərbaycan və digər xalqlar və zəhmətkeşlərin daxılı və xarici düşmənlərinin xeyrinədir.

Son on illər ərzində Amerika imperiyalist dövləti və onun yaxın şərqdəki olan irticaçı müttəfiq dövlətləri bizim qonşu olkələrdə olan xalqları bir-birinin canına salıblar. Yüz minlərlə insan həlak olub və milyonları didərgin düşüb. İran İslam Respublikasının xalqlar əleyhinə apardıqı siyasətlər İranda da belə xalqlar və dindarlar arasında qanlı toqquşmaların başlanması və inkişafına zəmin yaradıb. İndi İranda da belə nifrətli hadisələrin başlanma izlərini görmək olar.

Belə bir vəziyətdə görəsən Rəhim Hüseynzadə və onun tərəfdarları tərəfindən aparılan parçalama işləri, xususilə ifratçı və şovinist şəxslərə yaxınlaşmalar hansı mürtəce və xalq əleyhinə olan quvvənin xeyrinə olacaq?!

“İranlı Mühacirlər Cəmiyyəti“ İctimai Birliyin Sədri yoldaş Firidun İbrahimi də belə bir saxta “kongressi” rədd edərkən, əlavə edir ki:

“ Əsil , çox saylı Firqəçilərin iştirakı olmayan, onlari heç dəvət də edilmədiyi halda, heç bir Firqənıin və yoldaş S.C. Pışəvərinin ideyasını daşımayan insanların iştrakı ilə keçirilən yığıncaq, təşkilatçılar tərəfindən əvvəllcədən hazırlanmış və qəbul edilmiş qərarları gülünc doğurur. Bu yığıncagı keçirtmək və “Firqə 2” yaratmaq bir gurup insanların rüsvayedici təşəbbüsdür”.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

12 Noyabr 2019

Facebook
Telegram
Twitter
Email