Təcrübəni təcrübə etmək özü yanlışlıqdır!
Əsas məsələyə keçmədən öncə icazə verin ki, yaxın aylarda baş vermiş hadisələrlə əlaqədar bir neçə ittilaiyəyə və xəbərə istinad edərək öz fikirlərimi nəzərinizə çatdırıb və sonra isə keçək əsas mətləbə.
06 iyul 2019 ( 1398 tir ayı 16) on-onbeş ayıdatı olub və ya olmayan adamın iştiraki ilə , onlardan isə bir neçə nəfərinin ADF-nin və İMC cəmiyətinin sıravı üzvi və ya sabiq üzvi olmaqla bərabər iki-üç nəfər qeyri fəaal firqənin mərkəzi komitəsinin üzvlərindən ibarət öz başına və rəhbəriyyət tərəfindən heç bir hiquqi dayağ olmadan ”firqənin plenomı ” adı altında iclas keçirib və özlərini ADF-nin varisi adlandırmışlar.
Belə bir əməllə təşkilat prinsiplərinin pozuntusunu görərək ADF-nin keçmiş sədri Valeh Qulizadə 15 -06-2019 tarixdə bir bəyaniyyə verərək elan etmişdir ki :
» … xəbər tutdum ki, siyasi bironun üzvi Rəhim Hüseyinzadə mənim xəstəliyimdən istfadə edib və siyasi bironun da xəbəri olmadan bir-neçə nəfərin iştiraki ilə
15-06-2019 da Azərbaycan Demokrat Firqəsinin plenomu adı altında qanunsuz
İclas keçirirmişdir. Bu yığınacaqdan sonra utanmadan bəyaniyyə verib ADF-nin sədrini öz vəzifəsindən kənarlaşdırıb , mərkəzi komitəni ləğv edib və özünü isə firqənin sədir elan etmişdir .
Bu vasitəliə elan edirəm ki,
1-Rəhim hüseyinzadə çox böyük xətaya yol vermiş və firqəçilər içərisində pərakəndəliyə və nəhayət ADF-nin məhvi yolunda atdığı hərələtlərı ciddi sürətdə məhkum edirəm.
2-ADF-nin siyasi heyətinin xəbəri olmadan R.Hüsüyinzadə tərəfindən keçirilmiş iclasda iştirak edənlərin çox hissəsi firqənin rəhbəriyyətin deyil , çoxraq adi üzvləri və ya da uzun illər firqənin siyasi həyatından uzaqda qalmışlar və ya da ki imumiyyətlə firqə üzvü olmayanlardan təşkil tapməşdır.
Keçirilmiş toplantının ADF-nin plenomuna heç bir aidiyatı yoxdur və eyni halda bu iclası firqənin sadə bir iclası da adlandırmaq olmaz.
3- R.Hüsüyinzadənin ADF-nin möhrü ilə özbaşına verilmiş bəyaniyyələr nə təkcə təşkilatçılıq prinsiplərinin əleyhinədir ,bəlkədə əxlaq normalarına sığmayan bir əməldir.
4-Təşkilat şöbəsinin müdirinin vəzifəsidir ki,tezliklə siyasi heyyətinin fövqəladə iclasını çağırıb onun razılığı ilə mərkəzi komitənin geniş plenomunun iclasının keçirilməsinə hazırlıq aparsın.
R.Hüsüyinzadə və onun ətrafında olan bir neçə nəfərin də cəxalandırılması haqqında lazım olan tədbirlərın görülməsinin icrası plenoma tapşırılsın.«..
Təəəssüflə 14-04-2019 da (23 mordad 1398) ADF-nın sədri Valeh Qulizadə dünyasını dəyişir və onun ardı ilə ADF-nin mərkəzi komitəsi və siyasi heyəti ilə birlikdə müəyyən yerlrdən dəvət olunmuş qonaqların iştiraki ilə özünün fevqəlaə plenomumu keçirməyə müvəffəq olur. Plenom R.Hüsüyinzadə və onunla birgə qanunsun rəftar edənlərın hərəkətlərının qarşısında gərəkli tədbirlərı alır.
ADF-nın icraiyyə heyyəti yaxın gələcəkdə özünün geniş plenomunun keçirilməsi üçün lazım olan qəraraları alır.
»…Geniş plenom iclasın birinci hissəsində , siyasi heyyətinin ölkə daxilində siyasi durumun gedişatını analız edir və ölkədə baş vermiş və ya baş verə biləcək hadisələrə hazrlıqlı olmasını tövsiyə edir.
Eyni halda plenomda iştirak edınlər yekdilliklə qərara aldılar ki, S.C. Pişəvərinin tarixi və inqilabi qərarı sayılan 12 şəhrivər bəyyannaməsinı rəhbər tutaraq onun əleyhinə olan hər bir hərəkəti Azərbaycan xalqının və ölkənin digər xalqılarının mənafeinə xiyanət kimi sayılsın.
Plenomun ikinci hissəsi təşkilat quruluşuna ixtisas verilmişdir.
Fövqəladə plenomun əsas işi, keçmiş sədri yoldaş V. Qulizadənin tövsiyəsi əsasında, R.Hüsüyinzadənin özbaşınalıqları haqqında olmalı idi. Amma yoldaş V.Qulizadınin dünyasını dəyişməsi ADF-nin yeni rəhbərinin təyin olunmasını önə salmışdır.
Ətraflı müzakirələrdən sonra yoldaş Adilə xanım (Adile çernik bolənd) 21 azər hərəkatının iştirakçısı ,ADF-nin sədaqətlı –inqlabçı və dözümlü mübarizlərindən imum-əksəriyyət səsini toplayaraq ADF-nin yeni sədri seçilir. «..
ADF-nin icraiyyə komitəsinin raporunun başqa hissəsində oxuyuruq ki :
» … R.Hüsüyinzadə 1398,tir ayının 18-də ADF-nin rəhbərliyini ələ keçirmək məqsədi ilə 15 nəfəri öz ətrafına yığıb bütün təşkilat prinsiplərini pozaraq mərkəzi komitənin plenomunu keçirmək məqsədi ilə təşkilatda çevirliş etməyə çalışmışdır.
Hal bu ki R.Hüsüyinzadənin belə işin görülməsinə heç bir səlahiyyət olmamışdır .
R.Hüsüyinzadə öz başına verdiyi bəyaniyyələrə söykənərək , çox kobudcasına ADF-nin nizamnaməsini pozaraq ADF0nin sədrini öz vəzifəsindən uzaqlaşdırmış, siyası heyyəti və mərkəzı komitənı təşkilatın digər orqanları ilə birgə ləğv etmişdir.
O səs toplamaq məqsədi ilə qeyri qanuni islasda elan edir ki,mərkəzi komitənin 3-4 üzvi iclasa qatıla bilmədiklərinə görə öz səs vermə hüquqlarını başqa iştirakçılara vervişdilər. Bu iclasda iştirak edənlərdən təkcə 5 nəfər mərkəzi komitənin üzvi omuşlar. Qalanlar isə ya sıravı üzv və ya imumiyyətlə heç üzv olmayanlar idilər.
Nəticədə isə R.Hüsüyinzadə özünü firqənin səlahiyyətlı nümayəndəsi elan etmişdir.
Sonda plenum qərara aldı ki, R.Hüsüyinzadənin bu öz başına hərəkətləri ADF-nin məramnamə və əsasnaməsinə zidd olaraq ,Azərbaycan milli hökumətinin və 21 Azər nehzətinin amaləna xiyanət hesab edərək onun bu əməllərini məhkum edib və onun təşkilat sıralarından ixrac etdi. Bu günə qədər onun tərəfindən ADF-nin adı və möhru ilə verilmiş bütün bəyaniyyələr qeyri qanuni sayılsın.
Beləliklə R.Hüsüyinzadənin özbaşına gördüyü işləri nəzərə alaraq , onun ətrafında birləşən digərləri haqqında cəza tədbiri almadan sadəcə onu ADF-nin mərkəzi komitəsindən ixrac etmişdir… «
Atalar edmişkən :
Təcrübəni təcrübə ütmək özü bir yanlışlıqdır.Bu çox düzgün sözdür. Amma bunu başa düşmək üçün başda ağıl olmalısı lazımdır.
Görünür ki R.Hüsüyinzadə və onun ərafinda olanlar belə bir nemətdən uzaqdırlar.
Onlar acı tarixi həqiqətlərdən heç bir dərs almadıqlarına görə təkrar buraxdıxları yanlışlıqları yenədə təkrar edirlər.
Görünür ki R.Hüsüyinzadə, onun ətrafındakılar və eləcədə onların arxasındakilar da
belə çirkin əmələrini düşünərəkdən icra edirlər. Beləliklə məlum olur ki bu adamlar baş vermiş xətalardan müsbət nəticə çıxarmaq yerinə , R.Hüsüyinzadənin
başçılığı ilə bakının irşad hotelində (qeyd etmək lazımdlr ki bu hotel azərbaycanın dini qurumlar iş üzrə dövlət komitəsinin sabiq müdiri Rafiq əliyev “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoruna aiddir. v R.Hüsüyinzadənin sağ əli sayılanlardan birsi olan səməd bayramzadə MEA cənubi azırbaycan şöbəsinin müdiri vaxti ilə həmən qurumda Rafiq Əliyevlə birgə çalışmıdır , S.Bayramzadə turduğu vəziffəyə görə siyasətlə məşğul olmamalıdır.)“ ikinci qurultay” adı altında keçirdikləri qeyri qanuni toplantı ilə özlərinin siyasi süquta uğramalarını bir daha göstərmişlər.
R.Hüsüyinzadə , ətrafındakılar və eləcədə onun arxasınadakılar təkrar yanlışliqları ilə özlərini gülünc vəziyyətə salmaqla tarixin çirkabında qərq etdilər.
Onlar bu əməlləri ilə sübüt etdilər ki, tarıxın boş boğazlar akademiyasında öyrəndiklərini yanlışlıqları ilə nəsə ortaya çıxara bilərlər. Amma çox yanılıblar.
Azərbaycan milli mücadiləsinin zirvəsi sayılan 21 Azər nehzətini içəridən dağıltmaq onlara nəsib olmayacaqdır.
Azərbaycanın qəhrəmanlıq dastanlarının içərisində Koroğlu həmasənin özünə məxsus yer vardır. R.Hüsüyinzadə bu əməlləri ilə fikirləşdi ki ona bu “fəəaliyyətlərinə” görə koroğlu adı verəcəklər. Amma onların bu çobalarının nəticəsində ona korun oğlu sözüdə qrtıq düşər.
Tarixdə ibrət alınacaq nağıllardan birisidə ondan ibarətdir özlərinin həqiqi yerlərini bilməyənlər faktiki qabiliyyətlərini nəzərə almayaraq fikirləşirlər ki onla bütün problemləri həll edə bilərlər. Belələri bir taxta qılnc ilə külək dəyirmanları dağıtmağa çıxırlar. Rəhim Hüseyinzadə kimi donkixotlar özlərinin bakı şəhərində keçirdiklər gülünc yığınacaqlarla fikirləşirlər onlar həqiqi firqəçidirlərdirlər. Amma bu donkixotkar möhkəm yaniliblar. Bu gəminin tarixi sağlam kapitanı vardır.
Belə xam düşüncəlililərə açıq aşkar demək lazımdır ki :
Yox ey dırnaq arası qurultay keçirən cənablar və akademiklər .Ey oyuna düşmüş sadədüşüncəli cənablar ! Sizlər çox yanılırsınız. Əyər fikirləşirsiniz ki bir neçə ötəri adamlarla qurultay adı altında yığınacaq keçirməklə Azərbaycan Demokrat Firqəsinə yiyə durub və sonrada onu öz xain ərbablarınızın göstərişi ilə münhəll edəsiniz , dəhşətlı dərəcədə xam xəyaldasınız və çox yanılırsınız. Sizdən əvvələrdə sizlərdən çox böyük başlarda belə axmaq fikirlərədə olumuşdurlar. Amma bu gun onlardan tarix qəbirstanlığıda belə heç bir ad qalmamışdşır.
Bu söz kar qulağınızdan bir dəfəlik asın ki “ təcrübəni təcrübə etmək xətadır.!”
Səhənd sərabı
15 noyabır 2019