آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

YENİ MİLADİ İLİN BAYRAMI MÜBARƏK OLSUN.

Şənbə günü 28 Dekabr 2019 tarixində, Azərbaycan Respublikasında yaşayan “İranlı Mühacirlər Cəmiyyəti” İctimai Birliyin Qadınlar Təşkilatı tərəfindən 2020 ilin başlanması münasibəti ilə möhtəşəm tədbir keçirildi. Bu tədbir Cəmiyyətin qərargahında keçirildi. Tədbirdə həm də iştirak edirdilər Azərbaycan Demokrat Firqəsinin üzvləri.

Azərbaycan Milli Hökümətin himnini yazan, Azərbaycan Respublikasının Şöhrətli bəstəkarı Cahangir Cahangirovun nəvələri, Rafik və Cahangir bu şənliyin xususi qonaqları idilər.

Tədbiri “İMC” İB-nin Sədri yoldaş Firudin İbrahimi açdı, şənlik iştirakçılarına “Xoş gəldiniz” dedi, Cəmiyyətin keçən ildəki fəaliyyətlərinə qısaca olaraq nəzər saldı, yeni il üçün nəzərdə tutulmuş planlarının bəzilərini elan etdi, və nəhayət tədbirdə iştirak edənlərin hamısına yeni ildə cansağlığı uğurlar və şən həyat arzuladı.

Sonra Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Sədri, yoldaş Adilə xanım Çernikbulənd yeni 2020-ci ilin başlanmasını iştirakçılara təbrik etdi. Yoldaş Adilə xanım öz sözlərini davam edərkən dedi: “Arzu edirəm ki yeni ildə dünya xalqları və o cümlədən İranda yaşayan xalqlar sülh və azadlığda yaşasınlar və elə bir şərait yaransın ki bütün Vətənpərvər Mühacirlər öz ölkələrinə qayıda bilsin, Azad və Demokratik bir vəziyətdə öz icmalarının bərpası və inkişafında iştirakları olsun”.

İMC Qadınlar Təşkilatın Sədri, Mövmunət xanım Puhən öz növbəsində yeni ili hamıya təbrik edərkən, qonaqların hərarətli iştirakı üçün təşəkkür etdi. Puhən xanım habelə tədbirin təşkili üçün, istərsə maddi istərsə mənəvi, zəhmət çəkənlərə öz minnətdarlığını bildirdi.

İştirak edənlərdən bir neçə yoldaş da yeni ili təbrik edib, hamıya xoşbəxtlik və uğurlar arzuladılar.

Şənliyin davamında, yoldaş Firudin İbrahimi İMC-nə yeni qəbul olan 3 üzvün üzviyyət vəsiqələrini onlara təqdim etdi. Tədbirdə iştirak edənlər bu təqdimatı yüksək alqışlarla müşayiət etdilər.

Bu zaman Rafik Cahangirov iştirakçıları bayram münasibətilə təbrik edib, bildirdi ki 2021-ci ildə babası Cahangir Cahangirovun 100 illik yubileyi Respublika səviyyəsində qeyd olunacaq. Bu munasibətlə bəstəkarın bəzi yazdığları o cümlədən Azərbaycan Milli Hökümətin himni yenidən səslənməyə nəzərdə tutulub. Amma həmin himnin notası hələ ki tapılmayıb. Buna görə də İMC və ADF-yə müraciət edirəm. Bəlkə sizlərin arxivinizdə yaxud musiqi ilə əlaqəsi olan sizin yoldaşlarda bu nota olsun.

Bu barədə Firudin İbrahimi bütün yoldaşlar tərəfindən hər cur əməkdaşlığı Rafik Cahangirova bildirdi.

Tədbir Ruhəngiz Musəvi və Tahirə Muradovanın gözəl ifa etdiyi mahnıları ilə davam etdi. Bu gözəl mahnılar və nəğmələr iştirakçılara xususi həyəcan bəxş edib, məclisdə yüksək əhval ruhiyyə yaratdı. Beləliklə yeni ilin şən məclisi gözəl nəğmələr, mahnılar və rəqslər lə axıra qədər davam etdi

Facebook
Telegram
Twitter
Email