آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Dünya Qadınlar Günü münasibətilə

zərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin bəyanatı

Mübariz qadınlar!

Azərbaycan Demokrat Firqəsi dünya qadınlarının həmrəylik günü münasibəti ilə bütün dünya, xüsusi ilə ölkəmizin qadınlarını təbrik edir.

Nyu-York şəhərinin toxuculuq və geyim fabrikarıının qadın işçilərinin etirazlarından təxminən yüz altmış il keçir. 1857-ci ildə  mart ayının səkkizində Amerikanın Nyu-York şəhərinin toxuculuq və geyin fabrikalarının qadın fəhlələri dinc aksiya keçirmək üçün küçələrə çıxaraq maaşın artırılması, iş saatının azaldılması və iş şəraitinin yaxşılaşdırmasını tələb etdilər. Bu etirazlar polis basqısı ilə yatırılaraq qadınlar şiddətə məruz qaldılar.

İlin bir gününün “Qadın Günü” seçılmısı ilk dəfə Nyu-York qadınlarının mübarizə hərəkatında “qadınlara seçmək hüququnun verilməsi” şüari ilə ortaya çıxdı. Hər il o, qadınlar ki, Nyu-Yorq qadınlarının mübarizə hərəkatını xatırlatmaq üçün aksiya keçirməklə dəyərləndirirdilər, 1909-ci il fevralın 23-də belə qərara gəldilər ki, Amerikada hər il bazar günü fevral ayının sonunu “qadın günü” kimi aksiya keçirməklə qeyd etsinlər. Bu üzdən 1910-cü ildə sosialislər konfransında Klara Zetkin vasitəsi ilə 8 mart Cinsiyyət ayrıseçkiliyinə qarşı və bərabər hüquqlu olmaaq üçün dünya qadınlarının mübarizə günü kimi qeyd edilməsi təklif olundu. Bu təklif konfransında qəbul edildi.  

Qadınlar o tarixtən sosial-iqtisadı və siyasi bərabərliyi əldə etmək üçün ağır və enişli-yoxuşlu müxtəlif mərhələləri geridə qoymuşlar. Bu yoldu böyük nailiyyətlər əldə etmişlər. Bu yorulmaz mübarizədə  qadınlar cinsiyyət bərabərliyini siyasi-ictimai, mədəni, sülh, azadlıq və mühitin təmizlənməsi məqsədilə edilən mübarizə ilə birləşdirərək daha da bu ictimai hərəkatı genişləndirmişlər.

Ötən yüz on ilə tarixə nəzər saldıqda ictimai ədalət, davamlı sülh, mühitin təmizlənməsi üçün dünya maştabında gedən ictimai hərəkatlarda qadınların kəskin və təyinedici rolunu inkar etmək olmaz. Biz inanırıq ki, mütərəqqi və azadlıqsevər qüvvələr ilə qadınların mübarizə hərəkatı birləşərsə, imperializmin habelə irtica qüvvələrinin törətdiyi ağır və təhlükəli şəraitdən dünyanı xilas olar.

Əziz Vətəndaşlar!

1301-ci il İsfənd ayının 17-də (8 mart 1923) ilə ilk dəfə ölkəmizdə “Əncüməi- Peyki- Səadəti- Nisvan” cəmiyyəti  vasitəsi dünya qadınlar günü qeyd edildi. Ötən 98 il ərzində qadın vətəndaşlarımız istibdad hakimiyyətləri tərəfindən yaradılan bütün çətinlik və basqılara baxmayaraq, müxtəlif metodlarla beynalxalq qadınlar gününü qeyd edərək öz mübarizələrini davam etdirimişlər.

Qeyd etmək lazımdır ki, Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycanda yaranan milli hökümət  ilk dəfə olaraq İran və Orta Şərqdə qadınların kişlərlə bərabər hüquqlu olmasına rəsmiyyət verərək 8 martı dünya qadınlar günü kimi qeyd etməyi tarixə saldı.

Həqiqətən vətənimizin müasir tarixinin səhifələri təyinedici dövrlərdə, ocümlədən Tənbəki üsyanı, Məşrutə inqilabı, 21 Azər hərəkatı, Neft sənayesinin milliləşməsi hərəkatı, şah diktatorası rejiminə qarşı inqilabı mübarizə, 1357(1979)- ci ildə Bəhmən inqilabında aktiv iştirak etmək, sülh üçün mübarizədə, səkkiz il İraqla döyüşdə, həmçinin xalqa qarşı “Vilayəti Fəqih” rejimi ilə mücadilədə ölkə qadınlarının mübarizələri alqışlanıb və alqışlanacaqdır.

40 il müddətində istibdad rejimi tərəfindən qadınların hüquqlarının tapdalandığına baxmayaraq, qadılarımızın yenə də qəhrəmancasına apardıqları mübarizə ilə irtica qarşısında müqavimət etmişlər. Qadınlarımız rejimin orta əsr həbsxanalarında işkəncə olmalarına baxmayaraq qəhrəmancasına öz mübarizələrinə davam etmələri xalqımızın mübarizə tarizinin ən parlaq səhifələrindən hesab edilir. Son illərdə qadınların bu qədər müstəqil mübarizələri böyük nailiyyətlərə səbəb olmuşdur. Sinifi, siyasi və mədəni təşkilatların yaradılması ictimai şüurun yüksəlməsi uğrunda, xüsusilə zəhmətkeş qadınlar arasında aparılan təhsinedici fəaliyyətlər ümün ölkə hərəkatların inkişafında böyük rol oynamışdır. Bütün məhdudiyyətlərə baxmayaraq elm, incəsənət, mədəniyyət, idman sahəsində qadınlarımızın əldə etdikləri nailiyyətlər dünya ictimaiyyəti tərəfindən alqışlanılır.

Bu il elə bir şəraitdə dünya qadınlar gününü qeyd etməyə hazırlaşırıq ki, Vilayəti Fəqih rejiminin apardığı şəkildəhşicəsinə siyasət aydın məğlubiyyətə uğramaqdadır. İllərdir ki, rejim qadına qarşı qəddarcasına siyasət yürütməkdədir. Oğlan və qızları ayırmaq proyeqtini icra etməklə universitetlərdə və mədəniyyət ocaqlarında qızların iştirakına maneə törədir, onları universitetlərin bir çox fakültələrində oxumaqlarına, idman meydanlarına getmələrinə mane olur. Hecabsızlıqla qarşı mübarizə bəhanəsi ilə qadınları tutaraq, onlara ağır cəzalar verərlər. Qadın mətbuatının nəşr olunmasına və onların xarici ölkələrə getməsinə mane olurlar…. Hər kəş rejimin irticaçı və qadına qarşı apardığı siyasəti ifşa edərək pisləyirlər. İran xaqlarının gündəlik apardığı siyasi mübarizə səhnəsində sübuta yetirilmiş məsələ ondan ibarətdir ki, qadınların apardıqları müstəqil hərəkat ölkənin başqa siyası qüvvələri, o cümlədən fələ, zəhmətkeş, tələbə və gənclər hərəkatı ilə birləşəməsi ictimaiyyətin azadlıq, demokratiya, ictimai ədalət və tərəqqiyə doğru  gələcək inkişafına yol açacaqdır.

Yaşasın dünya qadınlarının həmrəyliyi!

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

17 isfənd 1398 (08. Mart. 2020

Facebook
Telegram
Twitter
Email