آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Ustad Qulamhüseyn Fərnud indi aramızda deyildir.

Azərbaycan xalq yazıçısı, ictimai xadım, təvazökar insan və elm xadimi Qulamhüseyn Fərnudun ölüm xəbəri bizi dərindən kədərləndirib, sarsıtdı.

Qulamhüseyn Fərnudun yaxınlarından biri onun barəsində belə söyləmişdir: “Qulamhüseyn Fərnud İran və Azərbaycanının mədəniyyətinin çiçəkləndiyi dövründə yüksəldi. O, Səməd Behrəngi, Qulamhüseyn Saidi və … kimi ziyalı və siyasi-ictimai xadimlər nəslinə mənsub olmuşdur. Onlar kimi öz yerli və milli mədəniyyətini inkişaf etdirmək, habelə onu başqa mədəniyyət dünyasına tanıtdırmaq üçün gecə-gündüz yorulmadan çalışmışdır. Fərnud nəslinin ziyalıları elə bir xüsusiyyətlərə malikdilər ki, təəssüflə onlardan sonra Azərbaycan tarixində heç vaxt tekrar olmamışdır. Onlar öz düşüncə və inamlarının təbliğındə açıq və cəsarətli olmuşlar və bu da onların xüsusi özəllikləri olaraq bu nəsli başqa nəsillərdən fərqləndirir. Demək olar ki, Fərnud bu ziyalılar məktəbinin qoruyucusu və davamçısı idi.

Gözəl düşüncə və baxış ona elə bir dünyagörüşü ərməğan etmişdir ki, ətrafında olan həqiqətlərin hərçənd acı da olsa bəyan etməsini bir hədəf kimi qarşıya məqsəd qoymuşdur. Yəni ətrafındakı insanları göründükləri deyil, olduqları kimi qəbul edib bəyan etməsi onun bu dünyagörüşündən doğurdu. Bu üzdən də Fərnudu tanıyanlar onun bu dünyagrüşündən doğan “estetika” və estetika şünaslıq elə bir kateqoriya olaraq onun bütün vücuduna hopmuşdur. Hətta, dostlarına nisbət bu insanlıq və məlahətli duyğu özqnəqapanma dövründə də onunla yoldaşlıq etmişdir.

Qulamhüsen Fərnud adsız və pak yaşamağı şöhrətpərəstlik və maddi zənginliyə üstün tutaraq daima bir şəffaf və duru çay kimi axmışdır. Dostlara dürr, ləl və dövrünə təravət bəxş etmişdir.

Qulamhüseyn Fərnuddan onlarla kitab, dissertasiya və yüzlərlə dəyərli məqalələr yadigar olaraq qalmışdır. Gənclərin təlim-tərbiyəsində onun önəmli rol oynamışdır. Yaşayışının ağır və məşəqqətli olmasına baxmayaraq, heç nə ummadan gənc nəsli tərbiyə etməkdən bir anda olsa çəkinməmişdir. Ədəbiyyat, hünər və mədəniyyət sahəsində onun tərbiyə etdiyi tələbələrin bir çoxu bu gün alimlik məqamına yüksəlmişlər.

Azərbaycan Demokrat Firqəsi ustad Qulanhüseyn Fərnudun yoxluğunu Azərbaycan mədəni cəmiyyətinin böyük itkisi hesab edir. Bu ictimai xatimin dünyasını tərk etməsi münasibəti ilə Azərbaycan xalqına, İran mədəni cəmiyyətinə və xüsusilə mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir.

14.03.2020

Hər kəs istedadı qədəru

bu axar çaydan özünü döyüzdururdu

Facebook
Telegram
Twitter
Email