آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Iranlı Mühacirlər Cəmiyyətinin üzvləri və dostları!

Azərbaycan Demokrat Firqəsinin yoldaşları!

Hörmətli Yoldaşlar, Xanımlar və Ağalar !

Təşkilat şöbəsi ADF MK-sının sədri Adilə xanım Çernikbulənd və İMC-nin sədri Fridun İbrahimi tərəfindən hamınızı salamlayır.

Bildiyiniz kimi yeni Korona virusla əlaqədar, əhalinin sağlamlığını təmin etmək məqsədilə, Dövlət tərəfindən elan olunmuş “EVDƏ QAL” qərarları ilə, bizlərdə bir neçə həftə evdə qalmışıq.

Bu müddət ərzində, İMC və ADF rəhbərliyi və Təşkilat şöbəsi bir biri ilə həməşə təmasda olublar, korona Virus və başqa bizim cəmiyyətlə əlaqəsi olan məsələləri izləyiblər, ən vacib və təxirəsalınmaz məsələlər haqqında muşavirə aparıb, qərar qəbul edib və həyata keçiriblər.

İndi eşitdiyiniz kimi, Dövlət tərəfindən elan olunmuş karantin vəziyyəti sabah 18 May tarixindən xeyli yüngül olacaq. Hami sərbəst evdən çixa bilər, hətta 65 yaşdan yuxarı yaşı olan insanlar.

Beləliklə biz öz Cəmiyyətimizlə əlaqədar işləri davam edə bilərik, “Komitə”mizi açıb səliqə səhmana sala bilərik, görüşə bilərik, gələcək münasibətlər haqqında qərarlar qəbul edib tədarük işləri apara bilərik və bunlara oxşar başqa işləri apara bilərik.

Amma biz hələlik 10 nəfərdən artıq bir yerdə yığışa bilmərik. Hələlik bu məhdudiyyət öz yerində qalıb.

Buna görə də, bütün yoldaşlar, xanımlar və ağalardan Xahiş edirik hələlik Komitəyə gəlib, orada görüb, yığışmağa tələsməsinlər.

Şübhəsiz hamımız səbirsizliklə bütün yoldaşlarla görüşmək istəyirik. Amma indi ancaq az sayda Komitəyə gəlmək olar.

Buna görə də, hamıdan xahiş olunur hələlik ora gəlməsinlər.

Əvvəlcə yerimizi səliqə səhmana salmalıyıq.

Dovlət orqanları ilə əlaqədar, təxirə düşən işləri yerinə yetirməliyik. Belə işlərlə əlaqədar, Cəmiyyət rəhbərliyi və Təşkilat şöbəsi özləri birbaşa lazım olan yoldaşları işə çağıracaq.

Zəruri hallarda, yoldaşlar gəlməkdən əvvəl, Təşkilat şöbəsi ilə telefon əlaqəsi qurub, gəlib – gəlməmək olmasını öyrənsinlər.

Əvəlcədən yuxarida qeyd olonan məsələləri riayət etdiyinizə görə, sizdən Təşəkkür edirik.

Saq olasınız.

Təşkilat şöbəsi :

Məhəmməd Murtuza.

Facebook
Telegram
Twitter
Email