(sevimli müəllimim Adilə xanıma)
Saçlarından öpmək istədim,
Əllərindən öpmək istədim.
Səni bağrıma basıb,
Duz kimi yalamaq istədim.
Ömrümdən ömrünə
İllər calamaq istədim.
Solğun yanağını gülləndirmək istədim,
Şirin xatirələri dilləndirmək istədim.
Qollarım cismini
Yüksəkliklərə qaldırmaq istədi.
Qulaqlarım yeni-yeni
Biliklər aldırmaq istədi.
Dilim şöhrətini
Aləmə yaymaq istədi.
Üstünlüklərini bir-bir saymaq istədi.
Boyasız üzünü
Qeyrət cizgiləri bəzəmişdi.
Qəlbinin yarasını nə illər sağaltmış,
Nə dövran gözətmişdi.
Həsrətin rəngini görmüşdüm üzündə,
Vətən nisgili yurd salmışdı gözündə.
Gördüklərin elə yerindəcə qalmışdı,
Yurddaşlar cavandır, yurd qocalmışdı.
Səni böyüdürdü o həsrət,
Bütləşdirirdi o nisgil.
Aradan ötsə də iyirmi bir il
Cənub həsrətini gördüm yenidən,
Könlümü mən sənə verdim yenidən.
Əlinin altından gəlib-gedən çox,
Gözəl ustadını söz-söz gündən çox.
Mənsə nəfəs-nəfəs güddüm, izlədim,
Hər an xəzinəndən inci gözlədim.
Ey böyük müəllim, ey gözəl insan,
Elruh tək vurğunun olmayıb, inan
Təkcə təbibliyi öyrətmədin ki,
Bizə qeyrət dərsi keçdin, öyrətdin.
İnsanlıq adına şöhrət gətirən
Ən ali hissləri seçdin, öyrətdin.
O səs bir müddət də davam eyləsə
Cismimi əridib, qatar özünə.
Yanıqlı-yanıqlı şərqi söyləsə
Duyğusu baş əyməz Elruh sözünə.
O səsin ardınca gedib sonsuza
Tutmayıb yetişər intiharadək.
Dünəndən qəlbimi dəlib keçibdir,
Yeri sızıldayır indi yara tək.
20.07.2007
Şairə həkim Zəkiyyə Elruh öz müəllimini vəsf edir