آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycan Demokrat Firqəsi/ səndlər

Hörmətli oxucular!

Bu səndlər olduğu kimi, yəəni 1324-1325ci illərdə yazıldığı istlah(termin) və ədəbiyyatla, redaktə və virayş olmadan təqdim olunur:

Azərbaycan Demokrat Firqəsinin məramnaməsi(proqramə)

10 mehr 1324- cı il, Azərbaycan Demokrat Firqəsinin birnəci qurultayında təsədiq edilmişdir .

Müqədəmə

Əsərimizdə vücuda gələn cəhanşmul böyük siyasi və ictmai hadisələr göstərdi ki, xalqları əsarət altına alıb onların zəhmətindən sui-istfadə etmədən keçinə bilməyən köhənələmiş və çürümuş ictmai vəziyyətin məhv olması dövöri gəlib çatmışdır.

Bu gün dünyanın xalqları açıqdan-açığa zülm və fişar(təzyiq) zəncirlərini əbədi olaraq qırıb, bəşəriyyətin böyük qurbanlar bəhasına qazandığı azadlığı hər qimətə olursa-olsun saxlamaq istəyərlər. Ona gürə hər yerdə hakimiyyətini saxlamağa can atan bir ovəc zalimlər ilə azadlıq istəyən xalqlar arasında qızğın mübarzə, günü- gündən şiddətlənir.

Bu gün ictmai, iqtsadi və fərhəngi cəhətdən ibtdai halda yaşayan tayfalar və qəbilələr belə, hər cür fişar və təzyıqın əleyhin çıxıb, öz hayatlarını müstəqəl və azad tərzdə qurmaq istəyərlər.

Müttəfiqlərin və demokratik quvvələrin cəhangırlik fikrinə düşən və beynəlmiləl irtca mərkəzi olan faşist almanyası üzərində ğəlbə çalması nə inki Avropanın irəlidə gedən xalqlarını vəhəşət və iztrabdan xilas etdi, bəlkə bütün dunyanı və o cəmələdən şərqin sənaye cəhətdən dalıda qalmış zəif ölkələrində yaşayan xalqlarının da azad olmaq və demokratik dövlət yaratmaq ümidini gücləndirdi.

Azərbaycan öz gələcəyinə böyük ümidlə baxan azad və demokratik hayat yaratmaq üçün hər cür fədakarlığa hazır olan ölkələrdən biridır.

Yüz illərlə xalqımızı əsarət altında saxlamaq siyasətini təqib edən daxili və xarcı cinayətkarlar, miliyonlarca azərbaycanlıların qan tər ilə vücuda gətirdikləri sərvəti söküb aparmaqla kifaytlnməyəb onun böyük tarixini, qədim mədəniyyətini, ahngdar dilini, bir süzlə milli varlığını inkar edir və önu əsarət halında saxlamağa çalışırlar. Lakın xalqımız heç bir zaman düşmənlərinə baş əyməmışdir. O, ağır məbarzələrdə öz torpağının şəraftini saxlamağa müvəffəq olub, öz tarixini, dilini və mədəniyyətini hifz etəmişədir.

Sətarxan və şeyx Məhəmməd Xiyabani kimi böyük simalar Azərbaycan xalqının azadlığı uğrunda apardıqları məbarzələrdə böyük fədakarlıqlar güstərmiş və dünyanı heyrətə salmışdır. İstibdad və irtca əleyhinə mübarzədə Azərbaycan xalqı bütün öz həmvətənlərinə köməklər etəmişdir. İndi də İranda həqiqi azadlıq-istqlal və demokrası üsul-idarə yaratmaq Azərbaycan xalqını ali hədəfidır. O, İranda əqəlliyyət(azlıq) təşəkil edən bütün millıtlərin, o cəmələdən kürdlər və başqalarının apardıqları azadlıq hərkatının öndə gedənlərindən sayılır. İranlıların hamısını birləşdirn və dost edən də bu arzu və amaldır. Çünki Rəzaxan istbdadının zülmi bu xalqların hamısını ayaqdan salmışdır. Bu macra bir də təkrar olursa, yenə bütün iran xalqını əstsnasız bir sürtdə fəlaktə suq edə cəkədir. Rəzaxan istbdadı hıtlərin faşıst əfkar və amalını vətənimizə keçirərək zülm və əsarəti gücəlnədirdi. İran daxilində yaşayan azərbaycanlı, kürd və başqaları duğma ana dilində yazıb oxumaq, kitab və ruznamələr nəşər etmək, sənət və teatər əsərləri yaratmaq, yerli idarə və məhkəmələrdə ana dilindən istfadə etmək imkanını mən və qədağan etədi. Nəticədə xalqlar arasında böyük nifaq vücuda gətirdi. Bu istibdad höhumətinin yıxılmasından dörd il keçədiyinə baxmyaraq yenə də o mənhus siyasət davam etməkdədir. Belə ki, onı meydana çıxaran mürtəce ünsürlər, get-gedə həyasızlaşaraq xalqa hücuma keçib onun demokratik hərəkatını boğmaqdadırlar.

İrtca, məmləkətimizin sənaye cəhətdən tərqi edib güclü və qüdrətli olmasını istəmir, onu, Nuh əyyamından qalma vəziyyətdə saxlamağa cəhəd edir. Xüsusən xalqlarımızın tərqi çərxini geri dündərmək istəyən bu mürtəceanə siyasət əleyhinə ciddən qiyam edilməlidir.

Bütün İran xalqlarının ümumi arzularından başqa, Azərbaycanın bir çox yerli xüsusiyyətləri də vardır ki, xalqımızın fikri bu böyük siyasi, iqtsadı və mədəni xüsusiyyətlərlə məşğuldur. Biz var quvvəmizlə öz milli varlığımzı isbat edib vətənimizin tale və müqəddəratını öz güc və iradəmizlə təyin etəməliyik. Dünya vəziyyətinin yaratdığı fürsətdən istifadə edib, həyatımızı istədiyimiz kimi yəni həqiqi demokrası üsulda azad yaşamaq əsası üzrə qurmalöyıq. Bu fürsətdən istifadə etmək üçün təbəqə və sinfi ayrılığı nəzərdə tutmayb hər bir azadixah azrbaycanlının çalışması lazmdır. Bütün Azərbaycanda yaşayan camaat, millət və dil ayrılığını nəzərə almayıb bu yolda əl-ələ verib səy və təlaş göstərməlidir. Demokrası və azadlıq ideya yolunda bütün vətəndaşlar vahd bir tən kimi birləşəməli və hər cür mübarzəyə hazır olmalıdır.

Azərbaycan İranın ayrı yerləri kimi müasir və mədəni məmləkətlərdən yüz illərlə dalı qalmışdır. Əsrimiz maşın, elektirik, elm əsri və böyük sənaye və maşınlar ilə təchiz olunmuş sənət və fəlahət (əkinçilik) əsəridir. Biz iftixarla dolu tariximiz layiq olmaq, əcdadımızın əzəmət və şöhrətini yenidən canlandırmaq fikrindəyik. Vətənimizi mütərəqqi sənaye və həqiqi demokratik bir ölkəyə çevirməliyik, yoxsa güclilərin əsarəti altından qurtara bilməyib çox tez bir zamanda məhv ola bilərik.

Siyasi, iqtsadı və mədəni hayatını zamanın təqazasına(istəyinə) gürə qura bilməyən, çurumuş kühnə ictmaı vəziyyətin məngənəsində əsir qalan bir millət uzun bir müddət öz istiqlal və azadlığını saxlamağa müvəffəq olub, imperiyalist dövlətlərin əsarətindən xilas ola bilməz. Bu ictima və təbiətin pozulmaz qanunlarındandır. Ona gürə Azərbaycan Demokrat Fərqəsi, Azərbaycanın sənaye, ticarət və elmi fəlahət cəhətdən tərəqqisini həqiqi xalq hakimiyyəti və milli demokratik üsulunun qəlbəsi üçün zəruri şərtlərdən sayır.

Firqəmiz elə bir zamanda işə başlayır ki, bütün dünyadə demokrası cəbəhəsinin qələbə çaldığı kimi dünyanın zəif və gücsüz millətləri Atlantik mənşuri(xartiyası) əsası üzərində öz hayatlarını istədikləri kimi qurmaq hüquqini əldə etəməyə müvəffəq olmuşlar.

Milli demokratik bir təşkilat olan Azərbaycan Demokrat Firqəsi, İranın və bilaxəs Azərbaycanın xüsusiyyətlrinə gürə özünün ən yaxın vəzifələrini aşağıdakı şəkildə təiyin edir;

Ümumi siyasi məsələlər:

1-Azərbaycan Demokrat Firqəsi İranın təmamiyyət(btövlük) və istqlalını müdafiə etməklə bərabr Azərbaycanın milli və yerli xüsusiyyətlərini nəzərə alaraq onun iqtsadı, siyasi və mədəni tərəqqisini sürətləndirmək məqsədi ilə bilataxir əyalət və şəhər əncümənlərinin intixabına başlamasnı tələb edir.

2- Azərbaycana İran daxilində iqtsadı, ticarət, mədəni, dil və fərhəng cəhətdən məhəlli müxtariyyət və öz hayatını istədıyi kimi qurmaq üçün geniş hüquqlar təhsil etmək firqəmizin ən əsası vəzifələrindəndir.

3-Firqəmiz fərd azadlığının tamın edilməsini insanlıq və həmvətənlik hüququnın müqəddəs əsaslarından sayır və onun yolunda mübarizə edir.

4-Məmləkəti fəlaktə sövq etəmiş onun iqtisadı, ictmai və siyasi tənəzzülünə səbəb olub xalqı zülmət və cəhalətdə saxlayan müstəbidlər hakimiyyəti, ciddi surətdə məhv edilməlidir və bir daha dıiktatorlığa yol verilməməlidir.

5-Xalqa söz azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, ictma və təşkilat azadlığı verilməlidir. Müstibədlər və faşizm əfkarını təbliğ edən mürtəcelər bu böyük nemətlərdən məhərum edilməlidir.

6-Xalqın ümumi ray verməsi yolu ilə məmləkətin dərdlərini qanan və onun yaralarını sağaltmaq istəyən və buna qadər olan həqiqi xalq demokratik dövləti yaradılmalıdır.

7- İstisnasız olmaq üzrə 20 yaşına çatmış bütün kişi və arvadlar intixab etməyə, 27-dən 80 yaşına çatanlar intixab olmaq ixtiyarı verilməlidir. İntixabatda təhdid və tətmi kimi xainanə hərəkətlərin qəti surtdə qabağı alınmalıdır. Xalq müstəqim, mütənasib və məxfi bir surtdə öz qanunı rayini bildirmək imkanına malik olmalıdır. Ancaq bu yol ilə həqiqi xalq nümayəndəsi olan vətən və millət xadimlərini intixab etmək mümkün ola bilər.

Təbsirə(qeyd) – İntixabat bütün məmələkətdə təxirsiz olaraq müəyyən və qısa bir müddətdə əncam tapmalıdır.

8-Bütün müttəfiq və demokratik millətlər və xüsusən yaxın qonşumuz olan şura cəmahiriyyətləri itfaqı ilə olan səmimi dostluqımızı saxlamaq xarcı siyasətimizin əsasını təşəkil etəməlidi.

9-Dövlət təşkilatı istibdad və diktatorluq tərfdarlarından və faşist fikirli adamlardan təmizlənməlidir. Dövlət qulluqçuları məsəla jandarm və polis mamurlarının qanunsuz və təcavüzkaranə hərkətəlrinə heç vəcəhilə yol verilməməlidir. İxtilas və rüşvətxorluq təmamı ilə aradan qaldırılmalıdır.

İqtisad və ticarət məsələləri haqqında:

Azərbaycan Demokrat Firqəsi məmləkəti tərəqqi yuluna çıxartmaq və xalqın azadlığını xarici və daxili irticanın təərrüzündan qurumaq üçün vətənimizin iqtisadiyyatının əsaslı surətdə dəyişilməsini və aşağıdakı iqtisadi tədbirlərin hayata keçirilməsini lazım və vacib bilir;

10-Düvrünü keçirib, çürümüş iqtisadi üsul, müasir və ali iqtisadi ictimai şərait ilə əvəz olunmalıdır. Xalqımız öz milli ağır sənayeini vücuda gətirib onu müasir bir hala salmalıdır və elə tədbirlər görməlidər ki, çox tez bir zamanda ölkəmiz sənaye məhsulına olan ehtiyacini öz karxanaları vasitəsiilə təmin etmək mümkün olsun və məmləkət düçar oldığı fəqr və fəlakətdən nicat tapıb, mütərəqqi və sərvətmənd məmləkətlər sırasına keçə bilsin.

11-İstibdad düvründə aparılan xainanə siyasət nəticəsində Azərbaycanın sərvətləri çəkilib aparılmış və orda nə bir görkəmli karxana və nə bir fabrika nə də ayrı bir mühüm sənət ocağı vücuda gəlməmişdir. Bunu nəzərə alaraq Azərbaycan Demokrat Firqəsi Azərbaycanda milli sənaye yaradılmasını fabrik, məktəb və mərizxana vücuda gətirib və yolların çəkilməsi üçün vəsilələr vücuda gəlməsini ciddən tələb edir və əyalət və vəlayt əncəmənləri vasitə sı ilə buna nael ulacaqına inanır. Azərbaycanın gəlirinin böyük qismi yuxarıdakı tədbirləri ilə Azərbaycanın abadlığına sərf edilməlidir.

12-Ticarəti hər cür vasitələrlə genişləndirmək və xalqın maddı hayatını yaxşılaşdırmaq üçün işsizlik əleyhinə qəti tədbirlər gürülməlidir. İqtisadi hayat və ticarət işlərini elə aparmaq lazımdır ki, ümumən tüccar, xüsusən xırda və orta al-verçi və əsnaf, iqtisadi çətinliyə rast gəlməsin. Bütün məmləkətdə iqtisadi dirilik canlansın və xalqın maddı hayat şəraiti yaxşılaşsın.

13-Pulun qiymətdən düşəməsinin qabağını almaq üçün tədbirlər gürülməlidir.

14-Zəhmətkeş və yoxsulların iştirakı ilə tolid və təavunı şərkətlər və xırda karxanalar yaratmaq, müvcud dəstgalar və əl karxanalarına kümək edib onların iflasdan qurtulmasına həmət sərf edilmə lıdırş

15-sənayenin tərəqqi və təkamuuınu sürətləndirmək, kargərlərin vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə aşağıdakı madələri qanun şəkəlinə salmaq lazımdır;

a- Bütün ölkə də 8 saatlik iş güni təyin edilməli və izafə işə mütənasb əlavə məzəd verilməlıdır.

b- Fəhələ, qulluqçu və mütəxəssislər üçün ictmai bimə qanunu yaradılıb hayata keçirilməlidir.

T- İttihadiyyələr və təmam zəhmətkeş təşkilatlar haqqında xüsusi qanun yaradılmalıdır.

p- 14 yaşına qədər uşaqların işlədilməsi qadağan edilməlidir. 14 yaşından 18 yaşına qədər olan uşaqlar üçün iş müddəti 6 saatdən artıq olmamalıdır.

c- Yetim və ehtiyacı olan uşaqların işdən çıxarılıb küçələrdə qalmaması üçün, dövlətin hesabına xüsusi yetim xanalar açmaq və məktəblərdə yoxsulların uşaqlarına təhsilin davam etdirmək üçün pulsuz yemək və paltar verilmlidir.

ç- 14 yaşından 18 yaşına qədər olan uşaqlar üçün xüsusi sənət məktəbləri açılmalıdır. Burada uşaqlar gündə 4 saat işləməkələ sənət öyrənməli və 4 saatda dərs oxumalıdırlar.

x- Tezliklə xüsusi zəhmət qanunu vəz edilmılidir(çıxarılmalıdır.

d- Bütün kargər və müstəxdimlərin(xidmətçilərin) hüquqları məhfuz olmaq(qorunmaq) şərtilə onlara həftədə bir gün istiraht güni, azadlıq günləri milli və dini bayramlarda istiraht və ildə bir ay mürəxxəslikməzüniyyət) verilməlidir.

z- Hamilə arxadlara vəzi-həmlə 6 həftə qalmış, vəzi-həmldin 6 həftə sonraya qədər mürxxəslik verilməlidir. Bütün hüquqları məhfuz olmaq şərti ilə.

16-xalqın mənafeini nəzərə almaq şərtilə vergi üsuluna yenidən baxılmalı və hər bir vətəndaşın iqtisadi, sənəti və gəlirinə görə vergi təyin edilmli, qey-müstəqim(birbaşa) vergilər bacardıqca azalmalıdır.

17-Göstərilən iqtisadi tədbirləri hayata keçirmək üçün kafi sərmayə ilə Azərbaycan milli bankı təşkil edilmılidir.

Fəlahət haqqında (kənd təsərrüfatı)

Azərbaycan Demokrat Firqəsi Azərbaycan kəndlisinin ac-yoxsul hala düşəməsinin günahini indiyə qədər kəndlərdə olan feodal (dərəbəylik) üsulunda görur. Buna gürə də firqə hesab edir ki;

18-Tez bir zamanda kəndli ilə ərbab münasibətini müəyyən etməkdən utri xüsusi qanun vəz edilməlidir. Dövlət yerlərini (xalisə torpaqları) föriyyətlə (təəcili) kəndlilərə pulsuz olmaq şərti ilə paylamaq lazımdır. Həmçinin istibdad düvrünün tərfdarı olan və Azərbaycanı qoyub qaçmış mülkədarlarında əmlakı müsadirə olunub, kəndlilərin ixtiyarına verilməlidir.

19-Kəndlilərə fəlahəti canlandırmaq və əkinəcəyi artırmaq məqsədilə uzun müddətli və nazil tənəzzül ilə çox borc vermək üçün bank keşavərzinin(əkinçinin) iş şəraitini, dəyişdirib onu bu ehtiyacı təmin etəməyə qadir bir hala salmaq lazımdır.

20-Bəzi ərbablar tərəfindən təhmil edilmiş bedətlər(ənənələr), bəirəhmanə vergilər qaldırılmalı və elə bir şərait yaradılmalıdır ki, kəndli öz məhsulu ilə ailəsini idarə edib insana layiq olan bir həyat qura bilsin.

21-Fəlahət işini nizama salmaq və zəhmətkeş kəndəlinin vəziyyətini yaxşılaşdırmaq üçün kəndlərdə kəndli cəmiyyətləri yaradılmalı və bu cəmiyyətləri kəndlilərin özləri idarə etəməlidirlər.

22-Kəndxudalar kəndlilərin arasından seçilməlidirlər.

23- Fəlahəti, müasir elm və sənətin böyük müvəffəqiyyətləri əsasında qurmaq üçün dövlət kəndlilərə tiraxtor və sayır fəlahət maşınları ilə kümək etəməlidir.

24-Jandarm və dövlət qulluqçularının öz məqamlarından sui-istifadə edib kəndlilərin var-yoxlarını əllərindən almalarına yol verilməməlidir.

25-Azərbaycan kəndlisini quraqlıq və susuzluq qorxusundan qurtarmaq üçün dövlət hesabına çeşmələr vücuda gətirib, artizian quyuları qazdırmaq və onlara çaylar və göllərin suyundan lazımınca istifadə etmək imkanı verilməli, bu yollar ilə fəlahət məhsulını artırmaq və kəndəlinin vəziyyəti yaxşılaşdırılmalıdır.

Xalq Maarfı Haqqında

Azərbaycan Demokrat Firqəsi savadsızlıq və cəhalət ilə mübarizə etmək üçün xalq maarfı haqqında aşağıdakı vəzifələri irəli surur;

26-Məclis Şurayi Milli tərəfindən təsvib edilən məccani(pulsuz) və icbarı təlimatın səri(təcili) bir surtdə icrasını tələb etəmək.

27-Ana dili, milli mədəniyyətin tərəqqisi üçün qudrətli bir vasitədir. Ona görə balalarımız bilatəxir istər dövləti, istərsə xüsusi mədrəsələrdə öz ana dilimizdə tədris edilməlidir. Bunun üçün bilatəxir dərs kitabları və sayir tədris ləvazmatı hazırlamaq lazımdır. Azərbaycanda yaşayan başqa məllətlər, kürdlər, asorılar və başqaların da öz ana dillərində mədərsə açmaq haq və ixtiyarı ilə firqəmiz kamilən müvafiqdir.

28-Azərbaycan xalq maarfinin tərəqqi və təkamülünü təmin etmək üçün Təbrizdə milli danşigah(universitet) vücuda gətirilməlidir.

29-Yaşlıları savadlandırmaq, onlara müəyyən və xüsusi biik vermək üçün bütün şəhər və kəndlərdə ayrıca məktəblər və sənət evləri açılmalıdır. Bu məktəblərdə maddı səhulət(asayş) və təhsil şəraiti yaratmaq və onları müəllim cəhətindən təmin etmək üçün xüsusi tədəbirlər görmək lazımdır.

30-İbtdai məktəbdən tütmüş ali məktəblərə qədər bütün dərs kitabları və bərnamələrinə yenidən baxılmalı, istibdad və zülm təbliğ edən sözlər təmamı ilə onlardan çıxarılıb atılmalı və təzə nəsli dəmokrat və azadixah ruhda tərbiyə etmək üçün təzə dərs kitabları və bərnamələr yaradılmalıdır.

31-Şəhərlərdə və kəndlərdə maarf və elm ocaqların sayı artırılmalı, kitabxanalar, qəraətxanalar(oxu zalları) təşəkil edilməli, əhali üçün müntəzəm surətdə konfranslar verilməli, elm və fərhəng vasitəsi ilə xalqımızın nüqsanlarını aradan aparmaqdan ötəri onları mübarizəyə cəlb etəmli, yeni nəslimizi məhv eləyən tiryakxanalar, əxlaqsız evlər və qumarxanalar aradan gütürülməlidir. Bütün bu işlərdən məqsəd xalqın gözünü açmaq, əxlaq və mənəviyyatını yüksələtmək, onu vətənnin istiqlal və azadlığını saxlamaq və qorumaq üçün ciddi mübarizələrə hazırlamaqdan ibarətdir.

Xalq səhiyyəsi

Xalqın sağlamlığı onun həyat mübarizəsi üçün müühüm şərtlərdəndir. Buna gürə də xalq səhiyyəsinin qeydinə qalmağı Azərbaycan Demokrat Firqəsi böyük məsələlərdən bilir. O xüsusda aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir;

32-Mövcud naxoşları(xəstələri sağaltmaq kafi deyil. Əmrazın(xəstəlikləin) qabağını almaq üçün ciddi tədbirlər görmək lazımdır

33-Küçələrdə, bazarlarda, evlərdə natmizliyə, çirkaba, pintiliyə yol verilməmək üçün tədbirlər görünməlidir.

34-Qızdırma- titrətmə (malaryia) əleyhinə ciddi mübarizə aparılmalıdır və bu kimi mohlek(təhlükəli) mərəzləri türədən səbəblər aradan qaldırılmalıdır. Batağlıqlar qurudulmalı, bağlar və ağacların sayi artmalıdır.

35-Keçəllik, tıraxoma və sayir müsri(yolxucu) naxuşlıqları aradan qaldırmaq üçün dövlət ciddi tədbirlər görməli və bu işə maddı və mənəvi kömək yetirməlidir.

36- Əhaliyə gündəlik həyatına lazım olan səhiyyə məlumatı vermək üçün konfranslar təşkil etəmli, radio vasitəsi ilə xalqı başa salmalı və bu məqsədlə xüsusi kitabçalar nəşər olunmalıdır.

37-Gələcək nəslin tərbiyəsi üçün şəhərlərdə və kəndlərdə kürpələr və yaşlı uşaqlara məxsus cəmiyyətlər və dövlət hesabına tərbiyə evləri açılmalıdır.

Ədəbiyyat, İncəsənət və Mətbuat

38-Xalqın mənəvi və ruhi qəzası(qidası) olan ədəbiyyat və incəsənətin(hünər) tərəqqisi üçün hər bir şəraiti yaratmaq lazımdır. Bu məqsədlə Təbrizdə, Azərbaycan yazıçıları və hünərvərlər cəmiyyəti təşkil olunmalıdır. Bu cəmiyyət-lərin Azərbaycanın başqa şəhərlərində və kəndlərində də şöbələri olmalıdırş

39-Yazıçı və hünər sahiblərinin zəhmət haqlarını və yaradıcılıq hüququnu təmin etmək üçün dövlət büdcəsində kafi miqdarda büdcə təxisis edilməli(ayrılmalı), hənərvərlərin vücuda gətirdiyi əsərlərə mükafat verilməlidir.

40-Nəqqaşlıq(rəssamlıq), mücəssəmə sazlıq(heykəl təraşlıq) və musiqi sahəsində Azərbaycan xalq yaradıcılarının əbədi sənətlərini saxlamaq məqsədilə dövlət tərəfindən müssisələr və (ateliyə) kargahlar vücuda gətirməli və istiadların əlinin altında istedadlı cavanlara sənət öyrədilmlidirş

41-Azərbaycanın tarixi yadigarlarını hifz etmək üçün milli bir muzey vücuda gətirmək lazımdır.

42-Azərbaycan dilində kitab nəşrinə mane olan adamlar, vətən xaini və xalq düşməni kimi məsuliyyətə alınmalıdır.

43-Müəllimlərin, dövlət idarələrində işləyən xırda mamurların maaşları təmin olunmalıdır.

44-Teatrin böyük ictmai tərbiə ocağı olduğunu nəzərə alaraq, Təbriz və başqa Azərbaycan şəhərlərində olan teatrların məxarci(xərci) dövlət tərəfindən təmin edilməlidir.

Milli Məsələ

45-İran məmləkətinin daxilində yaşayan hər bir millətin daxili muxtariyyət və öz müqdəratını təyin etmək hüququ, əyalət və vilayət əncümənləri vasitəsi ilə təmin edilməlidir.

46-Azərbaycanlılar kimi xüsusityata malik olan İran xalqları, ictmai təşkilatlar və dövlət idarələrində öz ana dillərindən istifadə etəmli və bu idarələrdə milli dillər manesiz olaraq işlədilməlidir.

Məhəkəmə İşləri

47-Rzaxan dövründə hoqqabazlıq və zor ilə keçirilmiş bütün irtcai qanunlar ləğv edilib onun əvəzində azadlıq və demokrası üsula uyğun qanunlar vəz edilməlidir və qazılərin istiqlalı qəti surtədə taəmin olunmalıdır. Şəhrbani və jandarm mamurlarının hüququ və qəzayı işlərə qarışmalarına cəddən son qoyulmalıdır.

48-Məhəkəmələr hər cür təzyiqdən azad olmalı və ancaq ədalət və haqqa arxalanmalı, siyasi və mətbuatı məhakmələr heyəti-münsifə hüzurı ilə icra edilməlidir. Məhəkəmələrdə işlər çox səri(tez) bir surətdə əncam verilib müttəhimləri bilatəklif saxlamaq cürm məhsub olunmalıdır. Məhəkəmə və müddəi-ümumun(prokrorun) rəsmi əmri olmadan heç bir kəsin evinə girib təftiş etmək olmaz. Şəhrbani və jandarm məznün uldığı(şübhələndiyi) əşxası inzibat təriqilə 24 saatdan artıq tüqifdə saxlya bilməz. Günahsiz həbs və təbidlər cürm hesab olunub, ona mürtəkib olanlar cəzalanmalıdırlar.

49-Keçmiş cənayətkarları məhəkəməyə cəlb edib və onların 24 saata hesablarına yetişib, cürmləri isbat edilirsə forən(tez) cəzalanmalıdırş

Ərteş(ordu) Haqqında

50-Ərteşin islahı və onun demokrat ölkəyə layiq bir ərteş kimi idarə olunan münasib bir vəzə salınması, həmçinin nizam vəzifə qanunu xalq nəfinə dəyişilməsi lazımdır.

Facebook
Telegram
Twitter
Email