آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

“İran mədəniyyətinin əsrin müasir mütəfəkkirlərinə təsiri” kitabına bir baxış

Məryəm Firuzun əsəri / Xosrov Bağerinin “

İran Ensiklopediyasında”

Məryəm Firuzun siyasi və ictimai şəxsiyyətlə bir başa və ya dolayısı ilə (əsərləri vasitəsilə) tanış olan şəxslərdən çox az adam onun fransız dilində ədəbiyyat sahəsində doktorluq dərəcəsini aldığını bilirdi.

Onun yüksək mədəniyyəti və mübariz şəxsiyyəti heç kəsə ona Elmlər doktoru deyə müraciət etmələrinə və ya böyük əyan təbəqəsindən olması haqqında danışmalarına icazə verməzdi. O, ancaq “Məryəm xanım”, “Ana”, “Yoldaş Məryəm”, “Xala” idi. Xoşbəxtlikdən onun elmi işi bu yaxınlarda Hamed Fuladvənd və Kiya Şərifi tərəfindən fransız dilindən fars dilinə tərcümə edilmiş və “Nəşr Tarixi İran”da nəşr olunmuşdu.

Məryəm Firuz (1292-1386) yaşadığı uzun ömürdə bütün imkanlarına baxmayaraq əsərinin nəşr olunmasına cəhd etməmişdir. Onun əsərini “İran mədəniyyətinin Fransa mütərəqqi, maarifçi yazıçılarının əsərlərinə təsiri” adlandırıblar. Bəziləri isə bu əsəri “İran mədəniyyətinin əsrin mütəfəkkirlərinə təsiri” olaraq dəyərləndirirlər.

Məryəm Firuz 1963-cü (şəmsi ilə 1342) ildə Alman Demokratik Respublikasının ” Lyapsik Fəlsəfə” Institutunda dissertasiya müdafiə etmişdir. Məryəm xanımın bu əsərindən sonra İran və xarici söz sahiblərinin əksəriyyəti İran xalqlarının azadlıq sevərliyindən, qədim mədəniyyətindən danışırdılar. Bəlkə də bu əsər azadlıqsevər insanların və Avropa ziyalılarının İran haqqında biliklərinə bir açılış idi. İranda illər boyu zülm və istismarın nəticəsində mütəfəkkirlərimiz lazımınca yazıb-yarada bilməmişdilər.

Miladi tarixinin 18-ci əsrini Avropanın İntibah dövrü adlandırıblar. Bu əsri yeniliklər və köhnə adətlər arasında “Mübarizə əsri” də adlandırırdılar. İnsanlar öz azadlıqları və şəxsi hüquqları uğrunda mübarizə edirdilər. Bu dövr İranda Səfəvilər səltənətinin dövrünə rast gəlir. Səfəvilər dövləti təkcə İranda yox, başqa Şərq ölkələrində də, xüsusilə Çində kapitalizm siyasətini irəli sürürdülər. Kapitalizm inkişaf etdikcə XIX əsrin axırlarında XX əsrin əvvələrində (şəmsi tarixi ilə XIII yüzillik) imperializm mərhələsinə keçid dövrü idi.

Şəmsi tarixi ilə XIII yüzillikdə Qacarlar hökuməti dövründə, İran xüsusilə Rusiya və İngilislərin istismarı altında idi, bütün sahələrdə İrana hökmranlıq edilirdi. Zülmlər artdıqca bu illərdə İranda, Azərbaycanda “Məşrutə İnqilabi” baş verdi (1288-1284 hicri).

Bu kitabda Məryəm Firuz XVIII əsrdə İran tarixi və Fransa ictimai şəraitinə qısa bir nəzər salaraq, dövrün mütəfəkkirlərini araşdırmağa başlayır. O öz axtarışını Volter adı ilə məşhur olan Fransa mütəfəkkiri Mari Arune (1778-1694) ilə başlayır. Volter fanatizmə və qara düşüncəlilərə hücum edib, insanların azad düşünmələrini və azad yaşamaqlarını istəyibdir.

Məryəm Firuz deyir: Volter Şərqə və İrana sevgi ilə baxır, fəqət bizim mədəniyyətimiz haqqında dərin məlumatı yoxdur. O, özünün “Kafirlər ilə tolerantlıq” kitabında zərdüştlərlə yanaşı yaşamaqlarını təqdir edir və özünü Ənktil Dupron kimi alimlərə borclu sayır. Ona görə ki, İran tarixini, xüsusilə Səfəvilər Sülaləsini, Sədini, Zərdüştü mütaliə etmişdir. Məryəm Firuz yazırdı, Volterin hekayələrində adlar və yerlər Şərq dilindədir, amma hekayənin məzmunu və quruluşu Qərb dilində olduğu kimidir. Hekayənin yazılmasında yazıçının əsl hədəfi öz ölkəsinə istibdadın-zülmün hakim olmasını xalqına çatdırmaqdır.

Məryəm Firuz Volterdən sonra Fransanın görkəmli ziyalılarından biri olan Deni Dudronu (1784-1713) araşdırmağa başlayır. Dudvo Zərdüşt, Zənd, Avesta, Mitraormozd və Əhrimən haqqında öz ensiklopediyalarında məqalələr yazmışdır. Ona görə də “Yesoi” Firqəsinin çomağı onun başına dəydi. Bu məqalədə Məryəm Firuz Sədinin Didroya necə təsir etdiyinə diqqət etmişdir. Didro demişdir: Mən Sədinin əsərlərində özümü yenidən tapdım. Ona görə Sədinin Gülüstanını tərcümə etmək istəmişdir. Məryəm Firuz Sədinin ölməz şeiri “Bəni adəm əzaye yek peykərənd” – İnsan övladı bir bədənin üzvləridir deyir. Həm dindən uzaq olan Didro həm də müsəlman şair Sədi, insansevər idilər və zülm altında qalan xalqın tərəfdarı idilər. Eyni zamanda şücaətlə zülmkarların iç üzlərini açırdılar.

Məryəm Firuz Didro və Volterin Sədinin əsərlərinə olan sevgisi əsasən ədəbi cəhətdən deyil, siyasi cəhətdən idi. İntibah dövrünün mütəfəkkiri olan Didro Sədinin Gülüstanındakı hikmətindən, humanistliyindən və tənqidindən istifadə edərək Fransa imperiyasının çürümüş Məsih dinini və kilsəni sual altına alır. Maraqlıdır ki, bu istinad məşrutə inqilabında xalqımızı maarifləndirmək üçün yazıçılarımızın əsərlərində təkrar olunur. Bu üsul dünyanın hər yerində zülm-sitəm əleyhinə təkrar olunub və olur. Atalar demişkən “qapıya döyərlər, divar eşitsin”.

Məryəm xanımın üçüncü araşdırdığı Fransa mütəfəkkiri Şarl de Monteskyu olmuşdur (1755-1689). Onun məşhur kitabı “İran məktubları”dır. Bu kitabda alim sual edir, Necə iranlı olmaq olar? Əslində isə mütəfəkkir bu sualı verməklə avropalıların eqoistliyini, cahilliyini və savadsızlığını vurğulamaq istəyir. Məryəm Firuz yazırdı: Monteskyu İranın böyük şəxsiyyətlərin əsərlərinin adını çəkməklə Fransanın o zamanın cəmiyyətini düşündürmək istəyirdi.

Beləliklə, fransalılar öz içərilərində olan haqsızlığı, cürbəcürə qəribə adətləri, davranışları görüb müqayisə edirdilər, öz ictimai quruluşlarını güclü tənqid atəşinə tuturdular. Hamid Fuladvənd demişkən Məryəm Firuz uzun illər zülm-sitəm və ədalətsizlik əleyhinə mübarizə etmişdir. Məryəm Firuz Fransanın bu üç mütəfəkkirinin aparıcı fikirlərinin tərəfdarı olmasına baxmayaraq onları tənqid etməkdən də çəkinmirdi. O dövrün avropalıları Volter, Didro kimilər islamı ərəblərlə bir sayaraq qeyri ərəb xalqlarının və mədəniyyətlərinin islamın inkişafında əsas rolunu nəzərdən qaçırırdılar. Məşhur fransalı səyyah Şarden (Fransanın çox yazıçıları ona istinad edirdilər) İran qadınlarının məqamını ancaq Şah saraylarında olduğu kimi göstərirdi, halbuki İran qadını ailəsevər, tədbirli, zəhmətkeş olub, qərbin səyyahlarının yazdıqlarından çox fərqli idilər.

Məryəm Firuza görə hər üç Fransa mütəfəkkiri xurafat, ədalətsizlik, istibdad əleyhinə olub, azadlıqsevər olmaqlarına baxmayaraq onların baxışlarında fikir ayrılıqları var idi. Volterin yanaşması səbirli və dözümlü olmağa əsaslanır, lakin Didronun fikri dinə və monarxiyaya qarşı bir etirazdır. Monteskyu isə qanunun aliliyinə və vətəndaşlıq hüquqlarına üstünlük verirdi.

Hamid Fuladvənd Məryəm xanımın kitabına 34 səhifədən ibarət ləyaqətli bir müqəddimə yazmışdır. Bu müqəddimə tərifəlayiqdir. Müəllif fransız dili ilə yaxşı tanış olmadığına görə tərcümə haqqında fikir söyləyə bilmir. Amma oxucunu narahat edən kitabdakı orfoqrafik, qrammatik və çap səhvləridir. Belə düşünmək olar ki, tərcüməçilər və yazıçılar nəşrdən əvvəl bir dəfədə olsun kitabı oxumamışdılar. Bu qiymətli kitabda olan belə çap səhvləri ən azı Məryəm Firuza hörmətsizlikdir. Kitabda müqəddimədən başqa (orada da səhvlər var) elə bir səhifə yoxdur ki, orada çap, imla səhvləri olmasın. Tərcüməçilərin vəzifəsidir ki, gördükləri işlərdə tərcümələrə təkrar baxsınlar, həyatda olmayan yazıçını müdafiə etsinlər.

Məryəm Firuzun əsərinin nəşrindən sonra bu məzmunda parlaq əsərlər çap olunub. Nümunə olaraq “Sədidən Araquna qədər” (1373 şəmsi) əsərinin yazıçısı doktor Cavad Hədidinin adını çəkmək olar. Fransanın şərqşünası və “Avesta”nı tərcümə edən Ənktil Dupron 1755 şəmsi ilində Zərdüşt dinini və elmini öyrənmək üçün Hindistana gedir və Zərdüşt rəhbərlərinin yanında Pəhləvi dilini, Zərdüşt qanun qaydalarını, ehkamını, ənənələrini öyrənir.

1761-ci şəmsi ilində Fransaya qayıdır və 1778-ci ildə “Avesta”nı tərcümə və təfsir edib, 1778-ci ildə “Şərqin qanunvericiliyi” kitabını nəşr edir. Onu İran elmşünaslığın banisi adlandırırlar.

Facebook
Telegram
Twitter
Email