آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Haşim Tərlan»ın xatirələrindən:

Təbrizdə «mühacir» idim, Tehranda «mütəcasər»də oldum ….. 1325-ci ilin azər ayının iyirmi biri Azərbaycan, o cümlədən Təbriz öz ağır və çətin günlərini yaşayırdı. Sinəsindən çıxan nəfəs boğazındakı boğuntuların içində itirdi. Bu qocaman şəhər öz qara taleyi boyu apardığı mübarizələrdə ağ gün deyə ayağa qalxmışsa da mənhus şahların əsiri olmuşdu. İndi yenə də Səttar xanın bayrağı əlində ola- ola ürəyi döyünür, nəfəsi tövşəyirdi; amma Təbriz Məşrutə zamanındakı kimi başını dik tutmuşdu. O sanki dövrəsindəki baş verən fırtınalara dodaq büzərək «bu mənim nə əvvəlim, nə də axırımdır», deyirdi.

Təbriz adi halda deyildi. Əksər adamlar evlərində qalıb qapını daldan bağlamışdılar. Fəqət dərbarın qırıntı hədiyəsi ilə dolanan uşaqlar əllərində tüfəng küçə- xiyabanlarda milli hökümət ilə həmkarlıq edənləri ovlayıb yox edirdilər. Saat meydanına tərəf yola düşdüm. Hələ ora çatmamış sol tərəfdə yeni saxteman əməliyyatı gedən xaraba bir yerdə neçə nəfərin söhbətini eşitdim. Onların biri deyirdi:

– Bəstanabadın sədri Ələkbər Fərdini vurublar, hələ ölməyib can verir. mən Ələkbər Fərdinin adın eşidən kimi quruyub qaldım. Onu yaxşı tanıyırdım. «Mehrəban» hümməsi o zamanlar Bəstanabada bağlı olduğu üçün onu «Mehrəban»da çox görmüşdüm. İndi onu burda obaşlar tanıyıb öldürmüşdülər. Artıq yuxarı çıxıb onun qanlı cənazəsini görmək istəmədim. Çünki həyacan məni bürümüşdü. Ordan qayıdıb göy məscidin küçəsindən köhnə bazara girdim. Yaşadığım müsafirxana bu bazarın əvvəlində idi. Müsafirxanada nələr baş verdiyini bilmək istəyirdim. Bazarın dükanları bağlı idi. Fəqət çörək satan və baqqallar açıq görünürdü. Müsafirxananın qabağından ötəndə silahlı obaşların hələ də orada olduğunu hiss etdim. Özümü laqeyid göstərib bazarı üzü aşağı yeridim. Buranın axırı köhnə xiyabana çıxırdı. Bazar ağzında adamlar çox idi. Mən onlara yetişəndə silahlı olduqlarını gördüm. Ona görə də bura gəldiyimə peşiman oldum. Nəhayət iş-işdən keçmişdi. Mən burdan ayrılmalı idim. Hələ onlar məni görməmişdilər, amma köhnə xiyaban xəlvət idi. Bir nəfər də olsa xiyabanda görünmürdü. Onların etdiyi söhbətlərə görə bazarla üzbəüz evin damında iki mühacir ata, oğul səngər tutmuşdular. Silahlı obaşlar cəsarət edib xiyabana baş uzada bılmırdılər. belə deyirdilər ki, mühacir fədailər damın üstündə məsələsi qoyub özlərini müdafiə edirdilər. Bazar bağlı olduğuna görə xəlvət idi. Mal satandan mal alandan xəbər yox idi. Mən vəziyyəti belə görüb geri qayıtmaq qərarına gəldim. Eləcə də gəldiyim yolla geriyə doğru yeridim. Hələ onlardan otuz addım aralanmamışdım ki, «isti» səsi bazarın divarlarını sarsıtdı. Mən dayanıb onlara baxdım. Bazar ağzında cəm olan obaşların hamısı mənə tərəf qaçırdılar. onların atdıqları havayi güllələr bazarın səqəflərinə toxunub tuzanaq salmışdı. Bir azdan sonra onlar məni əhatə etmişdilər. Qapısı bağlı bir dükana dayanmışdım. Onlar mənə əmr edirdilər:

– Əllərini yuxarı qaldır!

Onlardan soruşurdum:

– Məndən nə istəyirsiniz?

Biri, «Sən fədaisən», o biri «sən firqəçisən», bir başqası isə «sən mühacirsən», deyirdi.

mən onlara deyirdim:

– Siz deyənlərin heç birisi deyiləm. Kənddən gəlmişəm, Təbrizdə işim var idi.

Məni əhatə edənlərin biri yanındakı bır nəfərə dedi:

– Əhmədağa sən onun bədənini, ciblərini axtar!

Əhmədağa da başqasına əmr etdi. Beləliklə onların biri silahını başqasına verib mənim bədənimi, ciblərimi axtarmağa başladı. Axtarış qurtarandan sonra dedilər:

– Düş qabağa!

Bu zaman birinci tüfəng qundağı kürəyimə dəydi. Başqaları da təpik və tüfəng qundağı ilə vurmağa başladılar. Mən yerə yıxılanda onlar təpik ilə vurub məni ayaq üstə qaldırıb irəliyə tərəf itələyirdilər. Bazar xəlvət idi. Gəl-get çox az idi. Fəqət obaşların səsi bazarı bürümüşdü. Onlar mənə vurduqları tüfəng qundağından ləzzət aparırdılar. Şaqqıltı gülüş səsləri xəlvət bazarı başına götürmüşdü. Mən isə özümü zərbələrdən qorumaq üçün hər təşəbbüsə əl atırdım. Onlar mənim etiraz səslərimi eşitmək istəmirdilər. Onlar mənim kimliyimi, hansı yuvanın quşu və haralı olduğumu bilmirdilər. Yoxsa özlərinə zəhmət verməzdilər; amma əllərində mədrək olmadığı üçün indi qabaqlarına qatılmış bir əsir idim. Tüfəng, təpik zərbələrinin altında fırfıra kimi sağa-sola fırlanırdım. Obaşlar məni olduğum müsafirxanaya tərəf aparırdılar. Bu aralarda məni tanıyan fəqət bir nəfər ola bilərdi, o da müsafirxana sahibi idi. Onun milli hökümətə meyli var idi və mənə ehtiram bəsləyirdi. Mənim rahatlığım üçün əlindən gələni əsirgəməzdi. Qarşıda sənəgəkçi var idi. Onun qapısında pendir, kərə, qaymaq və bəzi göyərtilər satan cavan bir oğlan tabaq üstündə al-ver edirdi. Məni uzaqdan-uzağa tanısa da kim və nə karə olduğumu bilmirdi. Aramız saz idi. Onun satdığı şeylərdən alardım. İndi obaşlar məni çörəkçi dükanına tərəf aparırdılar. Ümidim həmin cavan oğlana gəlirdi. Öz-özümə düşünürdüm ki, bəlkə də tanış olduğum cavan oğlan məni bu zalımların əlindən qurtara bildi. O məni obaşların əlində əsir görəndə nə inki köməklik etmədi, üstəlik özü onlara qoşulub kötək vurmağa başladı.

Hələ məni hara aparmaqlarını bilmirdim. Çörkəçinin qabağından keçib yaşadığım müsafirxanaya tərəf gedirdik. Onlar arxadan tüfəng qundağı ilə vurub irəliyə doğru itələyirdilər. Müsafirxanaya az qalırdıq. Hər gün onunla salamlaşıb və xərid elədiyim qoca baqqal kişi dükanın ağzında göründü. Bir il tamam idi səhər çağları onunla üzbəüz olurdum. Qoca baqqal məni görən kimi tanıdı, amma özünü görməməzəliyə vurub dükana qayıtdı. Mən onu çörəkçi qabağında pendir, kərə satan cavan oğlan ilə öz fikrimdə müqaisə edirdim. İndi müsafirxananın qabağından ötürdük. Göz altı ora baxa-baxa müsafirxananı arxada qoyduq. Mən yaşadığım yerin dalandarından ehtiyat edirdim. Beləliklə buranı xətərsiz arxada qoyduq. Göy məscidin qarşısından ötəndə iki nəfər öz kəndlilərimizlə üzbəüz olduq. Onların Təbrizdə olmaqlarını sonradan bildim. Onlar Tehran qoşunları ilə mübarizə etmək üçün firqənin çağrışı ilə könüllü fədai dəstələrinə qoşulmuşdular. İndi isə avara, sərgərdan Təbriz küçələrində dolanırdılar. Mən onları görən kimi az olsa da yerimdə dayandım. Boynumun ardından dəyən tüfəng qundağından yerə sərildim.

Təbrizin hər tərəfindən güllə səsi eşidilirdi. Ara-sıra məsələsllərdən açılan Rəgbar şəhərini titrədirdi. Pis vəziyyətdə Kərimxan meydanına yetişdik. Meydanda izdiham var idi. Hamı bir yerə toplaşmışdı. Onlar məni gətirən obaşları görən kimi hara çəkdilər. Bu anda cəmiyyət aralandı. Ortada bır cənazə göründü. Onu təzə şikar edib öldürmüşdülər. Cənazə qan içındə idi. Yanına düşmüş kepisindən mühacirə oxşayırdı. Məni cənazənin yanına itələdilər. Cənazə adlandırdığım adam hələ ölməmişdi. Mən onun qırmızı qanlar arasında bədəninin titrəməsini görürdüm. Ətrafına cəm olmuş obaşlar isə öz daş qəlbi və qan çanağına dönmüş gözləri ilə bu müdhiş can vermək mənzərəsinə eştyaq ilə tamaşa edirdilər. Dövrəyə yığılmış adamların əksəriyyəti silahlı idi. Mən cənazənin yanında ayaq üstə dayanmışdım. İndi ömrümdə illər, aylar, günlər, dəqiqələr yox, saniələr hesab olunmalı idi. Qəlbim nifrətlə dolu idi. Dövrəmi almış obaşlar əllərindəki tüfəngin gələn gedəhənini çəkib lüləsini mənə tərəf tuşlamışdılar. Mən daha ölümümü gözümün qabağında görürdüm. Bu anda öz- özümə fikirləşdim: «Mən öləcəyim. heç olmazsa öz nifrətimi bunlara bildirmək üçün qəlbimdəki sözləri bu obaşlara deməliyəm». bu fikrin içində idim, dövrəmdəki adamlardan bır səs gəldi:

– And olsun Həzrət Əbülfəzin düşən qollarına, hər kəs onu vursa mən də onu vuracağam deyib, əlindəki tüfəngin çaxmağını çəkdi. Səs gələn tərəfə baxdım. Orta yaşlı bir kişi idi. Əynində qırışıqlı qədimdəki pasbanların paltarları var idi. Bu Milli Hökümətdən qabaq xidmət edən pasbanlara oxşayırdı. Mənə tərəf gəlib bir qolunu boynuma saldı. O biri əli ilə tüfəngi obaşların üstünə tutub «heç kəsin bunu vurmağa haqqqı yoxdur, Bu adam günahkardırsa onu kəlantirəyə təhvil verməliyik, dedi. Pasban məni qucaqlamışdı. O mənə baxıb deyirdi:

– Qorxma, səni güllə ilə vursalar gərək məni də vursunlar.

O məni obaşların içındən çıxarıb kəlantirəyə aparmaq istəyirdi, amma pasbanın qabağın kəsmişdilər. Mən onu tanımırdım. O da məni tanımırdı. Qanun pərəstlik hardan onun qəlbinə qonmuşdusa bilmirdim. Bu, obaşların içındə nadir bir adama oxşayırdı. Məni aradan çıxartmaq istəyirdi. Başqaları isə bir əlimdən tutub pasbanın əlindən almaq istəyirdilər. Bu anda o əsəbani olub mənim əlimdən tutub geriyə çəkənlərin üstünə qışqırdı. -«Mən gərək bu adamı kəlantərə təhvil verim» deyib, tüfəngini onlara tərəf tutdu. Nə isə mənim xilaskarım qalib çıxdı.

Kəlantiridə məni boş kiçik bir otağa salıb qapısını bağladılar. İndiyə qədər tüfəng, təpik, yumruq zərbələrinin ağrısını hiss etməin canımın indi hər tərəfi ağrımağa başlamışdı. Boynumun ardına vurulan tüfəng qundağının ağrısı məni əldən salmışdı. Boynum hər tərəfə dönürdüsə sancısı amanımı qırırdı. Yavaş-yavaş bu salonun divarına söykənib quru yerdə uzandım. Fikir edirdim. Vaxtında öz canımı bu mərəkədən qurtarmadığım üçün peşiman deyildim. O zaman mənim iyirmi üç yaşım olsa da mübarizə yollarını yaxşı tanıyırdım. Özümü belə günlərə hazırlamışdım. Bu mənim birinci imtanım idi….

Nəzmiyyə zindanında

….. Mən iyirmi üç gun Nəzmiyyə zindanında hərəkətsiz qalan bədənimin, əsəbləri açılsın deyə iri addımlarla həyətin bu başından o başına addım atırdım. Burda tanıdığım adamlar çox idi. Hələ heç kimlə görüşməmişdim. Qarşıma çıxan birinci adam «Səməd Səbahi» idi. O Milli Hökümətin milli teatrının həm rəhbəri, həm də rejissoru olmuşdu. Biz görüşdük. birlikdə gəzməyə başladıq. Birinci sualım bu oldu:

– «Balaş Azəroğlu»dan, «Əli Tudə»dən xəbərin varmı?

– Əli Tudənin Culfaya tərəf getdiyindən xəbərim var, amma Balaş Azəroğlundan xəbərim yoxdur.

– «Gəncəli Səbahi»dən necə?

– O hələ girə keçməyib.

Səməd Səbahi də o taydan gələn mühacirlərdən idi. O Gəncə şəhərində yaşamış, aktyorluq məkətəbini qurtarıb orda da səhnəyə çıxmışdı. İstedadlı aktyor olduğuna görə İrana gələndən sonra Təbriz teatrında rejissorluq vəzifəsində işləmişdi. Milli hökümət təşkil olanda Azərbaycan teatrının rəhbəri olmuşdu… Sürgün

….. 1326-cı ilin xordad ayı idi. Havalar qızmağa başlamışdı. Zindanın vəziyyəti getdikcə ağırlaşırdı. Zindanlardan azad olan yox idi. Bəlatəklif qalanlar getdikcə darıxırdılar. Bunu hamının qiyafəsindən oxumaq olurdu. Heç kəsin öz gələcək taleyindən xəbəri yox idi. Saatlar, günlər ötdükcə bəlatəklif qalan dustaqlar gözlərini zindan qapısına dikib, öz adlarının səslənməyini gözləyirdilər. Zindana isə sükut çökmüşdü. Fəqət dar ağacının altına gedənləri seçib dustaqlardan ayırırdılar. İki gün qabaq «Əjdər» adlı bir nəfəri də edam etdilər. O Milli hökümətin intizamlı əfsərlərindən idi. O da «Qulamrza Cavidan» kimi şəhadəti qəbul etdi.

Günortadan qabaq idi. Dustaqların əksəriyyəti həyətdə idilər. Bəziləri dıvarların kölgəsində həlqə vurub söhbət edirdilər. Bəziləri isə havanın istisinə baxmayaraq qədəm vururdular. Bu zaman həyətin o başında olan qapı açıldı, bir neçə nəfər içəri daxil oldular. Adları çağıran adamın onların arasında olduğuna görə təzə bir xəbərin olduğunu gözləyirdilər. Adlar bir-bir oxunmağa başladı. Zindanın otaqlarında olanlar da həyətə gəldilər. İndi hamı üzünü qapyıa döndərib gözləri adları çağıranın ağzında qalmışdı. Adları çağırılanlar çox idi. Adlar qurtaranda dedilər:

– Şeylərinizi bağlayıb hazır olun. Günortadan sonra burdan azad olacaqsınız.

Bu məsələ adları oxunmayanların da sevincinə səbəb olmuşdu. Çünki onlar da bilirdilər ki, bir təhvil vücuda gəlmişdir. Onların da bu gün sabah təklifləri aydınlaşacaqdır.

Zindanda böyük bir həmhəmə vücuda gəlmişdi. Adları çıxanlar günorta olmamışdan şeylərini sahmana salmağa başlamışdılar. Adı oxunanların içındə mən də var idim.

Bir qayda olaraq azad olan dustaqları Nəzmiyəyə aparıb orda soxənranlıq edirdilər. Dustaqlara dəlil nəsihət deyirdilər ki, daha dövlətin qarşısında cəsarət etməsinlər. Biz bunları eşidib bilirdik. Özümüzü Nəzmiyyəyə getməgə hazırlayırdıq, amma indi vəziyyət ayrı bir mövzudan xəbər verirdi. Bu zaman yaxındakı binadan bir sərvan çıxıb bizə tərəf gəlməyə başladı; amma biz səhv edirdik. Sərvan səfin əvvəlində dayanıb, hamının heyrəti içində birinci dustağa bir sillə vurub dedi:

– Sən şahənşahın üzünə ağ olub Azərbaycanı İrandan ayırmaq istəyirdin?

Sərvan bu sözləri farsca deyirdi. Üzünə sillə vurulan dustaq Sərvanın zərbəsindən ğafil olduğu üçün iki addım dalıya çəkildi. Sonra üzünü səfədə dayanan dustaqlara tutub ucadan fəryad çəkdi:

– Mən indi siz «mühacir», «mətəcasir»lərə göstərəcəyim.

Biz hələ indiyə qədər bu əlli üç nəfərin hamısının mühacir olduğunu bilmirdik. Bız elə bilirdilər ki, bu guruhun içində hər cür adam var. İndi bunların seçilmiş mühacir olduqlarını dərk edirdik. Sərvan ikinci dustağın qarşısında dayandı və «sən bilmirsən ki, İrana şahənşah hökməranlıq edir?», deyib, bir sillə də ona vurub, üzünə tüpürdü. Səfdə dayanan dustaqların arasında vəlvələ düşmüşdü. Hamı narahat idi. Sərvan üçünçü zindanının qarşısında dayananda dustaq bir addım qabağa yeriyib yumruqlarını mahir boksiorlar kimi sərvanın gözləri qabağında tutub uca səslə dedi:

– Mən azərbaycanlı balasıyam. Ölməyimə hazır olaram, amma təhqiri qəbul etmərəm. Kişisən əlini yuxarı apar!

Sərvan dayanıb orta yaşlı bu mühacirin üzünə baxırdı. Səfdə dayanan mühacirlərin gözlərində təbəssüm oynayırdı. Sərvan neçə saniə yerində quruyub qaldı. Nəhayət amadə halında dayanan silahlı əsgərlərə başı ilə işarə elədi. Əsgərlər gəlib cəsarətli mühaciri qollarından tutub səfədən çıxarıb apardılar. Dustaqların dayandıqları səfədən bir az aralı iki böyük otobus dayanmışdı. Bayaqdan heç kimin nəzərini cəlb etəməyin bu otobuslar indi hamının nəzərini cəlb edirdi. İndi onlar bilirdilər ki, bu maşınlar onları gözləyir, amma məqsədi heç kim bilmirdi. Bir az sonra sərvan binadan xaric olub səfə doğru gəlməyə başladı. O tək tənha gəlirdi. Yanında heç kim yox idi. Sərvan əsgərlərin guruhbanına işarə edib öz tərəfinə çağırdı. Guruhban qaça- qaça özünü ona yetirdi. Onun bir əli qulağının dibində idi. Sərvan ona dəstur verib özü yenə də zindan idarəsinə qayıtdı. Guruhban dustaqlara tərəf gəlib onları bir az aralı dayanmış otobuslara tərəf hidayət etdi. Əlli üç nəfər dustaq mühacir bu minval ilə iki yerə təqsim olub, bu iki otobusa mindilər. On dəqiqədən sonra özü ilə altı ya yeddi jandarm gətirdi. Bizi bu jandarmlara təhvil verdilər. Yarım saatdan sonra otobuslar hərəkət elədilər. Hələ bizi hara apardıqlarını bilmirdik, amma onların bizə verdikləri vədlər düz olsaydı, yaxud azad etmək xəyalları olsaydı, gərək Nəzmiyyəyə aparıb ordan bir başa azad elədilər. Otobuslar zindan dərvazasından çıxıb şəhərə tərəf yox, zindanın arxasına tərəf hərəkət etməyə başladı. Zindanın arxası boyaban idi. Dustaqlar təəccüb etməyə başlamışdılar. Bizi hara aparırlar? Bu sual hamının fikirini məşğul etmişdi. Nəhayət dustaqlar karvanı Təbrizin qurtaran yolu ilə gedib Şərq tərəfdə Tehran caddəsinə çıxdı və Tehrana tərəf yollandı….

Didərginlik

….. Azərbaycan kəndlərində vəziyyət daha da ağırlaşırdı. Milli hökümətin aradan getməsi kənd ərbablarının əl-qollarını açmışdı. Onlar ac qurdlar kimi kəndlərə soxulub, kəndliləri soymağa başlamışdılar. Ərbablar, Milli hökümətin kəndlilərə keçdiyi malikanə bəhrəsini yenidən neçə bərabər almağa can atırdılar. Dövlət jandarmları fədailərin yerini tutub, ərbabların arxasında dayanıb, kəndliləri soyurdular. «Sarab»ın «Alanbərağuş» mahalının ərbabları: Bahadirilər, İskəndərilər, Hüseynxanlar, Sərdarxanlar, yenə də qoyun, quzu, toyuq və s. Vergilərini bir qanun kimi kəndlilərin boynuna qoyurdular. Əhvalatı belə görən kəndlilər canlarından bezib, şəhərlərə, başlıca olaraq Tehrana axışmağa başlamışdılar. İndiyə qədər öz alın tərləri ilə ölkənin əkin işlərini qaydaya salan kənd zəhmətkeşləri, öz yurd- yuvalarını tərk etəməyə məcbur olmuşdular…

Tehranda

….. Əlborz sıra dağlarının qoynunda yerləşən Tehran şəhəri, boynu çiynində qalmış müflis dilənçilərə oxşayırdı. Tehran, iki il bundan əvvəl tərk etədiyim həmən şəhər idi. Xiyabanlarda axıb gedən insanlar istəkli bir şeyini itirımiş adamlar kimi o yana- bu yana qaçırdılar. Onların alınlarında olan qırışıqlardan, gözəlrindəki vəhşəti, baxışlarından isə bir dərdə mübtəla olduqlarını anlamaq olurdu; amma bir təzəlikdə nəzərimi cəlb edirdi; o da bir forumda olan minik maşınlarının xiyabanlarda axışmasyaydı. Bu maşınlar tanıdığım taksilər kimi deyirdilər. Sonra öyrəndim ki, Qacar nəslindən olan Fəxrəldulə adlı bir xanm neçə yüz ədəd bu təzə taksilərdən ilk dəfə olaraq xaricdən vared etmişdir.

İki ildən sonra yenə Tehran küçələrində iş axtarırdım. Faşizmin dünyada yaratdığı müharibə yenicə qurtarmışdı. Bir il idi dünyada top, tüfəng səsi eşidilmirdi. Müharibədən zərər görmüş ölkələr yenidən quruculuq işlərinə başlamışdılar. İranda da başlıca olaraq Tehranda qədim dairə olan karxanaların çoxu qapılarını bağlamış, sadirat və varidatın olmadığından kəsadlıq və işsızlik vücuda gəlmişdi. Çörəkçi dükanlarının önündə səfələrin sayı getdikcə artmaqda idi. Hər bir azərbaycanlı Tehrana vared olan kimi çiyninə bir sandıq portaqal alıb, onu dənə- dənə satmaqla məşğul olurdu. Tehran doğrusu üstü açıq bir məzara bənzəyirdi…

İş axtarışında

….. Mən iş dalınca dolanırdım. O zamanlar Tehranda olan «çitsazi» karxanası təzə tikilib, işə başlamışdı. Eşitdiyimə görə orda kargər qəbul edirdilər. Ona görə də özümü hazırlayıb, sabahı günü çitsazi karxanasına getdim. Orda mənim kimi işsız adamların sayı həddindən artıq idi. Belə gördükdə bir az əl- ayağım soyudu, amma çarəm yox idi. Məcbur olub dözməli oldum. Bir azdan sonra kargərlər arasında anket payladılar; hamə gərək onu doldurmalı idi. Mən anketi dolduranda «anadan olduğun yer» sualına cavab yazmalıydım. Sicillimdə «Bakı» yazılmışdı, amma Bakı sözünü yazmağa əlim gəlmirdi. Bilirdim ki, bu söz onları ildırım kimi çalacaq. Ona görə də Bakı sözünün yerini boş qoydum. Anketin altını imzalayıb amadə etdim. İzdiham o qədər çoxalmışdı ki, növbənin mənə çatmağını güman etmirdim. Elə də oldu. O gün saat 3-ə kimi gözlədim. Növbə mənə yetişmədi. təsmim tutdum sabah səhər tezdən karxanada hazır olam. Ertəsi gün səhər tezdən gəlib özümə yer tutdum. Gün ortaya yaxın dəfətərə vared oldum. Doldurduğum vərqəni təqədim etdim. Məsul karmənd vərqəni oxuyub, başını qovzadı:

  • Nə üçün doğulduğun yerin adını yazmamısan?

O məndən cavab gözləməyib dedi:

  • Sicillini ver mənə!

Mən naümıd ola- ola dedim:

  • Buyurun.

O sicillini məndən alıb vərəqlədi:

  • Sənki «Badkübə» də anadan olubsan. Biz iranlı işə qəbul edirik.
  • Mən də iranlıyam. Azərbaycanlı.

O qaşlarını düyünləyib dedi:

  • Siz «mühacir»siz!

Qapıda dayanan mamura işarə etdi. Mamur gəlib qolumdan tutub eşiyə çıxartdı. Beləliklə bir dünya ümid bəslədiyim arzularım havaya döndü. Yenə də dünənki mübarizə yollarım gözlərimin önündə cilvələndi. Yolumun haqq olduğuna bir daha iman gətirdim. Düşünürdüm, nə qədər koruşların, daraların, Məhəmmədrza kimitör- töküntüləri varsa, İran və Azərbaycan xalqlarına şən həyat, rifah imkanı olmayacaqdır. Yolları işıqlandıran yalnız mübarizədir…

Yenə təhqir, yenə əziyyət

….. Azərbaycan nehzətinin qürubundan sonra İranda xüsüsən Tehranda siyasi, ictimai vəziyyət ağır və dözülməz olmuşdu. Fars şovenistləri türkləri görəndə onları acı gülüşlərlə qarşılayırdılar. Azərbaycanın şəhər və kəndlərindən axıb gələnlər Tehranın cənubunu – «Cəvadiyə»ni, «Nazyabad»i doldurmuşdular. Başqa dillə desək azərbaycanlıların divarları aşağı gəldikdə, şovenistlərin divarları yuxarı qalxıb ucalırdı. Dərbarın havadarları könülləri istəmədiyi adamları «mətacasər» adı ilə təhqir edirdilər.

Hələ yüz il bundan əvvəl orta Şərqdə, məsəli olmayan Məşrutə qiyamını yaradan, Azərbaycanın qəhrəman oğlu Səttar xanın qaldırdığı bayrağın altında ləyaqətsiz Qacar şahlarının taxt- tacını lərzəyə salan, Şeyx Məhəmməd Xiyabaninin azadstan şüarının altında aparılan mübarizə nəticəsində İran irtica hökmranlığının ayağını bir il təmam Azərbaycandan kəsən, 1324- ci ilın 21 azərində S. C. Pişəvərinin rəhbərliyi ilə yaratdığı Milli hökümət, azadlığın, islahatın nə olduğunu nəinkı Azərbaycana, hətta bütün dünyaya bildirn bir qəhrəman xalqın övladları, indi Tehran şovinistləri tərəfindən müxtəlif şəkillərdə təhqirlərə, əziyyətlərə məruz qalırdılar.

Azərbaycan nehzətindən sonra Rzaxanın oğlu Məhəmmədrza Amerikadan aldığı qalibiyyət nişanın sinəsinə taxaraq özünü İskəndər kimi Fateh hesab edirdi. Yaltaq mətbuatçılar «Arya mehr» adını bir medal kimi şahın yaxasına yapışdırmağa hazırlaşırdılar. Dərbarın dövrəsində qarınlarını piy basmış ləqəb sahibləri, səltəntin payələrini möhkəmlətməkdə idilər, amma sabahkı başlarına gələcək qəza- qədərdən xəbərləri yox idi. İran və Azərbaycan xalqının dözümü olsada, köhnə şahlıq üsulunun eybəcərlikəlrinə qarşı nifrətini öz qəlbində yaşadırdı…

Qaynaq: «Gümüşü pencək» – nəşr Fıruzan – 1387 və çap olunmamış xatrələri (Eldar Muğanlı)

Facebook
Telegram
Twitter
Email