آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycanla Ermənistan arasında baş verənlər mövzusundan uzaq olanlar üçün vacib faktların qısa məcmuəsi.

Oktyabr 1827: Rusiya İmparatorluğu Azərbaycan İrəvan Xanlığını özünə birləşdirir və Çar I Nikolayın 21 mart 1828-ci il tarixli fərmanı ilə bu ərazidə yeni Erməni Rayonu ( Армянский Район) yaradılır. İrəvan erməni miqrasiyasının mərkəzinə çevrilir, İrandan və Osmanlı İmperiyasından olan ermənilər buraya köçürülür.

29 May 1918: Antanta üzv dövlətlərinin təzyiqi altında Azərbaycan parlamenti Azərbaycanın İrəvan şəhərini Ermənistana vermək məcburiyyətində qaldı.

1918-1920: Ermənistan hökuməti azərbaycanlıları ata-baba yurdlarından qovmaq məqsədi ilə Zəngəzurda etnik təmizləmələr aparır. Andranik və Njdenin rəhbərliyi ilə Azərbaycan əhalisinin bir qismi məhv edilir və bir qismi qovulur. O zamanın avropalı jurnalistlər belə Zəngəzurda mülki şəxslərin öldürülməsini qeydə aldılar.

1 dekabr 1920-ci ildə Moskva rəhbərliyinin qərarı ilə Azərbaycanın Zəngəzur bölgəsinin böyük hissəsi Ermənistana verildi.

18 fevral 1929-cu ildə Moskvanın qərarı ilə 657 km2 ərazisi olan Naxçıvan yaşayış məntəqələri olan Gurdbulaq, Horadiz, Ogbun, Almalı, Itgıran, Sultanbəy, Garsevan, Kilid, vs., habelə Zangilan rayonunun Nuvədi kəndi və Qazax rayonunun 4400 hektar meşə ərazisi Ermənistana verilir.

1930 il : Moskvanın qərarı ilə Aldar, Lekvaz, Astazur kəndləri və Naxçıvanın digər yaşayış məntəqələri Ermənistana verildi və onların əsasında Meqri rayonu yaradıldı.

1938 il: Moskvanın qərarı ilə Naxçıvanın Sədərək və Kərki kəndlərinin bir hissəsi Ermənistana verildi.

1947-1953: SSRİ rəhbərliyinin qərarı ilə 150 min azərbaycanlı Ermənistanda kompakt yaşayış yerlərindən Azərbaycana köçürüldü.

1969 ik: Moskvanın qərarı ilə Laçın rayonunun Qaragöl kəndi, Qubadlı rayonunun Çaisemi kəndi, Qazax rayonunun Kəmərli kəndinin ərazisi, Kəlbəcər rayonunun Zod ərazisi Ermənistana verildi.

1982 il: Moskvanın qərarı ilə İncədərə ovası, Qazax rayonunun Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin bir hissəsi Ermənistana verildi.

1986il : Moskvanın qərarı ilə Qazax rayonunun 2500 hektar ərazisi Ermənistana verildi.

25 dekabr 1988: Bütövlükdə Azərbaycan torpaqları üzərində yaradılmış Ermənistandan 250.000-dən çox azərbaycanlı əhalisinin deportasiyası başa çatdı.

18 yanvar 1990: Erməni silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal edir.

8 Avqust 1991: Ermənistan hökuməti son Azərbaycan kəndi Nuvədini dağıdır. Kəndin dinc əhalisi döyüldü və Ermənistandan qovuldu.

25-26 fevral 1992-ci il tarixlərində Rusiya silahlı qüvvələrinin 366-cı motoatıcı alayının dəstəyi ilə erməni silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara soyqırımı törətdilər və uşaqlar, qadınlar və qocalar daxil olmaqla 613 dinc sakini öldürdülər.

Rusiyanın hərbi, siyasi və maliyyə dəstəyi ilə erməni silahlı birləşmələri 8 may 1992-ci ildə Şuşa şəhərini, 18 may 1992-ci ildə Laçın, 2 aprel 1993-cü ildə Kəlbəcər və 23 iyul 1993-cü ildə Ağdamı , 23 Avqust 1993 – Füzuli, 23 Avqust 1993 – Cəbrayıl, 31 Avqust 1993 – Qubadlı, 29 Oktyabr 1993 – Zangilan rayonlarını işğal etdilər

1991-1994-cü illərdə Azərbaycanın əraziləri – Dağlıq Qarabağ və ona bitişik 7 rayon işğal edildi: Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli.

Hal hazırda şanlı Azərbaycan ordusu itirilmiş və işğal olunmuş torpaqlar uğrunda savaş aparır

Facebook
Telegram
Twitter
Email