“Dil” jurnalı
(Bu jurnal mətbuat Azadlıq Cəbhəsinin üzvu olmuş)
Tarixi bir sənəd
Aəzərbaycan üsyanı İranın üsyanıdır.
Azərbaycanın qiyamı dörd illik mürtəce İran dövlətlərinə və habelə Sədrüləşraflar hökümətinə qarşı bir reaksiyadır. Məşrutə inqlabının təməli bu müqəddəs hərəkatın vasitəsilə möhkəmləşidiyi üçün İran xalqı demokratiyanın qoxusunu hiss edəcək.
Mürtəcelər və xainlər öz məkirli düşüncələrini yayaraq Azərbaycanın azadlıqsevər xalqını ləkələməklə, Səttar xanların, Xiyabanılırin ocağını kor etmək istəyirlər. Onlar sonsuza qədər parlamenti, dövləti bir ovuc talançıların və oğruların meydanına çevirəmık istıyirlər. Biz bu vasitə ilə hər bir sinif yaxud təbəqədən olan mürtəce və xaninlərin əməllərinə dərindən nifrət edirik. Bu hərəkatı və ondan yaranan milli məclisi ümum İran xalqına təbrik deyirik. Son olaraq qeyd edirik ki, Azərbaycan məsələsi azərbaycanlıların özləri tərəfindən həll olunmalıdır. Onlar ki, bu müqəddəs işdə təhdid və qorxu ilə əcnəbilərin müdaxilə etməsini istəyir və bu yolla lillənmiş sudan balıq tutumaq fikrində olduqlarını bəyan edirlər. Demək qardaş qırğını salmaqla bu altı min illik ölkə tarixini dağıtmaqla İran məşrutə inqilabına xəyanət edirlər. Bunlar İranın azadlıq və xoşbəxtliyinin düşənləri sayılır.
Karlar və Lallar məktəbinin müdiri Bağçaban
“Dil” nəşriyyəsinin baş məqaləsi
Müəllif: Karlar və Lallar məktəbinin müdiri Bağçaban
1-ci say tarix: Aban ayı 1324-ci günəş il