Tarixi, mədəni və strateji şəhər olan “Şuşa” azad olundu
Bu gün Azərbaycan Respublikasının prezidenti Elham Əliyev televiziya ilə müraciətində Dağlıq Qarabağın strateji mərkəzi olan Şuşa şəhərinin 28 il Ermənistan işğalından sonra azad olunduğunu elan etdi.
O, Keçmiş Azərbaycan prezidenti Heydər Əliyevin məzarıni ziyarət etdikdən sonra şhidlər xiyabanında Xalqa müraciət edərək edmişder: – Bu gün Azərbaycan tarixinin ən mühüm günu hesab edilir. Bizim taximizdə Şuşa şəhəri özünəməxsus yer tutur. Bu şəhər Azərbaycandan əlavə Qafqaz məntəqəsinin incisi sayılır.
Azərbaycan Prezidenti Şuşanın Azərbaycan Respublikası tarixindəki xüsusi yerinə toxunaraq əlavə etdi: “Düşmən bu şəhəri işğal etməklə mədəni irsimizə ciddi ziyan vurdu, tarixi abidələrimizi, o cümlədən məscidlərimizi dağıdaraq təhqir etdi, lakin biz Şuşaya qayıtdıq. Bütün məscidləri və tarixi abidələri bərpa edəcəyik. “
O, Qarabağ qələbəsində ən mühüm amil Azərbaycan Respublikasının Beynəlxalq səviyyədə qazandığı nailiyyətlə bağlı olduğunu bəyan etməklə yanaşı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həll olmasını da vurğuladı.
Azərbaycan Prezidenti Əliyev, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamenti də daxil olmaqla bütün beynəlxalq qurumların Dağlıq Qarabağı Azərbaycan Respublikasının bir parçası olaraq tanıdıqlarını və Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli qətnamələr qəbul etdiklərini də qeyd etdi.
Çıxışının başqa bir hissəsində əlavə etdi: “Bu illər ərzində Azərbaycan Respublikası bir çox ölkələrlə, xüsusən də bütün qonşu ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan dostluq əlaqələri qurdu.” Azərbaycan Respublikası İndi də qonşu ölkələrlə ikitərəfli və üçtərəfli qarşılıqlı münasibətlər çərçivəsində əməkdaşlığı inkişaf etdirir. Ona görə də bu münasibətlər beynəlxalq səviyyədə ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə səbəb olmuşdur.
Şuşa şəhərinin azad edilməsi Azərbaycanın şəhər və kəndlərində sevinc dalğası yaratdı. Qadinla,kişilər və xüsusilə gənclər Azərbaycan bayrağını əldə tutuaraq “Qarabağ Azərbaycandır” şüarı ilə küçələrəaxışaraq bu qələbəni bayram etdilər. Şuşaşəhəri 1752-ci ilə Pənah Əli Xanın göstərişi ilə Qarabağ bölgəsində yaradıldı. Bu şəhər müxtəlif tarixi binalarla zəngindir. Bu şəhər Azərbaycanın bir çox elm və mədəniyyət xadimlərinin doğulduğu məkandır. Bu səbəbdən hər bir Azərbaycanlı üçün özünəməxsus mövqeyə sahibdir.
Şuşa Azərbaycanın ən mühüm tarixi və mədəni şəhərlərindən biri olmaqla yanaşı bölgədəki xüsusi coğrafi mövqeyinə həmçinin Qarabağın ən böyük şəhəri və mərkəzi olan Xankəndi Yolu üzərində yerləşməsinə görə strateji əhəmiyyətə malikdir.
Bu şəhər 8 may 1992-ci ildə işğalçı erməni oldusu tərəfindən işğal edilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu sentyabrın 27-də Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi üçün başladığı əməliyyat nəticəsində Şuşa daxil olmaqla beş şəhər, üç qəsəbə və 220-dən çox kənd azad edildi.
Azərbaycan Demokrat Firqəsi bu böyük qələbə münasibətilə Azərbaycan Respublikası Hökümətini və xalqını təbrik edir. ADF, Azərbaycan ordusunun bu təcavüzü dəf etməsinə və düşmən qüvvələrinin beynəlxalq səviyyədə tanınmış sərhədlərə geri dönməsinə və bölgədə davamlı bir sülhün bərqərar olmasına ümid edir.