آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

21 Azər hərkatının il dönümü münasbtilə təşəkil olan yığıncağın bəyanatı

Azərbaycan xəlqı məşrutə inqlabından sonra 2-ci dəfə ayağa qalxdı. Azərbaycanda muxtar bir milli hökumət yarandı. Bu hökumət bir il ərzində böyük siyasi, ictmai və iqtsadı islahatlar həyata keçirdi. İran tarixində bu islahatlar ilk dəfə hayata keçirilən islahatlar idi. Bu dövr Azərbaycanın milli dili rəsmi dilə çevrildi. İbtdai məktəbdən başlayaraq alı məktəbə qədər təhsil Azərbaycan dilində aparıldı. Dövlət idarələrində Azərbaycan dili işləməyə başladı. Azərbaycanda ilk dəfə olaraq dövlət universiteti yarandı. Dövlət teatri və dövlət flarmonyası işə başladı. İlk dəfə olaraq Azərbaycan kəndlisi pulsuz torpaq payı aldı. Yeni tibb mərkəzləri açıldı. Kimsəsiz uşaqları himayədarlığa götürən xeyriyyə mərkəzləri yarandı. Şəhərlərin abadlaşdırılması və küçələrin döşəməsinin dəyişdirilməsi sahəsində geniş miqyaslı iş aparıldı. Azərbaycanda əmin-amanlıq həkəm sürdü.

Bu islahatlar elə bir şəraitdə aparıldı ki, Tehran hökuməti Azərbaycanı mühasirəyə almışdı. Sərhəd böyunca yerləşən ərazilərdə şah qoşunları və feodal xanların silahlı dəstələri fədai dəstələrinə qarşı arası kəsilməz silahlı əməliyyat həyata keçirirdilər. Bütün bu provakasıyaya baxmayaraq Azərbaycan əldə etədiy nailiyyətləri bacarıqla qoruyurdu.

Azərbaycan yenə də İranda azadlıq, demokratya, milli müstəqillik uğrunda gedən mübarizənin ön səngərinə çevərilmişdi. Zülm və əsarət altında yaşayan xalqlər Azərbaycana ümid bəsləyirdilər. İranın mütərəqqi ziyalıları Azərbaycana müraciət edirdilər ki, Tehranın azad edilməsi üçün tədbir görsün. Həmin ziyalılar S,C, Pişəvərini, S,Padiganı, Ə,Şəbüstərini mütərəqqi vətənpərvər şəxsiyyətlər kimi qimətəlndirirdilər. S,C,Pişəvərinin başçılıq etədiy nümayəndə heyətinin Tehrana gəlməsi böyük bir bayrama çerildi. Minlərlə şəhər ahalisi təyyarə meydanına axışdılar və Azərbaycan nümayəndə heyətini “gəlin bizə də nicat verin” şüarı ilə qarşıladılar. Tehran doğorudanda hər şeyə hazır idı. Lakn 2-ci dünya müharibəsindən sonra baş verən hadisələr İranın, ümumiyyətlə şərq ölkələrinin azadlığa çıxması imkanını aradan apardı. Sətarxanın rəhbərlik etədiy Azərbaycan məşrutə inqlabını Əmirxiz küçəsindən başlayaraq Təbrizə yaydı. Təbriz isə məşərutə inqlabını bütün İrana qaytardı. 40 ildən sonra həmin hadisə təkrar olundu. Lakn Azərbaycandan başlanan azadlığın İrana yaylmasının qarşısı alındı. Azərbaycan yenə də irticaçı quvvələrin covlangahına çevərildi. Həmin tarixdən 74 il keçir. Bu dövrdə İranda inqlabı mübarzə enişli-yoxuşlu yol keçədi. 1979-cu ildə baş verən 22 Bəhmən inqlabının nəticəsi olaraq şahlıq üsul idarəsi ləğv edildı. Yeni inqlabı hökumət iş başına gəldi. Xalqın əli ilə hakimiyyətə gələn siyasi quvvələr yenidən azadlıq və demokratyanı buğan quvvəyə çevirdilər. Xalq yenə də qanlı diktatura ilə uzəlşədi. Lakin ona təslim olmadı. Dünya miqyasında təcrid olan hakimiyyət eyni zəmanda İran xalqlərı tərəfindəndən də təcəridə məruz qaldı. Bu gün azadlıq və demokratya günün şüarına çevərilmişdir. Xalqlar öz milli hüquqlarını əldə etmək üçün geniş miqyaslı mübarzəyə qoşulmuşlar. Bu mübarzədə ahalinin bütün sinif və təbəqələrini özündə birləşədirir. Hakim dairələr zor işlətmək yolu ilə öz varlığını qorumağa çalışır. Bu yaxınlarda benzinin qimətinin ikı qat artması ilə İran ahalisinin əksəriyyəti öz etirazini bildirmək üçün küçələrə axışdılar. Rejim bu dəfə də qəddarcasına ahalinin etirazini yatırıb və bu faciəvı hadisə də bir çox insan hayatını itərdi. həməçənin quldur məmurlar vasitəsi ilə bir çox bank və məğazələrə zyan dəyədi. Minlərlə insan həbs edildi. Dünya ictmaıtı bu dəhəşətli hadisəni qınayaraq pislədı və beləliklə də rejimin təcərid dairə si daha da genişəlnədi.

Azərbaycan Demokrat Firqəsi rejimin bu vəhşi davranışını məhkum edrək, yığıncaq iştrakçılarına və habelə İran və xəsüsi ilə Azərbaycanın mübariz xalqına müraciət edir və inanır ki, 21 Azər hərəkatının qələbəsi ilə başlanan mübarzə daha da dərinləşəcək, azadlıq və demokratya bütün İranda bərqrar ediləcək.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

12.12.2019

Facebook
Telegram
Twitter
Email