آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Azərbaycanın Demokrat Firqəsi (Bitməmiş Azadlıq Layihəsi) dördüncü hissə

Dr.Hüseyn Yəhyai

Azərbaycan Milli Hökuməti mərkəzdən gələn ən ağır təzyiqin qarşısında müqavimət edirdi. Ölkədə baş verən hadisələri diqqət mərkəzində saxlayan bəzi ziyalı və jurnalısrlər öz düşüncələri əsasında onu təfsir edərək Azərbaycan milli hərəkatının müdafiəsinə qalxdılar. Çünki bu hərəkatın məqsədi Azərbaycanda jandarma və maliklərin zülmləri altında əzab çəkib, inləyən kəndliləri xilas etmək idi.

“Qiyame İran”(İran qiyamı) qəzetinin redaktoru Həsən Sədr bir məqaləsində belə yazırdı: “Azərbaycan hərəkatı bəşəriyyətə və zülm altında əzilən milyonlarla insanın qurtuluşuna əsaslanır. Azərbaycan Demokrat Firqəsi qaragündə olan Azərbaycan xalqına “ sizi bütün zülmdən, məhrumiyyətdən və təzyiqlərdən qurtaraçağıq” sözünü söyləyirdi. Ona görə də səfalət və məhrumiyyət alovu ilə yanıb-yaxılan insanlar ürəkdən bu çağırışı alqışladı (Qiyame İran, No 383 baş məqalə). “İran Partiyası” orqanı olan “Cəbhə” qəzetinin baş məqalə yazanı yazırdı: “ Azərbaycan hərəkatı tərəqqipərvər, islahatçı və azadlıqsevər bir hərəkatdır. Azərbaycanda Uşaq bağçaları, məktəblər, universitetlər, klinikalar, xəstəxanalar tikilir, yollar təmir edilir və asfaltlanır, xalqın təhlükəsizliyi qorunur, korrupsiya ilə mübarizə aparılır. Xalqın bilik səviyyəsini yüksəltmək üçün ADF çox çalışır. Azərbaycan Milli Hərəkatının rəhbərləri bilikli və əski azadlıq mübarizləridir. Hətta, hərəkatın düşmənləri də Pişəvari, Dr.Cavid və ya Şabüstəri kimi rəhbərlərinin pak və təmiz insanlar olduqları qənaətindədirlər. ( Cəbhə № 258, baş məqalə). Belə yazılar Tehran mürtəcelərinin narahatlığını daha da artırırdı. Halbuki, Tehranla uzun- uzadı danışıqlar milli hökümətin gördüyü işlərin sürətini azaltmışdı, Bu da getdikcə xalq arasında etimatsızlığa və ümidsizliyə yol açırdı. Mərkəzdə oturanları yerli mürtəcelərlə birlikdə necə öz hiyləgər siyasətlərini həyata keçirmək üçün plan cızaraq Azərbaycana hücum etmək üçün zəmin hazırlayırdılar. Qəvam öz hiyləgər siyasətini icra etmək üçün hiyləgərliklə özünü yalançı azadlıqsevər şüarları altında gizlədərək adamlarını və mürtəce şəxsləri “İran Demokrat Partiyası” nda toplayaraq Azərbaycana hücum planını gerçəkləşdirmək istədi. Bu arada Qəvam hökuməti ilə Azərbaycan milli hökuməti arasındakı müqaviləni həyata keçirmək üçün hər iki tərəfdən təzyiq davam etdi. Bu üzdən Pişəvəri deyirdı: “Qazanılmış azadlıqların leqallaşdırılması və bütün İrana yayılması Azərbaycanı güzəştə getməyə və fikir ayrılıqlarının qarşısını almağa məcbur edəcək” (24 sentyabr 1946-ci il Pişəvərinin firqə fəalları arasında çıxışı)

Azərbaycan Mılli Hökumətinin təmsilçiləri mərkəzi hökumətin nümayəndələri ilə sonuncu görüşlərində nail olduqları bəzi hüquq və imtiyazlarını mərkəzi hökumətə güzəştə getdilər, bu da sonrakı günlərdə xoşagəlməz nəticələrə gətirib çıxartdı. Onların ən önəmlısı Zəncan bölgəsinı mərkəzə təhvil verilməklə başladı, bu üzdən də firqə qüvvələri oradan çıxarılmalı oldu. Bu bölgə 600 nəfərlik bir mühafizə qüvvəsinə zəmanət edildi. Bu mühafizə qüvvəsinın 300 nəfərini Tehran və 300-ü isə Fədai qüvvəsi tərəfindən təyın edildi. Eyni halda anlaşma əsasında Zülfüqari silahlılarının tərki-silah edilib öz yürdlarına qayıtmaları barədə razılığa gəlindi. Milli hökuməti əvəzləyən Azərbaycan Əyalət Əncüməni, oktyabrın sonuna qədər Zəncanı boşaltdı, bu hadisə isə Zəncan xalqının xoşuna gəlməyib və. məqbul sayılmadı. Bu üzdən də onlar mərkəzi hökumət ilə danışıqlar prosesindən çox qəzəblənərək, ardıcıl teleqramlarla firqə rəhbərliyinə öz narazılıqlarını bildirdilər. Azərbaycan Zəncanın mərkəzə təhvil verilməsi qarşısında Tikab (Tikan Təpə) və Sərdəşt bölgələrin öz ərazisinə qatdı. Bütün bu müddət ərzində Teymur Bəxtiyar Zülfügari silahlılarını müasir silahlarla tanış edib,öyrətməklə qətliam və cinayət üçün zəmin hazırlayırdı..

Ən ağır iqtisadi təzyiq altında olan Azərbaycan inanırdı ki, Milli Bank azərbaycanlı iş adamlarına olan borcunu ödəyəcək. Azərbaycanın o borcların qaytarılmasına ehdiyacı var idi. Lakin Qəvam borcu gələcəkdə ödəmək bəhanəsilə ardıcıl olaraq məsələni təxirə saldı. Müzakirələrdən Qəvamın aldadıcı və hiyləkarlığının göründüyünə baxmayaraq, Azərbaycan nümayəndələr gələcəyə nikbinliklə baxaraq inandı ki, Azərbaycanda geri dönməz dərəcədə azadlıq arzusu dərinləşərək kök salmışdır. Artıq onun cücərmış qollarını qurutmaq mümkün deyildir. ona görə də 15-ci parlament seçkiləri barədə düşünürdülər ki xalqın həqiqi nümayəndələrini azad seçkilər vasitəsi ilə parlamentə göndərib və şanlı 21- Azər bayramını qeyd edə biləcəklər.

Azərbaycan hələ də ciddi şəkildə müqavilənin həyata keçirilməsinə nikbin baxırdı, Fədailər vasitəsilə boşaldılan Zəncan və kəndləri mərkəzi hökumət tərəfindən müxtəlif şıvələrlə dəstəklənən Zülfüqarilərin və Yəminilərin silahlı qüvvələrinin hücumuna məruz qalaraq, talan edildi. Eyni zamanda, mərkəzi hökumət reportaj hazırlamaq üçün bir sıra özünə bağlı jurnalistləri Zəncana ezam etməklə firqənin fəalıyyətini araşdırıb tənqid etsinlər. Onlara tapşırılmışdı ki, yalan və tömət dolu reportaj hazırlasınlar. Bu raportajlar mürtəceləri qiyam və firqəyə qarşı cihad etmək dərəcədə təhrikedici olmalıdı.

1946-ci il noyabr ayının 21-də Zəncan fədai dəstələri silahlarının təhvil verilməsindən narahat olaraq uca səslə etiraz etdilər: “Silahlarımızı almayın, onların qeyrəti və namusu yoxdur, onlar cinayətkardırlar, sözlərinə sadiq deyillər, onlara etibar etməyin… Biz igidliklə azadlığımızı qorumağa hazırıq. “Bu yolda ya öləcəyik, ya da bir dəfəlik xilas olacağıq.(Azərbaycan qəzeti, No 361, 29 dekabr 1325,” Qanlı Zəncandan gəlirəm” başlığı ilə).

Fədailər Tehrandan ezam olan ordunun vəhşiliyinə yaxşı bələd idilər. Onların bu həbsi doğru çixdi. Azər ayının ilk günündən etibarən mərkəz ordusu Zəncan şəhərin kontrolunu ələ keçirtdi. Mərkəzdən gələn qüvvələr başqa ölkələri işğal edən ordu kimi Zəncan xalqı ilə davrandılar. Onlar taxıl gətirməsi bəhanəsi ilə şəhərə silah-sursat gətirdilər. Bunun məqsədi isə orada bölgə mürtəcelərin dəstəyi ilə cinayət və qətliam törətmək idi. Zəncan bölgəsinin təhlükəsizliyini qorumaq məqsədilə fədailərdən (300 nəfər) və hökumət jandarmalarından(300 nəfər) təşkil olacaq “mühafizə” adlı silahlı qüvvə anlaşması mərkəzi hökumət tərəfindən ilk gündən pozuldu. Milli hökumət dövrü günahkarlar, xalqın hüquqlarnı tapdalayanlar və Azərbacan Milli hökumətinə qarşı gizli şəkildə müxalifətdə olan qüvvələr, Tehranın himayəsi altında Zəncana qayıdaraq xalqa divan tutmağa başladılar. Habelə yoxsulluğun və sosial zorakılığın qurbanı olan və Tehran rejiminə xidmət edən şəxslər, iyrənc və bəzən çirkin əməllərinə şəhərin küçələrinə və xiyabanlarına çıxaraq cinayət törətmək üçün, öldürmək üçün firqə və ya milli hökumətin tərəfdarlarını axtarmağa başladılar. Bu cinayətkarlar vasitəsi ilə vəşicəsinə törədilən cinayətlər xüsusi icazə ilə Tehran ordu və komandanlığı tərəfindən dəstəklənirdi. Azər ayının ikinci günündə ordunun tank və topçular qüvvələri şəhərə girərək qubernatorluqdan tutmuş, dəmiryolu stansiyası, telefon və telegraf qovşağına qədər müxtəlif mərkəzləri işğal etdilər. Bu da sanki xarici bir ölkənin işğal olunmasını nümayiş etdirirdi. Qəvam yalan danışmağa davam edərək Tehrandan ezam olunan bir komandirinin (Polkovnik Bu İshəqi) sui-qəsdə məruz qaldığını iddia etdi. O, deyirdi ki, ərazidə təhlükəsizliyi qorumaq üçün hərbi vəziyyət elan etdik. Zəncanın vaxtında (14 Noyabr) boşaldılmaması üçün oraya qoşun göndərməli idik.(Dad qəzeti, № 890, 23 dekabr 1325, Qəvamın bəyannaməsinin bir hissəsi) Halbu ki, Bəzən firqə tərəfdarlarının evlərini yandırıb və özlərini küçələrdə çılpaq gəzdirib, onları döyürdülər. Bu təcavüz və soyğunçuluq Zəncan kəndlərində də davam etdi. lakin bu qanlı cinayətlər mərkəzi dövlət tərəfindən inkar edilirdi.

Qəvam və mərkəzi dövlətin Zəncana hərtərəfli hücum etməsi və orada törətdikləri vəhşət məqsədyönlu idi. Çünki, nəhayətdə onların məqsədi Azərbaycana və onun mərkəzi Təbriz şəhərinə qoşun yeritmək idi. Onlar qorxu, vəhşət törətməkdən məqsədləri Azərbaycan xalqı arasında bir növ pisixoloji müharibə aparmaqla firqə və milli hökumət tərəfdarlarında ruh düşkünlüyü yaratmaq idi. Qəvam 15-ci dövrənin seçki kompaniyasını qızışdıraraq deyirdi: “Məqsədimiz nizam-intizam yaratmaq və təhlükəsizliyi qorumaqdır. Bu üzdən də Tehrandan kifayət qədər Azərbaycana ordu quvvəsi göndərməliyik.” Qəvamın bu sözləri onu göstərirdi ki, Azərbaycana hərbi hücum etməyi çoxdan düşünürmüş. Artıq onun gözlədiyi fürsətin vaxtı gəlib çatmışdır. Hərbi hücumun qarşısını almaq üçün Azərbaycan valisi dr.Cavid telegeram vasitəsilə mərkəzlə Milli hökumət arasında imzalanmış müqavilənin mətnini Qəvama xatırladaraq dedi: “Azərbaycana ordu göndərməyə ehtiyac yoxdur. Biz özümüz seçki təhlükəsizliyini təmin edərik. Azərbaycana ordu göndərmək müharibə etmək elanı deməkdir. Azərbaycan əldə etdiyi öz qanuni haqqlarından vaz keçməyəcəkdir. Cənab Əşrəf Qəvam həqiqətən xeyirxahlıq etmək istəyirlərsə, onda Seçki Reqlamentinin 37-ci maddəsinə əsasən bölgəyə müfəttişlər göndərə bilərlər.( “Dad” qəzeti, № 897, 11 azər 1325-ci il, Əyalət Əncüməninin Baş nazırə telegeraması). Qəvam bu telegeramanı rədd etməklə Azərbaycan Əyalət Əncüməninin varlığını sual altına alaraq, yenə də Azərbaycana hərbi qüvvə göndərəcəyinə israr etdi. Hətta, hərbi qüvvələrin Azərbaycana göndərilməsinə şərait yaratmağı “Cavid”dən tələb etdi. Beləliklə Qəvam seçki bəhanəsi ilə bütün təchizatla öz hərbi qüvvəsini Azərbaycana göndərərək uzun müddət müzakirə nəticəsində milli hökumətlə Tehran arasında imzalanmış müqaviləni heçə saydı. Necə ki, Azərbaycan Milli hökumətin nümayəndələri Tehrana daxil olarkən onları qarşılayan Azərbaycanlı zəhmətkeşlər “Ayıq olun, onlara inanmayın” sözlərini söyləmişdilər, elə oldu!

Mərkəzdən göndərilən silahlı qüvvələrin Zəncandakı davranışları bir tərəfdən müqaviləyə sadiq qalan Azərbaycanı çətin vəziyyətdə qoydu, digər tərəfdən də Azərbaycan xalqının azadlıq hərəkatını yatırmaq niyyəti güdürdü. kütləni hərəkətə gətirmək üçün və fədailərin müqavimət göstərmə mənəviyyatını gücləndirərək səhnəyə çıxdı və Qavamı tənqid etdi və yazdı: 6 aylıq hiylə və avantürist fürsət axtarışından sonra nəhayət həqiqi üzlərini və Hökumət həddindən artıq, “xoşməramlı, dinc həll” sözlərini yedi və gizli şəkildə xalq üçün yeni macəralar hazırladı, son sözünü söylədi. (“Azərbaycan qəzeti”, № 357, 26 dekabr 1325, “Niyə və niyə gəlirlər?” Başlığı ilə) Sənəd mərkəzə olan inamını və inamını itirmiş və ölümü əsirlikdə və zillətdə yaşamaqdan daha şərəflə görmüşdü. Və dedi: Silahlı qüvvələrin azadlığını qorumaq üçün cəbhədəki döyüşçülərin yanında döyüşməyə hazıram. Təbrizdə Fədai qruplaşmaları, Qızılbaş qüvvələri və xalq qüvvələri və “Babək” könüllüləri gözləmə vəziyyətində idilər və özlərini qorumağa hazır oldular.Dekabr ayında Azərbaycan Demokratik Təriqəti və Həmkarlar İttifaqı tərəfindən geniş bir nümayiş edildi Pişəvarinin bir nitq söylədiyi və Təbrizdə dediyi: Əziz həmvətənlər! Tarix bizə ağır bir yük qoydu və bu, İranın azadlığını təmin etməkdir. (Azərbəycan qəzeti, No 366, 16 dekabr), təriqət rəhbərliyi hələ də Tehrandakı reaksiyanın bölgədəki şərtləri nəzərə alaraq, milli hökumət ilə razılığına tabe olacağını və kampaniya və öldürməkdən çəkinəcəyinə inanırdı, lakin qüvvələr birləşdirildikdən sonra Zəncandakı mövqeləri, mərkəzi ordu mərkəzi şəhərə doğru irəliləyirdi. Digər tərəfdən, mülayim və demokratik tutarlılıq üzünü dəyişdi və mərkəzdə azadlıq sevən qəzetlərə və müstəqil jurnalistlərə sərt və şiddətlə yanaşdı və Azərbaycan xəbərlərinin və faktlarının dərc olunmaması üçün boğucu bir mühit yaratdı. ardıcıllığın yeganə məqsədi Azərbaycan hərəkatını yatırmaq və ölkənin digər bölgələrinə yayılmasının qarşısını almaq idi, daxili və xarici reaksiya (ABŞ, İngiltərə və s.) tərəfindən dəstəklənmişdi. Azərbaycan xalqı. Deyirdi: “Hər şeydən əvvəl müqəddəs torpağımızı jandarmalarının və azadlıq düşmənlərinin ayaqları ilə ləkə gətirməməyə çalışacağıq və son nəfəsə qədər mübaizə aparacağıq.”

1946-c ilin dekabr ayının 8-də Qəvam telegerama vasitəsilə valı vəzifəsinə təyin edilən “Cavid”ə 15-ci dövr məclis seçkilərinə hazırlıq görməsinə və başqa tədbirlərin qarşısını almasına göstəriş verdi. Habelə o, telegeramada əyalət əncüməninin hər cür tədbir görməsinin etibarsız olduğunu vurğuladı. Bu da Azərbaycanla müharibə etmək elanı demək idi. Azərbaycan Milli Hökumətinin xalq qoşunlarının cərgəsinə qoşulub və onlara təlim verən İran ordusunun bəzi azadlıqsevər zabitləri qoşun başçılarına və əsgərlərə mesaj göndərərək onları müharibədən, həmçinin Azərbaycana hücum etmək üçün ara qızışdırmaqdan çəkindirirdilər. Onlara tövsiyə edirdilər ki, əldə edilən azadlığı məhv etməsinlər. Bunun böyük bir xəyanət olmasını deyirdilər. Halbuki, Azərbaycana hücum planı çoxdan hazırlanmışdır. Bu hücum etmə planı daxili və xarici mürtəcelər tərəfindən dəstəklənirdi. Yenə də Qəvam qoşun göndərməyin məqsədini seçkilərin təhlükəsizliyini və sakitliyin təmin olunması ilə əlaqələndirib və təkrarladı. 1946-cı ilin dekabr ayının 9-da ordunun hərbi təyyarələri Təbriz səmasında göründü. S.C.Pişəvəri Qəvamı və ordu qüvvələrini təcavüzkar adlandıraraq dedi: “Onlar silah gücü ilə qanunsuz parlamet təşkil etmək istəyirlər. Bizim öz parlametimiz var və hələ də fəaliyyət göstərir. Müqaviləyə uyğun olaraq yalnız onun adını dəyişmişik. Ölkənin məzlum xalqı öz həqiqi nümayəndələrini secib, Azərbaycana göndərərsə, biz onlara qucaq açaraq gülərüzlə qarşılarıq.( Azərbaycan qəzeti, № 368, 9 dekabr). Belə nəzərə gəlir ki, Pişəvəri Qəvamın hiyləgərlıkə Azərbaycana hücum etmək planını dərk edərək bu məsələ ilə bağlı çixişlarında ölkənin bütün demokratik qüvvələrinə bir növ mesaj vermək idi. Bu anda onun əsəbi halda olduğu aydın görünürdü. Ancaq ilk günlərdən etibarən iqtisadi baxımdan radikal tədbirlər və Azərbaycanın ehtiyatlarının qorunması tələb olunan məsələlərdə milli hökumətin zəiflilik göstərməsi, İctimaiyyət arasında onun mövqeyini zəiflətdi. Bu da zaman keçdikcə xalq arasında ümidsizlik yaratmışdı. Mərkəzi hökumət ilə uzun sürən nəticəsiz danışıqlar habelə. Milli hökumətə qarşı daxili və xarici mürtəcelərin amansız təbliğatı xalqın daha da ruh düşkünlüyünə səbəb oldu. Dekabr ayının 10-da Qaəam hərbi qüvvələrin Təbrizə hərəkət etməsina əmr etdi. Dr.Caviddən xalqın və firqənin sadiq qüvvələrin silahlı müqavimətinin dayandırmasını istədi. Miyana cəbhəsində dirəniş hələ də davam etdi, lakin digər cəbhələrdə qarışıqlığın yaranması qüvvələrin geri çəkilməsinə səbəb oldu.

Azərbaycana hücum ümumiyyətlə 1940-ci ilin əvvəllərindən bəri başlanan milli azadlıq hərəkatına hücum etmək demək idi. Tehran mürtəceləri Azərbaycanda törətdikləri izi silinməyən qanlı faciəni özlərindən yadigar qoydular. Pişəvərinin təcavüzkar mərkəz ordusu qarşısında təslim olmağa müxalifət etməsinə baxmayaraq, Salamulla Cavid və Şəbüstəri müqaviməti tərk edib, təslim olmağa müvafiq idilər. Ona görə də Pişəvəri firqə rəhbərliyindən istefa verərək, onun yerinə Məhəmməd Biriya təyin edildi. Firqə rəhbərliyində bu mövqe və kadr dəyişikliyi firqə tərəfdarları arasında əvvəlkindən daha çox çaşğınlığa səbəb oldu. Dekabr ayının 11-də Biriya və Cavid mərkəzi hərbi qüvvələrin Təbrizə girişinə razı olduqlarını elan etdilər. Xalqdan qardaş qırğınının qarşısını almaq, onları ləyaqət və səbirlə qarşılamaq üçün nümayişlərdən çəkinmələrini xahiş etmələ yanaşı, Azərbaycan Demokrat Firqəsinin fəaliyyətinin davam edəcəyini bildirdilər.

21 Azərdə (12 dekabr) firqənin sədri Birya mərkəzi komitə adından bir bəyanat nəşr etdi. Bu bəyanatda Qəvamdan nikbinliklə yad edilərək ona inandıqlarını vurqulamaqla yanaşı, Azərbaycan xalqından soyuqqanlı olmaları tələb edilirdi. Elə həmin gün Cavid və Şəbüstəri tərəfindən həmin məzmunda şaha, Qəvama teleqrama göndərildi. Ancaq regional agentlərin köməyi ilə mərkəzdən göndərilən ordunun amansız qəddarlığı davam etdi. Bunun nəticəsində də bir sıra firqə və Azərbaycan Milli Hökumət üzvləri, habelə xalqın ölüm və sürgün əzablarından qurtulmaq üçün vətəni tərk etmək məcburiyyətində qaldılar. Sovet sərhətçiləri ölkəni tərk edən mühacirlərə lazım olan yardımı göstərdilər. İndiyədək sərhəddin otayına keçən mühcirlərin və ordunun hərbi məhkəmə sənədlərinə əsasən edam edilənlərin sayı 2500, uzun həmçinin öldürülən, itgin düşən, İranın ağır iqlimi olan cənub məntəqələrinə, o cümlədən Bədrabada sürgün edilənlərin sayının müxtəlif olduğunu qeyd etmişlər.( Məsud Behnud “ Əz Seyid Ziya Ta Bəxtiyar”- Seyid Ziyadan Bətiyara qədər- kitabının 282-ci səhifəsində otaya mühacirət edənlərin sayının 70 min, Abbas Cəfəri hərbi məhkəmənin sənədlərinə əsaslanaraq edam olanların 2500, uzun müddət həbsə məkum edilənlərin 8000, həmçinin “ Güzəşte Çerağe Rahe Ayənde Əst”- Keçmiş Gələcəyin mayakıdır, kitabı sürgünə göndərilənlərin 36000 olduğunu yazmışlar.). Lakin rəsmi mənbələr həqiqi statistikasını yazmaqdan çəkinirlər….

Ardı var….

Haşıyə yazı:

Sovetlər Birliyinin dağılmasından sonra bəzi sol və ya sol meyilli ziyalılar özlərinə mövqe qazanmaq üçün tarixin dar, qaranlıq yollarında özlərini kəşfedici adlandırdılar. Bunların bəziləri isə özlərini mütəxəssis, baş tədqiqatçı kimi göstərərək, danışıqlarına və yazılarına bir elmi tədqiqat vermək istəyirlər. Lakin onlar gerçəkliyinə dair ciddi şübhə doğuran materialları dəfələrlə tekrarlamaqdadırlar. Onlardan biri Hollandiya universitetlərin baş tədqiqatçısı Orta Asiya, Azərbaycan Demokrat Firqəsi və Türkiyə məsələrinin tədqiqatçısı Dr.Turaj Atabaki, radio, televizaya proqramlarında iştirak edir və mövzu ilə heç bir əlaqəsi olmayan əsassız cümləni bütün dairələrdə, məclislərdə təkrarlayır. Misal üçün “Səni gətirən Sənə deyir get!” cümləsini hər yerdə tekrarlamaqdadır. Bu hekayə Cahanşahlunun uydurmasıdır.(milli hökümət dövrü Pişəvərinin müavini olmuş). “Cahanşahlu” Sovet İttifaqının dağılmasından sonra müsahibələrində və Babək Əmir Xosrəvi vasitəsilə yazılan xatirəsində belə əsassız hekayəni söyləmişdir. Cahanşahlu xatirəsində yazır: “ Təbrizdə Sovet konsulu olan Quliyev bizi kiçik bir otaqda qəbul etdi, Pişəvəri çox əsəbih alda deyirdi: Bizi meydana gətirib, namərdcəsinə geri çəkilirsiniz. indi bu biz bu xalqa nə deyək? Quliyev Pişəvərinin cəsarətindən təəccüblənərək bağırdı: “Səni gətirən, sənə deyir, get!” (Ma və Biqanəqan-Biz və Xaricilər, s. 190, Varjavand Nəşriyyatı, 2001) Bu nitqdə ciddi şübhələr var, Sovet diplomatları nəzakətli idilər (Müsəddiqin Sovet İttifaqı əsgərlərinin xalqla münasibətini qiymətləndirən Stalinə yazdığı məktubdan). Bu üzdən də Sovet konsulu Azərbaycan Milli Hökumətinə rəhbərlik edən Pişəvəriyə eyni şəkildə yanaşırdı. Bundan əlavə, Pişəvəri Bakıda özəməxsus hörmət və mövqeyə malıkdir. Ona görə də Bakıda onun adına küçə və “Fəxri Xiyabanı” adına məşhür qəbristanlığında isə məzarı vardır.

Firqənin fəaliyyətinə kölgə salıb tənqid edən, həmçinin bir qədər istehza ilə milli hökumətin torpaq islahatını tənqid edən və Şahın dövründəki torpaq islahatını dəstəkləyən “Fərda Radiosu”nun əməkdaşı və direktoru “Doktor Abbas Cavadi” cənablarıdır. Qeyd etmək lazımdır ki, şahın hakimiyyəti dövründə torpaq islahatıın məsulu Həsən Arsanjani torpaq islahatının Marağadan başlamasını təklif etdi. çünki Azərbaycan xalqı bu məsələdə geniş təcrübəyə malikdir. Bəlkə də Azərbaycanda milli hökumət dövründə insanların özləri tərəfindən və bəzən püşk atmaqla bölünən torpaqlar ən yaxşı və ədalətli torpaq islahatı sayıla bilər. Ancaq demokrat firqəsi başqa və onun gördüyü bir illik tədbirlərə hücum etmək üçün Sovetlər ölkəsi başda olmaqla sosializmlə düşmənçilk edən insanlar da var. Farslarda belə bir deyim var : “ Məktəbə getməyən və bir sətir yazmayan adamlar özlərini yüz müəllimdən daha bilikli göstərənlərdir. “Cəmil Həsənlinin” məktəbində marksizm tədrisini öyrədən adamlar, cahil və iddialı insanlardan biri də “İran tarixi” saytında “Azərbaycan Demokrat Firəsində 75 il Sonra, Qalxışdan Qaçışadək” adlı tamamilə təhrif olunmuş bir məqalə müəllifi Atabək Fətullazadə”dir. O, özünə bir mövqe qazanmaq üçün həyasızcasına yazır ki, Pişəvəri və Avanisyan, Rza şah həbsxanasinda sağ qalmaları üçün ona təşkkür etməlidirlər, əks halda onlar Stalinin düşərgələrində tələyə düşüb öldürüləcəkdilər. O, Cəmil Həsənlinin yazılarından ilham alaraq yazır: ” Bağırov kimsə olmadığı üçün firqənin rəhbərliyini Pişəvəri kimi təmiz və etibarlı şəxsiyyətə tapşırdı. Pişəvəri öncədən Stalinin firqəni təşkil etmək planından xəbərsiz idi. O, Firqənin nizamnamə və əsasnaməsi ilə əlaqədar olaraq “Mühürlənmiş Sirləri” başlıqlı bir məqalədə “İbrahim Noruzov”dan belə bir sitat gətirir: “ Bağırov Nüsrətlə məni iş yerinə çağırıb və dedi ki, siz bir əmanəti təhvil alıb, Təbrizdə Atakişiyevə çatdırmalısınız. Biz də bu tapşırığı yerinə yetirdik. Yəni çamadanı ona verdik. Ondan sonra Azərbaycan Demokrat Firqəsinin qurultayı keçirilib və nizamnaməsi yayınlandı. Mən nizamnamənin çamadanda olduğuna əmin oldum. O, yenə də belə yazır ki, Quliyev əsəbi halda Pişəvəriyə dedi: “ Yoldaş Gözəlov axşam saat 8-də şəhərdən kənarda Təbriz-Culfa yolu girişində səni gözləyir.

Əlbətdə bu sözlər onu göstərir ki, bir qrup adamlar ağılsızlıq və cəhalət üzündən firqənin apardığı islahatla düşməçilik etməklə özlərini cəmiyyətə göstərmək istəyirlər.

“Bertold Brext” in maraqlı bir cümləsi var: “ həqiqəti bilməyən cahildir, amma həqiqəti bilir onu yalan adlandırır və ya inkar edirsə cinayətkardır….”.

Facebook
Telegram
Twitter
Email