آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

Prezident seçkiləri şousunu boykot etmək barədə

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin Bəyanatı

Əziz həmvətənlər!

Azərbaycanlı bacı və qardaşlar!

2021-ci ilin iyun ayının 18-də İranda Ali Dini Rəhbərin(Vili-Fəqihin” nəzərdə tutduğu prezident seçkiləri şovu keçiriləcəkdir. Son aylar və həftələrdəki hadisələr açıq şəkildə göstərdiki, yaxın bir neçə onillikdə olduğu kimi Ali Dini Rəhbərin(Vəli-Fəqih) göstərişi əsasında Qəyyumlar Şurası(konstitusiyanı qoruyan orqan) tərəfindən hazırlanmış seçki şovu əslində bir nəfərin İran İslam Respublikasının Prezidenti təyin olunması üçün qurulmuş bir oyundur.

İslam Respublikasının korrupsiyoner rejimi dəfələrlə İranın zəhmətkeş camaatına və xalqlarıına öz müqəddəratını təyinetmə hüququ vermədiyini göstəribdir. Rejimin rəhbər və yüksək rütbəli məmurlrının bu seçki şovundan məqsədləri yalnız formal şəkildə səs vermək üçün əhalini seçki qutularına yönəltmək və öz hakimiyyətlərinin qanuniliyini göstərməkdən ibarətdir. Çünki onlar ölkəsinin idarəçiliyində xalqın iştirakını istəmirlər.

Rejim başçıları seçki şovunu elə bir şəraitdə keçirməyə hazırlaşırlar ki, bir tərəfdən ölkədə yoxsulluq, işsizlik və bahalıq həddini, yəni ümumi məişət mallarında iki rəqəmli inflyasiyaya gətirib çıxarması ilə yanaşı, Koronavirus infeksiyası nəticəsində fəlakətli ölüm sayının artması, digər tərəfdən isə ABŞ hökumətinin dəhşətli iqtisadi sanksiyaları misli görünməmiş hərtərəfli böhranın yaranmasına səbəb olmuşdur.

Səbəb və dəlillərin göstərdiyinə görə hal-hazırda İslam Respublikası rejimi bu dramatik seçki mühəndisliyi ilə gələcək hadisələri üç istiqamətdə idarə etməyə çalışır: xalq etirazlarının genişlənməsi ilə qarşılaşmaq, fəhlə, zəhmətkeş və xalqların hərəkatlarının genişlənməsinin qarşısını almaq; Fürsətdən yararlanmaq üçün “HBFP”(Hərtərəfli Birgə Fəaliyyət Planını)(Nüvə Sazişini) yenidən bərpa etmək ad altında pərdəarxası Amerika ilə müzakirələr aparmaq; Gizli və səssizcə Xameneinin rəhbərliyi ilə lazımı şəraitdə Vilayəti-Faqihin transferi üçün zəmin hazırlamaq.

Bunların hamısı İran ictimaiyyətinə hakim olan böyük parazit kapitalizmin, və İran ictimaiyyətini idarə edən ticarət, maliyyə və hərbi mafiyanın mənafeini qorumaq məqsədi daşıyır. Lakin onların arasındakı fraksiya rəqabətlərinə baxmayaraq, hamısı Ali Dini Liderin(Vəli-Fəqihin) mütləq hakimiyyətinə əsabirslanır.

Əziz həmvətənlər!

İndi bütün dəlillər prezidentlik postuna bir cinayətkarın təyin olunduğunu göstərir. Buna baxmayaraq, son zamanlarda olduğu kimi, indi də Vəli-Fəqihin Qəyyumlar Şurası tərəfindən seçki şovunu qızışdırmaq üçün prezidet namizədliyinə təyin olunan yeddi nəfərdən hər biri sözdə öz kampaniyasına start veribdi. Onlar yalan və boş vədlər vermək, hətta bir-birlərinə və keçmiş məsullarə söyüş söyməklə xalqın bir hissəsini səs verməyə təşviq eddib, Vilayəti-Fəqih rejiminə qanuni və qəbuledici don geydırməyə çalışacaqlar.

Xalqmız üçün başqa bir seçim də vardır. Ancaq bu seçim ABŞ və onun müttəfiqlərinin, eyni zamanda monarxist(səltənət) tərəfdarların habelə digər xaricə bağlı dairələrin müdaxiləsinə söykənmək deyildir.

Doğru seçim ondan ibarətdir ki, xalq kütlələrin sıx birliyi ilə bu seçki şovunu baykot etməklə hökumətin etibarsızlığını göstərmək.

Seçkiləri aktiv boykot etmək mümkün qədər xalqın geniş təbəqələrinin, o cümlədən fəhlələrin, zəhmətkeşlərin, müəllimlərin, təqaüdçülərin, tibb bacılarının, qadınların, gənclərin və ölkəmizdə yaşayan xalqların iştirakı ilə vahid bir cəbhənin qurulmasına yol açır. Azadlığa qovuşmaq üçün xalq hökuməti qurmağın məqsədi, müstəqillik, sosial ədalət, sülh və vətənimiz İranın müxtəlif millətləri həmçinin çeşidli dinləri arasında hər-hansı bir ayrı-seçkiliyin aradan qaldırılmasından ibarətdir.

Azərbaycan Demokrat Firqə bu əsasdan yola çıxaraq ölkəmizdə yaşayan bütün xalqları və vətəndaşları aktiv şəkildə seçkiləri boykot etməyə çağırır.

İranın azadlıqsevər və mütərəqqi qüvvələri!

İnanırıq ki, qarşıdan gələn seçkiləri fəal və məqsədyönlü şəkildə boykot etmək üçün ölkəmizdəki bütün qüvvələrin, təşkilatların, mütərəqqi, azadlıqsevər partiyaların birgə səyi nəticəsində diktatorluğa qarşı zəhmətkeş xalqımızın mübarizənin inkişafında böyük və əsas addım ola bilər.

Bu səbəbdən də İran Tudə Partiyasının bütün mütərəqqi və azadlıqsevər siyasi qüvvələri birlikdə, aktiv şəkildə seçkiləri boykot etməyə çağırışını yerində və düşünülmüş bir təklif olaraq qəbul edirik. Biz də İran Tudə Partiyasının bəyanatında adı çəkilən bütün təşkilatlardan o təklifə müsbət çavab vermələrinə səsləyirik.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi də öz növbəsində ölkəmizin kritik və böhranlı vəziyyətdə İranın Tudə Partiyasının çağırışına qoşularaq o partiya ilə müştərək bir kampaniyaya hazır olduğunu bəyan edir.

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi

Facebook
Telegram
Twitter
Email