AZƏRBAYCAN MİLLİ HÖKUMƏTİNDƏ MİLLİMƏCLİSİN NÜMAYƏNDƏSİ ƏRDƏBİL VİLAYƏ – TİNİN FƏRMANDEHİ XƏLİL AZƏRBADEQAN
(1904 – 1947)
■■■
Bütün şərəfli həyatını öz xalqının azadlıq və səadətinə həsr etmiş Xəlil Azerbadeqan Azərbaycan xalqının namuslu, mərd oğullarından biri, firqə və Milli Hökumətin görkəmli xadimlərindən idi.X.Azerbadeqan bütün xalqların milli azadlıq hüququna hörmət etməklə bərabər, Azərbaycan xalqının da azad olmasını həmişə ürəkdən arzulayardı.Bütün Azərbaycan xalqının , vətənimizin mütərəqqi adamlarının ürəyindən qopan bu arzunun həyata keçirilməsi uğrunda Xəlil var qüvvə ilə çalışırdı.O, hələ Rza xan diktatorluğu dövründə gizli olaraq , səltənət rejimi və hakim təbəqə əleyhinə, zalım , ədalətsizliklərə qarşı mübarizəyə başlayır.Xəlil bu yolda dəfələrlə tutulub həbslərə düşsə də böyük məhrumiyyət – lərə düçar olsa da döyüş iradəsini heç vaxt zəiflətməmiş və həmişə vətənin azadlığı haqqında düşünmüşdür.Rza xan diktatorluğu yıxıldıqdan sonra X.Azerbadeqan Güney Azərbaycanda baş vermiş böyük azadlıq hərəkatlna, vətənimizin ictimai – siyasi və iqtisadi zəminəsində başlanmış xalq hərəkatına qoşulmuşdur.O, Təbriz şəhər komitəsinin sədri olduğu dövrdə ardıcıl surətdə təbliğat işləri aparmış, irtica nümayəndələrini ifşa edib zəhmətkeşlərə tanıtdırmışdır.Xəlil Azərbadeqan maddi imkanlarını da bu yolda sərf etmişdir.
Təbriz zəhmətkeşlərinin onu sadəcə olaraq
“Xəlil dayı” çağırmaları xalqa nə qədər yaxın olmasını göstərən amillərdən biridir.O, Azərbaycan Demokrat Firqəsinin görkəmli xadimlərindən biri, birinci qurultayın nümayəndəsi, Mərkəzi Komitənin üzvü, 21 Azər hərəkatının, Azərbaycan Milli Konqresinin iştirakçısı və Milli Məclisin nümayəndəsi olmuşdur. Bütün verilən tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Milli Hökumət tərəfindən Marağa mahalının fərmandarı təyin olunmuş -dur.Marağa ətrafının, xüsusilə Həştərud və Çaroymaq yollarının təmiri, maarif və mədəniyyət ocaqlarının genişləndirilməsi Xəlilin gündəlik fəaliyyətinin əsası idi.
Xəlil Azərbadeqan 1325 – ci il Mehr – Aban aylarında(1946 -cı il, oktyabr ayından) Ərdəbil mahalınln fərmandarı təyin olunmuşdur.Ərdəbil-
də bəzi mürtəce Elxani və bəylər vasitəsilə yaratdığı cürbəcür macəralara baxmayaraq Xəlil Azərbadeqan öz istedad və fəaliyyəti , xüsusilə firqə təşkilatının köməyi ilə bütün maneələri dəf etmişdir.X.Azərbadeqan Ərdəbildə fərmandar olduğu müddətdə bir çox milli ictimai müəssisələr icad etmiş, orada böyük teatr binası tikdirmiş, Ərdəbilin bir neçə kilometrliyində Balıqlı çayı üzərində böyük körpü saldlrmışdır.Ərdəbilin bir neçə kəndlərində məktəblər açdırmışdır.Nəhayət, Amerika imperializminin köməyi ilə Azərbaycana xaincəsinə basqın edən şah ordusu onu da faciəli surətdə edam etdirmişdir.
Azərbaycan Demokrat Firqəsinin görkəmli oğlu, dövlət xadimi olan Xəlil Azərbadeqan öz mərdanə ölümü ilə həm xalqının başını ucaltmış ,həm də onu kədərləndirmişdir.Gənc nəsillər bu kədəri Azərbaycan düşmənlərinə , səltənət rejiminə qarşı nifrət və qəzəbə döndərmək öz atalarının yolunu daha möhkəm addımlarla , daha güclü və möhkəm iradə ilə davam etdirəcəklər.
Guləddin İsmayilov
ƏRDƏBİL VİLAYƏTİNİN FƏRMANDARI
XƏLİL AZƏRABADEQAN
Mən Adilə Çernik-Bülənd Güləddin müəllimin məqaləsini oxuyub, belə düşündüm ki, o illərin canlı şahidi kimi gördüklərimi məqaləyə əlavə edim. 1946-cı il dekabrın 11-də (Şəmsi ilə 21 azər ) biz Ərdəbildə 21 azərinin il dönümünü keçirirdik. İclası Səfəvi Dəbirstanı (məktəb) zalında keçirirdik. Zal dolu idi, lakin adamların üzlərində bir narahatlıq, bir nigaranlıq hiss olunurdu. Axı hamı Zəncan hadisələrini eşitmişdi: Zəncanda olan dəhşətlərdən az-çox xəbərimiz var idi. İclas başlandı, məruzəci nitq söylədi , kim olduğu yadımda deyil. Qadınlar və Cavanlar təşkilatı tərəfdən cıxışlar oldu, deklomasiyalar deyildi. Adətən həmişə iclaslardan sonra konsept və ya teatr verirdik. Səhv etmirəmsə bu dəfə olmadı. Hamı dağılışdı. Mən də anamla birlikdə evə getdim, yatağa girib yatdım. Birdən nədənsə mən yuxudan ayıldım, anamı taxtın üstündə görmədim. Evdə olan köməkçimizdən soruşdum: Anam hardadır?: o, dedi ki, gedib əmisioğlu Həmdullagilə (Ərdəbildə qonşular arasında kiçik qapılar olur). Həmdulla ilə bizim aramızda da bir kiçik qapı var idi. Mən durub onlara gedəndə gördüm ki, evdə arvad-uşaq hamısı yatıb, Həmdulla anamla yavaş-yavaş nə isə danışırdı. Məni görcək anam dedi: Gəl evə gedək. Evə gələndə anam dedi :“Gəl səni aparım Sovet konsulluğuna qoyum”. (Zəncan hadisələrində bir cavan qadını soyundurub xiyabana-küçəyə buraxmışdılar, bu hamıni dəhşətə gətırmişdi).Onda mənim 15 yaşım var idi. Biz konsulluğa gəldik, lakin qarovulçular dəyişmişdi, bizi içəri buraxmadılar. Ordan biz Sovet ticarət mərkəzinə ( торгпредства) getdik, orda da qapıda duran əsgərlər bizi içəri buraxmadılar. Anam dedi: Gəl səni aparım Məcidxanın evinə, orda sənə dəyməzlər. Deyəsən Məcidxanla qohumluqları var idi. Amma biz onlara gedib-gəlmirdik. Elə bu vaxt yanımızdan keçən yük maşınından bir kişi səsləndi: Bu Sultan Əli Qulaminin kiçik qardaşı, Əli Qulami idi. O dedi: Sizə adam göndərmişik, evdə yox idiniz, müsafirxanamızda da yox idiniz . Anam soruşdu: Hara gedirsiniz? –Savalana, dağlara. Yük maşınında olan 10-15 nəfər kişilərin arasında tanışlar da var idi. Yeşiklərdə avtomatlar, fişənglər çox idi. Gecə yol gedirdik: 4 yük , 2-3 vilis maşını. Səhər açılırdı, ancaq biz Savalana yox, Biləsuvar tərəfə gedirdik. Arada 1-2 dəfə böyüklər maşından düşdülər ( yolu səhv gedirdik Şahsevənlərə tərəf). Mən onda şəhərimizin böyüklərini gördüm: Xəyyami. Mirzəzadə, Zinuzi, Cəlillər, Məhəmmədvəndlər, Didəkunan qardaşı, Zülfüqar əmi, oğlu və daha başqaları. Onlar öz aralarında çox narahat idilər. Deyirdilər ki, nə qədər elədik, çox yoldaşlar onun yanına ,idarəsinə -Fərməndarlığa getdilər – O , yəni Xəlil Azərabadeqan, Ərdəbilin fərmandarı, gəlmədi ki, gəlmədi. Dedi ki, : Mən postu qoyub getmərəm!. Demə bizim böyüklərimiz bilirmiş ki, biz hara gedirik.
Sonra bu tayda eşitdik ki,onu qısa müddətdə edam ediblər.