آذربایجان دموکرات فرقه سی

Azərbaycan Demokrat Firqəsi

فرقه دموکرات آذربایجان

FƏTHİ XOŞGİNABİ

(1922 – 1989)

Fəthi Xoşginabi 22 mart 1922 – ci ildə Cənubi Azərbaycanın Xoşginab kəndində, kəndli ailəsində dünyaya gəlmişdir.İlk təhsilini doğma kəndindəki mədrəsədə alan Xoşginabi məktəbdə cəmi bir il təhsil ala bilmişdir.O, ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, işləmək üçün İranın bəzi şəhər və kəndlərinə gedərək orada fəhləlik etmişdir.F.Xoşginabi 15 yaşında fars dilində seirlər və nəsr parçaları yazmış, lakin o ilk dəfə olaraq öz şeirlərini 1322 ci ildə (1943) İran Xalq Partiyasına üzv olduqdan sonra həmin partiyanın mətbuatında çap etdirmişdir.Bir az sonra məqalə və felyetonlar yazmağa başlamışdır.O, 1324 – cü ilin şəhrivər ayında (1945,avqust- sentyab) Azərbaycan Demokrat Firqəsinin üzvü olmuşdur.

Azərbaycan Milli Hökuməti dövründə Fəthi Xoşginabi ilk dəfə olaraq öz ana dilində yazmağa imkan tapır.

Fəthi Xoşginabi 20 – ci əsrin 40 – cı illərində siyasi hərəkata qoşulmuşdur.Yazıçı 1946 – cı ilun dekabrın 12 – də siyasi mühacir kimi Sovet Azərbaycanına gəlmişdir.O, 1946 – 1956 – cı illərdə dövlətin rəsmi orqanı olan “Azərbaycan” qəzeti redaksiyasında ədəbi işçi, məsul redaktor kimi işləmişdir.Eyni zamanda F.Xoşginabi 1967- 1969 – cu illərdə Tacikistan Maarif Nazirliyində məmur, SSRİ EA Şərqşünaslıq İnstitunda böyük elmi işçi vəzifələrində çalışmışdır.1956 – 1958 – ci illərdə Moskvada Ali ədəbiyyat kursunu bitirmişdir.

1961 – 1964 – cü illərdə Bolqarıstanın Sofiya şəhərində ideoloji işdə çalışmışdır.

F.Xoşginabi 1964 – 1967 – ci illərdə İctimai Elmlər Akademiyasının aspiranturasını bitirmişdir.Yazıçı 1979 – ci il İran inqilabından sonra Təbrizə köçərək, orada Azərbaycanın şair və yazıçılar cəmiyyətini yaratmış və 1979-1980 – cı illərdə onun sədri kimi fəaliyyət göstərmişdir.F.Xoşginabi həmin cəmiyyətin orqanı kimi “Ülkər” dərgisini təsis etmişdir.Bir il sonra təkrar Moskvaya dönərək ömrünün sonuna qədər burada yaşamışdır.Xoşginabi tərcümə fəaliyyəti ilə də məşğul olmuşdur.

Onun”Zeynəb”,” Züleyxa”,”Məsum və Məsumə”, “Mehri”,” İbrahim” kimi hekayələri, ilk irihəcmli əsəri olan”Eşq və müharibə”povesti də bu illərin yeni tərz, realist və demokratik ruhlu bədii nəsrinin və ədəbi – populist nəsrin təməlini təşkil etmişdir.

Fəthi Xoşginabi siyasi mühacirətdə olduğu zaman yazıçı kimi fəaliyyətə Sovet Azərbaycanında davam etmişdir.”Ata”(1959), “İki qardaş”(1959) romanları və “İki dost” “1951), “Son bayraqdar”(1956),”Hekayələr”(1956), “Məhəbbət və nifrət”(1965) adlı hekayələrdən ibarət kitabları bu dövrdə nəşr edilmişdir.

F.Xoşginabi mühacirət illərində dram əsərlərinin müəllifi kimi də şöhrət qazanmışdır.Onun farsca yazdığı”Siyavuş”,”Bijen və Mənijə” adlı pyesləri Tacikistanda Düşənbə teatrlarının səhnələrində uğurla səhnələşdirilmişdir.

Fəthi Xoşginabi 1989 – cu ildə Moskvada vəfat etmiş, Bakıda dəfn edilmişdir.

Guləddin İsmayilov

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Facebook
Telegram
Twitter
Email