(1909 – 1947)
Arbaycan Milli Hökumətinin fədaisi Əbülqasım Əzimi 1909 – cu ildə (h.ş.1282)
keçmişdə Naxçıvan şəhərindən Məşhəd şəhərinə köçmüş azərbaycanlı bir ailədə anadan olmuşdur.O, ibtidai və orta təhsilini Məşhəd şəhərinin Firdovsi məktəbində almışdır.Gənc Əbülqasım
1923 -cü ildə (h.ş.1302) ordu sıralarına cəlb edilir və hərbi zabitlik məktəbinə göndərilir və oranın piyada hissəsinin leytenantı dərəcəsi ilə qurtaran Əzimi, Rza xan ordusunda xidmət edir, polkovnik rütbəsinə qədər yüksəlir.Xidmət etdikcə əsgərlərin adi insani hüquqlardan məhrum edilmələri, ordunun ümumiyyət –
Iə kütlələri əzmək vasitəsi olduğu onun diqqətini cəlb edir.
İkinci Dünya müharibəsi nəticəsində dünya miqyasında baş vermiş dəyişiklik –
lər, faşizmin darmadağın edilməsi, xüsusilə İran xalqlarının azadlıq hərəkatının əzminin də güclənməsinə təkan vermişdir.
Əbülqasım Əzimi ədalətsizliyə qarşı mübarizə aparmaq üçün 1943 -cü ildə
(h.ş.1322) İran Xalq Partiyasının sıralarına qoşulmuş,irticaya və imperializmə qarşı mübarizənin genişlənməsinə çalışmışdır.
1945 -ci ilin (h.ş.1324) sentyabr ayında Azərbaycanda güclənən inqilabi hərəkata İran Xalq Partiyası hərbidə olan demokratik fikirli bir qrup zabitlərini Azərbaycan Milli Hökumətinə yardım etmək üçün Təbrizə göndərdilər.Onların sırasında sərhəng Əbülqasım Əzimi də var idi.O, Marağa vilayətində, Miyandab, Sayınqala və başqa mahallarda fədai dəs-
tələrinin hərbi hazırlığına kömək etmişdir.Həmin mahalların azad edilmə –
sində bir fədai başçısı kimi fəal iştirak etmişdir.
Şanlı 21 Azər hərəkatının qələbəsindən sonra Əziminin xidmətləri, fədailər arasında qazandığı nüfuzu və hərbi ləyaqəti nəzərə alınaraq Azərbaycan Milli Məclisi tərəfindən “21 Azər” medalı ilə təltif edilmiş və ona general rütbəsi verilmişdir.General Əbülqasım Əzimi Azərbaycan Milli Hökumətinin Ali Hərbi Şurasının üzvü və Saqqız cəbhəsinin fərmandehi idi.Onu da qeyd etmək lazımdır ki, Əzimi hələ İran ordusunda
xidmət edərkən Tehranda Hərbi Akademiyanı (” Daneşqahe Cəng”) bitir-
mişdur.
General Əzimi Azərbaycan Milli Hökumətinin göstərişi ilə 1946 – cı ildə Təbriz şəhərində açılan hərbi məktəbin yaranmasında, onun proqramının hazırlanmasında, müəllimlərin seçilməsində yaxından iştirak etmişdir.
1946 – cı ilin aprel ayında Azərbaycan Milli Hökuməti ilə Qazi Məhəmmədin rəhbərlik etdiyi Kürdüstan Milli Hökuməti arasında bağlanmış müqaviləyə əsasən iyun ayında general Əziminin komandanlığı altında fədai və Qızılbaş Xalq Qoşunları dəstələri Kürdüstanın Saqqız cəbhəsinə göndərilmişdir.Azərbaycan fədailəri ilə Kürdüstan peşmərgələrinin (fədailəri –
nin) birləşmiş qüvvələri avqust ayının sonuna qədər Kürdüstan ərazisini şah qoşunlarından təmizləmişdir.Lakin 1946 -cı ilin noyabr ayının sonlarında Amerika imperializmi tərəfindən verilmiş müasir silahlarla silahlanmış şah qoşunları ilə bərabər olmayan döyüş nəticəsində general Əziminin rəhbərlik etdiyi fədailər mühasirəyə alındılar.
1947 -ci ildə general Əbülqasım Əzimi başda olmaqla Milli Hökumətin 26 zabiti edam olunmuşdur.
General Əzimi həyatının son günlərinə qədər öz müqəddəs məramına sadiq qalaraq, Tehran cəlladlarına boyun əymədi. Əzimi Xalq Ordusunun generalı kimi vuruşdu,xalq hərəkatının zabiti kimi də mərdliklə ölümə sinə gərdi.O, irtica cəlladlarının səf çəkib atəş fərmanına hazır durması da onun mərdanə vüqarını
poza bilmədi.
Əzimi ölüm qarşısında dayandığı vaxt cəlladlara demişdir:” Mənim ölümümlə sizin əsası sarsılmış ağalığınız möhkəmlənə bilməz!”
Azərbaycan xalqının azadlığı uğrunda şəhid olmuş Əzimi kimi qəhrəmanların intiqamını almaq bütün azadixahların təntənəli andıdır.Əzimi ölməmişdir, çünki onun məramı yaşamaqdadır, onun iştirak etdiyi hərəkat bu gün də davam etməkdədir.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
“Mənim ölümümlə sizin əsası sarsılmış ağalığınız möhkəmlənə bilməz!
“Əbülqasım Əzimi