Allahverdi Ərğəvani 1302 – ci günəş ilində (miladi 1923 – cü il) anadan olmuşdur.Bir müddət dərs oxuduqdan sonra, işləmək zərurəti
onun təhsilinin davam etdirilməsinə mane olur.Lakin, bu işləmək özü də Allahverdi Ərğəvaninin istədiyi kimi davam etmir.O, istədiyi peşəni azad surətdə seçə bilmir, öz istedadın – dan lazımi qədər istifadə etmək ona müəssər olmur.Bunlardan əlavə nisbətən uzun müddətli sabit bir iş tapıb işləmək bütün cavanlar kimi onun üçün də həll edilməz çətinlik şəkli alır.
1320 – ci ildə (1941- ci il, miladi) Rza xan diktatorluğunun yıxılması ilə azadlıq hərəkatı genişlənir.Məmləkətin mübariz, mütərəqqi qüvvələri Hizbe – tudə İranın bayrağı altında birləşməyə başlayırlar.Allahverdi Ərğəvani də həmin hizbin (partiyanın) sıralarına daxil olaraq siyasi mübarizələrə qoşulur.Hizbe – tudə İranın nüfuz və təsirinin genişlənməsinə çalışan Allahverdi Ərğəvani hizb tərəfindən verilən tapşırıqları diqqət və məsuliyyətlə yerinə yetirir.Nəhayət, 1324 – cü ildə (1945)Azərbaycan Demokrat Firqəsi təşkil taparkən o da Təbrizdə firqə sıralarına daxil olur,özünün təşkilatı səyi və bacarığını onun əmr və göstərişlərinin icrasına sərf edir.
Azərbaycan xalqının ictimai, iqtisadi, siyasi və milli məhrumiyyətləri nəticəsində, ölkənin daxili şəraiti zəminəsində baş verən 21 Azər nəhzətində (hərəkatında) Allahverdi Ərğəvani də fədai dəstələri sıralarında yorulmadan çalışmış, Təbriz şəhərinin xalq silahlı qüvvələri tərəfindən alınmasında firqənin bir sərbazı kimi iştirak etmişdir.Siyasi hakimiyyət xalqın, onun arzu və mənafeyini təmsil edən Milli Hökumətin əlinə keçdikdən sonra Allahverdi Ərğəvaninin çəkdiyi zəhmətlər qiymətləndirilmiş, o, şanlı “21 Azər” medalı ilə təltif edilmişdir.Bundan sonra Allahverdi Ərğəvani baş leytenantlıq dərəcəsilə xalq silahlı qüvvələrinin əfsəri (zabiti) kimi qəbul edilərək Azərbaycan Daxili İşlər vəzirliyinin ( nazirliyinin) sərəncamına göndərilmiş və Təbriz şəhərinin 4 – cü nahiyyəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Məhəmməd Rza şahın və Əhməd Qəvamüssəltənə dövlətinin ikiüzlü siyasəti nəticəsində şahənşah ordusu Azərbaycana daxil olan zaman vətənin on minlərlə cavan fədakar oğulları kimi Allahverdi Ərğəvani də tutulub bir müddət həbsdə saxlandıqdan sonra, nəhayət, faciəli bir şəkildə dərbar nökərləri tərəfindən öldürülmüşdür.
O, xalqının, vətənin və firqəsinin şərəfli adını hər şeydən üstün tutaraq ölüm qarşısında da düşmənə təslim olmamışdır.Allahverdi Ərğəvaninin firqəyə, xalq işinə sədaqəti uğrunda mərdliklə vuruşub şəhid olduğu məram və məsləyinə axıra qədər vəfadar qalması onun ən qiymətli xüsusiyyətlərindən –
dir.Öz doğma vətəninin azadlığı və səadəti uğrunda mübarizə aparan Azərbaycan cavanları azadlıq yolunun gənc mübarizi Allahverdi Ərğəvaninin xatirəsini həmişə əziz saxlayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü