Bütün həyatımız boyunca düzlük və şərəf ilə yaşamışıq.Nədən dar ağacı altında pozğun görünməliyik.”
Firidun İbrahimi
(“Danışır Azərbaycan” kitabından )
Firidun İbrahimi 1918 – ci ildə (1297) Astara şəhərində ziyalı bir ailədə anadan olmuşdur.O, ibtidai təhsilini Astarada almışdır.Firidunun atası Mirzə Qəni 1929 – cu ildə (1308) siyasi ittihamla həbsə alınmış, bir neçə il zindanda qaldıqdan sonra Nəhavəndə sürgün olunmuş –
dur.Firidun atasının himayəsi altında Astarada doqquzuncu sinfi bitirdikdən sonra Ənzəliyə gedib 10 – cu sinfi orada bitirmişdir.Sonra Təbrizə gəlib 12 – ci sinfi Firdovsi məktəbində başa vurmuşdur.Ali təhsil almaq üçün Tehrana gedir.
O, Tehranda hüquq fakültəsində təhsil aldığı zaman ruznamələrə məqalə yazmaq vasitəsilə özünün gündəlik yaşayışını təmin edirdi.
İkinci Cahan müharibəsi illərində İranda azadlıq hərəkatı canlanmağa başladığı dövrdə Firidun İran Xalq Partiyasının fəal üzvlərindən biri olur.O, İranda partiya tərəfindın nəşr olunan qəzetlərin və həmçinin demokratik mətbuatın bir neçəsində iştirak etmiş,” Rəhbər”, “Ajir”, “Mərdom” və başqa mühüm qəzetlərdə bir çox kəsərli siyasi məqalələr yazmışdır.
1945 – ci ildə (1324) Firidun İbrahimi Azərbaycana gəlir.Bütün Azərbaycanda xalq irticaya qarşı qızğın mübarizə aparırdı.Firidun İbrahimi dı azadlıq uğrunda aparılan bu mübarizəyə qoşuldu və öz fəaliyyəti ilə ona xidmətlər etdi.İran Xalq Partiyasının əyalət komitəsinin nəzarəti altında nəşr olunan” Xavər nov”(” Yeni Şərq”) qəzetində Firidun İbrahiminin həmin dövrdə yazdığı məqalələr irticanın ifşa edilməsində mühüm rol oynamışdır.
Azərbaycan Demokrat Firqəsi təşkil olunduqdan sonra Firidun İbrahimi də onun sıralarına qoşuldu.Vaxtilə F.İbrahiminin ” Azərbaycan”, “Xavər nov” qəzetlərində yazdığı məqalələr əllərdə gəzirdi.” Azərbaycan danışır” adlı silsilə məqalələri tarixi keçmişimizi bir daha xatırla –
daraq, xalqı azadlıq uğrunda döyüşlərdə ruh-
landırırdı.Müəllif öz əsərlərində bir məqsəd qarşısına qoyduğunu qeyd edərək yazırdı: “Mənim məqsədim budur…öz həqiqi məqamını əldə etmək üçün bu gün qiyam edən Azərbaycan millətini azad dünyaya tanıtdırmaq istəyirəm.Bəşəriyyətin mədəniyyət tarixində Azərbaycanın nə kimi bir məqama malik olduğunu göstərmək istəyirəm…”
Firidun İbrahimi bu məqalələrdə öz xalqının parlaq taruxini xatırladaraq sonsus bir iftixar hissu ilə qeyd edirdi:”Azərbaycan müqəddəs əbədi odlar ölkəsidir.Bu əziz torpağın hər bir qarışında iftixarlı babalarımızın unudulmaz yadigarı qalır.Onun keçmişindəki əzəmətli qalaların qalıqları və müqəddəs atəşlərin əsərləri bizim böyük atalarımızın pak ruhu və sarsılmaz imzasınını göstərir…”
Firidun İbrahimi 1946 – cı ildə (1325) Parisdə təşkil olunmuş sülh konfransına Azərbaycan mətbuatının nümayəndəsi kimi göndərildi. Oradan qayıtdıqdan sonra F.İbrahimi həmin konfrans barədə “Azərbaycan” qəzetində bir sıra məqalələr çap etdirmişdir.
Firidun İbrahimi Azərbaycan Milli Hökumətinin və Azərbaycan Demokrat Firqəsinin dərin hörmətini qazanmışdır.O, bu xidmətlərə görə 21 Azər hərəkatından sonra Azərbaycan Milli Hökumətinin Baş Prokuroru və Milli Məclisin deputatı seçilmışdır.
1946 – cı ilin dekabrında şahənşah qoşunları xaincəsinə Azərbaycana basqın etdikdən sonra
F.İbrahimi də həbsə alınmış, məhkəmə edildiyi zaman Azərbaycan xalqının hüquqlarını müdafiə etmiş, nəhayət ,bir neçə ay sonra 1947 – ci il ,cümə günü 22 mayda , Təbriz şəhərində günəşli havada böyük canlanma var idi.Əhali Təbrizin Səttarxan xiyabanında, “Gülüstan” bağının qarşısına yığışmışdı. Meydanda dar ağacı qurulmuşdu.Camaata məlum idi ki, bu gün Milli Hökumətin Baş Prokuroru Firidun İbrahimini dar ağacından asacaqlar( digər firqəçilərin hamısını Təbriz şəhərinin” Saat qabağı” adlanan yerində dar ağacından asırdılar). “Gülüstan” bağı şah qoşunları və jandarm ilə əhatə olunmuşdu.Saat 12 – yə yaxın uca boylu, enlu kürək, əynində milə-mil pencək, ağ koynək və qırmızı qalstuk taxmış, şux geyimli Firidun İbrahimini jandarmların əhatədində dar ağacına gətirdilər. Birdən əhali təlatümə gəldi.Jandarmlara və şah qoşunlarına hücum etmək istədilər. Xalqın nahaq qanının töküləcəyindən ehtiyat edən Firidun İbrahimi əlini yuxarı qaldırdı və dedi:”Mənim əzizlərim, həmvətənlərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz ku, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq.Yaşasın Azərbaycan milləti! Yaşasın doğma Ana vətənimiz Azərbaycan!”…
Xalqımızın qəhrəman oğlu Firidun İbrahimi firqə üzvlərinin son dərəcə məhəbbət bəslədikləri və səmimi qəlbdən sevdikləri bir mübariz idi.
Elə buna görə də Firidun İbrahiminin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Guləddin İsmayilov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü